Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
  1   2   3   4   5   6   7   8   9   ...   22


Dr. Səbinə Mirzəyeva ilə
ADDIM-ADDIM 
hamiləlik
2018


2
Layihə rəhbəri və müəllif:   Səbinə MİRZƏYEVA 
Redaktor: 
 
  Sevinc 
RƏHİMOVA
Art dizayn:     
 
Oqtay ORUC
Fotoqraf: 
  Ramin 
ASLANOV
    
© 
Səbinə Mirzəyeva


3
Əziz qadın! Dünən balaca qız idin. 
Bu gün qadınsan. 
Və sabah ana olacaqsan...
Q
arşında səni tanıyan, səni anlayan biri var. Sətirlərini oxudu-
ğun insan da qadındır. Anadır. Həm də qadınları istər fizioloji, 
istərsə də mənəvi cəhətdən gözəl anlayan biridir. Mən həkiməm. 
Qadın həkimi. Ağlım kəsəndən yaxşı həkim olmaq üçün çalışan, 
öyrənən və  qadınları  tədqiq  edən  biri.  Sənin  haqqında  çox  şey 
danışa bilərəm. Əsrlərdir səni anlamaq, duymaq, dərk etmək yo-
lunda ən böyük alimlər, mütəfəkkirlər çalışır, iddialı cümlələr qu-


4
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
rur, maraqlı və təzadlı fikirlər söyləyir. Amma hələ də “qadın nə 
istəyir?” sualının cavabını tapa bilmir. Çünki qadını anlamaq, başa 
düşmək, tanımaq çətindir. Sən ən ağıllı insanları belə təəccüb-
ləndirə bilirsən bəzən –  həlledici məqamlarda məntiqini kənara 
qoyub hisslərinlə qərar verdiyin zamanlarda. Sən “olmaz, müm-
kün  deyil”  deyilən  situasiyalarda  belə  hamar yolu  tapa  bilirsən. 
Sən qəribə və təzadlısan. Bəlkə də bəşər övladının ən böyük və 
mərhəmətli ürəyə sahib, mehriban olduğun qədər kobud, müla-
yim olduğun qədər qəddar, zəif göründüyün qədər güclüsən. Bir 
sözlə, sən QADINSAN! Və sabah ANA olacaqsan...
Mən deyərdim ki, qadının həyatı iki mərhələdən ibarətdir: 
ana olana qədər və ana olandan sonra. Birinci mərhələdə sadəcə 
özü var; öz istəyi, arzuları, xəyalları və mərkəzdə dayanan qadın-
lığı. İkinci mərhələdə isə vəziyyət dəyişir. Çünki qadın məhz ana 
olduğu an böyüyür, müdrikləşir. Bütün dünyaya, hər şeyə müna-
sibəti dəyişir. Özündən başqa birini də - övladını da düşünmək 
məcburiyyətində hiss edir. Və bu məcburiyyət o qədər təbii şə-
kildə ruhunu, düşüncələrini ehtiva edir ki, fərqində olmadan hər 
bir addımını, qərarlarını, hətta deyərdim bütün həyatını ona görə 
hesablayır. Özündən, öz canından və qanından yaranan yeni bir 
insana sanki təslim olur. Qadın ANA olur! 
Bətnində  hələ  bütünləşməmiş,  hələ  insan  cildinə  girmə-
miş, hələ ruhu və bədəni olmayan sadəcə bir parça var. Sən onun 
varlığını hələ ki hiss etmirsən. Ancaq bütün düşüncələrini ələ alıb. 
İndi ondan başqa heç nə düşünmürsən. Olduqca çətin və məsu-
liyyətli bir mərhələyə qədəm qoyursan. Yüzlərlə sual yaranır. O 
kimdir və ya nədir, necədir, bilmirsən. Onu öyrənmək, hər mər-
hələsini izləmək, özündə – vücudunda, bədənində baş verən də-


5
ADDIM-ADDIM HAMİLƏLİK
yişiklikləri anlamaq istəyirsən. Nə baş verir? Necə olacaq? Mən 
nə etməliyəm? Bundan sonra necə yaşamalıyam? Bu mərhələ-
də nəyi necə etmək düzgün və ya yalnışdır? Nə olar? Nə olmaz? 
Nə yeməli? Nə içməli?... saymaqla bitməyən yüzlərlə sual və sən 
qarşı-qarşıyasız. 9 aylıq bir yol səni gözləyir. İndi əlində tutduğun 
bu kitabça isə sənin yol yoldaşın olmaq arzusundadır. Suallarına 
cavab vermək, səni addım-addım müşayiət etməyə çalışacaq. 
Doğru yoldasan.  Mən  –  sənin  qiyabi  dostun,  həkimin  Sə-
binə Mirzəyeva və bu kitabça... Hamiləlik mürəkkəb dönəm olsa 
da, biz səninlə çalışacağıq ki, hər şeyə sadə formada aydınlıq gə-
tirək və sənə 9 ay boyunca kömək edək. 
Gələcəyin anası! 
Yeni yolun aydın, hamar və mübarək olsun!


6
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
HAMИLЯLИYЯ HAZIRLIQ
D
üşün ki, çıxmısan küçəyə bilmirsən hara gedəsən. Məqsədin, hara 
getmək istədiyin bəlli deyilsə, nə edəcəksən? Plansız-proqramsız 
mümkünmü yaşamaq? Mümkündür, əlbəttə. Amma səncə, həyat üçün 
bu doğru seçimdirmi? Biraz da dəqiqləşdirim – dünyaya övlad, yeni in-
san gətirmək kimi vacib bir məqamda düşüncəsiz davranmaq, beyini, 
ruhu və vücudu qabaqcadan hazırlamadanmı bu yola başlasaq daha 
doğru olar, yoxsa bütün varlığınla buna hazır olmaqmı?! Yəqin ki, sən də 
mənimlə razılaşarsan. Dünyaya sağlam və normal uşaq gətirmək üçün 
əvvəlcədən hazırlaşmaq, tələb olunan normalara riayət etmək vacib-
dir. Bu elə bir məqamdır ki, burada hər şeyi taleyin ixtiyarına buraxmaq 
doğru deyil. Nələrinsə səndən asılı olduğunu anlayırsan, əziz dost...


7
ADDIM-ADDIM HAMİLƏLİK
NЯ ETMЯLИ?
H
amiləliyin planlaşdırılması mayalanmadan əvvəl olmalıdır. Hər iki 
valideyn uşağın sağlamlığına müsbət təsir göstərəcək addımlar 
atmalı, orqanizminin qayğısına qalmalıdır. Bu yalnız öz övladının deyil, 
gələcək nəslinin də qayğısına qalmaqdır. Sağlam nəslin davam etməsi 
üçün zəmindir, hansısa mənada sığortadır. 
Ümumi cümlələri konkret məsləhətlərlə bir qədər dəqiqləşdirək:
•  Əvvəlcə  həkim  müayinəsindən  keçmək  lazımdır.  Sağlamlığın 
hansı vəziyyətdədir? Hər hansısa xəstəlik varmı?
•  Müxtəlif  xroniki  infeksiya  ocaqları  qaydasına  salınmalıdır;  kari-
yesli dişlər müalicə edilməli, bəzi profilaktik tədbirlər görülməli, po-
lip, kista, şiş və s. varsa, onlar aradan qaldırılmalıdır. 
•  Soyuqdəymə, qrip, küləkli havadan qorunmaq, əlavə vitaminlər 
qəbul  etmək,  kütləvi  yerlərdən  uzaq  durmaq,  xəstə  insanlarla  sıx 
ünsiyyətdən qaçmaq məsləhətdir.
 Qan qrupunun və Rh faktorunun, hemoqlabin səviyyəsinin, sidi-
yin zülal və şəkər tərkibinin analizi, vərəm testi və s. zəruridir.
•  Qadının  nəsil  şəcərəsində  hər  hansı  genetik  xəstəliklər  olub-
sa (daun, metobolik qüsurlar, irsi anemiya və s.), cütlükdən birində 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə