Abdürahmanov Ş.Ş.  Doi: 10. 25108/2304-1730-1749. iolr. 2016. 47. 6-20



Yüklə 277,38 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü277,38 Kb.
#80120
növüXülasə


 

Abdürahmanov Ş.Ş.



 

 

DOI: 

10.25108/2304-1730-1749.iolr.2016.47.6-20

 

 

Cinayətkarlıqla mübarizədə psixologiya elminin nailiyyətlərindən 

istifadə edilməsinin inkişaf tarixi və perspektivləri 

 

Xülasə: Cinayətkarlıqla mübarizədə psixolojı biliklərdən istifadənin mənşəyi 

və  perspektivləri  nəzərdən  keçirilir,  qanunvericiliyə  əlavə  və  dəyişikliklərlə  bağlı 

təkliflər verilir. 

Cinayət prosesində psixolojı biliklərdən istifadənin strukturu tədqiq edilir. 



Əsas sözlər: psixolojı biliklər; cinayət mühakimə icraatı; struktur; interqrativ 

kriminalistika taktikası.  

 

İnsan  fəaliyyətinin  elə  bir  sahəsi  yoxdur  ki,  psixoligiya  elminin  müdaxiləsi 



onu müşaiyət etməsin. 

Cinayətkarlıqla  mübarizədə  psixologiya  elminin  nailiyyətlərindən  istifadə 

edilməsinin    zəruriliyi  ilə  bağlı  fikirlərin    iki  əsrdən  çox  tarixi  var  (K. 

Ekartsqauzen, N.Şauman). 

Hüquqi nəzəriyyə və təcrübə həmişə psixologiyanın nailiyyətlərindən istifadə 

edərək    zənginləşmişdir.  Həyat  özü  hüquqşünasları  məcbur  edir  ki, 

psixologiyaelminin  müddəalarından  istifadə  edərək,  müxtəlif  tədqiqatlar 

aparsınlar,istintaq  və  məhkəmə  təcrübəsini  ümumiləşdirərək,cinayətkarlıqla 

mübarizə üçün tövsiyyələr  hazırlasınlar. 

Fikrimizcə,  cinayətin  subyektiv  cəhəti  müəyyən  edilərkən  cinayətin 

törədilməsi  ilə  əlaqədar  şəxsin  psixi  fəaliyyəti  tədqiq  olunmalıdır,yəni  təqsirlilik 

nəzəriyyəsini  psixologiyanın    da  predmeti  hesab  etmək  olar.Cinayət  prosesi 

elmində 

məhkəmə 


sübutları,sübutetmə 

fəaliyyətinin 

həyata 

keçirilməsi,psixologiyanın müddəalarından istifadə etmədən mümkün deyil. 



                                                           



Abdürahmanov  Şair  Şeyxəli  oğlu  –  Milli  Aviasiya  Akademiyasının  baş  müəllimi  (Azərbaycan)

.  E-

mail: mopi_sid@yahoo.com 



 


 

Kriminalistikanın taktika hissəsi tam,kriminalistik metodikanın  isə bir hissəsi 



psixologiyanın müddəalarına əsaslanır. 

Hüquq  ədəbiyyatında  bəzi  alimlərin  fikrinə  görə,  kriminalistik  taktikanın 

inkişafını  psixologiyanın    müddəalarından  istifadə  etmədən    təsəvvür  etmək 

olmaz.


1

 

Beləliklə,ümumi 



psixologiya  elminin  yaranması  və  inkişafı,hüquqi 

psixologiya elminin formalaşmasına təkan vermişdir. 

Məhkəmə  psixologiyası  elminin  yaranması  və  inkişafı  tarixinə  nəzər 

salaq.Hələ  XVIII  əsrin  axırlarında  alimlərin  əsərlərində

2

 bəzi  hüquqi  anlayışların 



psixoloji  tərəflərinin  açıqlanmasına  cəhd  edilmişdir.XIX    əsrin  30-cu  illərinədək 

elmi  ədəbiyyatda  cinayətkarların  şəxsiyyətinin  öyrənilməsilə  bərabər,təqsir  və 

cinayət  mühakimə  icraatına  aid  olan  digər  məsələlər  işıqlandırılmışdır.

3

 Lakin 



bundan sonra uzun müddət bu sahədə hər hansı tədqiqatlar aparılmamışdır. 

Yalnız 1834-cü ildə Almaniyada «Систематический указатель литературы 

по  врачебной  и  криминальной  психологии»  adlı  təlimat-göstərici  hazırlanıb 

nəşr  edilmişdir.  Belə    bir  təlimat-göstəricinin  nəşri  bizə  güman  etməyə  əsas  verir 

ki, 

o  dövrdə    kriminal  psixologiyacinayətkarın  psixologiyası  kimi 



qiymətləndirilirdi. 

Əvvəllər 

psixologiyanın 

hüquqi 


sahələrdə 

tətbiqi 


problemləriməhkəmə təbabəti sahəsində olan əsərlərdə də öz əksini tapırdı.Yalnız 

sonradan  bu  problemlərlə  hüquqşünaslar  və  psixoloqlar  məşğul  olmağa 

başlamışlar. 

XIX    əsrin  axırlarında  kriminal  psixologiyanın  predmetinin  müəyyən  

edilməsi  üçün  bir    neçə  əsərlər  yazılmışdır.Bir  qrup  alimlər  bu  fenomenin  

predmetinə 

məhkəmə 

işinin  psixologiyasını,cinayətkarlığın  və  cəzanın 

psixologiyasını  aid  etmişlər.

Başqa  bir  qrup  alimlər  isə  kriminal-psixologiyanın 



predmetinə cinayət  mühakimə icraatının  bütün predmetlərini daxil etmişlər. 

5

 



                                                           

1

 Korneyeva L.M., Vasilyev A.N., Yakuboviş N.A. və başqaları 



2

  К. Экартсгаузен. О необходимости психологических познаний при обсуждении преступлений. 

И. Шауман. Мысли о криминальной психологии 

3

 Н. Гофбауэр. Психология в ее основных применениях к судебной жизни. 



4

 Y. Fridrix, F. Vulnen, P. Kaufman 

5

 Ştern, Marbe, Klapered 




 

XX  əsrin  əvvəllərindən  bu  sahədə  çoxlu  sayda  elmi  fikirlər,  nəşr  olunmuş 



əsərlərdə öz əksini tapmışdır. Onların əksəriyyətində cinayət mühakimə icraatının 

bütün mərhələlərdə psixologiya elminin rolunun zəruri olması  barədə fikirlər irəli 

sürülmüşdür. 

Yalan  ifadə  verən  şəxslərin  ifşası  üçün    psixoloji    təsir  metodlarının 

hazırlanması məhkəmə psixologiyasının digər istiqaməti olmaqla bərabər,həmçinin 

yalan  ifadənin  ifşa  edilməsini  müəyyən  etmək  üçün  Amerika  psixoloqlarının  və 

hüquqşünaslarının  ixtira  etdikləri  cihazlar  təcrübədə  tətbiq  olunur  (laydedektor, 

poliqraf). 

Psixologiya  elminin  formalaşmasının  digər  istiqaməti  məhkəmə-psixoloji 

ekspertizaların təşkili və həyata keçirilməsidir. Belə ki,hələ XIX əsrin  əvvəllərində 

hüquq  ədəbiyyatında  proses  iştirakçılarının  tibbi-psixoloji  müayinəsi  üçün 

mütəxəssis-psixoloqun köməyindən istifadə edilməsinin zəruriliyi barədəfikir irəli 

sürülmüşdür.

6

 



XX  əsrin  əvvəllərində  tətbiqi  psixologiyanın    istiqamətlərindən  biri  olan  və  

formalaşan əməyin  psixologiyası elminin “Psixotexnika” adlanan sahəsi məhkəmə 

fəaliyyətini də öyrənirdi.Həkimlərin, müstəntiqlərin və digər proses  iştirakçılarının 

peşəkar hazırlığı prosesində onların şəxsi keyfiyyətlərinin öyrənilməsi işinin təşkili 

üçün  tövsiyyələrin hazırlanması kimi  vəzifələr qarşıya  qoyulmuşdur.Alman alimi  

Mönsterberqer  1914-cü  ildə  çapdan  çıxmış  «Основы  психотехники»  əsərində 

psixologiyanın hüquqi  fəaliyyətdə tətbiqinə ayrıca bir fəsil həsr etmişdir. 

XX əsrin  ortalarında Avropanın  müxtəlif ölkələrində məhkəmə psixologiyası 

sahəsində  bir  sıra  tədqiqiatlar    aparılmış  və  elmi  əsərlər  çap  olunmuşdur.

7

 Həmin 



əsərlərdə məhkəmə psixologiyasının bəzi problemləri barədə təhlillər aparılmışdır. 

Rusiyada  psixologiyanın    hüquq  elmləri  ilə  uzlaşması  məsələsi  XIX  əsrin  

axırları 

XX 


əsrin 

əvvəllərində 

intensiv 

şəkildə 


öyrənilməyə 

başlanmışdır.Y.A.Kantoroviç,  P.O.  Eforissi,  A.E.  Brusilovskiy,  S.B.  Poznışev  və 

                                                           

6

 Vladimirov L.E. Cinayət-mühakimə icraatında psixoloji tədqiqatlar 



7

   İtaliya  alimi  E.  Alitavillanın  “Судебная  психология”,  almin  alimin  “Вина.  Ложь.  Сексуальность”, 

inglis psixoloqları Q. Bertonin “Прикладная психология” və F. Berrenin “Практическая психология”, 

Belcika  kriminalisti  F.  Luvajıttin  “Психология  и  преступность”,  amerika  müəllifi  Q.  Duduçin 

«Психология  для  работников  следственных,  судебных  и  исправительных  органов»  və  Q.  Toxun 

“Правовая и криминальная психология” əsərlərini buna göstərmək olar.  




 

başqaları məhkəmə psixologiyasının müxtəlif  problemlərinin  açıqlanmasına cəhd  



göstərmişlər. 

Bu ölkənin bəzi şəhər məhkəmələrində və prokurorluq orqanlarında məhkəmə 

psixologiyası üzrə  daimi fəaliyyət göstərən elmi-praktiki seminarlar keçirilirdi. 

Rus  alimi  M.N.Qernetin  həbsxana  psixologiyasına    həsr  olunmuş  bir  neçə 

əsəri    onu  təsdiq  edir  ki,  bu  sahədə  böyük  tədqiqatlar  aparılırdı,hüquqi  təcrübətə 

psixologiyanın  rolu gündən günə artmağa başladı. 

Sankt-Peterburqda A.F. Koni, Kiyevdə akademik V.M. Bexterev və başqaları 

psixo-nevroloji institutlarda bu sahədə tədqiqatlar aparmışlar. 

Moskva  şəhərinin  quberniya  prokurorluğunda    xüsusi  eksperimental 

laboratoriyada  alim  A.P.Luriya  tərəfindən    tədqiqatlar  aparılırdı.Elmi  tədqiqatlar 

həmçinin dövlət eksperimental psixologiya institutunda da həyata keçirilirdi. 

Bunu da qeyd etmək lazımdır ki,məhkəmə psixologiyasının sərbəst elm kimi 

formalaşıb  fəaliyyətdə  olması  barədə  elmi  fikirlər  təkcə  hüquqşünaslar    arasında  

deyil,həmçinin psixoloqlar arasında da təşəkkül tapmışdır. 

İnsan  fəaliyyətini  öyrənmək    məqsədilə  1930-cu  ildə  SSRİ-də  keçirilən 

ümumittifaq qurultayda məhkəmə psixologiyasının problemləri müzakirə predmeti 

olmuşdur.  “Psixoloqların  davranış    qurultayında”  (Поведенческий  съезд 

психологов) məhkəmə psixologiyası sahəsində ayrıca seksiya yaradılmışdı ki, bu 

sahədə 

üç  əsas  istiqamətin  inkişaf  etdirilməsinə  diqqətin  artırılması 



göstərilmişdir:kriminal-cinayətkarlığı  və  cinayətkarlığın    öyrənilməsi,pentensiar 

cəza  çəkənlərin  davranışlarının  və  onlarla  işləyən  əməkdaşların    şəxsi 

keyfiyyətlərinin  öyrənilməsi  və  cinayət  mühakimə  fəaliyyətinin  müxtəlif 

mərhələlərinin öyrənilməsi. 

Lakin XX əsrin 30-cu illərinin ortalarında SSRİ-də baş verən hüquqi böhran 

nəticəsində  psixologiyanın    və  hüquq  sahələrinin  bir-birini  zənginləşdirməsi 

prosesi  dondurulmuşdur.Bu  dövrdə  yanlış  olaraq    məhkəmə  psixologiyasının 

məhkəmə psixiatriya elmi ilə birləşməsinə cəhd göstərilirdi. 




10 

 

Yalnız  XX  əsrin  60-cı  illərində  məhkəmə  psixologiyası  elminin  tədqiqinə 



diqqət yetirilməyə başlandı və hüquq ədəbiyyatında hüquqi problemlərin psixoloji 

əsaslandırılması məsələlərinin tədqiqinə rast gəlinirdi.

8

  

Bu  sferada  bəzi  rus  alimlərinin  və  praktiki  işçilərin  irəli  sürdükləri  fikirlər 



müəyyən  maraq  doğurur.  Belə  ki,  onlar  öz  yazılı  mənbələrində    məhkəmə 

psixologiyasından  cinayət-mühakimə  icraatında  istifadə  edilməsinin  zəruriliyini 

qeyd edirdilər. 

Bu 


zaman 

alimlərin 

əsərlərində 

“istintaq 

taktikasının 

inkişafı,kriminalistikanın  psixologiyadan  istifadə  edilməsindən  bilavasitə  asılıdır” 

kimi fikirlər mərkəzi yer tuturdu. 

Sonradan ayrı-ayrı istintaq  hərəkətlərinin keçirilməsində, məhkəmə sübutları 

nəzəriyyəsində    psixoloji  biliklərdən  istifadə  problemləri  tədqiqat  obyektlərinə 

çevrildi və ciddi elmi əsərlər təşəkkül tapdı. 

Cinayət  hüququnun  inkişafı,  kriminologiyanın  və  cəza-icra  hüququnun 

yaranması  psixoloji  biliklərdən  hüquqi  sahələrdə  istifadə  edilməsinə  böyük  təkan  

verdi.SSRİ-nin ali və orta hüquq tədris  müəssisələrində “Məhkəmə psixologiyası” 

fənni tədris olunmağa başladı. 

Beləliklə,  nəhayət  sovet  məkanında  “hüquq-psixologiya”  elmi  yarandı  və 

onun  müxtəlif    istiqamətləri  formalaşmağa  başladı.Müxtəlifdərsliklər,  dərs 

vəsaitləri nəşr olundu. 

XX  əsrin  90-cı  illəridən  başlayaraq,  Azərbaycan  öz  dövlət  müstəqilliyini 

bərpa  etdikdən  sonra,  psixologiya  elminin  nailiyyətlərindən    hüquq  təcrübəsində 

istifadə  edilməsi  və  inkişafına  təkan  verildi.  B.H.  Əliyev  “Cinayət  və  mülki 

məhkəmə prosesində psixoloji ekspertiza problemləri”  monoqrafiyasında bu sahə 

ətraflı açıqlamışdır. 

Hesab  edirik  ki,inteqrativ  kriminalistik  taktikanın  struktur  elementlərindən  

istifadə 

edilməsinin 

psixoloji 

mexanizminin 

mahiyyətinin 

öyrənilməsi, 

cinayətkarlıqla  müvəffəqiyyətlə  mübarizə  aparılması  üçün  şərait    yarada  bilər. 

                                                           

8

 



Vasilyev  A.N.  və  başqaları  “Планирование  расследования  преступлений”,  “Осмотр  места 

происшествия” və s. 

 



11 

 

Çünki  həmin  fəaliyyətdə  müxtəlif  subyektlər  və  təzahürlər  ünsiyyətdə  olurlar. 



Məsələn,  hüquq-mühafizə  orqanlarının    nümayəndələri  və  cinayət  törətmişşəxslər 

arasında olan münasibətlər. 

Eləcə  də  inteqrativ  kriminalistik  taktikanın  struktur  elementlərinin  

cinayətkarlıqla  mübarizədə  istifadə  edilməsinin  psixoloji  mexanizminin  dərindən 

öyrənilməsi,  subyektlər  və  obyektlər  arasında  yaranan  ünsiyyətin  nəticələrinin 

səmərəliliyinə bilavasitə təsir göstərə bilər. Ona görə də cinayət  mühakimə icraatı 

fəaliyyətinin  psixoloji  strukturunun  mahiyyətini  dərindən  araşdırmaq  məqsədə 

müvafiqdir.  Hüquq-mühafizə  fəaliyyəti  sahəsində  olan  hər  bir  fəaliyyətin  özünə 

məxsus  psixi  keyfiyyətlərə,vərdişlərə  və  təzahürlərə  malik  olduğundan,  hər    bir 

fəaliyyətin psixoloji strukturunu öyrənmək vacibdir. 

Psixoloji  fəaliyyətin    strukturunun  mahiyyətinin  açıqlanması  həmin 

fəaliyyətin  xüsusiyyətlərinin  daha  dərindən    və  tam  dərk  edilib,  onun  həyata 

keçirilməsinin  mükəmməl  hazırlanmasına  şərait    yaradır.Mürəkkəb  və  yüksək 

cavabdehlik tələb edən məhkəmə mühakimə fəaliyyətinə bu daha çox vacibdir. 

Müstəntiq  fəaliyyətinin  psixoloji  strukturunun    əsas  və  müəyyənedici 

komponenti,  onun  dərketmə  prosesidir.  O,  törədilmiş  cinayət  üzrə  həqiqəti 

müəyyən  etmək  məqsədilə  zəruri  faktları  əldə  edir.Beləliklə  də,  keçmişdə  baş 

vermiş hadisəni təhlil edərək, həmin fakta münasibəti olan şəxslərlə ünsiyyətə girir, 

cinayət  törətmiş  şəxslərin  aşkar  edilməsi  üçün  müvafiq    tədbirlər  görür. 

Deməli,yalnız  ibtidai  araşdırma  zamanı  keçmişdə  baş  vermiş  hadisənin  modeli 

yaradılır. 

Cinayət  mühakimə  icraatının  ibtidai  araşdırma  mərhələsində  dərketmə 

prosesinin  bütün  xüsusiyytələri  vəhdət  şəklində  özlərini  realizə  edir.  Faktları 

toplayarkən, müstəntiq öz fəaliyytəinin  nə ilə nəticələnəcəyini əvvəlcədən görmür, 

həm  də  törədilmiş  hadisənin  əqli  modelini  tam  yarada  bilmir.  Dərketmə 

fəaliyyətinin  bu  xüsusiyyəti,  sübutları  toplayarkən  və  onları  qiymətləndirərkən  

müstəntiqi müxtəlif çətinliklərlə üzləşməyə vadar edir, ona görə də cinayət faktını 

araşdıran  əməkdaşlar  müxtəlif  fərziyyələr  irəli  sürürlər,onların  yoxlanması,aşkar  




12 

 

edilmiş  faktların  təbiətini,onların  bir-birilə  əlaqəsini,asılılığını  müəyyən  etmək 



üçün birgə kompleks tədbirlər görürlər. 

Başqa  növ  fəaliyyətlərdən  fərqli  olaraq,  ibtidai  araşdırma  fəaliyyətinin 

psixoloji strukturuna aşağıdakı elementlər daxildir: 

1.Dərketmə fəaliyyətinin xüsusiyyətləri 

2.Konstruktiv fəaliyyətinin xüsusiyyətləri 

3.İbtidai araşdırmada tərbiyəedici fəaliyyət 

4.Müstəntiqin peşəkar-psixoloji keyfiyyətləri 

5.İstintaq hərəkətlərinin strukturunun  psixoloji elementləri 

6. İbtidai araşdırma iştirakçılarının psixoloji xüsusiyyətləri 

7.İstintaq hərəkətlərinin psixoloji xarakteristikası 

Cinayətlərin  açılmasında    və  araşdırılmasında    həmin  elementlərin  təcrübi 

əhəmiyyəti ayrıca tədqiqat mövzusudur. 

Beləliklə,  cinayət  işi  üzrə  icraat  aparan  zaman  müstəntiq  tərəfindən 

psixologiya  elminin  müddəalarını  bilməsi  və  onlardan  bacarıqla  istifadə  etməsi 

mühüm əhəmiyyət kəsb edir. 

 

Biblioqrafiya 



 

1.  Əliyev  B.H.  Cinayət  və  mülki  prosesdə    məhkəmə-psixoloji  ekspertiza 

problemləri.Bakı,1996. 

2. Дулов А.В. Судебная психология. Минск,1970. 

3.  Корнеева  Л.М.,  Васильев  А.Н.  Тактика  допроса  при  расследовании 

преступлений. M.,1970. 

4. Лузгин Н.М. Расследование как процесc познания. М.,1969. 

5.  Ратинов  Н.А.  Судебная  психология  для    следователей.  М.  НИИ  ПНО 

ИШ МООП СССР,1967. 

6. 


Ширалиева  С.Д.  Концептуальные  основы    использования  

интегративной 

криминалистической 

 

тактики 



при 

расследовании 



преступлений. Автореферат. Баку, 2006. 

Yüklə 277,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə