67
ADDIM-ADDIM HAMİLƏLİK
yüb və uşaqlıq indi ona darlıq edir. Bu həftə dölün çəkisi təqribən 1150
qramdır.
İyirmi doqquzuncu həftə həm də analıq məzuniyyətinin başlama-
sı ilə əlamətdardır. Bu, yeni həyatının başlanğıcıdır, indi diqqətinin, qay-
ğının və hisslərinin əsas mərkəzi O olacaq. Bu günlər körpənin gələcək
təlim-tərbiyəsi haqda yaxşı kitablar oxumaq üçün ideal vaxtdır.
Məzuniyyətə çıxmışkən qida rasionunu yeniləməyin əsl vaxtıdır.
Əziz dost, gəl faydalı qidaların “reytinqi” ilə tanış olaq:
• Buxarda bişirmə və sobada qızartma – yemək hazırlamağın ən
xeyirli üsulu. Praktiki olaraq hər şeyi - əti və balığı, tərəvəzi və meyvəni
qızartmaq olar.
• Buğda bişirmə – bu üsul ərzağın uzun zaman aşağı odda və
yastı qabda qapaq altında az su əlavə etməklə saxlanmasıdır. Bu üsul-
la mal əti, qoyun əti və kartof daha dadlı alınır.
• Qaynatma – ərzaq qaynayan bol suyun içinə atılır və aşağı odda
bişirilir. Bu üsulla daha çox şorbalar hazırlamaq faydalıdır.
• Qızartma – qidanın faydalılığını azaltmamaq üçün onu kiçik di-
limlərə ayıraraq bir neçə dəqiqə yağ əlavə etmədən bişirmək lazımdır.
Bunu xüsusi tavada etmək məsləhətdir.
68
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZUNCU hяftя
H
amiləliyin otuzuncu həftəsində də diskomfort hissini azaltmaq
üçün necə oturduğun çox vacibdir. Bədəninin ağırlıq mərkəzi də-
yişməkdə davam edir, buna görə də onun vəziyyətinə nəzarət etməyə,
rahat geyinməyə və rahat hiss etməyə çalış. Fiziki hərəkətlər də əhvalı-
nın yaxşı olmasında və enerjini qorumaqda böyük rol oynayır. Bu aktiv-
lik doğuşa lazımi şəkildə hazırlaşmağa da yardımçı olur. Bu məqamda
ən əsası canfəşanlıq etməməkdir. Enerjini daim yüksək saxlamağın di-
gər əsas mənbəyi də piyada gəzmək və ya üzməkdir.
Körpə indi necə görünür? Ultrasəs müayinəsi zamanı onun insana
bənzəyən dəqiq cizgilərilə yanaşı, necə nəfəs aldığına qulaq asmaq, sə-
nin hər gün hiss etdiyin tərpənişləri necə etdiyini görmək şansın olacaq.
Artıq “yetkin” hamiləliyin vaxtı gəlib çatıb. Körpə artıq yumruğunu
sıxa, çiyinlərini çəkə, üz-gözünü turşuda, dartına bilir. O səni anlayır, ra-
zılığını və ya narazılığını biruzə verir. Məsələn, balaca qarnını sığallayıb
xoş sözlər deyəndə də, narahat oturub onu sıxışdıranda da reaksiya
verir. Çünki körpə onu əhatə edən mühit haqda xeyli məlumat “top-
layıb”. Biz uşaqlığın qaranlıq yer olduğunu düşünürük, amma əslində
uşaqlığın işıqlanma səviyyəsi hamilə qadının olduğu yerdəki işığın par-
laqlığından çox asılıdır. Beləliklə, körpən aydın, günəşli günlə gecə qa-
ranlığı hissi ilə tanışdır. Bu həftə dölün çəkisi demək olar ki, 1400 qram,
uzunluğu isə 37,5 sm yaxındır.
69
ADDIM-ADDIM HAMİLƏLİK
Gələcək ana namizədinin neçə kiloqram artmalı olduğunu müəy-
yənləşdirmək üçün onun hamiləliyə qədər olan çəkisini bilmək müt-
ləqdir. Belə ki, kök qadınlar daha az – 7-8 kiloqrama yaxın, arıq qadın-
lar isə bir qədər çox – 12-16 kiloqrama qədər kökəlirlər. Arıq qadınlara
xüsusi normalar lazımdır, çünki onlar lazım olan çəkini yığmasalar, zəif
uşaq doğmaq riski ilə üzləşəcəklər. Buna görə də həkimlər arıq qa-
dınlara çox yeməyi məsləhət görürlər, yeməkarası qəlyanaltılar, şirin
meyvə və yağlı yeməklərə icazə verirlər. Normal bədən quruluşuna
malik ana namizədləri daha şanslıdırlar, qidalanmalarına fikir versələr,
onlar asanlıqla körpəyə və özünə lazım olan çəkini yığa bilərlər. Onu
da qeyd edim ki, kök və ya çox kök qadının uşağının heç nəyə ehtiyacı
olmayacaq, amma ananın işi o qədər də asan olmayacaq. Artıq çəki
yığmaması üçün həkim ona ciddi nəzarət edəcək, iri uşaqlar doğuş
zamanı da bəzi problemlərlə üzləşirlər.
70
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ BИRИNCИ hяftя
Q
arnın böyüməkdə davam edir, döş qəfəsində və çanaq nahiyə-
sindəki xoşagəlməz hisslər səni narahat edir. Bu təbiidir, bö-
yüməkdə olan uşaq özü üçün daha çox yer tələb edir. Əvvəllər seyrək
müşahidə edilən qıcqırmalar davamedici olur. Daxili orqanların yeri-
ni dəyişən uşaqlıq öd kisəsinin də işində çətinlik yaradır. Yeməkdən
sonra yarımoturaq vəziyyətdə olmaq da qıcqırmanın qarşısını almağa
yardımçı ola bilir.
Hamiləlik boyunca ən çox eşidilən şikayətlərdən biri də beldə olan
ağrılardır. Bu ağrılar demək olar ki, hamiləliyin bütün mərhələlərində
hiss olunur və bəzən hətta doğuşdan bir neçə ay sonra da səni “mü-
şayiət edir”. Düzgün oturuş və fiziki hərəkətlər bu ağrı hissini azaltma-
ğa kömək ola bilər. Həyat yoldaşına xatırlat ki, belini sığallamaq onun
gündəlik vəzifəsidir. Hamiləlik müddətində orqanizmin “relaksin” adlı
hormon hasil edir. Bu hormon çanaq dairəsini genişləndirməklə ya-
naşı, onun sümük birləşmələrini də yumşaldır. Çanaq dairəsi nə qədər
elastik olsa, doğuş bir o qədər rahat keçər. Lakin “relaksin”in nəticəsi
o qədər də ürəkaçan olmur, sənin yerişin “ördək” yerişini xatırlatmağa
başlayır. Amma narahat olmağa dəyməz, doğuşdan sonra o yan-bu
yana əyilməyin keçəcək. Bəzi hamilələr bu mərhələni heç bir narahat-
lıq olmadan keçirirlər, çünki hamıda hər şey fərdidir.
71
ADDIM-ADDIM HAMİLƏLİK
Bu həftə döl işığa və qaranlığa demək olar, biz böyüklər kimi reak-
siya verir. Dəri altında ağ piy toxuması kənara yığılır və nəticədə dərinin
özü qırmızı rəng alır. Dırnaqlar demək olar ki, barmaqların ucuna çatır.
Körpənin çəkisi təxminən bir kilo yarımdır.
Doğuşa sayılı həftələr qala həkimlə təmasda olmaq, fövqaladə
vəziyyətlərdə onun dəstəyini almaq çox vacibdir. Bu fövqaladə vəziy-
yətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
• Ayaqlarında, əllərində, qarnında və üzündəki şişlər – hidropsun
və ya eklampsiyanın əlamətləridir. Bu əlamətləri hiss edən kimi hə-
kimə müraciət et, vaxtında onunla hesablaşmasan, güclənə bilər. Yük-
sək təzyiq və sidiyin tərkibindəki zülalın artması da şişə əlavə olunub
riski artıra bilər.
• Qəfil yaranmış al rəngli qan sızıntısı plasentanın səhv yerləşmə-
si, ya da vaxtından qabaq doğuş təhlükəsi ilə əlaqədar ola bilər. Hə-
kimlə danışmağa tələs.
• 37-ci həftəyə qədər qarın nahiyəsində ağrılar ola bilər. Rahat
uzan, gərginliyi azalt və sakitləşməyə çalış. Əgər xoşagəlməz ağrı keç-
sə deməli, bu, uşaqlığın inkişafı ilə bağlıdır və qorxmağa dəyməz. Yox
əgər ağrı davam edirsə, yaxşısı budur “Təcili yardım” çağır.
• Uşaq tərpənmirsə həkim-ginekoloqla əlaqə saxla və ultrasəs
müayinəsindən keç.
• Uzun gəzintidən sonra ayaqların ağrıyır, ya da damarların şişib-
sə, bu, varikoz genişlənmənin əlaməti ola bilər. Evdə böyrüüstə uzan,
istirahət etməyə çalış ki, qanın çəkilməsi sürətlənsin.
• Hamiləliyin 30 həftəsi arxada qaldısa, pasportunu, tibbi sığorta
kartını, mübadilə kartını və başqa sənədlərini çantanda saxlamağa çalış.
Dostları ilə paylaş: |