Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   106   107   108   109   110   111   112   113   ...   176

 
229 
xadimi Dursun Hüseynovun 90 yaşı tamam olur. Hər bir vətəndaşa, elmi-pedaqoji 
işlə  məşğul  olmağa  başlayanlara  örnək  sayılan,  şərəfli  ömür  yolu  keçən  Dursun 
müəllim illər uzunu çalışdığı sahələrdə coşqun fəaliyyət göstərmişdir. 
Azərbaycanın,  o  cümlədən  qədim  Qəbələnin  qəhrəmanlıqla  dolu  tarixi, 
böyük  mədəni  sərvəti,  füsunkar  təbiəti  Dursun  müəllimin  tükənməz  mənəvi 
qaynağı olmuşdur. Alimin həyat yolu bəzən daş-kəsəkli, eniş-yoxuşlu olsa da, o, öz 
sənətinin zirvələrinədək yüksəlmişdir. 
Hələ  11  yaşındaykən  oxumaq  həvəsi  ilə  Vəndamdan  Şəkiyə  yollanan 
Dursun Hüseynov taleyini həmişəlik elm-təhsil sahəsinə bağlamışdır. O, iradə və 
inadkarlığı,  cəsarət  və  fədakarlığı, nadir  istedadı  və  qeyri-adı  bacarığı  ilə  həmişə, 
hər yerdə fərqlənmişdir. İkinci Dünya Müharibəsinin od-alovlarından çıxan Dursun 
Hüseynov  2  il  ərzində  Kiyev  Tibb  Universitetində  namizədlik  dissertasiyası,  5  il 
müddətində  Moskvada  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  O,  5  dərsliyin,    
9 dərs vəsaitinin, 6 monoqrafiyanın, 4 sorğu kitabının, 200-dən çox elmi məqalənin 
müəllifidir. 
Professorun  fundamental  «Tibbi  farmakologiya»  əsəri  əczaçıların  stolüstü 
kitabıdır. Alim-pedaqoq onlarca elmlər doktoru və elmlər namizədi yetişdirmişdir. 
Necə  deyərlər,  respublikamızın  bugünkü  əczaçıları  onun  «şinelindən»  çıxmışlar. 
Dursun  Hüseynovun  hərbi,  elmi  pedaqoji,  səhiyyə  sahəsindəki  xidmətləri  dövlət 
səviyyəsində  yüksək  qiymətləndirilmiş,  müxtəlif  orden-medallara,  mükafatlara 
layiq görülmüşdür. 
Görkəmli əczaçı alimin anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 70 
illiyi  bu  günlərdə  qədirbilənliklə  qeyd  olunur.  Səhiyyəmizin  nüfuzlu  ağsaqqalı, 
nurlu insan, professor Dursun Hüseynovu yubiley münasibətilə ürəkdən təbrik edir, 
ona cansağlığı və yeni uğurlar arzulayırıq. 
 
 
 
 
 
 
    «Xalq qəzeti», 12 yanvar 2005. 
 
 
Professor Məhərrəm PaĢa oğlu Qasımlıya! 
 
Əziz qardaşım Məhərrəm! 
 
Səni  –  gözəl  ailə  başçısını,  dəyişməz  məslək  sahibi  və  müstəqil 
Azərbaycanın  vicdanlı,  ləyaqətli  vətəndaşını,  incə  ruhlu  şairi,  istedadlı  alimi  – 
folklorumuzun vurğununu, mahir bilicisini, ədəbi proseslərin fədakar təşkilatçısını, 
xeyirxah, həssas, eyni zamanda prinsipial və qətiyyətli bir insanı, nəhayət, sadiq və 
əziz dostumu ad günü – 50 yaş münasibətilə təbrik etdiyimə görə ürəkdən şadam! 
Əslində, mənim üçün sənin 50 yaşın 20-30 il bundan əvvəl tamam idi. Sən 
hələ  o  vaxtlar  –  tələbəlik  illərindən  tövsiyələrinlə,  ağıllı  məsləhətlərinlə,  dərin 
düşüncə tərzinlə, təmkininlə 50 yaşın yükünü çiyinlərinə götürmüşdün. 
Nədənsə  (əslində,  bu  söz  yersizdir,  çünki  nədənini  bilirəm,  indi  də 
yazacağam,  bunu  mənim  dil-üslub  xətama  yaz,  yoz),  mən  səni  həmişə  ağsaqqal 
bilmişəm.  Bu  iki  mənbədən  qidalanmışdır:  birincisi,  sən  əzəldən  təbiətən  ağır, 


 
230 
ləngərli,  səbirli,  ağıllı  və  çevik  zəka  sahibi,  geniş  təfəkkürlü  insan  kimi  dünyaya 
göz açmısan; ikincisi, məşğul olduğun sahəyə – folklora o qədər nüfuz etmisən ki, 
onun  bütün  gözəlliyi,  müdrikliyi,  dəyərləri  sənin  qəlbinə,  qələminə  və  çöhrənə 
çökmüş, hopmuşdur. 
Qardaşım Məhərrəm! Sənin tədqiqat sahənin tarixi, əhatə dairəsi, coğrafiyası 
sədd-hədd,  sərhəd  tanımır.  Sənin  çıxışlarına  insanlar  həzin  nəğməni,  sirli-sehrli 
dastanı dinlədikləri kimi qulaq asırlar. 
Sənin  haqqında  fikirləşəndə  bir  məsələ  məni  çox  düşündürür.  Sən 
folklordan,  sazdan  o  qədər  ehtirasla,  həvəslə  danışırsan  ki,  etiraf  edim  ki,  səni 
sazsız görəndə (ekranda, avtobusda,  metroda,  məclisdə, hətta yeyib-içəndə) çaşıb 
qalıram: mahir ovçunu meşədə, dağda, dərədə tüfəngsiz, gülləsiz, qatarsız görəndə 
necə təəccüblənərsənsə, eləcə. 
Bilirəm,  bir  qədər  uzunçuluq  edirəm.  Amma  səndən  yazanda  adam  coşur, 
ilhama gəlir. Həmişə belə ol! İnsanlara ruh ver, onları hərəkətə gətir, onları özünə 
mənən ehtiyaclı et. Yaşa, var ol, baba Məhərrəm! 
 
 
 
 
Elm, məktəb və təhsil yollarında 
 
     Neçə  il  əvvəlin  söhbətidir.  Azərbaycan  Beynəlxalq  Universitetinin  geniş 
həyətinə daxil olanda, ilk növbədə yolun sağ və sol tərəfində vurulmuş lövhələrdə 
yazılmış  Vətən,  elm,  təhsil,  mədəniyyət,  müstəqilliklə  bağlı  tanınmış  dövlət, 
siyasət,  elm,  ədəbiyyat  xadimlərinin  kəlamları  diqqətimi  çəkdi.  Nəzərlərim  bir-
birindən  dəyərli,  uğurlu  deyimlərdən  birinin  üstündə  dayandı.  «Məktəb 
qibləgahımdır. Akademik Hüseyn Əhmədov». 
Xəyal  məni  orta  məktəb  illərinə  apardı.  Biz  orta  məktəbin  yuxarı  sinfində 
oxuyanda – təxminən 25 il əvvəl – məktəb direktoru gur səsi, zəhmi, hündür boyu 
ilə diqqəti dərhal  çəkən  Hacıbala  müəllim  idi.  O,  hər gün  bir dəfə  – 15 dəqiqəlik 
tənəffüsdə bütün sinif şagirdlərini məktəbin həyətinə – açıq səma altına toplayır və 
yığıncaq  keçirirdi.  Hər  çıxışını  da  təsirli  sözlərlə  yekunlaşdırırdı.  Bir  dəfə  belə 
yığıncaqların birinin sonunda o, üzünü şagirdlərə tutub çox ciddi soruşdu: 
- Axşam üzü hara yatırsınız? 
Heç kimdən səs çıxmadı. Ani fasilədən sonra direktor özü davam etdi: 
-  Yəqin,  heç  fərqində  də  olmamısınız.  Amma  hamınıza  bir  nəfər  kimi 
tapşırıram.  Bu  gündən  etibarən  gecə  yatanda  üzü  məktəbə  sarı  uzanın.  Məktəb 
bizim qibləgahımızdır. 
Mən  bilmirəm,  direktorun  bu  tapşırığına  neçə  nəfər  əməl  etdi,  ya  etmədi. 
Amma  onu  dəqiq  bilirəm  ki,  Hacıbala  müəllimin  bu  sözləri  müəllim-şagird 
kollektivi  arasında  böyük  təəssürat  yaratmış,  xeyli  müddət  dildən  düşməmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə