Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   119   120   121   122   123   124   125   126   ...   176

 
256 
Buradaca  qeyd  etmək  yerinə  düşərdi  ki, xalqımızın  başına  gətirilən  bir  çox 
bəlaların kökünü həm də, xaricdə azərbaycanşünaslığın yox dərəcəsində olmasında 
axtarmaq  lazımdır.  Bu,  mübaliğəsiz  belədir.  XX  əsrə  qədər  xaricdə 
azərbaycanşünaslıqla  bağlı  materiallara  daha  çox  səyyahların  əsərlərində  təsadüf 
edilir. Sonrakı dövrdə də bu sahədə ciddi addımlar atılmamışdır. 
Aleksandr  Düma,  Vasil  Veliçko,  Vasili  Bartold,  Yevgeni  Bertels,  Viktor 
Jirmunski,  Adolf  Berje,  Fuad  Körpülü,  Tadeuş  Svyatoxovski,  Canpiyero 
Bellinceri,  Əhməd  Şmide,  Erix  Fagel,  Odri  Aldştad,  mühacirətdə  Əhməd  bəy 
Ağayev, Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Ceyhun Hacıbəyli, 
Əbdülvahab  Yurdsevər,  Əhməd  Cəfəroğlu,  Turxan  Cənceyi,  İren  Melikoff 
azərbaycanşünaslığa 
layiqli 
töhfələr 
vermiş 
alimlərdir. 
Son 
dövr 
azərbaycanşünaslığında  Ə.Akpinarın  yeri  və  çəkisi  xüsusi  qeyd  olunmalıdır.  Bu 
fədakar  tədqiqatçının  fəaliyyətinə  diqqəti  çəkməklə  xaricdə  azərbaycanşünaslığın 
inkişaf  etdirilməsinin  son  dərəcə  aktual  və  əhəmiyyətli  olduğunu  bir  daha 
vurğulamaq istədik. 
 
 
 
 
 
 
 
 
 
 
  30.XII.08 
 
“Ədəbiyyat qəzeti”, 23 yanvar 2009 
 
 
 
QaĢqarlı iĢığı, Qaspiralı yolu 
 
Yaradılanları yaşatmaq yenisini yaratmaq qədər həm çətin, həm faydalı, həm 
də şərəflidir. Xüsusilə, söhbət böyük bir ulusun əsrlər boyu ərsəyə gətirdiyi milli-
mənəvi  dəyərlərdən,  mədəni  irsdən  gedirsə,  onları  yaşatmaq,  onlara  yeni  nəfəs 
verərək, nəsildən-nəslə ötürmək, elə yenisini yaratmağa bərabərdir.    
 
Türk  dilinin  beşiyi  başında  duran  böyük  Mahmud  Kaşğari  az  qala  min  il 
bundan əvvəl ucsuz-bucaqsız türk ellərini illərlə dolaşaraq dünya, o cümlədən türk 
dili  tarixinin  ən  möhtəşəm  əsərini  -  «Divani-lüğat  it-türk»ü  yaratmışdır.  Çar 
Rusiyası  imperiyasında  -  böyük  bir  coğrafiyada  -  özünün  əzəli  və  əbədi 
torpaqlarında,  lakin  rus  əsarəti  altında  əziyyət  çəkən  türkdilli  xalqların  təhsilə, 
tərəqqiyə,  elmə,  mədəniyyətə,  nəhayət,  birliyə  möhtac  olduğu  bir  dönəmdə 
«Tərcüman»ı və «Dildə, fikirdə, işdə birlik» şüarı ilə tarixin səhnəsinə İsmayıl bəy 
Qaspıralı  çıxdı.  Altaydan  Urala,  Orta  Asiyadan  Qafqaza,  Volqaboyundan 
Balkanlara  səpələnmiş  türk  ulusunun  eyni  dəyərlərə  mənsub  olduqlarını  və  ona 
sahib  olmanın  vaxtı  çatdığını  anlatdı.  Böyük  ideoloq  Əhməd  Ağaoğlu  İsmayıl 
bəyin  vəfatı  ilə  əlaqədar  «Türk  yurdu»  jurnalında  dərc  etdirdiyi  (1914,  №12) 
«İsmayıl  bəy  Qasprinski»  adlı  məqalədə  yazırdı  ki,  öz  ideyalarını  yaymaq  üçün 
«qapı-qapı  dolaşmaq  məcburiyyətində  qalan»  İsmayıl  bəyin  israrla  təqib  etdiyi 
qayənin  türkdilli  xalqlara  bir  dilə,  bir  mədəniyyətə  mənsub  olduqlarını  təlqin 
etməkdən ibarət  idi. Bu  birliyi  duyan  hər bir qövm  əslində  milli-mənəvi  vəhdətin 


 
257 
zərurətini duymuş olacaqdı. 
 
 
 
 
 
 
 
 
Hələ  sovetlər  dövründən  -  dəmir  pərdə  arxasındakı  rejim  və  kommunist 
ideologiyasının  hakim  olduğu  vaxtdan  -  1980-ci  illərin  əvvəllərindən  türk  elləri 
adı,  sorağı  ilə  səfərlərə  çıxan  Yücel  Feyzioğlunun  məramı,  məqsədi,  hədəfləri 
barədə  fikirləşəndə  təbii  olaraq  böyük  Kaşğari  və  Qaspıralını  xatırladım.  Bu 
öndərlərin  işığı,  yolu  ilə  gedən  yüzlərlə,  minlərlə  cəfakeş,  fədakar  davamçıları 
olmuşdur,  yenə  də  olacaqdır.  Yücel  Feyzioğlunu  da  özü  demiş,  həyəcanlandıran, 
düşündürən, səfərlər edən bu dühaların ideya və əməlləri olmuşdur.   
 
 
1946-cı  ildə  Qarsda  dünyaya  göz  açan  Yücel  Feyzioğlu  hələ  kiçik 
yaşlarından  yazı-pozuya  meylini  salmış,  məktəb  dəftərindəki  ilk  şeirləri  ilə 
müəlliminin  diqqətini  çəkmiş,  onun  tövsiyəsi  ilə  daha  heç  vaxt  qələmdən 
ayrılmamışdır.  Bunları  yazarkən,  on  illər  boyu  Azərbaycan  atalar  sözlərini 
toplayan,  nəşr  etdirən  Əbülqasım  Hüseynzadə  və  onun  məşhur  dəftəri  yadıma 
düşür. Məktəbli ikən hər gün atasının gündəlik xərci kimi verdiyi 5 qəpiklə baqqal 
dükanlarını  gəzən,  diqqəti  çəkmək  üçün  üstünə  atalar  sözləri  yazılmış  saçaqlı 
konfet kağızlarını toplayan və səliqə ilə məktəb dəftərinin vərəqləri arasına yığan 
Əbülqasımın  hərəkəti  böyük  Üzeyir  Hacıbəyovun  və  dövrünün  tanınmış 
maarifpərvər  pedaqoqlarından  sayılan  Fərhad  Ağazadənin  diqqətindən  qaçmır. 
Fərhad Ağazadə Ə.Hüseynzadəyə «Bu, nəcib, xeyirxah işdir. Xalqımızın incilərini 
toplayırsan.  İşində  möhkəm  ol.  Dama-dama  göl  olar»  -  deyib  onu  ruhlandırır. 
Üzeyir bəyin dediklərini isə Əbülqasım həyat kredosu kimi qəbul edir: Əbülqasım, 
indi söz çeynəyən çox, söz deyən azdır. Odur ki, müdrik atalar sözlərinin qədrini 
bilmək,  onları  misqal-misqal  toplayıb  xalqın  özünə  qaytarmaq  lazımdır.  Yoxsa, 
atalar  demişkən,  «dama-dama  göl  olar,  dada-dada  heç».  Bundan  sonra,  necə 
deyərlər, Əbülqasım  ayağına çarıq geyib, bir  əlinə qələm, bir əlinə əsa alıb, el-el, 
oba-oba  gəzməyə,  atalar  sözlərini  toplamağa  başlayır.  Lap  nağıllardakı  kimi. 
Nağıllar  demiş,  Sovet  dövründə  ötən  əsrin  20-30-cu  illərində  Azərbaycan 
nağıllarını da, digər şifahi söz nümunələrini də toplayan, səf-nəzər edən, çox sayda 
kitab  buraxan  Əhliman  Axundov,  Məmmədhüseyn  Təhmasib,  Hümmət  Əlizadə, 
Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz, Bəhlul Behcəti kimi fədailərimiz 
də olmuşdur. Onların bu missiyasını 70-ci illərdən sonra Nurəddin Seyidov, Vaqif 
Vəliyev, Sədnik Paşayev, Mürsəl Həkimov, Qəzənfər Paşayev, Bəhlul Abdullayev, 
Əzizə Cəfərzadə, Azad Nəbiyev, Məhərrəm Qasımlı kimi tanınmış alimlər davam 
etdirmişlər.   
 
 
 
 
 
 
 
 
 
 
Yücel  Feyzioğlu  toplama  dairəsinin,  fəaliyyət  coğrafiyasının  genişliyi  ilə 
diqqəti çəkir. Taleyin hökmü ilə 1972-ci ildə Almaniyada məskunlaşmışdı, burada 
Höte İnstitutunda ali dil təhsilinə yiyələnmiş, Andersson Yazıçılıq Akademiyasını 
bitirmişdir.  Bir  müddət  müəllimlik  fəaliyyəti  ilə  məşğul  olduqdan  sonra  özünü 
bütünlüklə  yaradıcılığa  həsr  etmişdir.  Almaniyadakı  türk  uşaqlarının  doğma  dilə, 
ədəbiyyata,  mədəniyyətə,  məmləkətə  məhəbbət  ruhunda  böyüməsi  üçün  əlindən 
gələni  əsirgəməmişdir.  Y.Feyzioğlunun  «Kəloğlan»  və  «Sehrli  limon»  adlı  nağıl 
kitabları müxtəlif dillərə tərcümə edilərək yayılmış, böyük əks-səda doğurmuşdu. 
Ötən əsrin 80-ci illərinin əvvəllərində, dəqiq desək, 1982-ci ildə Bakıya ilk səfəri 
ilə Y.Feyzioğlunun həyat və yaradıcılığında yeni mərhələ başlayır.    
 
 
Xalq yazıçısı Elçin Yücel Feyzioğlunun nəşr etdirdiyi nağıllarla tanışlıqdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə