Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə21/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   14   15   16   17   18   19   20   21   22

92
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
KOFEИN
K
ofein tərkibli içkilərdən əl çəkə bilmirsən? Elə isə birmənali olaraq 
sən də, körpən də təhlükədəsiz, xəbərin olsun!
Tibb  sübut  edib  ki,  hamiləlik  zamanı  kofeintərkibli  içkilərdən 
əl  çəkməyən  qadınların  dünyaya  gətirdikləri  körpələrdə  başqaları-
na nisbətən daha çox patologiyalar meydana çıxır. Kofein dölün sinir, 
ürək-damar sisteminə mənfi təsir edir, həmçinin yetərincə dəmir qəbul 
etməsinə mane olur və ən nəhayət doğulacaq körpədə şəkərli diabet 
xəstəliyinin inkişafına yol açır. 
Çay, kofe, şokolad, kola... həzzmi, körpənin sağlamlığımı?! Qərar ver...


93
ADDIM-ADDIM HAMİLƏLİK
NARKOTИK 
MADDЯLЯRDЯN 
ИSTИFADЯ
B
u haqda danışmağa  
ehtiyac varmı? Ağlına  
gələn və gələ biləcək bütün  
fəsadlar, bütün qorxulu hallar  
istisna edilmir!  
 
    
Özünlə bacarmırsansa,  
   ANA olmaq arzunu  
                                                 
içində  
                                                 boğ!


94
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
KOMPЦTER
T
exnoloji inkişaf əsri... ağıllı telefonlar, kompüter və s. İstər işgüzar, 
istərsə də evdar qadının bu gün texnolojidən uzaq olma ehtima-
lı yoxdur. Amma  hər  şey  qədərində  gözəldir,  unutma!  Başağrıları,  iş-
tahsızlıq, kürəkdə və boyunda gərginlik, yorğunluq – bütün bunlardan 
uzaq olmaq üçün telefon və kompüterdən maksimum uzaqlaş.


95
ADDIM-ADDIM HAMİLƏLİK
DЯRMAN VASИTЯLЯRИ
B
u haqda yuxarıda da bir neçə dəfə danışdıq. Sən artıq bilirsən ki, 
istər hamiləliyə hazırlıq dönəmində, istərsə də hamiləlik zamanı 
qəbul edəcəyin hər bir dərman həkiminin nəzarəti altında qəbul edil-
məlidir! Bu məqamda özbaşınalıq etməyin nəticəsi heç də ürəkaçan 
olmaya bilər.


96
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
RENTGEN MЦAYИNЯSИ
Ə
gər  hamiləlik  dönəmində  hər  hansısa  xəstəlik  səbəbilə  rentgen 
müayinəsinə ehtiyac varsa, hamilə olduğunu həkimə mütləq söy-
lə. Buna o qərar versin! Təhlükəni özündən və körpəndən mümkün qə-
dər uzaq tut.


97
ADDIM-ADDIM HAMİLƏLİK
EMOSИONAL PSИXOLOJИ YЦK
B
ax bu bölmə çox vacibdir. Müasir insanın informasiya bolluğunda 
öz gücünü qoruyub saxlaması olduqca çətinləşib. İnsanlar getdik-
cə daha gərgin, daha həssas olmaqdadılar. Adi insanın belə emosional 
psixoloji gərginlikdə olduğu bir zamanda daha həssas bir dönəm yaşa-
yan hamilə qadın üçün bunun necə çətin olduğunu anlamaq asandır. 
Əziz dost, səni başa düşürəm. İnternet, media, tv, gündəlik qay-
ğılar, məişət, problemlər, ailə, iş... Hər birindən sənə müsbət və mənfi 
yüklər gəlir. Sən hər gün, hətta hər saat müxtəlif enerji axınına məruz 
qalırsan. Orqanizmin, beynin, ruhun həssas və gərgin yoldan keçir. Sən 
zatən özün və bətnindəki ilə yüklənmisən. Bir də bu yüklər...
Əslində sən özün daha gözəl tanıyırsan özünü. Sənə nədən necə 
qurtulmağın  yollarını  demək  bəlkə  də  artıqdır.  Ancaq  mən  öz  növ-
bəmdə xatırlatmağı lazım bilirəm.
Xobbinə  sarıl.  Kitab  oxu  (ağır  intellektual  əsərləri  sonra  da  oxu-
ya bilərsən, indi biraz sadəyə imkan ver), musiqi dinlə (klassik musiqi 
sənə hədsiz faydalı ola bilər), sadə, komik filmlər izlə, bol-bol gəzintiyə 
çıx, yanında ən rahat olduğun adamlarla söhbət et, alış-verişdən da-
nış (bir qadın üçün bundan gözəl mövzu?!), yoqayla, idmanla məşğul 
ol, şəkil çək, məktub yaz (ünvanı olmasa da, olar, içini tök vərəqlərə), 
bacarırsansa, yaz  –  doğulacaq  körpənə yaz,  Onunla  söhbət  et,  Ona 
onu necə sevdiyini, yolunu necə səbirsizliklə gözlədiyini söylə, massa-


98
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
ja get, biraz üz, bəzən heç nə etmə, sadəcə dincəl, uzan və düşünmə, 
özünü  və  səssizliyi  dinlə  (özündən  gözəl  dost yoxdur,  bundan  əmin 
ol!), bir sözlə, rahat ol, əziz dost, rahat ol... Bəlkə də özünü qayğılardan, 
problemlərdən uzaq tutmağın ən böyük bəhanəsi səndədir, yüklərin-
dən  qurtul.  Axı  sən  indi  ən  gözəl  yükü  daşıyırsan  içində...  Özündən, 
canından bir parçanı...


99
ADDIM-ADDIM HAMİLƏLİK
SЯS-KЦY
B
u dönəmdə sakitlik sənin həm də dərmanındır. Bəzən fərqinə var-
maya bilərsən, amma səs-küy insanda stress yaradır. Əsəblərinə 
toxunur.  Biz  səninlə  anlaşdıq  axı,  nolursa-olsun,  stresdən  uzaq  ola-
caqsan!  Bəlkə  sən  buna  öyrəşmisən,  ya  səs-küylü  yerdə  çalışırsan, 
ya səs-küydə olmaq sənə xoşdur. Bəs körpən? Özünü stresdən uzaq 
tutmaqla, körpənə yaxşılıq etmiş olursan. İnsanların çox olduğu yerlər-
dən, səs-küylü məkanlardan qaç. Hətta qulaqcıqlardan da imtina et. 
Sakit musiqi dinlə. Körpəni tərbiyə etməyə ana bətnindən başlamaq 
lazımdır – bunu məndən əvvəl də alimlər, tədqiqatçılar sübut ediblər. 
Keyfiyyətli musiqi, ciddi ədəbiyyat və ən əsası huzur – Onun üçün ən 
gözəl tərbiyədir.


100
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
NЯQLИYYAT
B
irmənalı olaraq hamilə qadının bədənini silkələyə biləcək nəqliy-
yat vasitələrindən istifadə etmək 
QADAĞANDIR! 
Sərnişin daşımaq 
üçün nəzərdə tutulmamış vasitələrdən və basırıqlı nəqliyyat növlərin-
dən yararlanmaq olmaz. Uzaq səfərə çıxacağın təqdirdəsə, həkiminlə 
məsləhətləş, vəziyyətinə uyğun izni ondan al. 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə