Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   98   99   100   101   102   103   104   105   ...   176

 
211 
Azəri xanının taxtı devrilmiş 
Hər keçən baharın Novruz deyilmiş. 
Döndümü taleyin, ah! Gülüm Gəncə! 
Belimi bükür qürbətin yükü, 
Ah… bu gün dərdlərin öylə böyük ki… 
Fələkmi susdurdu o əski Türkü? 
Mənimlə ağlamaz, bülbülüm Gəncə. 
 
 
 
 
 
 
Kərim Yaycılı 
 
 
Ayrılıq acısı 
 
Qürbətə çıxarkən pək nəşəsizdim, 
Səninlə görüşmək istərdim, annə, 
Bu səfər könlümdə bir acı sezdim 
Səninlə dərdləşmək istərdim annə… 
 
Bir azacıq bəlkə nəşələnərdim, 
Üzünü bir kərə görsəydim annə. 
Bəlkə də qalmazdı, başqa bir dərdim 
Əlini bir kərə öpsəydim, annə… 
 
Ağlasaydım dizində bütün bir gecə 
Bəlkə də sükunət bulurdum annə, 
Səninlə görüşmədən böylə gedincə 
O gün ta qəlbimdən vuruldum annə. 
 
Ayrılıq acısı könlümü gəzdi, 
Mən hicran zəhrilə solğunam annə. 
Bu acı məni pək inlətdi, əzdi, 
Uyusam dizində… yorğunam annə. 
 
Yollarda xəyalən baş-başa səssiz, 
Səninlə dərdləşir kimiydim annə, 
Həm yuvasız qalmış, həm də kimsəsiz 
Ağlayan bir öksüz kimiydim annə… 
 
Mənliyimdə qopan fırtınalarla 
Coşqun sular kimi çağladım annə 
O bitmək bilməyən qarlı yollarda 
Andımda səni mən ağladım annə. 
 
Rüzgarın duydum da hıçqırığını 


 
212 
Salam yolladım sənə aldınmı, annə, 
Söylədimi qəlbimin qırıldığını… 
Heç məni düşünüb andınmı annə? 
 
Bu tənha yollarda tək yolçu mənəm, 
Dərin bir sükut var ovada annə, 
Bilməm ki, boşmudur o əski yerim 
Pək yalnız qaldığın yuvada annə. 
 
Başqa heç bir şey istəməm ellə, 
Xeyir-duanı yalnız dilərəm annə 
O mənə verdiyin ipək məndillə 
Göz yaşlarımı mən silirəm annə. 
 
Dərdimi paylaşalım nerdəsən annə 
Səninlə ağlaşalım nerdəsən annə?.. 
 
 
 
 
 
 
R.S. 
 
 
 
 
Bir daha Leo Nussimbaum haqqında, yaxud Berlin Ġslam 
Ġnstitutu nəyə protesto edirdi 
 
Azərbaycan  mühacirlərinin  Berlində  nəşr  etdikləri  «İstiqlal»  (1932-1934) 
qəzetində  Leo  Nussimbaumla  bağlı  «525-ci  qəzet»də  dərc  olunmuş  kiçik 
informasiya  (№  78,  27  aprel  2002-ci  il)  maraqla  qarşılanmışdı.  Hətta  hörmətli 
professor  Pənah  Xəlilovun  yazdığı  «Bir  daha  «Əli  və  Nino»nun  əsl  müəllifinin 
kimliyi  haqqında»  məqalədə  («525-ci  qəzet»,  №  97,  25  may  2002-ci  il)  həmin 
məlumata mənbə kimi istinad edilmişdir. 
Məsələ  burasındadır  ki,  eyni  mövzuya  –  Leo  Nussimbaumın  həyatı  və 
yaradıcılığına  Azərbaycan  mühacirlərinin  İstanbulda  1929-cu  ildən  nəşr  etdikləri 
«Odlu  yurd»  jurnalı da irihəcmli  material  həsr  etmişdir  (№  13,  mart  1930-cu il). 
Burada  verilmiş  «Şərqdə  petrol  və  qan»  ünvanlı  əsərin  müəllifi  kimdir»  (səh.11-
18), «Protest səsləri» (səh.18-20), «Berlin İslam İnstitutunun izahatı» (səh.20-21) 
başlıqlı yazılarda Leo Nussimbaumın şərəfsiz, çirkabla dolu həyat və yaradıcılığı 
barədə geniş bəhs olunur. 
«Şərqdə petrol və qan» ünvanlı əsərin müəllifi kimdir» adlı məqaləni yazan 
Hilal  Münşi  Berlində  1931-ci  ildə  alman  dilində  buraxılan  və  alman  ictimai 
fikrində böyük əks-səda doğuran «Azərbaycan Cümhuriyyəti» əsərinin müəllifidir. 
1902-ci  ildə  Azərbaycan  mədəniyyətinin  tacı  Şuşada  dünyaya  göz  açan  Hilal 
Münşi  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ali  təhsil  almaq  üçün  xaricə 
göndərilən  tələbələr  sırasında  idi.  27  Aprel  istilasından  sonra  bir  daha  Vətənə 


 
213 
dönməyən  Hilal  Münşi  Vətənin  istiqlalı  uğrunda  bütün  həyatı  boyu  mücadilə 
aparmış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin alovlu təbliğatçısı, təəssübkeşi 
olmuşdur.  Oxucuların  diqqətinə  təqdim  edilən  nümunə  də  dediklərimizi 
təsdiqləyir. 
 
 
 
 
 
 
 
«525-ci qəzet», 12 iyul 2002. 
 
 
 
Əbdül Vahab Yurdsevərin publisistikası 
 
1950-ci  illərin  sonu  –  60-cı  illərdə  və  sonralar  «Azərbaycan»ın  (1952, 
Ankara)  səhifələrində  Əbdül  Vahab  Yurdsevər,  İldəniz  Qurtulan,  Əhməd  Qaraca, 
Müştaq  Qarabağ,  Əjdər  Qurtulan,  Səlahəddin  Qılınc,  Nizaməddin  Onk,  Teymur 
Atəşli,  Həmid  Dönməz,  Süleyman  Təkinər,  Feyzi  Aküzüm,  Əli  Akiş,  Kərim 
Yayçılı  və  s.  kimi  qələm  sahiblərinin  diqqətçəkən  məqalələri,  bədii  əsərləri  dərc 
olunurdu. 
«Azərbaycan»ın  ən  fəal  yazarlarından  olan  Əbdül  Vahab  Yurdsevərin 
yaradıcılığı  çoxsahəli  və  məhsuldardır.  Məqalələrini  «Abdul  Vahab  Yurdsevər», 
«Ə.Vahab  Yurdsevər»,  «Vahab  Yurdsevər»,  «A.B.Y.»,  «V.Y.»  və  s.  kimi 
imzalarla  dərc  etdirən  müəllifin  ilk  yaradıcılığında  klassiklərin  irsi,  onun  tədqiqi, 
dəyərləndirilməsi əsas yer tutur. «Azərbaycan»ın ilk nəşr illərində hər nömrəsində 
A.B.Yurdsevərin yazısı dərc edilmişdir. 
Ə.B.Yurdsevərin  Xurşidbanu  Natəvan,  C.Cabbarlı,  Aşıq  Ələsgər, 
Məhəmməd  Hadi,  Abbas  Səhhət,  Qasım  bəy  Zakir,  Abbasqulu  Ağa  Bakıxanlı, 
Məhsəti  Gəncəvi,  Şah  İsmayıl  Xətai  və  s.  kimi  söz  ustalarının  həyat  və 
yaradıcılığına  dair  araşdırmaları  özünəməxsus  yanaşma  tərzi,  ciddi  mühakimələri 
ilə  diqqəti  cəlb  edir.  Xurşidbanu  Natəvanın  acı,  ağır  taleyini,  onun  dəyərli  irsini 
böyük  məhəbbətlə  qələmə  alan  Ə.Yurdsevər  yazır:  «Natəvan  Azərbaycan 
ədəbiyyatında  sentimental-romantik  şeir  üslubunun  bariz  bir  nümayəndəsidir. 
Şeirlərində  incə  bir  lirizm,  dərin  və  coşqun  bir  hiss  və  həyəcan  sezilməkdədir. 
Yanıqlı  qəzəlləri  bir  mərsiyə  ruhunu  daşımaqdadır.  Göz  yaşları,  həsrət,  Tanrıya 
yalvarmaq, ayrılıq iztirabları, ümidsizlik və şikayət bu şeirlərin başlıca mövzusunu 
təşkil  etməkdədir.  Natəvanın  şeirlərindəki  bu  ruh  haləti  həyatında  uğradığı 
fəlakətlərin nəticəsidir». 
Tədqiqatçı  haqlı  olaraq  Natəvanın  şəxsi  kədər  və  hüznü  ilə  yaradıcılığında 
təzahür  edən  qəm-qüssəni  əlaqələndirir,  eyni  zamanda  bu  şeirlərin  ədəbi-ictimai 
yükünü  dəyərləndirirdi.  Xurşidbanu  Natəvan  həmin  dövrdə  fəaliyyət  göstərən 
«Məclisi-üns»ün  üzvü  olmaqla  yanaşı,  bu  poetik  məclisə  maddi  yardım  da 
göstərirdi. Ə.Yurdsevər göstərir ki, Natəvan «şeirdə olduğu qədər rəssamlıqda da» 
böyük istedad sahibi idi. 
Ə.V.Yurdsevərin jurnalın dalbadal 3 nömrəsində verilən «Azərbaycan dram 
ədiblərindən  C.Cabbarlı»  adlı  tədqiqat  əsərində  müəllif  C.Cabbarlının  həyat  və 
yaradıcılığını  addım-addım  izləyir,  əsərlərinin  mövzusunu,  ideya  istiqamətini 
dəyərləndirir.  Ə.V.Yurdsevər  C.Cabbarlının  «Ədirnə  fəthi»  və  «Trablis 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə