Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

58
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
bəb deyil, amma istənilən halda həkimlə məsləhətləşmək yaxşı olardı.
Həmişə  olduğu  kimi  növbəti  həkim yoxlanışı  zamanı  da  qan  və 
sidik  analizi verəcəksən.  Həkim  hansısa  əlavə  ultrasəs  müayinəsi  də 
təyin edə bilər, iyirmi beşinci həftədə belə müayinənin məqsədi dölət-
rafı suların həcmini müəyyənləşdirmək, körpənin onurğasının inkişafı-
nı izləmək və cinsiyyətini bir daha dəqiqləşdirməkdir. Həkimlə mütləq 
şəkildə  səni  narahat  edən  məsələlər  barədə  danış,  heç  nəyi  danış-
maqdan sıxılma.
Digər bir mühim məsələ də ondadır ki, gələcək anaların çoxu tez-
tez analiz versələr də, çox vaxt nəticələrlə maraqlanmırlar. Çox nahaq, 
əgər  sən  indi  öz  vəziyyətinə  nəzarət  etməyə  alışsan,  bəzi  terminləri 
başa düşsən, çox yaxşı, savadlı və diqqətli ana olacaqsan, əziz dost.
Hər həftə sən 350 qram kökəlirsən, bu həddi keçməməyə çalış, 
çəkiyə nəzarət çox önəmlidir. Bu günlərdə duzdan çox istifadə edən 
hamilələr şişdən əziyyət çəkməyə hazır olsunlar. Bu təkcə narahatlıq 
və diskomfort yaratmır, həm də ananı gecikmiş hestoz təhlükəsiylə üz-
üzə qoyur. İki həftə kifayətdir ki, yeməklərin yeni dadına alışasan. Buna 
görə də yeməyi az duzlamağa, ya da heç duzlamamağa çalış. Duzdan 
minimum, mayedən maksimum istifadə etməyə çalış.
Özünü yormamağa çalış, hər işə çatdırmağa can atma. Özünü çox 
yaxşı  hiss  etsən  belə  qədərindən  artıq  iş  ziyandır.  Uzunmüddətli  la-
yihələrə başlamaq üçün uğursuz vaxtdı, qarşıda səni analıq məzuniy-
yəti və yeni həyəcan və qayğılar gözləyir. İndi sənə daha çox istirahət 
etmək, yaxşıca yatmaq və müsbət emossiyalara köklənmək lazımdır. 
Yaxınlarının istənilən köməyini gülərüzlə qəbul et və onlardan nəsə ist-
məyə utanma.
Hamiləlik hormonlarının saçlarını necə gözəlləşdirdiyinə fikir ver, 
belə gözəl saçları rəngləmək məsləhət deyil. Hətta saç boyası amon-
yaksız  olsa  belə  nəticənin  ideal  olacağına  heç  kim  zəmanət  verə 
bilməz.  Hormonal  yenidənqurma  səbəbindən  nəticəni  əvvəlcədən 
demək çətindir.


59
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ ALTINCI hяftя
K
örpənin tərpənişlərini indi digər ailə üzvlərin, yaxınların da hiss edə 
bilər. Onunla həmsöhbət olmaq istəyənlərin sayı çoxalıb və bu, ba-
lacanı sevindirməyə bilməz.
Hamiləliyin  ikinci  rübü  yekunlaşmaq  üzrədir,  iyirmi  altıncı  həftə 
yetişdi. İndi qarnın göbəyindən 6 sm yuxarıdadır, uşaqlığın ölçüsü ba-
laca  qarpız  böyüklüyündədir.  Bu  müddətdə  9  kq  çəki  artımı  da  nor-
maldır. İndi belindəki ağrılar və ayaqlarındakı ağırlıq da artacaq. Daha 
çox istirahət etməyə çalış, uzun gəzintilərdən uzaq dur, ayaqüstə çox 
dayanma.  Xüsusi  bandajlardan  istifadə  etməyə,  dəri  dartınmalarıyla 
mübarizə üçün gündəlik kremlənməyə çalış. Artıq əvvəlki paltarlarına 
yerləşməkdə çətinlik çəkirsən, hətta ayaqqabıların da bu günlərdə sıx-
mağa başlayır. Bu o demək deyil ki, sən cazibədarlığını və ya gözəlliyini 
itirirsən. İndiki formanın gözəlliyini zövqlə seçdiyin, rəng ahəngi yarat-
dığın rahat paltarlar, köynəklər, ya da enli şalvar və kombinzonlarla da 
vurğulaya bilərsən.
Balaca  ana  bətnində və  ətrafda  olanların  hamısını  eşidir.  Əvvəl-
lər o yalnız sənin ürəyinin döyümtüsünü və bağırsaqların gurultusunu 
eşidirdi.  Məişət  səslərindən  vanna  otağındakı  suyun  səsi,  tozsoranın 
uğultusu, hərdən danışıqlar, musiqi, ya da reklam qəhrəmanlarının di-
aloqları yeganə əyləncəsi idi. İndi O, dünyanı kəşfə çıxıb, odur ki, birlik-


60
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
də Motsart və Vivaldini dinləməyin, Hacıbəyovun operaları, ya da Vaqif 
Mustafazadənin  caz  kompozisiyaları  ilə  tanış  olmağın  əsl  zamanıdır. 
Təbiətdəki səslər də onun xoşuna gələ bilər. Ananın ürək döyüntüləri 
körpənin ilk eşitdiyi və ən sevdiyi səsdir. Bunu unutma və ilk aylarda 
balaca ağlayıb, kürlük edəndə onu sinənə, ürəyinin üstünə qoy. Sənin 
ürək döyüntülərini – doğma səsi eşitmək onu sakitləşdirəcək. Bu həftə 
körpənin çəkisi 800 qrama çatıb, indi onun uzunluğu 33 sm-ə qədərdir.
Ürəkbulanma  və  mədədəki  yanma  hissi  səni  tez-tez  müşayiət 
edir.  Burada  təəccüblü  heç  nə  yoxdur,  uşaqlıq  digər  orqanları  sıxır, 
təzyiq göstərir və həzm sistemi də istisna deyil. Belə olan halda sənin 
yeganə köməkçin özünçün hazırladığın düzgün qida rasionu ola bilər. 
Balaca porsiyalarla tez-tez yeməyə çalış.


61
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ YEDDИNCИ hяftя
T
əbriklər, körpən və sən hamiləliyin yeddinci ayına qədəm qoyur-
sunuz. Artıq əvvəlki kimi cəld və istədiyin qədər hərəkət edə bil-
mirsən.  Nəfəs  almaq,  oturmaq,  yatmaq,  hətta  tərpənmək  də  çətin-
ləşib.  əgər  əvvəlki  aylarda  idmanla  məşğul  olmusansa,  üzgüçülüyə 
getmisənsə, bədəninə nəzarət etmək nisbətən asan olacaq.
İyirmi yeddi və sonrakı həftələrdə körpənin nə qədər aktivləşdiyini 
görə biləcəksən, qarnına baxan kimi səni necə “salamladığı” aydın gö-
rünəcək. Kifayət qədər həssas həftədir, daha əvvəl allergiya olduğun 
qidalardan uzaq olmaqda fayda var.
Bu həftə həm də dölün yerləşməsi baxımından mühimdir. Əgər 
həkimin  körpənin  başı  aşağı  durduğunu  desə,  narahat  olmağa  dəy-
məz,  çünki  vəziyyətini  və  yerini  dəyişmək  üçün  onun  hələ  çox  vaxtı 
olacaq.  Bəlkə  də  həkimin  məsləhətilə  xüsusi  gimnastika  ilə  məşğul 
olacaqsan.
İyirmi yeddinci həftədə körpə az da olsa özü bəzi viruslarla mü-
barizə aparmağı öyrənir, bu günlərdə onun immun sistemi aktiv çalış-
mağa başlayır. Onun immuniteti bəzi zərərli maddələrə – allergenlərə 
reaksiya verə bilir, buna görə də indi ikiqat ehtiyatlı olmalısan.
Günün əksər hissəsini – 20 saatını yataraq keçirən balaca hər bir 
saatdan  bir  oyanır.  Daimi  su  mühitində  olduğu  üçün  onun  dərisi  çox 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə