Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

37
ADDIM-ADDIM HAMİLƏLİK
ON BEШИNCИ hяftя
A
rtıq ətrafdakılar bir az böyümüş qarnının fərqindədir. Onu gizlətmək 
lazım  deyil,  gələcək  ana  rütbəsini  fəxrlə  daşımağın  kifayətdir.  Bu 
günlərdə ailənin dəstəyi çox önəmlidir, bu dəstəyi hiss et və unutma ki, 
ortaq qayğı və həyəcanlar ailəni yaxınlaşdırır və möhkəmləndirir. Güz-
güyə baxanda qarının ortası ilə qasıqdan göbəyə qədər uzanan qonur 
rəngli xətt səni qorxutmasın. Onun yaranma səbəbi melanin adlanan xü-
susi piqmentin ayrılmasıdır və doğuşdan sonra yox olacağına əmin ol.
Məhz bu dövrdə hamilə qadınlar dərinin hədsiz quruduğunu hiss 
edir, dırnaqların tez qırılmasından və saç tökülməsindən şikayət edir-
lər.  Qadın  orqanizminin  kalsiuma  olan  tələbatı  bu  günlərdə  birə-beş 
artır. Vitaminlərə arxayın olma, qəbul etdiyin qidalar da kalsium ehtiya-
cını qarşılamağa kömək etməlidir. Kalsium çatışmazlığı ilə mübarizədə 
ən yaxşı “silah” səhər yeməyində yediyin kəsmikdir. 
Gün boyunca iki litrə yaxın su içmək çox vacibdir. Havalar soyu-
yanda evdə hazırlanan giləmeyvə şərbətlərini qida rasionuna əlavə et. 
Bu  həm  gündəlik  maye  ehtiyacını  qarşılayacaq,  həm  də  soyuqdəy-
məyə qarşı ən yaxşı profilaktik tədbirdir.


38
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Əgər gecələr boğulma hiss edib oyanırsansa, panikaya qapılma, 
bu çox normaldır. Burundan qan açılması da mümkündür, çünki ana 
orqanizmindəki qan dövranı sürətlənir.
Bu həftə körpənin başında tük yaranmağa başlayıb. Əlbəttə ki, bu 
sizin  sonralar  darayacağınız,  hörəcəyiniz, ya  da  rəngbərəng  lentlərlə 
bəzəyəcəyiniz saçlar deyil. Dəri hələ çox nazikdir, rəngi isə çəhrayıdan 
çox qırmızıya yaxındır. Rüşeymin formalaşan orqanlarının çoxu işləyir. 
O  çox  aktivləşib,  tezliklə  sən  onun  ayaq  səslərini  “eşidə  biləcəksən”. 
Döl vaxtaşırı  sidik  kisəsini  boşaldır.  Hələ  ki  körpənin  sidiyi  dölqabağı 
suların  əsas  komponenti  deyil.  Bu  sular  döl  qovuqcuğunun  hücey-
rələrindən yaranır və gün ərzində 8-10 dəfə yenilənir. Sular həmçinin 
saxlanan lazımi kimyəvi maddələrin – suyun, mineralların və üzvi mad-
dələrin – sterilliyini təmin edir. 
Əgər hamiləliyin öz axarıyla gedirsə, bu həftə heç bir xüsusi analiz 
və ya müayinə təyin olunmayacaq. Bu vaxtdan səmərəli istifadə et və 
stomatoloqa baş çək. Artıq toksikoz səni incitmir, anesteziya da qorxu-
lu  deyil,  dişlərinin  isə  qulluğa  ehtiyacı  var.  Dişlə  bağlı  problemlərini 
ikinci rüb ərzində həll etməyə çalış.
12-ci həftədə ikili tarama testindən keçmək vacibdir. Bu, genetik 
xəstəliklərin (daun, edvard sindromu və s.) olub-olmadığını müəyyən-
ləşdirmək üçündür.


39
ADDIM-ADDIM HAMİLƏLİK
ON ALTINCI hяftя
H
amiləliyin dördüncü ayı sona çatmaq üzrədir. Hamiləliyin bu döv-
rü  kifayət  qədər  qayğısız  keçir,  ilk  rüblə  müqayisədə  indi  özünü 
daha  yaxşı  hiss  edirsən,  əhvalın  və  iştahın  yaxşılaşıb,  qoxulara  qarşı 
həssaslığın azalıb. Bu həftə həm onunla əlamətdardır ki,  bu günlər-
də sən ilk dəfə Onun tərpənişlərini hiss edəcəksən. Əgər bu sənin ilk 
hamiləliyin deyilsə, ya da arıq bədən quruluşuna sahibsənsə bu, daha 
çox mümkündür. Çünki təkrar hamiləlikdə qadınlar bunu ilk hamiləliklə 
müqayisədə daha tez hiss edirlər, həm də bu hiss artıq onlara tanışdır. 
Əgər sən rüşeymin ilk tərpənişini birinci hamiləliyin 22-23-cü həftəsin-
də hiss etmirsənsə bu normaldır. İlk tərpənmələr körpənin sonrakı tə-
pikləmələrindən daha sakit və “nəzakətlidir”.
Bu həftə həkimin böyük ehtimalla üçlü tarama üçün səndən qan 
analizi verməni istəyəcək. Şikəstliyə gətirib çıxaran bəzi ağır xəstəlik-
lərə də, məsələn, Daun sindromunda, kəllə-beyin yırtığında, rüşeymin 
ön qarın divarının yarılması zamanı bu maddələrin səviyyəsi normadan 
uzaqlaşır. Buna görə də yaxşı olar ki, hamiləliyin 15-ci və 20-ci həftələr 
arasında iki dəfə qan verməyi unutmayasan. 
Körpə indi təxminən bir avokado böyüklüyündədir, ölçüsü də 80-
100  qrama yaxınlaşır.  O yorulmadan  özünü  təkmilləşdirməyə  davam 
edir. O artıq başını düz saxlamağı öyrənib, boyun əzələləri kifayət qə-
dər  inkişaf  etdiyi  üçün  onu  müxtəlif  tərəflərə  döndərə  bilir.  Bu  həftə 


40
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
körpənin dırnaqları da formalaşıb. Böyrəklər və sidik kisəsində də in-
kişaf hiss olunur: körpə hər 45 dəqiqədən bir dölətrafı sulara sidik ifraz 
edir. Əl və ayaq hərəkətlərinin də istiqaməti dəyişib. İndi O boyca artıb, 
körpənin uzunluğu demək olar ki, 16 sm-dir.
Bu  həftədən  etibarən  artıq  üzü  üstə yatmaq  olmaz. Arxası  üstə 
uzun müddət qalmaq da məsləhət görülmür, bu zaman ürək əzələlə-
rini qanla təmin edən boş venalara güc düşür. Ən optimal variant sol 
böyrü üstə uzanmaqdır, bu pozada qan dövranı sürətlənir. Ancaq bəzi 
kardioloqların fikrincə bu zaman ürəyin oksigen təchizatı zəifləyir. Ona 
görə ən yaxşısı özünü ən rahat hiss etdiyin pozada, tərəfdə uzanmaq 
və tez-tez yerdəyişmə etməkdir.
On  altıncı  həftə  boyunca  açıq  havada  daha  çox vaxt  keçirməyə 
çalış.  Özünü  çox  rahat  hiss  etdiyin  idman  ayaqqabılarını  geyin,  rahat 
tempdə gəz və bolluca oksigeni ciyərlərinə çək. Unutma ki, indi oksi-
gen gələcək körpənin formalaşan hər bir orqanı, hər bir toxuması üçün 
çox vacibdir. 
Hamam  və  sauna  həvəskarları  diqqətli  olsa  yaxşıdır,  çünki  bu 
həftələr ərzində isti su prosedurlarından uzaq olmaqda fayda var. Su-
yun tempraturu kəskin dəyişir və rüşeym üçün bu çox təhlükəlidir. 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə