Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   14   15   16   17   18   19   20   21   22

101
ADDIM-ADDIM HAMİLƏLİK
SEKSUAL ЯLAQЯLЯR
“D
oktor, bəs...” – bu sualı çox vaxt tamamlamağa ar edir bizim qa-
dınlar. Ancaq  elə  qadın yoxdur  ki,  bunu  soruşmaq  istəməsin. 
Mən onların nə demək istədiklərini dərhal anlayıram (illərin təcrübəsi 
öz işini görür bu məqamda). Söhbət hamiləlik dövründə cinsi əlaqənin 
düzgün olub-olmadığından gedir. Bəli, olar, əziz dost. Ancaq bir halda 
–  hamiləlik  normal  inkişaf  edirsə! Ancaq  bu  halda  da  bəzi  nüansla-
ra diqqət çəkmək lazımdır. Belə ki, hamiləliyin ilk üç ayında fəal sek-
sual əlaqələrə ara vermək lazımdır. Çünki bu dövrdə düşük riski var. 
İstənilən  halda  qadının  keçirdiyi    orqazmın  hamiləliyə  heç  bir  zərəri 
olmadığı  qəbul  olunur.  Qəribə  də  olsa,  sanki  təbiət  özü  bu  məqamı 
tənzimləyir. Qadında hamiləliyinin ilk üç ayında ürəkbulanma, halsız-
lıq, yorğunluq və s. səbəbdən cinsi aktivlik avazıyır. Bütün bu səbəblər 
cinsi  istəyi  azaldır.  Sonrakı  dönəmdə  əksinə,  bu  istək  güclənə  bilər. 
Ancaq  son  aylarda  fiquranın  dəyişməsi,  döşlərdə  ağrılar,  ağız  südü-
nün ifrazı, körpəyə zərər vermək qorxusu, erkən doğuş həyəcanı, hət-
ta körpənin bütün baş verənləri “görmə, eşitmə” kimi düşüncəsi buna 
mane ola bilər. Kişilərdə də bu istək dəyişkən ola bilir. Bəzilərində ha-
milə qadınına qarşı daha fəal seksual istək yaranır, bəziləri isə ehtiyatlı 
olmağı tərcih edir. 


102
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Biz hamiləliyin normal inkişaf halındakı məqamlara toxunduq. An-
caq bəzi hallar da var ki, o zaman seksual yaxınlığı ixtisara salmaq la-
zımdır. Məsələn, əvvəlki hamiləlikdə düşük halları yaşanıbsa, hazırda 
düşük təhlükəsi varsa, xarici cinsiyyət orqanlarında qanaxma müşahi-
də olunubsa, ciftin uşaqlıq boynu yaxınlıqda yerləşirsə, çoxdöllü ha-
miləliyin son üç ayında və vaxtından əvvəl doğuş ehtimalı varsa. 


103
ADDIM-ADDIM HAMİLƏLİK
VARИKOZ 
H
amiləlik  dönəmində  varikoz  genişlənmələri  də  ən  çox  danışılan 
mövzulardandır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? 
•  Aşağı ətraflara əlavə yük verməməyə çalışmaq, ağırlıq qaldır-
mamaq, ayaq üstə çox qalmamaq;
•  Uzun müddət oturmamaq, vaxtaşırı bədən vəziyyətlərini dəyiş-
mək, piyada gəzmək, gimnastik hərəkətlər, omba və baldırların mas-
sajı, ayaqları azacıq hündürə qaldıraraq yarıuzanılı vəziyyətdə istirahət 
etmək;
•  Kontraslı duş; gah ilıq, gah da soyuq su ilə ayaqları yumaq;
•  Bədənin çəkisini nəzarətdə saxlamaq;
•  Qida rasionunda C vitamini ilə zəngin qidalara üstünlük vermək;
•  Beli sıxan kəmərlərdən qaçmaq;
•  Bağırsaq  boşalması  zamanı  çətinlik  olduqda  həkim  məsləhə-
tinə müraciət etmək;
•  Siqaretdən imtina!
 


104
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
QICQIRMA 
H
amilə  qadını  ən  çox  narahat  edən  məqamlardan  biri.  Bu  hallar-
da sən yaşlı və təcrübəli qadınlardan çox variant eşidə bilərsən. 
Bəlkə də haqlıdırlar. Ancaq bunları da bilməlisən:
•  Stresdən qaçmalı;
•  Çox qaynar və həddən artıq soyuq qidadan uzaq olmalı. Qızar-
dılmış, hisə verilmiş, yağlı, konservləşdirilmiş, istiotlu yeməkləri ixtisara 
salmalı, tünd çay, qəhvə, kakao içməməli, şokoladdan imtina etməli, 
turş meyvələri rasiondan çıxarmalı;
 Çox yeməməli;
•  Dar geyinməməli;
•  Qidanı yaxşı-yaxşı çeynəməli;
•  Qida ilə yanaşı qazlı su içməməli;
•  Yedikdən sonra irəli əyilməməli;
•  Yedikdən dərhal sonra uzanmamalı;
•  Həkimin göstərişi olmadan mədə turşuluğunu azaldan dərman 
qəbul etməməli;
 Zülal tərkibli qidalar, məsələn, qaynadılmış yağsız ət tikəsi ye-
yilə bilər;
•  Bir neçə qurtum ilıq süd də qıcqırmanı aradan qaldıra bilər.


105
ADDIM-ADDIM HAMİLƏLİK
DЦZGЦN GЦN REJИMИ – QИDA VЯ YUXU
B
u, daha çox sənin özündən asılıdır. Yəni öz qrafikini özün qur, ancaq 
bəzi detalları da nəzərə al:
•  Fiziki fəaliyyətlə günün birinci hissəsində məşğul ol, yatmazdan 
əvvəlsə ehtiyac yoxdur;
•  Qida qəbulundan dərhal sonra fiziki fəaliyyət lazım deyil;
•  Gecə yuxusu vacibdir;
•  Hamiləlik zamanı gündüz yuxusu da yaxşı olardı;
•  Yatmazdan əvvəl intellektual fəaliyyətdən uzaq ol;
•  Gündə 4-5 dəfə qidalan;
 Gəzinti, açıq havada olmaq mütləqdir;
•  Gəzinti zamanı düzgün geyinməli – nə çox isti, nə çox açıq.


106
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
ИDMAN
B
ir qədər mübahisəli məsələdir. Bəzi alimlər olmaz, bəziləri olar de-
yir. Əgər hamiləliyin riskli deyilsə, son üç ayda pilates, üzgüçülük, 
yoga və s. idman növlərinə müraciət edə bilərsən. Ancaq istənilən hal-
da peşəkar məsləhəti olmadan addım atmaq doğru deyil. 


107
ADDIM-ADDIM HAMİLƏLİK
TЯMИZLИK VЯ DЮШЯ QULLUQ 
H
amiləlik dönəmində təmizlik qaydalarına xüsusi diqqət yetirilmə-
lidir. Dəri, əllər, saçlar, dişlər, cinsiyyət orqanı, dırnaqlar və s. daim 
nəzarətdə saxlanılmalı, vaxtlı-vaxtında duş qəbul etməli (vanna qəbu-
lu məqbul sayılmır), gigiyenik qaydalara əməl edilməlidir. 
Döşə qulluq olduqca vacibdir. Döşü hər gün ilıq su ilə (soyuq və 
sərin su qəti qadağandır!) yumaq lazımdır. Əks halda yandırma və göy-
nəmə hissi yarana bilər. Əgər gilənin üzərində ağız südünün qurumuş 
qalıqları varsa, döşü təkrar yumaq lazımdır. Daha sonra dəsmalla qu-
rulamaq və ehmallıca massaj etmək yaxşı olar.  


108
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
BЦSTHALTER 
H
amiləlik zamanı büsthalter seçimində də bəzi tələblər var:
•  Büsthalter döşü yaxşı tutmalı – onu azacıq qaldırmalı;
•  Sıxmamalı, dərini sürtməməli;
•  Hər dönəm üçün ölçülərə uyğun geyilməli;
•  Pambıq parçadan olmalı;
•  Enli ipli büsthalter seçilməli.


109
ADDIM-ADDIM HAMİLƏLİK
KOSMETИKA 
B
u dönəmdə mümkün qədər kosmetikadan uzaq olmaq məsləhət 
görülür. Təbii ki, tərkibindəki maddələr və qoxular buna səbəbdir. 
Olsun,  boş ver  kosmetikanı.  İndi  səni  gözəlləşdirən  ən  böyük  səbəb 
SƏN ÖZÜN və içindəki Odur! Əsl gözəllik indi sənin YAŞADIĞINDIR...


110
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
DЮШLЯR
 
B
ir çox qadınlar hamiləlik dönəmində diş və saçlarının tökülməsin-
dən şikayət edir. Orqanizm indi özündəkiləri başqa biri ilə paylaşır. 
Öz gücünün böyük bir hissəsini Ona verir. Bu, olduqca təbiidir. Ancaq 
sükanı əldən buraxmaq da olmaz. Dişlərə və saçlara qulluq da vacib-
dir. Bunu həm qida, həm də mütəmadi olaraq həkim nəzarəti ilə etmək 
məsləhət görülür. 


111
ADDIM-ADDIM HAMİLƏLİK
GEYИM 
S
ağlam həyatın vacib məqamlarından biri də geyimdir. Geyim bizi 
ancaq örtmək və gözəl göstərmək üçün deyil. O həm də gigiyenik 
cəhətdən tələblərə uyğun olmalıdır. 
Əziz  dost,  mən  bir  qadın  olaraq  səni  anlayıram.  Sən  hər  zaman 
gözəl görünmək istəyirsən. Ancaq indi bədəninin forması da səndən 
asılı  deyil,  dəyişir və  gözəl  məqsəd  naminə  dəyişir.  Elə  ona  görə  də 
bəzi nüanslara diqqət etmən lazımdır. 
Geyimin  ideal  təmiz,  rahat,  dərini  sürtməyən,  əzməyən,  ütülü, 
hava buraxan, mövsümə uyğun, həmçinin xoş və gözəl olmalıdır. Açıq 
və işıqlı rənglərə boyan. İçindəki günəş nurunu üzünə yansıdacaq. Na-
rahat olma, sən onsuz da gözəl görünürsən!


112
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
AYAQQABI 
B
ilirəm, hündür və qamətli görünmək hər 
qadının arzusudur. Ancaq indi vəziyyət bir qədər  
fərqlidir. Eybi yox, 9 ay o qədər də uzun müddət deyil.  
                                              Müvəqqəti olaraq hündürdaban  
                                                   çəkmələrinə ayağında deyil,   
                                                      dolabında bax. Rahat və sadə   
                                                             ayaqqabılarla bu dönəmi  
                                                                    başa vur, sonra yenə  
                                                                         o gözəl ayaqqabıları  
                                                                           geyərsən. 


113
ADDIM-ADDIM HAMİLƏLİK
QИDALANMA
Ə
sas məsələ! Nə yeyim? Necə yeyim? Nə qədər yeyim? İndi bu su-
allara cavab verməyə çalışaq.
•  Rəngarəng, çeşidli ye;
•  Az-az, tez-tez ye;
•  Təzə və yenicə hazırlanmış qidaları ye;
•  Yağsız, daha çox buxarda bişmiş yeməklərə üstünlük ver;
•  Meyvə və tərəvəz olmazsa-olmaz!
•  Duzu azalt;
•  Təbii meyvə şirələri iç;
•  Canın çəkəni ye, amma hər şey qədərində olsun. Necə deyərlər, 
bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. 


114
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
DOЬUШ
D
oğuş... az qala bütün qadınların qorxduğu məqam. Təsəvvürü belə 
adamı həyəcanlandıra bilir, doğrudur. Amma...
Əvvəla,  unutma  –  bu  bir  təbiət  hadisəsidir. Yəni  dünya  qurulan-
dan, bəşər övladı yaranandan bəri mövcud, fiziki və bioloji prosesdir. 
Bütün dişi canlıların – istər heyvan, istər insan – keçdiyi yoldur və inan 
ki, bu yolda hələ qalan olmayıb. Bətnində balan yaranıbsa, o, bu dün-
yaya mütləq gəlməlidir – sadəcə öz zamanı və məqamı var. Bu, təbii 
doğuşla da ola bilər, bəzi problemlər səbəbindən qeysər kəsiyi ilə də 
ola bilər. Narahat olma, sən bu mərhələni də keçəcəksən. 
Sən  ağrıdan  qorxa  bilərsən.  Sən  psixoloji  olaraq  buna  hazır  ol-
maya bilərsən. Səni doğuş zamanı yarana biləcək çətinliklər, fəsadlar 
hürküdə bilər. Ancaq qorxmaq mənasızdır, çünki zamanı və məqamı 
yetişincə sən AZAD olacaqsan bu yükdən. Nə ilksən, nə son. Peşəkar 
əlindəsən. Həkiminə güvən və onun dediklərini et. O zaman hər şeyin 
asan və  rahat  olacağına  əmin  ola  bilərsən.  O  ki  qaldı  həyəcana...  Bu 
həyəcandan gözəl nə var?! Bu anı – analıq zirvəsinə qalxan məqamı 
yaşamaqdan, hiss etməkdən gözəl nə var?!
Əziz dost, mən sənə doğuş prosesi ilə bağlı uzun-uzadı elmi açıq-
lamalar vermək, nəyin nə vaxt necə olacağını demək fikrindən uzağam. 
Müasir texnologiya sənə istər doğuş, istərsə də qeysər kəsiyi ilə bağlı 
saysız-hesabsız video-çarxlar görmək imkanı verib. Məndən soruşsan, 
baxma  deyərəm,  çünki  lazımsız  həyəcan  sənin  fikirlərini,  duyğularını 
qarışdıra bilər, sən onsuz da kövrəkliyin pik həddindəsən indi. Sadə-


115
ADDIM-ADDIM HAMİLƏLİK
cə rahat olmanı istəyirəm. Özünü və körpəni əvvəlcə tanrıya, təbiətə, 
daha sonra həkiminə etibar etməni məsləhət görürəm. Psixoloji olaraq 
yüklənmə. Hətta bu haqda vaxtından əvvəl düşünmə, deyirəm. Sən 9 
aydır ki, bu gözəl yükü daşıyırsan, onu dünyaya hazırlayırsan, kifayət 
qədər zəhmət çəkmisən və analıq kimi böyük ada iddialısan. Odur ki, 
ürəkli ol və dünyanın ən böyük yükünü daşıya biləcək qədər güclü ol-
duğunu unutma. 
Gözəl  düşün.  O  anı  düşün.  Onun  səsini  eşidəcəksən.  9  aydır  ar-
zusunda olduğun üzünü görəcəksən. Görəsən kimə bənzəyir – sənə, 
ya atasına? – maraqlıdır, hə? Bapbalaca əlləri var, barmağını tutacaq... 
Dumduru gözləri var – sənə baxacaq... Sən ona yaşamağı öyrədəcək-
sən. Yeməyi, içməyi, yeriməyi, danışmağı... Səni yeni və olduqca ma-
raqlı həyat gözləyir. O səni hər şeyə rəğmən həyata, sevdiyin adama  
bağlayan  ən  gözəl  bağdır.  Həyatın  istənilən  çətinliyində  sənə  ümid, 
yaşamaq həvəsi, həyat eşqi verəcək. Və O bəlkə də yeganə varlıqdır 
ki, SƏNİNDİR! 


116
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ


117
ADDIM-ADDIM HAMİLƏLİK


118
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
DOЬUШDAN SONRA
T
əxminən  6-8  həftə  davam  edən  bu  dövrdə  qadının  hamiləlik və 
doğuş  zamanı  məruz  qaldığı  dəyişikliklər  tədricən  aradan  qalxır. 
Doğuşdan sonra xarici cinsiyyət üzvü və aralıq nahiyələrində çox da 
güclü olmayan ötəri ağrılar, süd vəzilərində ağırlıq hiss edə bilərsən. 
Körpəni əmizdirərkən qarnının aşağı nahiyəsində sancılar ola bilər. Bu, 
uşaqlığın yığılmasından xəbər verir. Körpə əmərkən döş giləsindəki si-
nir ucları qıcıqlanır və uşaqlığın saya əzələləri yığılmaqla buna reaksiya 
verir. Əziz dost, körpən sənə bədənini bərpa etməkdə yardım edir. 
Yeni doğmuş qadının vəziyyətinə mütəmadi olaraq nəzarət olun-
malıdır. Nəbzi, tənəffüsü, arterial təzyiqi ölçülməlidir. Bütün bu göstə-
ricilər  normal  olmalıdır.  Sadəcə  südün  yaranma  prosesi  fəallaşanda 
qısamüddətli hərarətin yüksəlməsi müşahidə oluna bilər. 
Doğuş  zamanı  təqribən  5  kq  itirəcəksən  (döl,  cift,  göbək  bağı, 
dölətrafı sular və itirilən qanın çəkisi). Cinsiyyət orqanlarının geriyə in-
kişafı prosesində də 1 kq gedəcək. 
Tədricən  bədənin  yığılmağa  başlayacaq.  Formasını  dəyişən  hər 
şey öz yerini alacaq. Üzün və döş gilələrinin piqmentləşməsi tezliklə 
yox olacaq. Qarın və bud dərisində əmələ gəlmiş zolaq və dartınmalar 
hələ biraz zaman ala bilər. İlk iki həftədə tez-tez tərləyə bilərsən, bu 
isə hamiləlik dövründə bədəndə toplanmış mayenin çıxması zərurə-
tindəndir. 
Doğuşdan  sonra  depressiyalar  da  çox  rast  gəlinəndir.  Çox  çətin 
və məsuliyyətli dönəm keçirmisən. Doğuş prosesinin gərginliyini yaşa-


119
ADDIM-ADDIM HAMİLƏLİK
mısan. Yenidən əvvəlki həyatına adaptasiya prosesi asan olmaya bilər. 
Fiziki və psixoloji olaraq yorğunsan. Səni anlayıram. Yəqin ki, ətrafındakı 
insanlar da keçdiyin yolun həssaslığının fərqindədirlər. Ancaq özün-ö-
zünə kömək et. Körpənlə məşğul ol. Bu gözəlliyin fərqinə varmağa ça-
lış. Onu qoxula, nəfəsinin səsini dinlə, yeni həyatı qucağında hiss et. Və 
ən qısa zamanda əvvəlkindən də maraqlı həyatının olacağına şübhən 
olmasın. Dostlarla görüşlər də, teatr-kino izləmələri də, gəzinti, əylən-
cə də, hətta iş də olacaq. Amma indi bir qədər fərqli olacaq – sən har-
da olursan-ol, nə edirsən-et, ağlında, fikrində O olacaq. 


120
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
VACИB MЯSLЯHЯTLЯR 
N
əhayət ki, o gün gəldi – körpənlə birlikdə evə yazılırsan. Həkimin 
yeni həyat tərzinlə bağlı məsləhətlər verəcək. Sevincqarışıq nara-
hatlıq və gərginlik hissləri də duyursan. “Nəyi necə edəcəyəm?” kimi 
sualların var. Elə isə bizim də sənə köməyimiz ola bilər:
•  İlk günlər yanında yaxın adamlardan kimsə olmalıdır. Bu adamın 
təcrübəli olması çox vacibdir. Bu məqamda nənələrə ehtiyac duyulur;
•  Yataq rejimindən çıxa bilərsən. Daha doğrusu, aktivliklə yataq 
rejimini balanslaşdırmağa çalış. 
•  İkinci-üçüncü həftədən sonra fiziki təmrinlərə başla. Bu, təkcə 
bədənin bərpası üçün deyil, həmçinin qan və limfa dövranının yaxşı-
laşması, maddələr mübadiləsinin fəallaşması, artıq piyin əriməsi, çəki-
dən qurtulmaq üçün vacibdir. 
•  Yuxuna diqqət et. Daha doğrusu, çox yatmaq məsləhətdir. Həm 
özün, həm də körpənə qulluq etmək üçün dincəlməlisən. Eyni zaman-
da bərpa proseslərində də yuxu vazkeçilməzdir. 
•  Evə yazılandan bir həftə sonra körpənlə gəzintiyə çıxa bilərsən. 
İkinizin də təmiz havaya ehtiyacı var.
•  Təxminən 4-5 həftə sonra həkimə yollan.
•  Təsərrüfat işlərindən hələ ki, uzaq ol. Ev, məişət, təmizlik qayğı-
larında sənə doğmaların kömək edər. 
•  Qəbizlik problemin varsa, özbaşına davranma, mütləq və müt-


121
ADDIM-ADDIM HAMİLƏLİK
ləq həkiminlə danış.
•  İstər yeni doğmuş qadın, istərsə də yeni doğulan körpə üçün 
evin təmizliyi olduqca vacibdir. 
•  Təmizliyin son dərəcə diqqətdə saxlanılması öz bədənin üçün 
də keçərlidir. Hər gün duş qəbul etmək lazımdır. Süd vəzilərinin təmiz-
liyindən isə danışmaq artıqdır. 
•  Öndən  düymələnmiş  büsthalterdən  istifadə  etmək  yaxşı  olar. 
Döş gilələrinin altında salfetlər yerləşdirmək məsləhətdir. 
•  Əgər evin qonaqlı-qaralıdırsa, bu görüşləri bir qədər təxirə sal. 
İnfeksiya ilə təması azaltmaq üçün buna ehtiyac var. 
•  Körpə ilə təmasa çox adam girməməlidir. Hələ ki, mümkün qə-
dər uzaq olsunlar. 
•   Aromatlı kosmetik vasitələrdən istifadə etməyə də tələsmə. Qı-
cıqlanmalar, allergiyalar ola bilər.
•  Körpənin qidası səndən asılıdır. Həm öz orqanizminin bərpası, 
həm də Onun üçün çeşidli qida rasionuna davam et. 
•  Nə qədər ki, körpən döş südü ilə qidalanır, çoxlu maye qəbul et.
•  İlk ay yarım-iki ay ərzində cinsi münasibətlərə ara ver.


122
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
MЦNDЯRИCAT


123
ADDIM-ADDIM HAMİLƏLİK


124
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ

Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə