Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.
Pdf görüntüsü
səhifə66/200
tarix30.09.2017
ölçüsü5,36 Kb.
#2499
1   ...   62   63   64   65   66   67   68   69   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
115 
parametrlərinin tipinə uyğun olaraq generator bloku (GB) ( A, U, İ, F ) informasiya sözünü formalaşdırır. 
Burada A  DCM və SCM-ın seçilməsindən asılı olaraq, 0 və 1 qiymətlərini alır. ( A, U, İ, F ) informasiya 
sözü  DCM,  SCM  və  ŞÇD-lərə  ardıcıl  interfeys  vasitəsilə  paralel  ötürülür.  A-nın  qiymətlərindən  asılı 
olaraq  bu  və  ya  digər  modul  onlardakı  Mikrokontrollerin  (  MK  )  tədbiqi  proqramları  vasitəsi  ilə  işə 
qoşulur və ya gözləmə rejiminə keçirilir. 
        
BĠNALARDA ELEKTRĠK ENERJĠSĠNƏ  NƏZARƏTĠN VƏ UÇOTUN  
APARILMASI ÜSULLARININ MÜQAYĠSƏLĠ TƏHLĠLĠ 
 
Alızadə E.Ş. 
Sumqayıt Dövlət Universiteti 
 
Mövcud informasiya vasitələrinin təhlili göstərir ki, binalarda elektrik enerjisinə nəzarət və uçotu 
üzrə avtomatlaşdırmış sistemin tərkibi  rəqəm ölçmə kanalında yığılmış ölçmə komponentlərindən və bu 
kanaldan  kənarda  olan  qeyri-ölçmə  təyinatlı  ölçmə  vasitələrinin  komponentlərindən  ibarətdir  [1-4]. 
Qeyri-ölçmə  təyinatlı  vasitələrdən  rəqəm  ölçmə  kanalının  çıxışından  ölçmə  nəticələrinin  oxunması  və 
onun sonrakı rəqəmsal  çevirməsi üçün istifadə olunur. Kanalın çıxışından oxunan informasiyanın sonrakı 
çevrilməsi  proseslərinə    informasiyanın  ötürülməsi,  saxlanması,  yığılması,  emalı,  təsvir  edilməsi, 
sənədləşdirilməsi, həmçinin də ölçmə və qeyri-ölçmə verilənləri üzərində digər əməliyyatların aparılması 
aiddir.  
Beləliklə,  avtomatlaşdırılmış  enerji  nəzarəti  və  uçotunun  rəqəmsal  avtomatlaşdırılmış  sistemi 
(ENURAS)  üçün  rəqəmsay  ölçmə  kanalı  (RÖK)  komponentlərinin  məcmusu  sistemin  ölçmə  hissəsini, 
qeyri  ölçmə  təyinatlı texniki  vasitələr  (TV)  isə  qeyri-ölçmə  hissəsini  təşkil edir.  Sistemin  rəqəm  ölçmə 
kanalının strukturu şəkil 1-də, sistemin özünün tipik strukturu işə şəkil 2-də verilmişdir. 
 
 
Rəqəmsay  ölçmə  kanalının  əsas  ölçmə  komponentlərini  cərəyan  ölçmə  transformatoru  (CT), 
gərginlik  ölçmə  transformatoru  (GT)  və  rəqəmsay  verilənlər  bazalı  (RVB)  elektron  sayğacı  (ES)  təşkil 
edir.    Elektron  sayğacın  rəqəmsay  verilənlər  bazasında  ölçmə  nəticələri  yığılır,  bazaya  xaricdən  daxil 
olma isə rəqəm interfeysi (Rİ) vasitəsi ilə yerinə yetirilir. Rəqəm ölçmə kanalında ölçmə komponentləri 
rabitə  kanalı  (RX)  vasitəsi  ilə  və  qovuşma  vasitələri  ilə  əlaqələndirilir.  Tərkibində  olan  vasitələrə  görə 
rəqəmsay ölçmə kanalı üç növ olur və hər bir növə uyğun üsulla ölçmə nöqtəsinə (ÖN) qoşulur: RÖK-1 
növdə elektron sayğacı cərəyana və  gərginliyə görə  bir başa qoşulur (şəkil 1,a); RÖK-2 növdə sayğac 
gərginliyə  görə  bir  başa,  cərəyana  görə  isə  transformatorlu  qoşulur  (şəkil  1,b);  RÖK-3  növdə  elektron 
sayğacı həm gərginliyə, həm də cərəyana görə transformatorlu qoşulur (şəkil 1,c). 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
116 
 
Rəqəm  ölçmə  kanalının  bütün  ölçmə  komponentləri  ölçmə  vasitələridir,  ölçmə  vasitələri  kimi  də 
Dövlət  reyestrinə  daxil  edilir  və  ölçmə  vasitəsinin  tipi  kimi  təsdiq  olunmalıdır.  Bu  səbəbdən  də,  enerji 
nəzarəti  və  uçotu  sisteminin  tərkibində  enerji  uçotu  obyektlərinə  yerləşdirildikdə  yoxlama  damğası 
vurulmalı  və    yoxlaması  təsdiq  edilmiş  şəhadətnamə  sənədi  olmalıdır.  Enerji  nəzarəti  və  uçotu  sistemi 
istismara  buraxıldıqda  onun  rəqəm  ölçmə  kanalı  metroloji  attestasiya  olunur,  komponentləri  isə  onlar 
üçün nəzərdə tutulan intervallarla dövrü yoxlamadan keçirilir.  
Avtomatlaşdırılmış enerji nəzarəti və uçotu sisteminin əsas qeyri-ölçmə komponentlərinə aiddirlər: 
-
 
rabitə kanalı (RK); 
-
 
verilənlərin yığılması və ötürülməsi üçün rəqəmsal qurğu; 
-
 
enerji nəzarəti və uçotunun proqram təminatı yüklənmiş kompüterlər.  
Göstərilən  texniki  vasitələrlə  ölçmə  əməliyyatı  aparılmır,  onlar  vasitəsi  ilə  rəqəmsal  verilənlər, 
həmçinin  də  rəqəmsal  ölçmə  nəticələri  üzərində  çevirmə  əməliyyatları  aparılır.  Onlar  ölçmə  vasitələri 
deyillər, ona görə də ölçmə vasitəsinin tipi kimi təsdiq olunmurlar, Dövlət reyestrinə daxil edilmirlər və 
metroloji  attestasiya  olunmurlar.  Enerji  nəzarəti  və  uçotu  sistemi  istismara  verildikdə  qeyri  ölçmə 
təyinatlı texniki vasitələr və rəqəmsal sistem birgə rəqəmsal attestasiya olunurlar. Ümumi halda rəqəmsal 
enerji  nəzarəti  və  uçotu  sisteminin  tərkibinə  bir  neçə  rəqəmsal  ölçmə  kanalı  və  qeyri-ölçmə  təyinatlı 
texniki sistemlər daxil olur. Sadə halda tərkib bir ədəd rəqəmsal enerji nəzarəti və uçotu sistemindən və 
bir  ədəd  rəqəm  ölçmə  kanalından  ibarət  olur.  Sadə  halda  rəqəmsal  ölçmə  kanalında  bir  ədəd  elektron 
sayğacı olur. 
 
MOBĠL ROBOTUN ROBAST ĠDARƏETMƏ SĠSTEMĠNĠN SĠNTEZĠ 
 
Mirzəxanov V.E. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Bir  sıra  texnoloji  obyektlər  və  robototexniki  qurğuların  hərəkəti  qeyri-regulyar  və  ya  qeyri-
müəyyənlikli  olur.  Belə  obyektlərin  idarə  edilməsi  alqoritmləri  qeyri-səlis  adaptiv  və  ya  robast 
tənzimləmə qanunların əsasında olmalıdır.  
Nümünə kimi ODMR (hər hansı tərəfə hərəkət edə bilən)  robotun hərəkət etdirici hissəsini göstərə 
bilərik. Dinamik obyekt kimi ODMR-in qeyri-xətti riyazi modeli göstərə bilinər. Riyazi modeli bir tənlik 
şəklində təsvir etmək olar ki, bunu da həmişə qeyri-səlis TS modeli şəklində  yaza bilərik: 
 

 


Yüklə 5,36 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə