Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə20/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   14   15   16   17   18   19   20   21   22

85
ADDIM-ADDIM HAMİLƏLİK
Yox əgər qonur rəngdədirsə, daha çox su içməyə çalış. Amma maye 
dedikdə bu, nə kola, nə tünd qəhvə, nə də çaydır, indi sənin və körpən 
üçün təmiz sudan faydalı heç nə yoxdur.
Körpə çəkisini gündə 30 qrama qədər artırır və intensiv şəkildə azad 
həyta  hazırlaşmağa  davam  edir.  Bu  günlərdə  körpənin  ana  bətnində 
tərpənişlərinə xüsusi diqqət göstərməyə çalış. Çünki doğuşa lap az vaxt 
qalıb, bu unikal hissləri doyunca yaşa. Həm də son həftələrdə körpənin 
nə qədər aktiv tərpənişlər etməsi və ya etməməsi hamiləliyin gedişatı-
nı izləmək baxımından ən önəmli faktordur. 12 saat ərzində körpə təx-
minən 10-12 dəfə səni bu tərpənişlərlə sevindirməlidir. Əgər tərpənişlər 
daha çox və ya daha azdırsa, gecikmədən həkimə müraciət et.
Otuz səkkizinci həftədə gələcək ananın əhval-ruhiyyəsi artıq sta-
billəşib, doğum evi çantası yığılıb, qorxular və həyəcanlar geridə qalıb. 


86
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
 
OTUZ DOQQUZвя
QIRXINCI hяftя - 
XOШBЯXT SONLUQ
S
ənin orqanizmin bu ana uzun müddət hazırlaşıb. Və budur həmin 
an gəlib çatdı. Onu da qeyd edim ki, bu tarix dəqiq olmaya bilər. 
Araşdırmalar  göstərir  ki,  qadınların  yalnız  4  faizi  dəqiq  hesablanmış 
vaxtda  doğur.  Hamilələrin  96  faizi  hesablanmış  tarixdən  bir-iki  həftə 
ya tez, ya da gec doğurlar. Yaddan çıxarma ki, uşağın dünyaya hansı 
üsulla gəlməyi o qədər də vacib deyil. 
Doğuş  olduqca  unikal və  əvvəlcədən  bilinməyən  bir  prossesdir. 
Buna görə də özünü hər hansı ssenariyə kökləmək və ya hazırlamaq 
lazım deyil. Qadın sadəcə öz orqanizmini dinləməli və tanımalıdır. San-
cılar və onların intensivliyi doğuşun gəlməsindən xəbər verir, odur ki, 
onlara qarşı həssas olmaqda fayda var.
Doğuş zamanı dediklərini xatırlayıb utanmaq və ya çəkinmək də 
lazım deyil. Təcrübəli həkimlər bu həyəcanlara və ifadələrə alışıblar və 
anlayırlar. Yaxşı  həkim  həm  də yaxşı  psixoloqdur,  bunu  bilirsən,  əziz 
dost. İstənilən halda və necə alınmasından asılı olmayaraq həkiminlə 
sən qəhrəmanlığa bərabər, möhtəşəm bir iş görmüsünüz.
..


87
ADDIM-ADDIM HAMİLƏLİK


88
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OLAR-OLMAZLAR
D
edik ki, hamiləliyin planlaşdırıldığı dönəmdə orqanizmin 
hazırlanması üçün zəruri olan qeydlərə hamiləlik dönə-
mində  xüsusi  olaraq  diqqət  edilməlidir!  Əziz  dost,  biz  indi 
səninlə bütün bu 9 ay müddətində olar-olmazları bir daha 
qısa şəkildə gözdən keçirəcəyik. Nəyin nə qədər necə olma-
lı olduğunu bilmək üçün yola davam...


89
ADDIM-ADDIM HAMİLƏLİK
ARTIQ ЧЯKИ
Ə
srimizin ən böyük problemlərindən biri də artıq çəkidir. Bu gün ar-
tıq çəkilərilə mübarizə aparmayan, bundan narahat olmayan çox 
az qadına rast gəlmək olar. Axı sağlam həyatın vacib şərtlərindən biri 
də normal çəkiyə sahib olmaqdır. 
Artıq çəki əlbəttə ki, hamiləlik dönəmində də problem yaradır. Əv-
vəlcədən olan köklük və hamiləlik dönəmində alınan kilolar sonradan 
fəsadlar yarada bilir. Artıq çəki hamilə qadın qədər bətndaxili dölə də 
eyni qədər ziyandır desək, yanılmarıq. Həm hamiləlik dönəmində, həm 
də  doğuş  zamanı  ağırlaşmalara  səbəb  ola  bilir.  Çəkinin  çoxluğu  ilə 
əlaqədar qadının arterial təzyiqi qalxır. Həddən artıq köklükdən əziyyət 
çəkən  qadınlar  arasında  şəkərli  diabetdən  əziyyət  çəkənlər  az  deyil. 
Həmçinin, kök qadınlar, adətən özləri kimi ağır çəkili uşaqlar dünyaya 
gətirirlər və bu səbəbdən də doğuş ağır keçir, qeysər kəsiyi zərurəti 
yaranır və s. Artıq çəkili qadınlarda ovulyasiya müntəzəm olmadığın-
dan hamiləliyin dəqiq vaxtını müəyyənləşdirmək də çətin olur. Qarında 
piy qatının həddən artıq inkişafı dölün böyüklüyünün manual müəy-
yənləşməsini çətinləşdirir, hətta bəzən qeyri-mümkün edir. 
İndi isə bununla bağlı bir neçə məsləhətə nəzər salaq:
•  Hər şeydən əvvəl həkimə müraciət et. Bu yöndə atacağın hər 
addımı  onunla  məsləhətləş.  Qızlardan,  internetdən,  ordan-burdan 
arıqlamaq pəhrizləri və s. qətiyyən yolverilməzdir. Artıq kiloları yandı-
racağam deyib özünə və körpənə ciddi zərər verə bilərsən! 
•  Gəzintiləri, fiziki hərəkəti artır, aldığın enerjinin müqabilində daha 
çox enerji verməyə çalış, gimnastik təmrinləri yerinə yetirməyi unutma, 
təbii nohurlarda çim, gündəlik massaj etdir və s.
•  Qida rasionunda meyvəni artır.


90
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
ALKOQOLЛУ ИЧKИLЯR
B
ir qədəh şərabın hamilə qadına da, dölə də faydası var deyənlər 
yanılırlar!  Növündən və  miqdarından  asılı  olmayaraq  alkoqol  döl 
üçün təhlükədir! Övladının gələcəkdə istər fiziki, istərsə də psixi prob-
lem yaşamağını istəmirsənsə, bu deyilənə mütləq əməl et. Alkoqolun 
müntəzəm qəbulundansa, heç danışmağa dəyməz. Bu hallarda uşa-
ğın  daxili  orqanlarının,  mərkəzi  sinir  sisteminin  zədələnməsi,  döldə 
müxtəlif  eybəcərliklərin  yaranması,  uşağın  tamamilə  kar  doğulması, 
vaxtından əvvəl doğulması və ya uşağın düşməsi, doğuş zamanı ağır-
laşmalar və ən dəhşətlisi ölü körpənin doğulması ilə nəticələnə bilər. 
Əziz dost, səncə, risk etməyə dəyərmi?!


91
ADDIM-ADDIM HAMİLƏLİK
SИQARET
D
iqqət etdinsə, bu kitabda bu mövzuya neçənci dəfədir müraciət 
olunur. Səncə, bu həyəcan təbili boşunadırmı? Əsla! 
Nikotin dölə birbaşa təsir edir: ürək döyüntüləri çoxalır, sinir sis-
teminin  fəaliyyəti  pozulur,  inkişaf  geriləyir.  Hamiləlik  zamanı  siqaret 
çəkən qadının uşaq düşürmə riski də böyükdür; uşaqlıq yolunda qa-
naxma, erkən doğuş ehtimalı və s. qaçılmazdır. 
Əziz dost, əgər belə bir asılılığın varsa, ya ondan qurtul, ya da analıq 
sevdasından vaz keç. Sənin seçimin var, iradəni işə salıb ondan qurtula 
bilərsən. Bəs bətnindəki körpənin necə, seçimi varmı? Yaxşı düşün...
 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə