Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   120   121   122   123   124   125   126   127   ...   176

 
258 
sonra  ona  xitabən  -  «Bizim  çoxlu  xalq  nağıllarımız  var.  Onları  da  Avropaya 
tanıtmaq lazımdır»  - dedi. Bu unudulmaz görüşdən aldığı təəssüratı az qala 30 il 
keçəndən  sonra  Y.Feyzioğlu  belə  xatırlayacaq:  «Türk  dilində  danışılan  bütün 
coğrafiyalarda  qardaş  nağılları  toplamaq  düşüncəsi  o  zamandan  beynimə  həkk 
oldu…». 
 
 
 
 
 
 
 
 
 
 
Beləliklə, Y.Feyzioğlu intəhasız dəryaya, incilər dünyasına, nağıllar aləminə 
qədəm  qoydu.  Həvəslə,  sevgi  və  ehtirasla  türk  ellərindən  nağılları  toplamağa, 
yenidən işləyərək nəşr etməyə başladı. Anadoludan, Azərbaycandan, Dağıstandan, 
Tuvadan, 
Qaqauzdan, 
Karaçaydan, 
Özbəkistandan, 
Türkmənistandan, 
Qazaxıstandan,  Qırğızıstandan,  Kosovadan,  Tatarıstandan,  Başqırdıstandan, 
Altaydan,  Xakasyadan…  topladığı,  yenidən  yazdığı  onlarca  nağıl  kitab-kitab 
uşaqlara hədiyyə edildi.   
 
 
 
 
 
 
 
Y.Feyzioğlunun nəfis tərtibatla, Mustafa Dəlioğlunun rəsmləri ilə yenicə işıq 
üzü  görmüş  «Kardeş  masallar»  adlı  kitabı  (İstanbul,  2009,  Yapı  Kredi  Yayıları 
(YPY),  «Doğan  Kardeş»,  303  səh.)  xüsusilə  diqqəti  çəkir.  Burada  Azərbaycan, 
qaqauz, xakas, kalmık, qaraçay, qazax, kərkük, kıbrıs, qırğız, noğay, özbək, tatar, 
tuva, uyğur… bir sözlə, türk soyundan olan  əksər xalqların 39 nağılı  verilmişdir. 
Kitabın  üstün  keyfiyyətlərindən  biri  də  budur  ki,  balaca  oxucular  nağıldan  əvvəl 
onun  mənsub  olduğu  türk  soyunun  ölkəsi,  məskunlaşdığı  ərazi  barədə 
məlumatlandırılır.  Arzu  olunur  ki,  gələcək  kitablarda  bu  bölgələr  haqqında 
informasiyalar daha sistemli, daha səhih, müfəssəl və zəngin olsun. Uşaq oxucunun 
nağıl qəhrəmanlarının vətəninin tarixi-maddi abidələri, milli-mənəvi irsi, yazarları 
ilə, hətta təbiəti ilə tanışlığı onu öz soyuna da möhkəm tellərlə bağlayacaq. Yücel 
Feyzioğlunun fəaliyyəti sayəsində ərsəyə gələn, işıq üzü görən nağıllar ilk növbədə 
uşaqların  böyük  marağına  səbəb  olmuşdur,  digər  tərəfdən  KİV-in,  tanınmış 
ədəbiyyat xadimlərinin, təhsil müəssisələrinin, böyüməkdə olan nəslin problemləri 
ilə  məşğul  olan  mütəxəssislərin  diqqətini  çəkmişdir.  Türkiyə,  Almaniya, 
Hollandiya  kimi  ölkələrdə  nəşr  olunan  kitablar  böyük  əks-səda  yaratmış, 
Y.Feyzioğlu  müxtəlif  quruluşların  çoxsaylı  mükafatına  layiq  görülmüşdür.  Heç 
şübhəsizdir  ki,  Y.Feyzioğlunun  aldığı  mükafatlar  sırasına  dünyanın  müxtəlif 
şəhərlərindən  müəllim  və  şagirdlərin  ona  ünvanladığı  səmimi  məktublar  da 
daxildir.  KİV  Y.Feyzioğlunun  nağıllarını  mədəni  həyatda  hadisə  kimi 
qiymətləndirir,  uşaqların  təlim-tərbiyəsində  bu  əsərlərin  rolunu  yüksək 
dəyərləndirirlər.  «…həsrətimizi,  umudlarımızı,  duyğularımızı  dilə  gətirdiniz 
nağıllarda.  Vacib  olanı,  lakin  etmədiyimizi  nağıl  qəhrəmanları  vasitəsilə  həyata 
keçirdiniz,  söyləmək  istədiyimizi,  lakin  demədiklərimizi,  yaxud  deyə 
bilmədiklərimizi  nağıl  qəhrəmanlarının  dili  ilə  dediniz».  («Hürriyyət», 
10.05.1984).  «…Yalnızca  uşaqlar  üçünmü?..  Yox,  yox,  min  dəfə  yox»  («Die 
Brücke,  iyun  1984).  «Vilhelmsburq»  kitab  dükanında  Yücel  Feyzioğlunun  nağıl 
oxuma  günü  səbəbi  ilə  uşaqlar  basabas  yaratdılar  («Hamburger  Abendblatt», 
10.12.1984).  «Türk  uşaqları  kimi  avropalı  uşaqlar  da  Yücel  Feyzioğlunun 
nağıllarını oxuyurlar» («Milliyyət-Panorama», 08.06.1986). «Yücel Feyzioğlunun 
yazdığı  nağıllar  Almaniyada  türk  və  alman  uşaqları  arasında  bir  körpü  saldı. 
Alman  uşaqlarından  bəzisi  Kəloğlanla  görüşmək  üçün  yolunu  Türkiyəyə  saldı, 
bəziləri  də  saçlarını  qazıtdırıb  Kəloğlana  bənzəmək  istədilər»  («Birgün»,  aprel, 


 
259 
2004).  Bu  sitatların  sayını  on  qat  artırmaq  olar.  Başlıcası  odur  ki,  bir  çoxları 
tərəfindən  «nağıl  elçisi»  adlandırılan  Y.Feyzioğlu  türk  xalq  nağıllarını,  həm  bu 
soydan  olan  xalqlar  arasında,  həm  də  Avropa  xalqları  arasında  inadla,  israrla  və 
uğurla yayır, təbliğ edir. Nağılla birlikdə oxucular qədim türk ellərinə səyahət edir, 
yerli  xalqlarla  onların  həyat,  düşüncə  tərzi,  adət-ənənələri,  məişəti  ilə  daha 
yaxından tanış olurlar.   
 
 
 
 
 
 
 
 
Nağıllar digər şifahi söz nümunələri kimi balacaların igid, sədaqətli, düzgün, 
prinsipial,  əməksevər,  imanlı,  inamlı  həyata  üstünlük  verən,  halallıqla  yaşamağı 
təlqin  edən  böyük  sərvətdir,  sənətdir.  Nağıllar  keçmişləri  sevdirir,  gələcəyə 
səsləyir. Balacalar hər nağıl oxuyandan sonra bir az böyüyür, sərbəst olur, yaxşını 
pisdən,  gözəli  çirkindən  seçir,  onda  sabah  üçün  xoş  niyyətli  xəyallar,  arzular  baş 
qaldırır. Nağıllar uşaqların  əqidəsinin formalaşmasına, fiziki və mənəvi saflığının 
təminatına təkan verir.    
 
 
 
 
 
 
 
 
Ötən il Bakıda Atatürk mərkəzində tanınmış şair-publisist Dilsuzun qələmə 
aldığı  70-ə  yaxın  nağıl  kitabının  (ideya  müəllifi  Elçin,  layihə  rəhbəri  Qoşqar 
İsmayıloğlu)  təqdimat  mərasimində  çıxış  edən  akademik  Bəkir  Nəbiyev  nağılları 
obrazlı  ifadə  ilə  körpələr  üçün  vaksin  adlandırmış  və  demişdi  ki,  bu  nağıllarla 
tərbiyələnən, böyüyən uşaqların  əsl vətəndaş kimi  yetişəcəyinə bizdə böyük inam 
və ümid var. Bütün bunları və daha artığını dərindən dərk edən Y.Feyzioğlu nə az, 
nə  çox,  bu  vaxta  kimi  onlarca  nağıl  kitabı  nəşr  etdirmişdir,  gələcək  planları  isə 
daha  geniş,  daha  maraqlıdır.  2010-cu  ilədək  türk  dünyasına  aid  22  cildlik  nağıl 
kitabı buraxmaq. Bu seriyaya daxil olan 10 cild artıq işıq üzü görmüşdür. İnanırıq 
ki,  Yücel  bəy  sevimli  nağıl  qəhrəmanları  kimi  öz  xoş  niyyətinə,  məqsədinə 
yetişəcək. 
   
 
 
 
 
 
 
 
“Ədəbiyyat qəzeti”, 
 
 
 
 
 
 
 
 
               12 iyun 2009 
 
 
Sözün dilini bilən Ģair
 
 
 
Bütün  insanlar  sözün  sehrinə  düşür,  tək-təkləri  isə  sözlə  sehrləyirlər:  təsir 
edir, düşündürür, həyəcanlandırır, sevindirir, kədərləndirir, bir sözlə, beyinə nüfuz 
edir, qəlbə hakim kəsilir. Belə söz sərraflarından, sahiblərindən biri, heç şübhəsiz 
istedadlı şair, gözəl publisist Ağacəfər Həsənlidir. 
«Dostunu göstər, sənin kim olduğunu söyləyim» - deyirlər. Səhv etmirəmsə, 
Ağacəfərin dostlarının sırasında ilk iki yeri məhəbbət fədaisi Füzuli və istiqlal aşiqi 
Almaz  İldırım  tutu.  Ağacəfərin  saatlarla  böyük  Füzulidən  fasiləsiz  və  ehtirasla 
qəzəllər söylədiyinin, onları bütün incəliklərinə qədər şərh etdiyinin, azadlıq carçısı 
Almaz  İldırımın  əsərlərini,  xüsusilə  «Türkün  dastanı»  adlı  möhtəşəm  və 
həmişəyaşar  poemasını  əvvəldən  axıra  kimi  birnəfəsə  həvəslə,  ürəklə  əzbər 
dediyinin şahidləri bu ədəbi dostluğun əzəli və əbədi olduğuna da əmindirlər… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə