Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
115
parametrlərinin tipinə uyğun olaraq generator bloku (GB) ( A, U, İ, F ) informasiya sözünü formalaşdırır.
Burada A DCM və SCM-ın seçilməsindən asılı olaraq, 0 və 1 qiymətlərini alır. ( A, U, İ, F ) informasiya
sözü DCM, SCM və ŞÇD-lərə ardıcıl interfeys vasitəsilə paralel ötürülür. A-nın qiymətlərindən asılı
olaraq bu və ya digər modul onlardakı Mikrokontrollerin ( MK ) tədbiqi proqramları vasitəsi ilə işə
qoşulur və ya gözləmə rejiminə keçirilir.
BĠNALARDA ELEKTRĠK ENERJĠSĠNƏ NƏZARƏTĠN VƏ UÇOTUN
APARILMASI ÜSULLARININ MÜQAYĠSƏLĠ TƏHLĠLĠ
Alızadə E.Ş.
Sumqayıt Dövlət Universiteti
Mövcud informasiya vasitələrinin təhlili göstərir ki, binalarda elektrik enerjisinə nəzarət və uçotu
üzrə avtomatlaşdırmış sistemin tərkibi rəqəm ölçmə kanalında yığılmış ölçmə komponentlərindən və bu
kanaldan kənarda olan qeyri-ölçmə təyinatlı ölçmə vasitələrinin komponentlərindən ibarətdir [1-4].
Qeyri-ölçmə təyinatlı vasitələrdən rəqəm ölçmə kanalının çıxışından ölçmə nəticələrinin oxunması və
onun sonrakı rəqəmsal çevirməsi üçün istifadə olunur. Kanalın çıxışından oxunan informasiyanın sonrakı
çevrilməsi proseslərinə informasiyanın ötürülməsi, saxlanması, yığılması, emalı, təsvir edilməsi,
sənədləşdirilməsi, həmçinin də ölçmə və qeyri-ölçmə verilənləri üzərində digər əməliyyatların aparılması
aiddir.
Beləliklə, avtomatlaşdırılmış enerji nəzarəti və uçotunun rəqəmsal avtomatlaşdırılmış sistemi
(ENURAS) üçün rəqəmsay ölçmə kanalı (RÖK) komponentlərinin məcmusu sistemin ölçmə hissəsini,
qeyri ölçmə təyinatlı texniki vasitələr (TV) isə qeyri-ölçmə hissəsini təşkil edir. Sistemin rəqəm ölçmə
kanalının strukturu şəkil 1-də, sistemin özünün tipik strukturu işə şəkil 2-də verilmişdir.
Rəqəmsay ölçmə kanalının əsas ölçmə komponentlərini cərəyan ölçmə transformatoru (CT),
gərginlik ölçmə transformatoru (GT) və rəqəmsay verilənlər bazalı (RVB) elektron sayğacı (ES) təşkil
edir. Elektron sayğacın rəqəmsay verilənlər bazasında ölçmə nəticələri yığılır, bazaya xaricdən daxil
olma isə rəqəm interfeysi (Rİ) vasitəsi ilə yerinə yetirilir. Rəqəm ölçmə kanalında ölçmə komponentləri
rabitə kanalı (RX) vasitəsi ilə və qovuşma vasitələri ilə əlaqələndirilir. Tərkibində olan vasitələrə görə
rəqəmsay ölçmə kanalı üç növ olur və hər bir növə uyğun üsulla ölçmə nöqtəsinə (ÖN) qoşulur: RÖK-1
növdə elektron sayğacı cərəyana və gərginliyə görə bir başa qoşulur (şəkil 1,a); RÖK-2 növdə sayğac
gərginliyə görə bir başa, cərəyana görə isə transformatorlu qoşulur (şəkil 1,b); RÖK-3 növdə elektron
sayğacı həm gərginliyə, həm də cərəyana görə transformatorlu qoşulur (şəkil 1,c).