Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   80   81   82   83   84   85   86   87   ...   176

 
171 
Kazımoğlu,  Bakı,  «Adiloğlu»  nəşriyyatı,  2006,  80  səh.  Kitab  Azərbaycanda 
Vətəndaş  Cəmiyyətinin  inkişafına  Yardım  Assosiasiyası  və  Söz  Azadlığını 
Müdafiə Fondunun təşəbbüsü ilə nəşr edilmişdir). «Molla Nəsrəddin»lə yeni ədəbi-
ictimai  mühitin  əsasını  qoyan  və  «ədəbi  dövrün  başçısına»  çevrilən 
(Y.V.Çəmənzəminli)  Cəlil  Məmmədquluzadə  Tiflisdəki    kimi  Təbrizdə  də  öz 
proqramına,  əqidəsinə,  yoluna  sadiq qalmış,  jurnal  «ilk günlərdən  müsəlmanların 
inkişaf  etmələrinə  mane  olan  bəzi  adət  və  ənənələrin  tənqidinə  başlamış  və 
köhnəlmiş adətlərin əleyhinə olmuşdur» və məqsədi «müsəlman ümmətinə xidmət 
olmuşdur» («Molla Nəsrəddin», № 1, 19 fevral 1921, Baş məqalə (fars dilində). 
«Molla Nəsrəddin»in Təbriz nəşrlərindəki materiallar da mövzu baxımından 
ciddi,  rəngarəng  və  aktual  olmuşdur.  Heç  bir  işə  yaramayan  idarələrin  və  heç  bir 
işlə  məşğul  olmayıb  dövlətdən  məvacib  alan  müftəxor,  rüşvətxor  məmurların 
(«Bikarlar məhəlləsi», № 1; «Sandüqülmükün məktubu», № 2; «Vətən xadimləri», 
№  3;  «Poçtxanamız»,  №  4;  «Lüğət»,  №  5;  «Qəribə  yuxu»,  №  8),  elm,  məktəb, 
maarif, 
mədəniyyət, 
tərəqqi 
düşmənlərinin 
(«Maarif 
dostlarına», 
«Maarifpərəstlər»,  №  2;  «İlan-qurbağa»,  «Bir  sual»,  №  5;    «Təqvim»,  №  6; 
«Aləmdəridə  alınan  rəylər»,  «Tüstü»,  №  7;  «Köhnə  işlər»,  №  8),  sözü  ilə  əməli 
fərqli 
olan 
dindarların, 
missionerlərin, 
içki-qumar 
düşkünlərinin, 
cəhalətpərəstlərin, köhnə adətlərin əsirinə çevrilənlərin («Tikan», «Cavanlara», № 
2; «Xəbərdarlıq», № 3; «Missionerlik», № 6; «Məşrubat», № 7; «Təbiət», № 8), 
qadınları  kölə  qismində  görənlərin,  onların  hüquqlarını  tapdalayanların, 
azadlıqlarına qənim kəsilənlərin («Fahişəxana», № 1; «Qız tərbiyəsi», № 3; «Ballı 
Badımcan»,  №  4;  «Xanımlar  məişətindən»,  №  6;  «Çimdik»,  №  7)  tənqidi,  ifşası 
jurnalın əsas hədəfi idi. 
Mirzə  Cəlilin  İrana  mühacirət  dövrü  ölkənin  çox  təbəddülatlı  bir  vaxtına 
təsadüf  etsə  də,  o,  Təbrizdə  jurnalın  nəşrində  israrlı  mövqe  tutur.  Bu  niyyətini  o, 
Şeyx Məhəmməd Xiyabani ilə görüşündə də dilə gətirir. M.Cəlil dərbəndli dostu 
Əbülfət  Ələvinin  vasitəsi  ilə  Müxbürüs-Səltənə  ilə  görüşür,  jurnalın  çapı 
məsələsini  qaldırır.  «Mirzə  Cəlil  baş-qulağını  sarıyıb  gah  mətbəəyə,  gah  rəssam 
Seyid  Məmmədəli  Behzadın  yanına,  gah  tacir  Məşədi  Zülfüqar  Fəyazovun 
mağazasına kağız almağa gedir. O, vaxtını jurnalın çapına hazırlıq işləri ilə keçirir» 
(Qulam Məmmədli. Adı çəkilən əsəri, səh.393). 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  «Molla  Nəsrəddin»in  Təbriz  nəşri  ilə  bağlı 
çətinliklər, həmin problemlərin aradan qaldırılması istiqamətində görülən işlər, bu 
fəaliyyətdə  M.Cəlilə  dəstək  olanlar  barədə,  əgər  belə  demək  mümkünsə,  jurnalın 
vida,    Təbrizdə  buraxılan  son  nömrəsində  dərc  olunmuş  «Bir  neçə  söz»  adlı  baş 
məqalədə  ətraflı  bəhs  edilmişdir.  Burada  Cəlil  Məmmədquluzadə  Bakıya  dəvət 
olunmağı  ilə  əlaqədar  jurnalın  nəşrini  dayandırdığını  qeyd  edir,  Təbrizdə  ona 
yardımçı  olanlara  təşəkkürünü  bildirir,  onların  qayğı  və  diqqətini  şükranlıqla 
xatırlayır. C.Məmmədquluzadənin senzorla bağlı yazdıqları da çox maraq doğurur. 
O, senzorun xoş münasibətini inkar etmir və nə qədər, hara qədər yazmaq mümkün 
idi, o qədər yazdığını qeyd edir. O ki, qaldı «rəsmi senzordan əlavə bizim qaranlıq 
mühitin  və  çürümüş  məişətin  müxtəs  (özünə  mənsub  –  T.A.)  bir  senzoru  var  ki, 
yazmaq  səhvdir  (çox  çətindir  –  T.A.),  insanı  lal  olmağa  məcbur  edir».  «Molla 
Nəsrəddin»in  1921-ci  il  fevral  ayının  19-da  1-ci  nömrəsi  1000  nüsxə  ilə  çapdan 


 
172 
çıxır  və  satışa  buraxılır.  Jurnalın  Təbriz  nömrələrinin  hamısı  «Müdir  və 
sərmühərrir»:  Cəlil  Məmmədquluzadə  imzası  ilə  işıq  üzü  görmüşdür. 1921-ci  ilin 
üç ayı ərzində – fevralın 19-da 1-ci, martın 9-da 2-ci, 20-də 3-cü, 31-də      4-cü, 
aprelin  10-da  5-ci,  23-də  6-cı,  mayın  7-də  7-ci  və  15-də  8-ci  nömrəsi  nəşr 
olunmuşdur.  Jurnal  abunə  və  pərakəndə  satış  yolu  ilə  əsasən  ziyalılar  və 
sənətkarlar  arasında  yayılmışdır.  Təbrizdən  başqa  jurnalın  Tehran,  Məşhəd,  Xoy, 
Marağa,  Qəzvin,  Əhər  və  b.  şəhərlərdə  vəkilləri  (yayılması  ilə  məşğul  olan 
nümayəndələri)  olmuşdur.  8  səhifəlik  «Molla  Nəsrəddin»  Təbrizdəki  «Hüseyni» 
(1-ci və 2-ci nömrələr) və «Ümid» (3, 4, 5, 6, 7, 8-ci nömrələr) mətbəələrində  çap 
olunmuşdur,  redaksiya,  idarə  isə  ailənin  yaşadığı  şahzadə  Nüsrətüssəltənənin 
evində  yerləşirdi.  Jurnal  ərəb  əlifbası  ilə,  bir  neçə  material  istisna  olmaqla 
Azərbaycan  dilində  buraxılmışdır.  Karikaturaların  əksəriyyətini  Avropada 
mükəmməl rəssamlıq təhsilinə yiyələnmiş Seyid Əli Behzadi tərəfindən «Behzad», 
«Seyid  Əli  Behzadi»,  «Seyid  Əli  Müsəvvirzadə  Behzadi»,  «Seyid  Əli 
Müsəvvizadə», «Müsəvvizadə Behzad» imzaları ilə işlənmişdir. Rəssamlar Mirzə 
Məhəmmədəli  Nəqqaş  və  Mir  Müsəvvir  Nəqqaşın  da  «Molla  Nəsrəddin»lə 
əməkdaşlığı  istisna  edilmir.  İllüstrasiyalar  rənglidir  və  rəsm  əsərləri  Əzim 
Əzimzadə, Oskar Şmerlinq və İozef Rotter üslubundadır. 
«Molla  Nəsrəddin»in  Təbriz  nömrələrində  C.Məmmədquluzadə  «Molla 
Nəsrəddin»,  «Dəli»,  «Mozalan»,  «Cızbızçı»,  «Hərdəmxəyal»,  «Lağlağı», 
«Utanmaz  kətdi»,  «Sırtıq»,  «Qızdırmalı»  kimi  gizli  imzalarla  məqalə,  felyeton, 
eləcə də imzasız «Elan», «Poçt qutusu», «Teleqraf» başlıqları ilə müxtəlif yazılar 
dərc etdirmişdir. 
Jurnalın əməkdaşlarından Əbülfət Ələvinin xidmətini xüsusi ilə qeyd etmək 
lazımdır.  O,  «Molla  Nəsrəddin»in  nəşri  ilə  bağlı  problemlərin  həll  olunmasında 
C.Məmmədquluzadəyə  yaxından  kömək  göstərməklə  yanaşı,  senzorun  təkidi  ilə 
jurnalda  verilən  fars  dilində  olan  materialları  yazmış,  çapa  hazırlamışdır.  Hələ 
Tiflis dövründən «Dılğır» imzası ilə jurnalla əməkdaşlıq edən İsgəndərxan Qəffari 
Sürxpuş, M.Ə.Sabir ənənələrinin qızğın davamçısı Mirzə Əli Möçüz, eləcə də Hacı 
Əli Şəbüstəri, Mirzə Ələkbər Məmmədquluzadə, Mehdixan Şərifzadə, Möhsünxan 
Sərtibi «Molla Nəsrəddin»in nəşrində fəal iştirak etmişlər. Bununla yanaşı, jurnalın 
Təbriz 
nömrələrini 
vərəqlədiqcə 
tanınmış 
mollanəsrəddinşünas 
Turan 
Həsənzadənin  aşağıdakı  fikri  ilə  razılaşmamaq  olmur:  «…inamla  deyə  bilərik  ki, 
Təbriz  nömrələrini  əsasən  C.Məmmədquluzadə  təkbaşına  çıxarmışdır»  («Molla 
Nəsrəddin»in  təbrizli  əməkdaşları.  «Ədəbiyyat  və  incəsənət»  qəzeti,  №  32,  7 
avqust 1987). 
«Molla  Nəsrəddin»in  I  nömrəsi  Təbriz  həyatında  şimşək  kimi  çaxır. 
«Millət»  «Bekarlar  məhəlləsi»ndən  xəbər  tutur,  «Fahişəxana»  və  «Dəli»ləri  ilə 
tanış olur, «Təzvir (saxtakarlıq, hiyləgərlik, kələkbazlıq – T.A.) ustaları»nı tanıyır, 
onların  əməlləri  barədə  «İxtar»  (xatırlatmaq,  xəbərdarlıq  –  T.A.)  edilir  Jurnalın 
birinci nömrəsini bütün təbəqədən olan oxucular  – tacir, ziyalı, kəndli, dindar və 
sənətkarlar kimi  cəhalət, xurafat  və dövlət  məmurları  arasında da  böyük  əks-səda 
doğurur.  Şər  qüvvələr  müvəqqəti  də  olsa,  qalib  gəlir.  Qubernator  jurnalı 
bağlamağı,  birinci  nömrəni  müsadirə  etməyi  tapşırır.  Eyni  zamanda,  jurnalın 
növbəti  nömrəsinin  çapı  qadağan  edilir.  Qulam  Məmmədlinin  yazdığına  əsasən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə