Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   2   3   4   5   6   7   8   9   10   ...   22

29
ADDIM-ADDIM HAMİLƏLİK
ON BИRИNCИ hяftя
H
amiləliyin ilk rübü başa çatmaq üzrədir, toksikoz “geri çəkilmə”yə 
başlayır. Xarici görünüşündə böyük dəyişikliklər baş verməsə də, 
daxilən  sən  bu  böyük  hadisəyə  hazırsan.  İlk  həftələrin  həyəcanı  və 
qorxusu müəyyən mənada geridə qalıb, sən isə əziz dost, emossional 
baxımdan kifayət qədər möhkəmsən.
Bu dövrdə bir çox qadınlar kimi səndə də əhval-ruhiyyə dəyişikliyi 
ola bilər. Bu dəyişkənlik aybaşı öncəsi olan narahatlığa bənzəyir: əsəbi-
lik, gərginlik və izah olunmayan həyəcan, səbəbsiz ağlamaq istəyi. Bütün 
bunların səbəbkarı orqanizmdə baş verən hormonal dəyişmələrdir. Hər 
bir qadın bu emossional üsyanla öz bildiyi kimi mübarizə aparır. Kimisi 
başını təsərrüfat qayğıları ilə qatır, kimisi də diqqətini hobbiləri üzərində 
cəmləyir, meditasiyanın ən yaxşı çıxış yolu olduğunu deyənlər də var. 
Və əlbəttə sənin dəyişkən əhval-ruhiyyənin ağırlığı həyat yoldaşı-
nın çiyinlərinə düşür. Sevdiyin adam bu günlərdə özündə güc tapmalı 
və sənə dəstək olmalıdır. Bu dəstək çox zaman sadəcə səni başa düş-
məkdən, səbirdən və ya heç bir səbəb olmadan başını qoyub ağlaya-
cağın güclü kişi çiyni təklif etməkdən ibarətdir. Sən də öz növbəndə 
ona təşəkkür etməyi unutma, ona görə ki, bu mürəkkəb zamanda biz 
qadınlara belə dəstək olmaq kişidən bütün səbr və qüvvəsini topla-
mağı tələb edir.


30
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Onun çəkisi artıq 7 qrama yaxındır, hər şey yolunda gedir. Rüşey-
min xarici görünüşü hələ də qeyri-adidir; əllər ayaqlara nisbətən bir az 
uzun görünür, başının böyüklüyü səni qorxudur, amma narahat olma-
ğa dəyməz, doğuşa qədər bu qeyri-adi ölçülər yox olacaq. İllər əvvəl 
sən də ananın bətnində belə qəribə görünürdün. Pəncə və əl barmaq-
larının  inkişafı  öz  axarında  gedir.  Gələcək  körpənin  gözlərinin  rəngini 
müəyyən edəcək kiçik göy qurşağı yaranmağa başlayır. 
Balanslaşdırılmış və vitaminlərlə zəngin menyuya bu günlərdə də 
əməl etməlisən. Gündəlik qida rasionuna sıyıq, kəsmik, bolluca meyvə 
və tərəvəz, göyərti, qoz-fındıq əlavə etmək yerinə düşər. Balaca porsi-
yalarla 3-4 saatdan bir yeməyə çalış, yağlı, ədviyyatlı, hisə verilmiş və 
qızardılmış qidalardan uzaq olmaqda fayda var.
On bir və ya on ikinci həftə ilk skrinninq müayinəsi üçün ideal vaxt-
dır. Skrinninq üçqat ultrasəs müayinəsi və qanın biokimyəvi analizin-
dən  ibarətdir,  məqsədi  rüşeymin  inkişaf  prosesini  izləmək  və  inkişaf 
zamanı yaranan problemləri üzə çıxarmaqdır. Skrinninq zamanı uşaq-
lıq boşluğuna heç bir müdaxilə olmadığından müayinələrin hamiləyə 
və dölə mənfi təsiri yoxdur.
On birinci həftə boyunca dırnaqların qopması, güclü saş tökülmə-
si  normaldır.  Bununla  mübarizə  aparmaq  demək  olar  ki,  mənasızdır, 
doğuşdan  sonra  hər  şey  öz  qaydasına  düşəcək.  Çox  zaman  əksi  də 
müşahidə olunur, saçlar qalınlaşır, dırnaqlar sürətlə uzanır. Kimyəvi tər-
kibini nəzərə alsaq, saç boyalarından istifadə etmək – saç rənglənmə-
sini təxirə salmaq daha yaxşı olar. Bu həftədən başlayaraq dəri dartın-
maları ilə mübarizəyə başlaya bilərsən, zeytun və acı badam yağı kimi 
təbii  yağlardan  istifadə  etsən  sonrakı  həftələrdə  itirdiyin  vaxta  görə 
heyfslənməzsən.


31
ADDIM-ADDIM HAMİLƏLİK
ON ИKИNCИ hяftя
K
örpənin kənar faktorlara qarşı həssas olduğu o narahat dövr artıq 
arxada qalıb. Əlbəttə, bu o demək deyil ki, viruslardan ehtiyatlan-
mamaq və ya diqqətsizlik etmək olar, ancaq körpənin bütün orqan və 
toxumalarının formalaşması başa çatıb, artıq çift rüşeymi qidalandırır, 
deməli bətnindəki balaca həyat artıq təhlükədə deyil.
Hamilələrin çoxu üçün bu həftə əhval-ruhiyyənin kökündən yaxşı-
laşmağa başlaması ilə əlamətdardır. Ümid edirəm ki, sən də bu çoxluğa 
aidsən və erkən toksikoz artıq öz tutmalarını buraxıb. Bu həftə plasenta 
hamiləliyin qorunması üçün vacib olan hormonların yaranmasında əsas 
yükü öz üzərinə götürüb. Əvvəllər bu işi yetişmiş yumurtalığın yerində 
yaranan sarı maddə görürdü və bu üç ay ərzində səni bezdirən də o idi. 
İndi özünü təbrik edə bilərsən, sarı kütlə solmağa başlayır.
Bu həftə çəkində də dəyişiklik hiss edə biləcəksən. Hamiləlik baş-
layan andan 1,5-3 kq əlavə çəkinin olması normaldır. Hazırda həftəlik 
300-400 qram artım kifayət qədər qənaətbəxşdir.
Körpənin inkişafı öz tempi ilə davam edir. Onun qaraciyəri artıq öd 
ifraz etməyə başlayır, bu, qida yağlarının həzm olunması üçün lazım 
olacaq.  Bağırsaqlar  öz  qüvvəsini yoxlamağa  başlayacaq  –    bu  həftə 
vaxtaşırı  ixtisarlar  gözlənilir.  Petistaltik  ixtisarlar  adlanan  bu  cür  ixti-


32
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
sarlar udulmuş qidanı ağız boşluğundan arxa çıxacağa doğru itələyir. 
İndi bu cür qida yoxdur, amma kifayət qədər dölqabağı sular var. Kəllə 
beyninin inkişafı da davam edir, artıq o böyük adamın kəllə beyninə 
bənzəyir. Burada təəccüblü heç nə yoxdur, körpənin çəkisi 13-14 qram, 
uzunluğu isə 9 sm-dir.
Təbiət bətnindəki körpənin oğlan, yoxsa qız olduğunu çoxdan bi-
lir. İndi sən də bunu öyrənə bilərsən, belə ki, on ikinci həftə körpənin 
cinsiyyəti ultrasəs müayinəsi zamanı aydın görünür. Bundan başqa 12-
ci həftədə təyin olunan müayinə sayəsində rüşeymin ölçülərini, ciftin 
vəziyyətini, inkişaf zamanı ortaya çıxan problemləri öyrənmək, analığın 
tonusunu və doğuşun təxmini vaxtını təyin etmək mümkündür.
Gələcək  ananın  düzgün  qidalanması  körpənin  sağlamlığının  tə-
minatıdır. İlk aylar müşahidə olunan B9 vitamin çatışmazlığı iştah azal-
masına, yuxusuzluğa, süstlüyə və ya kəskin əhval dəyişməsinə səbəb 
ola bilər. B9 vitamini və ya fol turşusunu həb şəklində qəbul etmək və 
ya mətbəxdə “tapmaq” olar. Kələm, yumurtanın sarısı, yaşıl soğan, lob-
ya, pendir, pomidor, kök fol turşusuyla zəngin qida mənbələridir.
Məhz bu günlərdə sən iştah qəribəlikləriylə tanış olacaqsan. Ge-
cənin  bir  aləmi  ürəyin  hansısa  ekzotik  meyvəni  arzulayacaq,  ya  da 
mətbəxə qaçıb duzlu xiyar bankası axtarışına çıxacaqsan. Həkimlər ha-
milə qadınlarda bu dad həvəsinin nəyə görə baş verməsini bir sıra fak-
torlarla əlaqələndirirlər: hormonal, tibbi, psixoloji, hətta etnik. Məsələn, 
rus  qadınlar  hamiləlik  zamanı  dəli  kimi  duzlu  xiyar  yeyirsə,  Avropalı 
ana namizədləri şirin və yağlı qidalara meyl edirlər. Həkimlər bir şey-
də əmindirlər ki, hamilələr bütün şıltaqlıqlarını həyata keçirməməlidir. 
Çünki bəzən bu qəribə və qeyri-adi qida məhsullarına və hətta kimyəvi 
qoxulara və maddələrə  qarşı yaranan  “iştah”  orqanizmdəki hər hansı 
vitamin çatışmazlığından,  dəmir qıtlığından və ya hemoqlobin səviy-
yəsinin aşağı olmasından xəbər verir.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə