Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

45
ADDIM-ADDIM HAMİLƏLİK
ON DOQQUZUNCU hяftя
O
n doqquzuncu həftədə çəkin artır, çanaqların isə genişlənir. Ba-
laca  da  səninlə  birgə  çəkisini  artırır,  yadplanetlilərə  yox,  balaca 
insana bənzəyir. Hamiləlik öz ekvatoruna yaxınlaşır və bu səni ancaq 
sevindirə bilər, əziz dost.
Doğrudur, indi yatmaq üçün rahat poza seçmək çətinləşib. Qarnı 
üstə yatmaq qəti qadağandır və qətiyyən rahat deyil. Arxası üstə yat-
maq  da  məsləhət  görülmür:  uşaqlıq  boş venanı  sıxışdıra  bilər və  bu 
olduqca təhlükəlidir. Çıxış yolu yana uzanmaq və yastıqlardan dəstək 
almaqdır.
Uşaqlıq böyüdüyü üçün çanaqda və bel qurşağında baş qaldıran 
ağrıları normal qarşılamalısan. Çanaq sümükləri aralanmağa başlayır 
və bu heç də həmişə ağrısız ötüşmür. Qarnın aşağı hissəsində doğuş 
sancısına  bənzər  ağrılar-tutmalar  narahatlıq  yaratmalıdır,  yüngül  və 
keçici ağrılar isə bu günlərdə olduqca normaldır.
Bu  günlərdə  Onun  ağırlığı  artıq  230  qramdır.  İnkişaf  tam  sürətlə 
davam  edir.  Boyun  əzələləri  kifayət  qədər  möhkəmdir və  indi  körpə 
180 dərəcə bucaq altında dönə bilir. Əgər bətnindəki qızdırsa, artıq o, 
primitiv yumurta hüceyrələrinə malikdir. Süd dişlərindən dərində yer-
ləşən daimi dişlərin mayalanması da öz axarı ilə davam edir. 


46
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Rüşeymin  bədənində  lanuqo  adlanan  yumşaq  tüklər  yaranma-
ğa başlayıb. Körpənin bütün bədəni indi bu tüklə örtülüdür və yalnız 
doğuşa az qalmış onlar yoxa çıxacaq. Hərdən yeni doğulan balacanın 
qulaqlarında və üzünün başqa yerlərində belə tüklər qala bilir.
Adətən həkimlər hamiləlik zamanı mümkün qədər az dərman pre-
paratı qəbul etməyi məsləhət görürlər. Lakin bəzi hallarda dərmanların, 
xüsusən də antibiotiklərin qəbulu qaçılmaz olur və bu zaman gələcək 
analarda çoxlu suallar yaranır. Əvvəlcə onu deyim ki, gələcək körpəyə 
zərər  verməmək  üçün  antibiotiki  həkim  təyin  etməlidir.  Ginekoloqun 
uşağa təsiri nəzərə almaqla ən effektiv preparatı seçəcək, buna əmin ol. 
Hamiləlik zamanı antibiotiklərin dozası adi vaxtlarda olduğu kimi 
qalmalıdır.  Dərmanın  dozasını  azaltmaq  həm  də  onun  təsir  gücünü 
azaltmaq  deməkdir.  Təyin  olunan  doza  mikrobu  öldürməyə  xidmət 
edir, əks halda onu qəbul etmək axmaqlıqdır. Antibiotikləri yalnız bak-
terial yoluxucu xəstəliklərlə mübarizə zamanı qəbul etmək effektlidir. 
Digər hallarda, məsələn, qrip, yüksək hərarət, iltihablanma, öskürək və 
ya bağırsaq pozğunluğunda nəinki mənasız, hətta ziyanlıdır.


47
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИNCИ hяftя
H
amiləliyin  20-ci  həftəsindəsən,  təbriklər,  yolun  tən  yarısı  geridə 
qalıb.  Psixoloji  olaraq  ikinci  yarının  öhdəsindən  daha  asanlıqla 
gələcəksən, çünki artıq tərpənişlərini hiss etdiyin o balaca möcüzəylə 
yaşamağa alışmısan.
Uşaqlıq bir az da yuxarıya qalxır və qarnın artıq “göz önündədir”. 
Bu göz önündə olma hamiləliyin müddəti ilə birlikdə böyüyəcək. Bəzi 
qadınlarda bu həftə süd vəzilərindən yarımşəffaf –  sarımtıl maye ax-
mağa başlayır, bu zaman döşləri sıxmaq lazım deyil, onları nəm salfet-
lə silmək kifayətdir. Uşaqlıq böyüdüyü üçün qarnın dərisi də dartınır. 
Bu səbəbdən yüngül göynəmə və ya qaşınma hiss edə bilərsən, bu 
zaman xüsusi krem və lasyonlardan istifadə etmək kifayətdir.
Ölçülərinə uyğun paltarlar seçməyə çalış, dar modellərdən uzaq 
olmaq məsləhətdir. Açıq hava gəzintiləri zamanı ayaqqabıların da ra-
hat olmalıdır, dabanların hündürlüyü 3-5 sm-dən çox olmamalıdır.
Qarın  nahiyyəsindəki  daxili  orqanların  diafraqmanı yuxarı  qaldır-
ması  və  ağciyərlərin  sərbəst  hərəkətinin  sıxılması  onunla  nəticələnir 
ki, nəfəsalmada bəzi çətinliklər yaranır. Bu hal adətən rüşeymin çanaq 
boşluğunun dərinliyinə endiyi vaxta qədər davam edir.


48
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Əgər körpə çox tez-tez və möhkəm tərpənirsə ola bilsin, oksigen 
çatışmazlığından şikayətlənir. Odur ki, açıq havada olmaq, mütəmadi 
gəzintilərə çıxmaq, təbiətlə təmasda olmaqda fayda var.
İyirminci  həftədə  körpənin  çəkisi  təxminən  280  qram,  uzunluğu 
isə 25 sm-dir. Demək olar ki, bütün orqanlar və sistemlər artıq forma-
laşıb, ancaq onların təkmilləşməsi və ana bətnindən kənarda da fəa-
liyyəti üçün xeyli vaxt lazımdır. O artıq eşidir, rəngləri seçir, barmağını 
əmir və başını döndərə bilir. Bu günlərdə O ilk dəfə gözlərini açır: axı 
indi körpənin təkcə göz qapaqları yox, kirpikləri də formalaşıb. Günün 
əksər  hissəsini  körpə  yataraq  keçirir,  ancaq  “oynamağı”  da  unutmur. 
Sən artıq hərəkət aktivliyinin dərəcəsindən asılı olaraq körpənin mür-
gülədiyini, ya da gümrah olduğunu müəyyən edə bilərsən.
Bu günlərdə tökülən yumşaq tüklərdən və dəri hüceyrələrindən 
dölün  doğuşu  üçün  sürtgü  yağı  formalaşır.  Bu  krem  rəngli  maddə 
körpənin bədən qatlarını və digər yerlərini örtür. Bəzən bu sürtgü do-
ğuşun özünə qədər saxlanılır və Onun ilk tualeti zamanı steril salfetlə 
silinir. 
Hamiləlik öz ekvatorunu keçdiyi üçün çəki artımı özünü çox göz-
lətməyəcək. Xüsusən düzgün – sağlam qidalanmayan gələcək ana-
lar artıq çəkidən əziyyət çəkəcək. Soyuducunu bəzəməyin əsl vaxtı-
dır, qoy yağlı kəsmik və ya pendiri meyvə-tərəvəz, dükandan aldığın 
meyvə şirələrini isə evdə hazırladığın giləmeyvə şərbətləri əvəzləsin. 
Dəmirlə zəngin qarabaşaq və yulaf sıyıqları gündəlik qida rasionunda 
öz yerini almalıdır. Quru meyvə və ya giləmeyvə ilə “bəzədiyin” kəsmik, 
buğda bişirilən balıq və mal əti də əvəzsizdir.
Bu həftə skrinninq ultrasəs müayinəsi təyin olunacaq, qan və si-
dik analizi verəcəksən. Ultrasəs müayinəsindən qorxmaq lazım deyil, 
körpənin ürək döyüntülərini eşidib, necə hərəkət etdiyini görmək səni 
sadəcə xoşbəxt edəcək. 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə