Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   131   132   133   134   135   136   137   138   ...   176

 
282 
-  Abid  müəllim,  özünüzə  düşmən  qazanmaq  istəmirsinizsə,  bu  mövzunu 
bağlayın.  
Bizi  kənardan  seyr  edən  Dursun  müəllimin  qızı,  istedadlı  alim,  pedaqoq 
Fatimə  xanım  gülümsəyərək  anası  Zoya  xanımın  dediyini  başı  ilə  təsdiqlədi. 
Bununla  demək  istəyirəm  ki,  Dursun  müəllim  fikrini,  sözünü  tez-tez  dəyişən 
adamlardan deyildi, əqidəsinə, məsləyinə sadiq insan idi. 
Dursun  müəllimi  son  mənzilə  yola  salırıq.  Qəbələ  ziyalıları,  ayrı-ayrı 
rayonlardan gələn qonaqlar unudulmaz Dursun müəllimlə vida görüşünə gəlmişlər. 
Fürsətdən  istifadə  edib  bir  məsələyə  də  diqqəti  çəkmək  istəyirəm.  Dursun 
Hüseynovun  xidmətləri  onun  xatirəsinin  əbədiləşdirilməsi  üçün  əsasdır.  Yaxşı 
olardı  ki,  Qəbələdə,  yaxud  elə  onun  dünyaya  göz  açdığı  qədim  Vəndam 
qəsəbəsində professorun adı əbədiləşdirilsin. 
Sonda uca Allahdan Dursun Hüseynova rəhmət diləyir və deyirəm: Dursun 
müəllim, rahat yatın, sizin əməlləriniz, əsərləriniz, irsiniz Sizi əbədi yaşadacaqdır. 
 
“525-ci qəzet”, 14 aprel 2009 
 
Unudulmaz ġaban müəllim 
 
Üzünü  ilk  dəfə  1980-ci  ildə  gördüyüm  Şaban  müəllimi  70-ci  illərdən 
tanıyıram desəm, burada yanlışlıq, yaxud qəribəlik axtarmağa dəyməz. Hələ tələbə 
ikən  «Bakı»  qəzetində  tez-tez  rast  gəldiyim  imzasının  arxasında  prinsipial, 
cəsarətli, mübariz, eyni zamanda qayğıkeş, həssas, diqqətli və yumorlu bir insanın 
dayandığı hiss olunurdu. Vicdanının səsi, qəlbinin hökmü ilə qələmə aldığı hər bir 
yazısı  hamı  kimi  biz  tələbələrin  arasında  da  geniş  əks-səda  doğurur,  ciddi 
müzakirəyə  səbəb  olurdu.  Yanılmıramsa,  o  müəllimlik  etməyib,  lakin 
jurnalistikaya  yeni  gələn  gənclər  ondan  öyrənir,  ona  böyük  ehtiramla  «Şaban 
müəllim» deyə müraciət edirdilər. 
Şəxsi  tanışlığımızın  ilk  günündən  yanılmadığımın  şahidi  oldum: 
«Bakıelektrikməişətcihaz»  İstehsalat  Birliyinin  «Nümunəvi  texnika  uğrunda» 
qəzetinin  redaksiyasına  daxil  olanda  məni  gülərüz,  sarıbəniz,  qıvrımsaç  bir  nəfər 
mehribanlıqla qarşıladı. Bu, Şaban Şabanov idi. 
- Yəqin səni Əliabbas müəllim göndərib, - dedi və otaqdakılar ilə tanış etdi. 
O  vaxt  Şaban  müəllim  qəzetin  Azərbaycan  hissəsinə  redaktorluq  edirdi. 
Yura Əsədov isə rus hissəsinə redaktorluq etməklə yanaşı, həm də hər iki qəzetin 
baş redaktoru hesab olunurdu. Şaban müəllim üzünü Yuraya tutub dedi: 
-  Yura,  Abid  bu  il  ali  məktəbi  bitirib,  jurnalistdir.  Bizdə  işləmək  istəyir. 
Etiraz  etmirsiniz?!  –  O,  sonuncu  sözlərini  elə  söylədi  ki,  mən  onu  «etiraz  edə 
bilməzsiniz» kimi qəbul etdim. 
Yura: 
- Onun yazdıqlarını oxumusunuz? 
Şaban müəllim «Yox» deyib, sənədlərimi istədi. Yura isə mızıldanırdı: 
- Bəlkə, əli qələm tutmur. Heç nə yaza bilmir. Axı, indi belələri çoxdur… 
Şaban müəllim dözməyib Yuranın üstünə qışqırdı: 


 
283 
- Bu adama Əliabbas Əliyev zəmanət verib, bura göndərib, başa düşdün, ay 
Allahın yazıq ermənisi! 
Yura Şaban müəllimin sözlərini zarafata salıb mövzunu dəyişdi, mən isə bir 
müddət həmin redaksiyada işləməli oldum… 
Sonralar  da  Şaban  müəllimi  tez-tez  görür,  əlaqə  saxlayır,  hal-əhval 
tuturdum.  Həmişə  şən,  gümrah  görünən  Şaban  müəllim  heç  vaxt  öz 
problemlərindən, onu narahat edən, düşündürən şəxsi məsələlərdən söhbət salmaz, 
şikayətlənməzdi. Hərdən isə «dərdimi bölüşdüyüm tək-tək adamlardan biri sənsən 
deyib  bir  kənarda  yorulanadək  danışar,  söhbəti  isə  «bax,  belə  əzizim»  deyə 
yekunlaşdırardı. 
Şaban  müəllimin  söhbətlərindən  onun  ailəsini  demək  olar  ki,  yaxından 
tanıyıram.  Bu  gün  –  Şaban  müəllimsiz  günlərdə  onlara  nə  qədər  çətin,  ağır 
olduğunu  yaxşı  başa  düşürəm.  Amma  nə  yaxşı  ki,  bu  dünyada  təsəlli,  təskinlik 
tapmağa Şaban müəllim çox yadigarlar qoyub: onlardan biri də yaxşı əməl sahibi, 
yaxşı addır. 
 
 
 
 
 
 
«Azərbaycan müəllimi» qəzeti, 
                    
 
 
 
 
№ 5, 1 fevral 2001. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
284 
Sərvətim-- hədiyyə sətirlər 
 
Müəllifdən 
 
 
Bu kitabın nəşri 55 yaşıma təsadüf etməsəydi, bəlkə də «Sərvətim-hədiyyə 
sətirlər»  adı  ilə  sizə  təqdim  etdiyim  yazılar  elə  arxivimdə,  qəzet,  jurnal 
səhifələrində  qalacaqdı.  Amma    ad  günüm  ərəfəsində  «indiyədək  nə  etmişəm, 
nəyə  nail  olmuşam?»-  kimi  suallar  məni  geri  boylanmağa  vadar  etdi.  Əziz  və 
unudulmaz  Yaşar  Qarayevin,  Xeyrulla  Məmmədovun,  Şamil  Qurbanovun, 
Ağarəfi  Zeynalovun,  Əflatun  Məmmədovun  böyük  sevgi  və  həvəslə  haqqımda 
yazdıqları və  dissertasiyalarımın müzakirəsi və müdafiəsi zamanı  söylədiklərini 
şükranlıqla xatırladım.Ruhları şad olsun! 
Azərbaycan  ədəbiyyatşünaslıq  elmində,  belə  demək  mümkünsə,  möhürü, 
öz  sözü  olan,  sayılıb  seçilən  alimlərimizdən  Bəkir  Nəbiyev,  Nizami  Cəfərov, 
Hüseyn Əhmədov, Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə, Vaqif Arzumanlı, 
Həsən  Quliyev,  Nizami  Məmmədov,  Xaləddin  İbrahimli,  İslam  Ağayev,  Tofiq 
Hüseynoğlu, Abdulla Abbasov, Şamil Vəliyev, Vaqif Sultanlı, Bəhlul Abdullayev, 
İfrat  Əliyeva,  Nazif  Qəhrəmanlı,  Qulu  Məhərrəmli,  İsmayıl  Vəliyev,  Alxan 
Məmmədov,  Aydın  Dadaşov,  Buludxan  Xəlilov,  Himalay  Qasımov,  Səbahəddin 
Şimşir,  Tehran  Əlişanoğlu,  Bayram  Ağayev,  Mənzər  İbrahimova,  Ramin 
Əhmədov 
və 
başqaları 
kimi 
nüfuzlu 
tədqiqatçıların 
fəaliyyətimlə, 
araşdırmalarımla  bağlı  yüksək  fikirlərini,  yazılarını  minnətdarlıq  hissi  ilə  bir 
daha  nəzərdən  keçirdim.  Dəyərli  müəllimlərim  Cahangir  Məmmədli,  Yalçın 
Əlizadə,  Akif  Rüstəmli  və  Mahmud  Mahmudovun  araşdırmalarıma  diqqətli  və 
qayğı dolu münasibətlərini qədirbilənliklə yada saldım. 
Jurnalistika  fakültəsinin  gənc  və  perspektivli  müəllimlərinin,  təcrübəli, 
istedadlı  həmkarlarımın,  digər  peşə  sahiblərinin  tədqiqatlarımla  bağlı  KİV-də 
çıxışlarını razılıqla bir daha oxudum. 
Bütün  bunlardan  sonra  bu  qənaətə  gəldim  ki,  mənə  ünvanlanan  xoş 
məramlı,  təmiz  niyyətli,  isti,  səmimi    sətirlər  ən gözəl  hədiyyədir,  fikirləşdim  ki, 
bu  hədiyyələrin  yaratdığı  nəşəli  duyğuları  ,  zəngin  təəssüratları  elə  sizinlə 
bölüşsəm  yaxşıdır.Fürsətdən  istifadə  edib  mənə  ən  böyük  sərvət-xoş  sözlər, 
sətirlər ünvanlayan dəyərli müəlliflərə minnətdarlıgımı bildirirəm. 
 
 
Namizədlik dissertasiyası və avtoreferatına rəylərdən 
parçalar 
 
Abid Həmid oğlu Tahirlinin «C.Hacıbəylinin həyat və yaradıcılığı 
(mühacirətə qədərki dövr)» mövzusunda dissertasiya əsəri haqqında 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə