Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

62
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
qırışlı görünə bilər. Bu, doğuşa bir neçə həftə qalmış yox olacaq. Bu 
həftə körpənin çəkisi 900 qramdır. Bəs sənin?
Bu həftələrdə sənin çəkin nəzərə çarpacaq dərəcədə arta bilər, 9 
kq-a qədər kökəlməyin normal haldır. Çəki haqda müxtəlif fikirlər səs-
lənsə də bilməlisən ki, hamiləlik zamanı nizamla artan çəki təhlükəli 
deyil. Hamilələrin hamısında süd vəzlərinin böyüməsi müşahidə olu-
nur, vəzlərin çəkisi normal vaxtla müqayisədə 500-600 qram arta bi-
lir. Artan çəkinin də xeyli hissəsini dölqabağı sular və qanın həcminin 
artması təşkil edir. Əlbəttə, körpəni və plasentanı da unutmaq olmaz. 
Burdan  belə  nəticəyə  gəlirik  ki,  yığdığın  çəkinin  çox  az  hissəsi  piyin 
payına düşür. 
Hamiləlik zamanı arıqlamaq üçün müxtəlif pəhrizləri davam etdir-
mək təhlükəlidir. Çəkin normadan artıq olsa da, həkimlə məsləhətləş-
mədən hər hansı pəhrizə başlamay, bu, döl üçün risklidir. Pəhriz əvə-
zinə özünçün xüsusi menyu tərtib etməyə çalış. Mətbəxində müxtəlif 
sıyıqlara, yağsız  kəsmik və yoqurtlara,  təzə  meyvə-tərəvəzlərə,  zülal 
mənbəyi olan balığa və ətə xüsusi yer ayır. Arterial təzyiqi artıran kofe 
və  şokoladdan,  duzdan,  qızarmış,  hisə  verilmiş  və  yağlı  xörəklərdən 
sadəcə uzaq durmağa çalış. 


63
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ SЯKKИZИNCИ hяftя
İ
ndi sən bir çox hallarda əvvəlki həyat tərzinə davam edirsən, ancaq 
köməyə də ehtiyacın var. İyirmi səkkizinci həftə kəskin hərəkətlər et-
mək, ağırlıq qaldırmaq, pərdə və ya paltar asmaq, yorucu işlərlə məş-
ğul olmaq qəti qadağandır.
Bu həftə qadınların bir çoxu vaxtından əvvəl doğuş qorxusundan 
xilas olur. Yolun yarısı geridə qalıb və gələcək ana özünü ən yaxşı nə-
ticəyə  hazırlamağa  başlayıb. Analıq  məzuniyyətinin yaxınlaşması  fik-
ri  də  sənə  ayrıca  stimul verir.  Psixoloqun  qəbuluna yazılmaq  da ye-
rinə düşər. Onunla söhbət sənə qorxu və həyəcanlarınla mübarizədə 
kömək ola bilər.
Doğuma təxminən 10 həfətəyə qədər vaxt var, amma bu əlamət-
dar hadisəyə qabaqcadan hazırlaşmağın böyük şərtdir. Ona görə bu 
günlərdə mama-ginekoloqla daha tez-tez məsləhətləşirsən. Qarşıdakı 
doğuşun perspektivlərini mütəxəssislə müzakirə etməyin vaxtı çatıb. 
Doğuşun ağrısız keçməsi, epiziotomiya və doğuş fəaliyyətinin stimul-
laşdırılması kimi hallarla indi tanış olmaq çox vacibdir. Doğuş zamanı 
belə hallarla qarşılaşmalı olacaqsan və bu halların məzmununu, təyi-
natını, hansı üsullarla necə reallaşdığını, sənin və körpən üçün hansı 
mənfi və müsbət cəhətləri olduğunu indidən öyrənməlisən. 
Əgər bətnindəki oğlandırsa, bu həftə onun yumurtaları qarın na-


64
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
hiyəsindən  kisəciyə  enəcək.  Körpənin  dilində  dad  əmzikləri  yaranır, 
iyirmi səkkizinci həftəyə yaxın O, şirin, duzlu və acını fərqləndirə bilir. 
Bu həftə vaxtından əvvəl doğulmuş uşağa müasir texnologiyalar tət-
biq edilsə, yaşamaq şansı böyükdür. Bu həftə dölün çəkisi kiloqram-
dan azca çox, uzunluğu isə 35 sm-dir.
Hamiləlik dövründə orqanizmində zülallara, karbohidratlara, yağla-
ra, vitaminlərə, makro və mikroelementlərə tələbat birə-beş artır, kolori-
lik də dəyişir. Bu göstəricilər daha çox ”ZKY-ViMiKo” formulu kimi birləş-


65
ADDIM-ADDIM HAMİLƏLİK
dirilir  –  zülallar,  karbohidratlar, yağlar və vitaminlər,  mikroorqanizmlər, 
kolorilik. Dölün normal inkişafı və hamiləliyin öz axarı ilə getməsi üçün 
hamilənin  düzgün,  tarazlaşdırılmış  şəkildə  qidalanmağın  əhəmiyyəti 
çoxsaylı tədqiqatlarla sübut edilib. Gələcək ananın yetərincə qidalan-
maması təkcə dölün kütləsinə deyil, həm də onun inkişafına mənfi təsir 
göstərir. Az kolorili yeməklərlə daimi pəhriz saxlayan qadınlarda sonsuz-
luq riski artır. Bədən çəkisi az olan qadınlar hamiləlik zamanı ürək-damar 
və nəfəs yolları sisteminin pozulmasından əziyyət çəkirlər.


66
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
ИYИRMИ DOQQUZUNCU hяftя
Ü
çüncü rübə xoş gəlmisən. Nə qədər ki, uşağın böyüməyi davam 
edir,  sən  də  narahatlığın  artdığını  hiss  edə  bilirsən.  Bu  təbii  hal-
dır, çünki böyüyən uşaqlıqla qonşuluq sənin daxili orqanlarını getdikcə 
sıxışdırır. Xoşagəlməz hissiyatları azaltmaq üçün qamətini düz tutma-
ğa, düzgün qidalanmağa çalış, bağırsaqlarında qaz yaranmasına sə-
bəb ola biləcək qida məhsullarının miqdarını azalt.  Fiziki aktivliyi və 
istirahəti  də  unutma.  Buna  baxmayaraq,  qarın  nahiyəndə və  ayaqla-
rında, eyni zamanda nəfəs almada ağırlıq və xoşagəlməz hisslər qa-
lacaqdır. Qıcqırma, ürəkbulanma, bel ağrıları, yuxusuzluq – bunlar da 
iyirmi doqquzuncu həftənin “gözəllikləri”dir. Ancaq onların öhdəsindən 
gəlmək də sənin əlindədir. Balaca porsiyalarla yemək qıcqırma riskini 
azaldacaq. Narahat pozalarda uzanma, rahat ayaqqabılar geyin, o za-
man bel ağrıları bu qədər incitməyəcək. Eyni vaxtda və yaxşı havalan-
dırılmış otaqda yatmağa çalış.
Döl  doğuşa  və  ana  bətnindən  kənardakı  həyata  hazırlaşmaqla 
məşğuldur. O, artıq bədəninin hərarətini az-çox nizamlamağı öyrənib. 
Körpənin orqanizmindəki qırmızı qan kürəciklərini hazırlamaq üçün ilik 
tam cavabdehdir. Balaca dölətrafı sulara hər gün demək olar ki, yarım 
litr sidik ifraz edir. Bu günlərdə dölün tərpənməsi bir qədər fərqli xa-
rakter alıb. Nizamsız hərəkətlərin yerini dirsəklər və dizlərlə itələmələr, 
döyəcləmələr əvəz edib. Bu da təsadüfi deyil, O kifayət qədər böyü-


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə