Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

33
ADDIM-ADDIM HAMİLƏLİK
ON ЦЧЦNCЦ hяftя
B
ütün qorxu və həyəcanları ilə hamiləliyin ilk rübü, ilk skrinninq və 
cinsiyyətin müəyyən edilməsi sevinci artıq arxadadır. On üçüncü 
həftə  kifayət  qədər  sakit  və  rahat  keçməlidir,  körpən,  onun  gələcək 
otağı və ya oyuncaqları haqda düşünməyin, xoş xəyallar qurmağın əsl 
vaxtıdır. On üçüncü həftədə qarnın hələ də görünməz ola bilər, amma 
qarderobu dəyişmək və dikdabanlardan imtina etmək yerinə düşər. 
Hormonlar  “geri  çəkilməyə”  başlayır,  əhvalındakı  kəskin  dəyiş-
mələrin, ürəkbulanma və tez-tez sidiyə getmələrin azaldığını hiss edə 
bilirsən. Amma bu həftədə hamiləliyin qadınlara bəxş etdiyi daha bir 
xoşagəlməz  sürpriz  –  qəbizlik  haqda  danışmaq  lazımdır.  Qəbizliyin 
əsas  səbəbi  bağırsaqlardakı  peristalların  zəifləməsidir,  qida  kütləsi 
onun  üzəriylə  istəksiz  hərəkət  edir,  öləngiyir  və  sıxlaşır.  Peristallığın 
zəifləməsinə səbəb isə orqanizmində gedən hormonal dəyişikliklərdir, 
əlbəttə, günbəgün böyüyən uşaqlıq da öz təsirini göstərməyə bilməz. 
İlkin mərhələdə qəbizliklə mübarizə üçün pəhriz saxlamaq, qida rasi-
onuna  diqqət  etmək vacibdir.  Pəhrizini  tərkibində  sellüoz  olan  məh-
sullarla  zənginləşdir,  sellüoz  tam  həzm  olunmur  və  bağırsaqları  iş-
ləməyə məcbur edir. Təbii yumşaldıcı effektə malik ərzaqlara üstünlük 
ver, sürtgəcdən keçirilmiş və ya şirə halında çuğundurdan istifadə edə 
bilərsən. Acqarnına içilən bir stəkan ilıq su və bir çay qaşığı bal qarışımı 


34
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
da illərin sınağından keçmiş üsuldur. Hamiləliyin ilk həftələrində üzə 
çıxan digər xoşagəlməz hal olan köp zamanı da bir-iki fincan çoban-
yastığı çayı və ya 2-3 həb aktivləşdirilmiş kömür içmək sənə yardımçı 
ola bilər. Bunların körpəyə zərər verməyəcəyi də dəqiqdir.
Bu  həftə  Onun  həyatında  bir  sıra  əlamətdar  hadisələrlə  yadda 
qalacaq. Bütün iyirmi süd dişi formalaşıb və səbirsizliklə çıxmaq anını 
gözləyir. Rüşeymin bağırsaqları qarın boşluğunda yerləşir və onlarda 
qidanın həzmində böyük rol oynayan xovlar formalaşır. Körpənin mə-
dəaltı vəzisi insulin hazırlamağa başlayır. Ayaqlar, demək olar ki, tam 
formalaşıb. Onun çəkisi təxminən 28 qramdır.
Toksikoz səninlə sağollaşan kimi mətbəxə qaçıb hər şeyi yemək 
istəyi yaranacaq. Ancaq qida rejimini qaydaya salmaq mütləqdir, yoxsa 
vaxtından əvvəl artıq çəkiylə mübarizə aparmalı olacaqsan. 
Şirniyyat, un məmulatları, duzlu və yağda qızardılmış qidalara qar-
şı da diqqətli olmalısan. Qeyd etdiyim kimi bu həftə toksikozun yerini 
qəbizlik, köpmə və ya qıcqırma alır, odur ki, düzgün qidalanmaq indi 
daha  mühim və vacibdir.  Market  səbətinə  ilk  növbədə  kəpək  çörəyi, 
kəsmik, meyvə və tərəvəz, yağsız ət, qarabaşaq kimi qida məhsullarını 
qoymağı unutma.
Döşlərin  hələ  də  həssasdır  və  buna  görə  də  ölçüsünün  tez-tez 
dəyişməsi  normaldır.  Əzilmə  hissini  azaltmaq  üçün  büsthalterini  də-
yişməkdə  fayda var.  Döşdən  süd  gəlməsi  hələ  on  üçüncü  həftədən 
başlaya bilər, bu səni qorxutmasın.
Bədəndə  piqmentasiya  başlayacaq:  üzündə  açıq  qəhvəyi  rəngli 
ləkələr peyda olacaq, döş ucunda - əmcəklərdə tündləşmə müşahidə 
edəcəksən. Hamısı hormonal dəyişikliklərlə bağlıdır və doğuşdan son-
ra bu zahiri qüsurlar yoxa çıxacaq.


35
ADDIM-ADDIM HAMİLƏLİK
ON DЮRDЦNCЦ hяftя
H
amiləliyin  ikinci  rübünün  başlaması  münasibətilə  səni  təbrik  et-
mək  olar.  Qadınların  çoxu  hamiləliyi  məhz  bu  zaman  anlayır  və 
“qəbul” edir. Toksikoz azalıb və ya tamamilə yoxa çıxıb, yaxınlaşan ana-
lıq hissi hamiləliyin ikinci və üçüncü rübündə daha çox hiss olunmağa 
başlayır. Günbəgün güclənən bu hiss keçirdiyin hisslərin ən qiymətli-
sidir, ondan zövq almağı bacar. Bu hisslər səni heç bir hamiləliyin yan 
keçmədiyi  irili-xırdalı  çətinliklərdən,  tibbi  vasitələrdən  qat-qat  yaxşı 
qoruyacaq.
Hələ o qədər də kökəlməmisən, çoxlu gəzməyi, idmanla məşğul 
olmağı, teatra və sərgilərə getməyi davam etdirirsən. Artıq çəki alma-
san da fiquran yumrulaşıb, belin də böyüyüb. Çünki uşaqlıq kiçik çanaq 
nahiyyəsini tərk edib qasıq birləşməsinin yuxarı hissəsinə “köç edir” və 
balaca təpəciyi xatırladır. 
Sinə hormonlarının təsirilə döşlərin ölçüsü böyüyür, əmcəklərdən 
gələn azacıq bulama ifraz olunmağa davam edir. Süd vəzilərini körpəni 
əmizdirməyə hazırlamaq üçün onlara qulluq etmək lazımdır. 
Bu həftədən etibarən yerişin də dəyişəcək, odur ki, dikdabanları 
“gizlətməyin” vaxtıdır. Hamiləlik gözəl görünməkdən imtina etmək de-
yil, əksinə indi daxili işıltın səni daha şarmlı göstərir. Səliqəli saç dü-
zümü, yüngül makiyaj, rahat və zövqlü geyim – və budur indi sən ən 


36
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
gözəl qadınsan.
Bu günlərdə rüşeym sürətlə böyüyür, çəkisi artır, uzunluğu artıq 
12,5 sm-dir. Əgər Onu görmək imkanın olsaydı, yeni doğulmuş körpəyə 
necə bənzədiyini bilərdin. Körpə artıq sidik ifraz edir və onu doğuşqa-
bağı  sulara  ötürür.  Doğuşqabağı  suyu  ciyərlərinə  çəkib  geri  qaytar-
maqla O, nəfəs almağı öyrənmək üçün məşq edir. Körpənin qaşları və 
kirpikləri var, mimikası kifayət qədər inkişaf edib. O artıq əlini əmir və 
deyəsən, bu onun xoşuna gəlir. Mədəaltı vəzi maddələr mübadiləsi və 
böyümək üçün mühim olan insulin hazırlanır.
Körpənin əzələ sistemi inkişaf etməyə başladığı üçün O daha çox 
hərəkət edir və təbii olaraq sənin orqanizmin daha çox ağartı məhsulu 
tələb edir. Qaynadılmış mal əti və lobya indi sənin masandan və soyu-
ducundan əskik olmamalıdır. 
Şirniyyat və unlu qidaları mümkün olduğu qədər məhdudlaşdır. 
“İki nəfərin əvəzinə yemək” lazım deyil, artıq çəki indi sənin işini ancaq 
çətinləşdirə bilər. 
Bəlkə də elə 14-cü həftədə həkim sənə vitamin kompleksi qəbul 
etməyi tapşıracaq. Çünki körpənin aktiv inkişafı fonunda qida orqaniz-
mi lazımi vitaminlərlə təmin etməkdə əməlli-başlı çətinlik çəkir.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə