Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   105   106   107   108   109   110   111   112   ...   176

 
227 
-  1990-cı  il  qanlı  20  Yanvar  faciəsi,  o  dövrdə  Azərbaycanda,  o  cümlədən 
Dağlıq Qarabağda gedən proseslər, xüsusilə erməni separatizmi, vandalizmi barədə 
xaricdə  obyektiv  fikir  formalaşmasında,  informasiya  blokadasına  alınmış 
ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayan 
«Vətən» Cəmiyyətinin və onun «Odlar yurdu» qəzetinin rəhbəri kimi; 
-  hələ  Sovet  dönəmində  Azərbaycan-Türkiyə  ədəbi-mədəni  əlaqələrinin 
təməlçilərindən, sonralar bu münasibətləri yeni inkişaf mərhələsinə qaldıran yazıçı-
publisist, dövlət xadimi kimi; 
-  müstəqil  Azərbaycanın  yeni  dövlət  quruculuğu  işinə,  xüsusilə  təhsil,  elm, 
səhiyyə  və  sosial  problemlər  sahəsinə  uzun  illər  və  fasiləsiz  rəhbərlik  edən  şəxs 
kimi; 
-  müstəqil  Azərbaycanın  ilk  ali  dövlət  mükafatları  ilə  təltif  edilən 
yazıçılardan biri kimi. 
Mən  bunları  sadalarkən  tarixə,  xronologiyaya,  fəaliyyətinizin  şaxələrinə  və 
mərhələlərinə  qismən  də  olsa,  əməl  etməyə  çalışdım.  Lakin  bunlar  hələ  hamısı 
deyil. Sizin əsərlərinizin ölkəmizdə və xaricdə nəşri və onlara tükənməyən oxucu, 
ədəbi ictimaiyyətin marağı, hər biri mədəni həyatda hadisəyə çevrilən pyeslərinizin 
Azərbaycan  teatrlarında  və  Türkiyədə  möhtəşəm  tamaşaları  haqqında  yazılıb, 
yazılır,  yazılacaqdır.  Ssenari  və  tərcümələriniz,  müxtəlif  irimiqyaslı  tədbirlərdə, 
yubileylərdə,  konfrans,  simpozium,  qurultaylarda  dərin  məzmunlu  nitq  və 
məruzələriniz...  Sizin  tərcümeyi-halınızın,  ömür  yolunuzun  nə  qədər  maraqlı, 
şərəfli, zəngin, eyni zamanda iş qrafikinizin nə qədər gərgin olduğuna dəlalət edir. 
Bütün  bunlar  Sizin  ədəbi-mədəni  irsinizin  dəyərinin,  fəaliyyətinizin  nəticələrinin, 
izinizin  əbədiliyinin  təsdiqidir  ki,  Siz  bunlara  parlaq  istedad  və  fədakarlıqla  nail 
olmusunuz.  Allah-təala  Sizin  taleyinizə,  bəxtinizə  böyük  dramaturq  İlyas 
Əfəndiyevin oğlu olmaq, ən ali keyfiyyətlərə xas ata-ailə başçısı, müdrik, qayğıkeş 
baba və sadəcə gözəl insan olmaq səadəti də bəxş edib. 
Əziz Elçin müəllim! Bu gün Sizin ad gününüzdür. Ad gününüzü öz günü, öz 
sevinci  hesab  edənlər  çox,  lap  çoxdur.  Elə  bilirəm  ki,  bu,  Sizə  ən  böyük 
hədiyyədir.  Bir  daha  Sizi  təbrik  edir,  həmişə  sağlam,  gümrah  olmağınızı 
arzulayıram. Bundan sonra da qələminiz iti, sözünüz kəsərli, keçərli olsun! Allah 
Sizi qorusun. 
 
 
 
Dərin hörmətlə,   
 
 
 
 
Abid Tahirli 
 
 
 
 
 
 
 
 
 13.05.2010 
 
 
 
 
Hörmətli ġirməmməd Ağaməmməd oğlu Hüseynov! 
 
 
Sizi  –  müasir  Azərbaycan  jurnalistlərinin  müəllimi  və  ağsaqqalını  anadan 
olmağınızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirik. 


 
228 
 
Siz  hər  bir  vətəndaşa,  hər  bir  jurnalistə örnək  ola  biləcək  şərəfli ömür  yolu 
keçmisiniz. Respublikanın ictimai-mədəni, mətbu həyatındakı coşqun fəaliyyətiniz, 
elmi-pedaqoji sahədəki xidmətləriniz ən yüksək qiymətə layiqdir.  
Çağdaş  Azərbaycan  mədəniyyətinin  sütunları  M.F.Axundov  və  H.Zərdabi, 
ictimai  fikir  və  mətbuat  tariximizin  parlaq  simaları  Əhməd  bəy  Ağaoğlu,  Əli  bəy 
Hüseynzadə,  Məmməd  Əmin  Rəsulzadə,  Üzeyir  bəy  və  Ceyhun  bəy  Hacıbəyli 
qardaşları,  Cəlil  Məmmədquluzadə,  Haşım  bəy  Vəzirov  kimi  qələm  və  kəlam 
sahiblərinin  irsi  və  idealları  Sizin  çağlayan,  tükənməyən  mənəvi qida  mənbəyiniz 
olmuşdur.  
Siz  Sovet  rejimi  və  ideologiyasının  hakim  olduğu  illərdə  milli-mənəvi 
dəyərlərin  daşıyıcısı  və  gənc  nəslə  ötürücüsü  idiniz.  Tələbələriniz  auditoriyalarda 
Sizin azadlıq eşqi ilə çırpınan qəlbinizin səsi ilə kursdan kursa adlayırdılar. Bu gün 
həmin  tələbələr  müstəqil  Azərbaycanın  qurucuları  sırasındadırlar  və  Sizinlə  fəxr 
edirlər.  Bu  sözləri  söyləyərkən  jurnalistika  fakultəsinə  qəbul  olunduğum  1980-ci 
ilin  ilk  tədris  günü  yadıma  düşür.  Dekan  Şirməmməd  müəllim  auditoriyaya  daxil 
olur,  bizi  salamlayır,  təbrik  edir  və  öz  ilk  tövsiyyələrini  verir:  yeməyinizə, 
sağlamlığınıza  fikir  verin,  idmanla  məşğul  olun.  Bir  də  ki,  özünüzü  maşından 
qoruyun.  İnanıram  ki,  bu  mühit  sizin  əksəriyyətinizi  yaxşı  jurnalist,  o  da  olmasa, 
ən azı yaxşı vətəndaş kimi yetişdirəcək. Siz mühit dedikdə, o vaxt bizə dərs deyən 
və  bu  gün  haqq  dünyasında  olan  Mir  Cəlal  Paşayev,  Nəsir  İmanquliyev,  Qulu 
Xəlilov,  Famil  Mehdi,  Nurəddin  Babayev,  Xəlil  Əlimirzəyev,  Seyfulla  Əliyev, 
Tofiq  Rüstəmli,  Əliş  Nəbili  kimi  görkəmli  elm,  ədəbiyyat  xadimlərinin,  nüfuzlu 
pedaqoqların çalışdığı universitet həyatını nəzərdə tuturdunuz. Siz mühit dedikdə, 
bizə  o  vaxt  dərs  deyən  və  bu  gün  də  Sizinlə  çiyin-çiyinə  çalışan  Yalçın  Əlizadə, 
Cahangir Məmmədli, Akif Rüstəmli, Nəsir Əhmədli kimi səriştəli, savadlı, tələbəni 
duyan,  hiss  edən,  bütün  varlığı  ilə  müəllim  adını,  şərəfini  uca  tutan  pedaqoqları  
nəzərdə tuturdunuz. Bax, tələbələriniz Sizinlə fəxr edir dedikdə, bu sözləri, həm də 
Sizin timsalınızda bizə dərs demiş bütün müəllimlərimizə ünvanlayıram. 
Hörmətli  Şirməmməd  müəllim!  Biz  əminik  ki,  doğma  Azərbaycanın 
tərəqqisi  və  çiçəklənməsi  naminə  bundan  sonra  da  var  qüvvənizlə  çalışacaqsınız. 
Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, 
yeni yaradıcılıq uğurları arzulayırıq.  
 
 
Hörmətlə: 
                    
 
 
 
    həmiĢə tələbəniz     
Abid Tahirli     
 
 
 
Milli əczaçılığımızın fədaisi 
 
Müasir  Azərbaycan  səhiyyəsinin  ağsaqqallarından  biri,  milli  əczaçılığımız 
və  tibb  pedaqogikasının  fədaisi,  tibb  elmləri  doktoru,  professor,  Əməkdar  elm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə