Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   123   124   125   126   127   128   129   130   ...   176

 
265 
yandırır,  mərhumun  xatirəsi  minnətdarlıq  hissi  ilə  yad  edilirdi?!  Həmin  gündən 
cəmi 7 il ötmüşdür. 
Nə  olsun?  O  təmtəraqlı,  ibarəli  nitqlərdən  nə  qaldı?  Deyəsən,  külək  elə 
həmin  gün  o  çıxışları  sovurub  apardı.  Həsən  bəy  təntənəli  şəkildə  dəfn  olundu, 
onun  haqqında  iki-üç  gün  də  orda-burda  danışdılar,  qəzet  və  jurnallar  onun 
bioqrafiyasını dərc etdilər, portretini verdilər – vəssalam. 
Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona 
zəngin  miras,  irs  qoyan,  onu  mədəni  həyata  alışdıran  xadimi  ilə  beləcə  üzülüşdü. 
Deyəsən,  hər  şey  bitdi…  Və  müsəlman  cəmiyyəti  mərhumu  tamamilə  unutdu. 
Lakin bu hələ hamısı deyil». 
«Həsən bəyin xatirəsi» adlı yazıda («Kaspi», № 269, 1912) oxuyuruq: «Bu 
gün  28  noyabrdır.  Düz  5  ildir  ki,  Qafqaz  müsəlmanları  Həsən  bəy  Məlikovu 
itirmişlər.  İctimai  özünüdərki,  ictimai  ruhu  oyatmaq  üçün  hər  bir  jurnalistin 
borcudur ki, hər il bu mühüm tarixi günü qeyd etsin… 
28  noyabr  tarixi  təkcə  Həsən  bəy  Məlikovu  itirdiyimiz  matəm  günü  kimi 
yox,  həm  də  mənəvi  borcumuzu,  əqli  duyğularımızı  oyadan,  xatırladan  bir  gün 
kimi yaddaşlara həkk olunmalıdır. 
Məhz buna görə də, bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı 
qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır: 
«Bir  damla  su  vaxt  keçdikcə  böyük  qayanı  deşir,  söz  də,  əlaxüsus,  doğru  söz 
insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir». 
Ceyhun Hacıbəyli həmin məqalədə Həsən bəy Zərdabinin tarixi xidmətlərini 
sadalayır və sonda yazır: «Mən 28 noyabrı xatırlamaqla cəmiyyətin diqqətini ona 
yönəltmək istərdim ki, mədəni həyatımızın pioneri sayılan Həsən bəyin xatirəsinin 
əbədiləşdirilməsi  üçün  onun  əsasını  qoyduğu  və  bütün  ömrünü  sərf  etdiyi 
ideyaların həyata keçirilməsinə çalışaq». 
Abdulla  Şaiq  H.Zərdabinin  ölümü  münasibəti  ilə  «İrşad»da  dərc  etdirdiyi 
şeirdə  onu  «gəncliyin  rəhbəri»,  «nur  saçan  ülkər»,  «dahi»,  «fədakar»,  «böyük 
insan»  adlandırır.  Haşım  bəy  Vəzirov  H.Zərdabini  «millət  mücahidi»  kimi 
xarakterizə  edirdi.  M.Ə.Rəsulzadə  H.Zərdabiyə  dəfn  mərasimində  «maarif 
mücahidi»,  «piri-rövşən»  deyə  xitab  edirdi.  «Azərbaycan  mətbuatının  piri»  adlı 
yazısında isə (Ankara, Azərbaycan jurnalı, 1952, № 2) M.Ə.Rəsulzadə qeyd edirdi: 
«H.Zərdabi səpdiyi toxumun səmərəsini görən uğurlu bir əkinçi kimi öyünərək və 
sevinclə bu dünyadan köçdü. O gün mətbuat qara geydi. Şairlər mərsiyələr yazdı. 
Teatrlar  pərdələrini  endirdi.  Bazarlar  və  dükanlar  qapandı.  Bir  kəlmə  ilə,  millət 
matəm tutdu».Sonrakı illərdə, o cümlədən Sovet hakimiyyəti dövründə Həsən bəy 
Zərdabi  və  «Əkinçi»  ilə  bağlı  geniş  tədqiqat  işləri  aparılmışdır.  Lakin  bu 
araşdırmalar rejim və ideologiyanın çərçivəsindən çıxa bilməmişdir. Faktlar bəzən 
təhrif edilmiş şəkildə təqdim olunur, yazılar «kommunist əxlaqı»na uyğunlaşdırılır 
və  yozulurdu. Tədqiqatçılardan biri  yazırdı:  «təəssüf ki, H.Zərdabi  maarifçilikdən 
irəli gedə bilmədi, inqilabçı ola bilmədi». 
«Əkinçi» bütün problemləri həll etdimi? Təbii ki, yox. Lakin qaranlıqda bir 
şimşək  kimi  çaxdı,  onun  ziyası  ilə  gözlər  işıqlandı,  beyinlər  qidalandı,  fikirlər 
təzələndi. Bir sözlə, maarif, mədəniyyət karvanı tərpəndi, yola düşdü. «Əkinçi» söz 
azadlığı,  insan  haqları,  demokratik  dəyərlər,  elm,  tərəqqi,  mədəniyyət,  maarif 


 
266 
uğrunda mübarizəyə, cəhalətə, geriliyə, mövhumata, savadsızlığa qarşı mücadiləyə 
start verdi.«Əkinçi» xalqın xidmətində dururdu, onun yoluna işıq salırdı. Bugünkü 
KİV-dən də məhz bunu umuruq. Ən azı nadan və qərəzli olmaq lazımdır ki, deyək: 
«Əkinçi»  informasiyaları  operativ  çatdırmırdı,  onun  tərtibatı,  şrifti  yeknəsəq  idi. 
Qəzetin  naşiri,  redaktoru,  korrektoru,  mürəttibi  H.Zərdabi  sonralar  xatırlayırdı: 
«pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, oxucu yox… dövlət tərəfindən izn 
almaq da ki, böyük bəladır».Vərəqləri saralmış «Əkinçi» ilə bugünkü rəngli qəzeti, 
yaxud  jurnalı  yanaşı  qoyub  görkəmini  müqayisə  etməyək,  onların  məzmununu, 
mahiyyətini  və  arxalarındakı  simaları  tutuşduraq.  Onların  ideyasını,  əqidəsini, 
məsləkini  müqayisə  edək.  Onların  istedadını,  enerjisini,  xalqa  xidmət  istəyini, 
yanğısını yanaşı qoyaq. 
Bu  gün  Zərdabi  ilə  bağlı  bütün  məsələlər  həllini  tapmışdırmı?  Onun 
həyatının  və  irsinin  tam,  milli  tələblər  baxımından  tədqiq  edildiyini  söyləyə 
bilərikmi? Əlbəttə, yox. Milli mətbuatımızın banisi H.Zərdabinin həyatı, irsi, onun 
«Əkinçi»si daha dərindən, diqqətlə araşdırılmalıdır. H.Zərdabinin Bakıda yaşadığı, 
«Əkinçi»nin  nəşr  olunduğu  binalara  xatirə  lövhəsi  vurulmalıdır.  Bütün  bunların 
başlanğıcı olaraq, hər il 28 noyabr tarixinin, böyük Ceyhun Hacıbəylinin arzuladığı 
kimi,  Həsən  bəy  Zərdabinin  xatirə  günü  kimi  ölkə  miqyasında  qeyd  edilməsi  ola 
bilər.  Bu  baxımdan,  nəhayət,  Milli  Mətbuat  Şurasının  çağırışı  ilə  bu  ildən  28 
noyabrın  Həsən  bəy  Zərdabinin  anım  günü  kimi  qeyd  olunması  böyük 
qədirbilənlik nümunəsidir. 
 
 «Xalq qəzeti» 
 
 
 
 
 
 
 
 
 
1 dekabr 2000 
 
    Azərbaycanlı zabitə bəraət verilməlidir 
 
Ġngilis və alman tribunallarının tarixi  
təcrübəsi bunu tələb edir
 
 
 
 
 
 
 
 
 
1921-ci il iyun ayının 18-də ingilis işğalı altında olan İstanbulun Pera Palas 
oteli qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin sabiq daxili işlər naziri Behbud 
Xan  Cavanşir  erməni  Torlakyan  tərəfindən  üç  güllə  ilə  qətlə  yetirilir.  İngilis 
tribunalı qurulur və bir neçə aydan sonra məhkəmə Torlakyanın cinayət törətdiyini 
elan  etsə  də,  ona  bəraət  hökmü  çıxarır.  Bu  qərar  onunla  əsaslandırılır  ki,  guya 
azərbaycanlılar  1918-ci  ildə  Bakıda  Torlakyanın  qohumlarını  öldürmüşlər  və 
Torlakyan da anlaqsız vəziyyətdə qətl cinayətini törətmişdir (ətraflı bax: 1. Murat 
Çülçu. Erməni intriqalarının pərdə arxası: Torlakyan davası, İstanbul, 1990, Kastaş 
A.Ş. yayınları, 338 səh. 2. Sürəyya Ağaoğlu. Bir ömür belə keçdi (İstanbul). 
Bundan bir qədər əvvəl isə Soqoman Teyleryan (1886-1960) Berlində Tələt 
paşanı  qətlə  yetirir  (mart  1921).  Berlin  dairə  məhkəməsi  də  «xalq  qisasçısı» 
Teyleryana  bəraət  hökmü  çıxarır  (ətraflı  bax:  Con  Kirokosyan.  Mladoturki  pered 
sudom istorii. «Hayastan» nəşriyyatı, Yerevan, 1986, 480 səh.). 
Düz  iki  yüz  ildir  ki,  Azərbaycanda  erməni  terroru,  vəhşəti  baş  alıb  gedir. 
Körpə,  qadın,  qoca  demədən  erməni  qatillər  azərbaycanlıları  ağlasığmaz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə