Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   126   127   128   129   130   131   132   133   ...   176

 
271 
Bəzən 
Azərbaycandakı 
sektalara  təsirli  qüvvə  kimi  yanaşılmır, 
fəaliyyətlərinə  qeyri-ciddi  münasibət  bəslənilir.  İlk  baxışda  bu  belə  görünə  bilər. 
Lakin  unutmaq  olmaz  ki,  missionerlər  məqsədlərinə  doğru  addım-addım 
irəliləyirlər. 
Son  on  ildə  din  sahəsində  təbəddülatlar  baş  verdiyini  nəzərə  alsaq,  10-20 
ildən  sonra  hansı  mənzərə  yarana  biləcəyini  də  təsəvvürə  gətirmək  olar.  Yaxşı 
yadımdadır. Aşkarlığın ilk illərində Neft Akademiyasından bir alim o zaman çox 
fərqlənən  «Odlar  yurdu»  qəzetinə  təşrif  gətirmişdi.  Onun  ürkək  nəzərlərini, 
ehtiyatlı hərəkətlərini və titrək səsini indiki kimi xatırlayıram: 
-  Bizi  inqilabdan  əvvəl  mollalar,  inqilabdan  sonra  sovet  hökuməti  həmişə 
əzib, sıxışdırıb. Amma məhv edə bilməyib. Düzdür, indi sıralarımız çox seyrəlib, 
amma  aşkarlıqdan  sonra bir dəyişiklik hiss olunur.  Daimi  bir yerimiz  olmasa  da, 
növbə ilə evlərdə görüşlər, yığıncaqlar keçiririk. 
Mən o zaman alimdən mətləbə keçməsini xahiş etdim: 
- Bilirsiz, indi aşkarlıqdır, mən bəhailik haqqında, onun dəyərləri barədə bir 
yazı hazırlamışam. İstərdim, sizin qəzetdə dərc olunsun. 
Həmsöhbətimi  dinlədikcə  qəlbimdə  böyük  Sabirə  rəhmət  oxuyur,  materialı 
verməmək  üçün  dəlillər  haqqında  fikirləşirdim.  Alimə  söylədiklərimin  nə  qədər 
tutarlı, əsaslı olub-olmadığını deyə bilmərəm, amma o, redaksiyadan küsüb getdi. 
Həmin vaxtdan on ildən bir qədər artıq vaxt keçmişdir. O vaxtla müqayisədə 
indiki  mənzərə  heyrətamizdir.  Bəhailər  dövlət  qeydiyyatından  keçmiş,  özəklər 
təşkil etmiş, beynəlxalq əlaqələr yaratmışlar və işlərini çox azad, sərbəst qururlar. 
Bir neçə il əvvəl «Həyat sözü» qeydiyyatı yalnız arzulaya bilərdisə, bu gün 
artıq həmin problem yoxdur. Deməli, sekta irəliləyir, nüfuz edir… 
Sektalar  böyük  maddi-texniki  bazaya  sahibdirlər.  Qurduqları  şəbəkəyə, 
hördükləri tora Azərbaycanı da daxil etmək əzmindədirlər. 
«İncil»in tədqiqatçıları kimi fəaliyyətə başlayan protestant təriqətli «Yeqova 
şahidləri»  150  ilə  yaxındır  ki,  bütün  vasitələrdən  istifadə  edərək  öz  ideyaları 
uğrunda  dərindən-qabıqdan  çıxır.  XX  əsrin  əvvəllərindən  Rusiyaya  ayaq  açan 
«şahidlər»  Oktyabr  inqilabından  sonra  ciddi  sınağa  çəkildilər.  Repressiyalara, 
təzyiqlərə məruz qaldılar. Lakin gizli fəaliyyətlərini dayandırmadılar. Aşkarlıqdan 
sonra keçmiş Sovet İttifaqı məkanında «şahidlər» də baş qaldırdılar. Azərbaycanda 
«şahidlər» müstəqilliyin ilk illərindən fəallıq göstərmişlər. Onlar qanuni fəaliyyət 
üçün  rəsmən  Ədliyyə  Nazirliyindən  qeydiyyatdan  keçməsələr  də,  müxtəlif 
humanitar təşkilatların kölgəsində öz işlərini qurmuşlar. 
Bir  müddət  sonra  isə  qeydiyyat  məsələsini  ortaya  atdılar,  bunun  üçün 
səfirlikləri,  müxtəlif  beynəlxalq  təşkilatları  ayağa  qaldırdılar:  guya  Azərbaycanda 
insan haqları pozulur, beynəlxalq öhdəliklərə riayət edilmir, vicdan azadlığı təmin 
olunmur. «Şahidlər»in canfəşanlığı, nəhayət, onların Ədliyyə Nazirliyindən rəsmən 
qeydiyyatdan keçməsi ilə nəticələndi. Bizə konkret «nədən narahatsınız» sualı ilə 
müraciət  oluna  bilər.  Hələ  qeydiyyata  alınmazdan  əvvəl  bu  başabəla  icmanın 
Qaradağdakı  nümayəndələri  Azərbaycan  Qaz  Emalı  zavodu  kollektivinə  ağır 
mənəvi  zərbə  vurmuşlar.  İcmanın  fəalları  öz  əlaltıları  vasitəsilə  zavodda  bir  neçə 
səbatsız adamı öz tərəfinə çəkmiş, kollektivə nüfuz etmişlər. Onlar bir neçə xristian 
və müsəlmanı yoldan azdırmış, sektalarına cəlb etməyə nail olmuşdular. 


 
272 
İnsan  zəkası  və  tərəqqisinin,  dövlət  və  ictimai  təşkilatların  qatı  əleyhdarı 
kimi  çıxış  edən  «şahidlər»  kollektiv  arasında  Azərbaycanın  dövlət  atributlarını 
tanımamağı  təbliğ  edir,  bayraq,  gerb  və  himnə  hörmətsizliyə  səsləyir,  hərbi 
xidmətə getməməyi, gedəndə isə ələ silah almamağı tövsiyə edirdilər. «Şahidlər»in 
ideoloji 
təcavüzü 
nəticə  etibarilə  Azərbaycan  dövlətinin  dayaqlarının 
zəiflədilməsinə yönəlmişdir. Bax, narahatlıq buna görədir. 
Missionerlik yarışında yazının əvvəlində adı çəkilən Krişna Cəmiyyəti xeyli 
fərqlənir.  80-ci  illərin  əvvəllərindən  gizli  fəaliyyət  göstərən  Krişna  Cəmiyyəti 
1994-cü    ildə  Ədliyyə  Nazirliyində  qeydiyyatdan  keçmişdir.  Xristian  sektaları  ilə 
müqayisədə  Krişnanın  fəaliyyət  dairəsi  məhduddur,  əvəzində  onlar  da 
canfəşanlıqda digər missionerlərdən geri qalmırlar. Təkcə onu demək kifayətdir ki, 
Krişna ilə bağlı Azərbaycan dilində 10-dək kitab çap edilmişdir. 
Qədim Veda fəlsəfəsinə söykənən Krişna təriqətinin əsası 1965-ci ildə ABŞ-
da hindistanlı Trabhubada tərəfindən qoyulub. Dünyanın bir çox ölkələrində özünə 
tərəfdar tapan Krişna Azərbaycanda daha çox kasıb təbəqənin diqqətini çəkir… 
Sektalar,  onların  məqsəd  və  məramları,  iş  prinsipləri  barədə  daha  ətraflı, 
daha geniş yazmaq olar. Lakin hesab edirik ki, buna lüzum yoxdur. Daha çox ona 
görə  ki,  missionerlər  artıq  Azərbaycan  cəmiyyətinin inkaredilməz  problemidir  və 
bu barədə hər kəs müəyyən məlumata sahibdir. Söhbət bu bəladan xilas olmaqdan 
gedir. Bunun üçün bütövlükdə cəmiyyət «yox» deməyə hazırlanmalıdır. Heç kim 
zorakılığa, vicdan azadlığını pozmağa səslənmir. Sadəcə olaraq, cəmiyyətin bütün 
təbəqələrində,  laylarında  ardıcıl  və  məqsədli  iş  aparılmalıdır.  Milli  ideologiyanın 
formalaşdırılması  prosesi  sürətləndirilməli,  ziyanlı,  zərərli  təbliğatın  beyinlərə 
yeridilməsinə  sipər  çəkilməlidir.  İslami  dəyərlər  ardıcıllıqla  təbliğ  edilməli,  xalqa 
çatdırılmalıdır.  Bu  işdə  alimlərimizin  və  savadlı  din  xadimlərimizin  gücündən 
geniş istifadə olunmalıdır. Yalnız bu halda cəmiyyəti onu sarmaqda olan yaradan – 
missionerlik bəlasından xilas etmək olar. 
 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti», 12 may 2000. 
 
 
 
Sevgili osmancıq, hüzurundayıq 
 
 
Xalqımızın  tarixində  və  taleyində  misli  görünməmiş  Mart  faciəsinin  əsl 
mahiyyəti,  mənzərəsi  on  illər  boyu  gizlədilmiş,  saxtalaşdırılmışdır.  Sovet  rejimi, 
kommunist  ideologiyası  bir  tərəfdən  tarixin  təhrif  edilməsinə,  qərəzli  qələmə 
alınmasına  rəvac  vermiş,  digər  tərəfdənsə  xəstə  erməni  təxəyyülünün,  məkrli 
erməni təbliğat maşınının işləməsinə göz yummuşdur. Nəticədə üzdəniraq «partiya 
və  dövlət  xadimi,  alim,  pedaqoq,  kommunist  və  vətəndaş»  (Henri  Azadyan)  Con 
Kirokosyanın  «Gənc  türklər  tarixin  məhkəməsi  qarşısında»  (Yerevan,  «Ayastan» 
nəşriyyatı,  1986-cı  il)  kimi  əsərlər  kütləvi  tirajlarla  nəşr  olunmuş,  milyonlarla 
insanı yalanlarla məlumatlandırmış, əsl həqiqətlərdən elmi ictimaiyyətin diqqətini 
yayındırmış,  ermənilərə  qarşı  regionda  ardıcıl  şəkildə  genosid  həyata  keçirildiyi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə