Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   2   3   4   5   6   7   8   9   ...   22

25
ADDIM-ADDIM HAMİLƏLİK
istəyir, əmin ol.
DOQQUZUNCU hяftя
H
amiləliyin üçüncü ayına qədəm qoydun, əziz dost, səni təbrik et-
mək  olar.  Əlbəttə,  indi  xarici  görünüşündə  və  əhvalındakı  dəyi-
şikliyin əsl səbəbini heç də hamı anlamır. Bu halda səni ancaq erkən 
toksikoz  əlamətləri  ələ  verə  bilər.  Bu  həftə  də yüksək yorğunluq  və 
ürəkbulanma davam edəcək, üstəgəl başgicəllənməsinə də hazır ol-
malısan. Döşlərinə fikir ver, əgər müxtəlif dərialtı damarlar görürsənsə, 
deməli,  qandaşıyıcı  damarların  genişlənib.  Damarların  həddən  artıq 
genişlənməsinin qarşısını almaq üçün: rahat büsthalter seç; ağır şey-
lər  qaldırmaqdan  uzaq  ol;  oturma və  çoxlu  gəz;  oturanda-uzananda 
ayaqlarını  hündür  vəziyyətdə  saxla  və  elastik  corab  və  ya  kolqotka 
geyməklə bağlı həkiminlə məsləhətləş.
Doqquzuncu  həftədə  körpənin  kəllə  beyninin  intensiv  inkişa-
fı davam edir. Beyin artıq iki yarımkürəyə ayrılıb, belə ki, hərəkətlərin 
əlaqələnməsini təmin edən beyinciyin formalaşması da bu həftədən 
başlayır. Böyrək üstündə olan daxili sekresiya vəzilərinin beyin hissə-
sinin  də  bünövrəsi  qoyulur.  Burada  adrenalin  ifraz  olunacaq.  Körpə-


26
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
nin çənəsi hələ sinəsinə sıxılmış vəziyyətdə olsa da, artıq Onun üzünü 
fərqləndirə biləcəksən. Əl və ayaqların formalaşması işi aktiv şəkildə 
gedir: sümüklər inkişaf edir, oynaqlar, əl və pəncə barmaqları nəzərə 
çarpır. Bu həftə Onun sərbəst hərəkəti gözlənilir. Körpə bir az da böyü-
yüb, indi Onun uzunluğu 14 mm-dir.
Bu həftədən etibarən sən hamiləliyin çəkinlə necə zarafat etdiyi-
ni görəcəksən. Artıq çəki, tonusunu itirmiş qarın və döşlərin dartılmış 
əzələləri, zəif kürək və sızlayan bel, venaların varikoz genişlənməsi – 
hamısına hazır olmalısan. Fitnesin köməkliyi ilə bu xoşagəlməzliklər-
dən qurtulmaq və ya ən azından onların təsirini minimuma endirmək 
olar. Unutma ki, doğuşdan sonra əvvəlki formana qayıtmağın körpəni 
gözlədiyin 9 ayı necə keçirməyindən asılıdır. Bədənin dəyişir, deməli, 
özünə xüsusi diqqətlə yanaşmalısan. Hamiləlik zamanı məşq proqra-
mın sənin gündəlik və adi məşğuliyyətlərinə uyğun olmalıdır. Aerobi-
ka və güc kompleksi proqramlarını da yenidən nəzərdən keçirməkdə 
fayda  var.  Üzgüçülükdə  sərt  və  birnəfəsə  hərəkətlər,  eyni  zamanda 
kürəyin  bükülməsi  qadağandır.  Yoqa  zamanı  da  bükülmüş  vəziyyət 
almaq məsləhət görülmür, doqquzuncu həftədən etibarən dartınma 
hərəkətlərinə  qarşı  da  etiyatlı  olmalısan.  Bir  sözlə,  əgər  idmanın  hər 
hansısa  növü  ilə  məşğulsansa,  bunu  mütləq  və  mütləq  həkimin  və 
peşəkar məşqçinlə məsləhətləşməlisən!


27
ADDIM-ADDIM HAMİLƏLİK
ONUNCU hяftя
Ə
gər  yüksək  yorğunluq,  ürəkbulanma  və  erkən  toksikozun  digər 
“gözəlliklər”i səni müşayiət edirsə, darıxma, möhkəm ol. Cəmi bir-i-
ki həftədən sonra işlər qaydasına düşəcək, hamilə qadınların əksəriy-
yətində belə olur. Süd vəzilərinin yayılma sahəsində mərcimək dənəsi 
boyda düyünlər əmələ gələ bilər. Bu düyünlərin tibbi adı “monthomer 
düyünləri”dir və onlar böyümüş tər vəziləridir. Narahatlığa heç bir əsas 
yoxdur, çünki bədənində hamiləlik zamanı tipik olan növbəti dəyişiklik 
baş verib.
Onuncu  həftə  körpənin  inkişafında  olduqca  əlamətdar  və  kritik 
perioddur. Məhz  8-10-cu həftələrdə stress, ananın keçirdiyi istənilən 
xəstəlik və ya dərman preparatları kimi neqativ faktorların təsiri böyük-
dür. Bütün bu sadalananlar körpənin daxili orqanlarının formalaşma-
sına və yerləşməsinə öz mənfi təsirini göstərə bilər, odur ki, ehtiyyatlı 
olmaqda fayda var.
Doqquz həftə arxada qalıb, deməli, O inkişafının yeni mərhələsinə 
- fetal dövrünə daxil olur. Həyati əhəmiyyət daşıyan orqanlar forma-
laşıb və inkişaf etməyə başlayıb. Onuncu həftədən etibarən O, rəsmi 
olaraq  rüşeym  adlanır.  Rüşeymin  çəkisi  5  qram,  uzunluğu  isə  27-35 
mm-dir. Dirsək sümükləri, əl və ayaq barmaqları, üst dodağı formala-
şıb. Sinə nahiyyəsini qarın nahiyyəsindən ayıran arakəsmə – diafraqma 
demək  olar  ki,  hazırdır.  Xarici  cinsiyyət  orqanları  formalaşmağa,  səni 


28
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
qorxudan “quyruq” çəkilməyə başlayır. Onun birinci yaşında çıxmağa 
başlayacaq süd dişləri yenicə inkişafa başlayıb.
Onuncu həftə yetişib, demək, səninlə dərmanlar haqda danışma-
ğın əsl vaxtıdır. Statistikaya görə, gələcək anaların 80%i doqquz ay ər-
zində heç olmasa bir dəfə dərman qəbul edir. Bütün dünyada qəbul 
edilmiş qayda budur ki, hamiləlik müddətində mümkün qədər az dər-
man qəbul etmək lazımdır.
Xroniki xəstəliyi olan və həmişə dərmanların köməyinə ehtiyac du-
yan, məsələn şəkərli diabetdən əziyyət çəkən hamilələr istisnadır. Ancaq 
həyatının bu mühim və həlledici mərhələsində gələcək ana bu dərman-
ları qəbul edərkən həkim nəzarətində olsa daha yaxşıdır. Ürəkbulanma, 
baş ağrısı, ya da adi halsızlıq zamanı dərhal dərman qutusuna əl atma, 
yadda saxla ki, həb, toz və ya sirop içməzdən əvvəl həkimlə məsləhət-
ləşmək mütləqdir. Axı tamamilə ziyansız dərman olmur. Bu təkcə körpə 
üçün yox,  həm  də  sənin  səhhətindəki  dəyişikliklər  baxımından vacib-
dir. Hamiləlik zamanı orqanizmində baş verən “yeniliklərə” görə dərman 
vasitələrinin  həzmi  və  xaric  olunmasına  cavabdeh  olan  qaraciyər  və 
böyrəklər başqa rejimlə işləməyə başlayır. Nəticədə dərmanlara qarşı 
həssaslıq artır və allergiya baş qaldırır. Dərman vasitələri orqanları hələ 
yenicə inkişaf etməyə başlayan və özünü qorumaq iqtidarında olmayan 
balaca orqanizm üçün ilk on həftədə xüsusilə təhlükəlidir. Özünü müali-
cə fikrini birdəfəlik yadından çıxart, bu işi mütəxəssislərə həvalə et, hansı 
dərmanın ziyanlı, hansılarının ziyansız olduğunu yalnız həkimlər bilir.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə