Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə16/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

67
ADDIM-ADDIM HAMİLƏLİK
yüb və uşaqlıq indi ona darlıq edir. Bu həftə dölün çəkisi təqribən 1150 
qramdır.
İyirmi doqquzuncu həftə həm də analıq məzuniyyətinin başlama-
sı ilə əlamətdardır. Bu, yeni həyatının başlanğıcıdır, indi diqqətinin, qay-
ğının və hisslərinin əsas mərkəzi O olacaq. Bu günlər körpənin gələcək 
təlim-tərbiyəsi haqda yaxşı kitablar oxumaq üçün ideal vaxtdır.
Məzuniyyətə  çıxmışkən  qida  rasionunu  yeniləməyin  əsl  vaxtıdır. 
Əziz dost, gəl faydalı qidaların “reytinqi” ilə tanış olaq:
•  Buxarda bişirmə və sobada qızartma – yemək hazırlamağın ən 
xeyirli üsulu. Praktiki olaraq hər şeyi - əti və balığı, tərəvəzi və meyvəni 
qızartmaq olar.
•  Buğda  bişirmə  –  bu  üsul  ərzağın  uzun  zaman  aşağı  odda  və 
yastı qabda qapaq altında az su əlavə etməklə saxlanmasıdır. Bu üsul-
la mal əti, qoyun əti və kartof daha dadlı alınır.
•  Qaynatma – ərzaq qaynayan bol suyun içinə atılır və aşağı odda 
bişirilir. Bu üsulla daha çox şorbalar hazırlamaq faydalıdır.
•  Qızartma – qidanın faydalılığını azaltmamaq üçün onu kiçik di-
limlərə ayıraraq bir neçə dəqiqə yağ əlavə etmədən bişirmək lazımdır. 
Bunu xüsusi tavada etmək məsləhətdir.


68
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZUNCU hяftя
H
amiləliyin  otuzuncu  həftəsində  də  diskomfort  hissini  azaltmaq 
üçün necə oturduğun çox vacibdir. Bədəninin ağırlıq mərkəzi də-
yişməkdə davam edir, buna görə də onun vəziyyətinə nəzarət etməyə, 
rahat geyinməyə və rahat hiss etməyə çalış. Fiziki hərəkətlər də əhvalı-
nın yaxşı olmasında və enerjini qorumaqda böyük rol oynayır. Bu aktiv-
lik doğuşa lazımi şəkildə hazırlaşmağa da yardımçı olur. Bu məqamda 
ən əsası canfəşanlıq etməməkdir. Enerjini daim yüksək saxlamağın di-
gər əsas mənbəyi də piyada gəzmək və ya üzməkdir. 
Körpə indi necə görünür? Ultrasəs müayinəsi zamanı onun insana 
bənzəyən dəqiq cizgilərilə yanaşı, necə nəfəs aldığına qulaq asmaq, sə-
nin hər gün hiss etdiyin tərpənişləri necə etdiyini görmək şansın olacaq.
Artıq “yetkin” hamiləliyin vaxtı gəlib çatıb. Körpə artıq yumruğunu 
sıxa, çiyinlərini çəkə, üz-gözünü turşuda, dartına bilir. O səni anlayır, ra-
zılığını və ya narazılığını biruzə verir. Məsələn, balaca qarnını sığallayıb 
xoş  sözlər  deyəndə  də,  narahat  oturub  onu  sıxışdıranda  da  reaksiya 
verir. Çünki körpə onu əhatə edən mühit haqda xeyli məlumat “top-
layıb”. Biz uşaqlığın qaranlıq yer olduğunu düşünürük, amma əslində 
uşaqlığın işıqlanma səviyyəsi hamilə qadının olduğu yerdəki işığın par-
laqlığından çox asılıdır. Beləliklə, körpən aydın, günəşli günlə gecə qa-
ranlığı hissi ilə tanışdır. Bu həftə dölün çəkisi demək olar ki, 1400 qram, 
uzunluğu isə 37,5 sm yaxındır.


69
ADDIM-ADDIM HAMİLƏLİK
Gələcək ana namizədinin neçə kiloqram artmalı olduğunu müəy-
yənləşdirmək üçün onun hamiləliyə qədər olan çəkisini bilmək müt-
ləqdir. Belə ki, kök qadınlar daha az – 7-8 kiloqrama yaxın, arıq qadın-
lar isə bir qədər çox – 12-16 kiloqrama qədər kökəlirlər. Arıq qadınlara 
xüsusi normalar lazımdır, çünki onlar lazım olan çəkini yığmasalar, zəif 
uşaq  doğmaq  riski  ilə  üzləşəcəklər.  Buna  görə  də  həkimlər  arıq  qa-
dınlara  çox yeməyi  məsləhət  görürlər, yeməkarası  qəlyanaltılar,  şirin 
meyvə  və  yağlı  yeməklərə  icazə  verirlər.  Normal  bədən  quruluşuna 
malik ana namizədləri daha şanslıdırlar, qidalanmalarına fikir versələr, 
onlar asanlıqla körpəyə və özünə lazım olan çəkini yığa bilərlər. Onu 
da qeyd edim ki, kök və ya çox kök qadının uşağının heç nəyə ehtiyacı 
olmayacaq, amma ananın işi o qədər də asan olmayacaq. Artıq çəki 
yığmaması  üçün  həkim  ona  ciddi  nəzarət  edəcək,  iri  uşaqlar  doğuş 
zamanı da bəzi problemlərlə üzləşirlər.


70
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ BИRИNCИ hяftя
Q
arnın böyüməkdə davam edir, döş qəfəsində və çanaq nahiyə-
sindəki  xoşagəlməz  hisslər  səni  narahat  edir.  Bu  təbiidir,  bö-
yüməkdə olan uşaq özü üçün daha çox yer tələb edir. Əvvəllər seyrək 
müşahidə edilən qıcqırmalar davamedici olur. Daxili orqanların yeri-
ni dəyişən uşaqlıq öd kisəsinin də işində çətinlik yaradır. Yeməkdən 
sonra yarımoturaq vəziyyətdə olmaq da qıcqırmanın qarşısını almağa 
yardımçı ola bilir.
Hamiləlik boyunca ən çox eşidilən şikayətlərdən biri də beldə olan 
ağrılardır. Bu ağrılar demək olar ki, hamiləliyin bütün mərhələlərində 
hiss olunur və bəzən hətta doğuşdan bir neçə ay sonra da səni “mü-
şayiət edir”. Düzgün oturuş və fiziki hərəkətlər bu ağrı hissini azaltma-
ğa kömək ola bilər. Həyat yoldaşına xatırlat ki, belini sığallamaq onun 
gündəlik vəzifəsidir.  Hamiləlik  müddətində  orqanizmin  “relaksin”  adlı 
hormon  hasil  edir.  Bu  hormon  çanaq  dairəsini  genişləndirməklə  ya-
naşı, onun sümük birləşmələrini də yumşaldır. Çanaq dairəsi nə qədər 
elastik olsa, doğuş bir o qədər rahat keçər. Lakin “relaksin”in nəticəsi 
o qədər də ürəkaçan olmur, sənin yerişin “ördək” yerişini xatırlatmağa 
başlayır. Amma  narahat  olmağa  dəyməz,  doğuşdan  sonra  o yan-bu 
yana əyilməyin keçəcək. Bəzi hamilələr bu mərhələni heç bir narahat-
lıq olmadan keçirirlər, çünki hamıda hər şey fərdidir.


71
ADDIM-ADDIM HAMİLƏLİK
Bu həftə döl işığa və qaranlığa demək olar, biz böyüklər kimi reak-
siya verir. Dəri altında ağ piy toxuması kənara yığılır və nəticədə dərinin 
özü qırmızı rəng alır. Dırnaqlar demək olar ki, barmaqların ucuna çatır. 
Körpənin çəkisi təxminən bir kilo yarımdır.
Doğuşa  sayılı  həftələr  qala  həkimlə  təmasda  olmaq,  fövqaladə 
vəziyyətlərdə onun dəstəyini almaq çox vacibdir. Bu fövqaladə vəziy-
yətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
•  Ayaqlarında, əllərində, qarnında və üzündəki şişlər – hidropsun 
və ya  eklampsiyanın  əlamətləridir.  Bu  əlamətləri  hiss  edən  kimi  hə-
kimə müraciət et, vaxtında onunla hesablaşmasan, güclənə bilər. Yük-
sək təzyiq və sidiyin tərkibindəki zülalın artması da şişə əlavə olunub 
riski artıra bilər.
•  Qəfil yaranmış al rəngli qan sızıntısı plasentanın səhv yerləşmə-
si, ya da vaxtından qabaq doğuş təhlükəsi ilə əlaqədar ola bilər. Hə-
kimlə danışmağa tələs.
•  37-ci  həftəyə  qədər  qarın  nahiyəsində  ağrılar  ola  bilər.  Rahat 
uzan, gərginliyi azalt və sakitləşməyə çalış. Əgər xoşagəlməz ağrı keç-
sə deməli, bu, uşaqlığın inkişafı ilə bağlıdır və qorxmağa dəyməz. Yox 
əgər ağrı davam edirsə, yaxşısı budur “Təcili yardım” çağır.
•  Uşaq  tərpənmirsə  həkim-ginekoloqla  əlaqə  saxla  və  ultrasəs 
müayinəsindən keç.
•  Uzun gəzintidən sonra ayaqların ağrıyır, ya da damarların şişib-
sə, bu, varikoz genişlənmənin əlaməti ola bilər. Evdə böyrüüstə uzan, 
istirahət etməyə çalış ki, qanın çəkilməsi sürətlənsin.
•  Hamiləliyin 30 həftəsi arxada qaldısa, pasportunu, tibbi sığorta 
kartını, mübadilə kartını və başqa sənədlərini çantanda saxlamağa çalış.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə