Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   14   15   16   17   18   19   20   21   22

72
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ ИKИNCИ hяftя
B
ətnindəki körpə indi daha canlı və aktivdir. Doğuşa barmaqla sayı-
lası günlər qalıb. Odur ki, bu həftə uşaqlığın yığılması daha tez-tez 
baş verə bilər. Qadın məsləhətxanasına həftədə ən az bir dəfə baş çə-
kirsən. Sürətlə kilo aldığını hiss etsən karbohidrat və süd qəbul etməyi 
dayandıra bilərsən.
Otuz iki və otuz üçüncü həftələrdə planlaşdırılmış üçüncü ultrasəs 
müayinəsi baş tutur. Müayinə zamanı həkim körpənin daxili orqanları-
nın inkişafını izləyir və məsləhətlərini əsirgəmir. Bu həftə balacanın öl-
çülərini dəqiq müəyyənləşdirmək, onların hamiləlik müddətinə uyğun 
olub-olmadığını, dölətrafı suyun miqdarını, uşaqlıq boynunun vəziyyə-
tini təyin etmək mümkündür.
Bu həftə balacanın üzündəki qırışların çoxu artıq çəkilib. Piy qatı 
bütün bədənə bəbabər şəkildə paylanıb. Başında xeyli tük var. Çəkisi 
sürətlə artır, son ayda 900 qrama qədər. Gələcək uşağın çəkisi indi 1 
kiloqram 700 qramdır. Onun boyu 40 sm-ə çatıb.
Hamiləliyin  otuz  ikinci  həftəsində  immun  sisteminin  əsası  möh-
kəmlənir,  körpə  immunoqlobinlər  qəbul  edir və  onun  orqanizmi  do-
ğuşdan sonrakı ilk aylarda onu qoruya biləcək anticisimlər istehsalına 
başlayır. Balacanın sümükləri möhkəmlənir və ağırlaşır. Sinir sistemi də 


73
ADDIM-ADDIM HAMİLƏLİK
fəal inkişaf mərhələsinə qədəm qoyub, odur ki, körpənin gözünə işıq 
düşən kimi o, bəbəklərini sıxır.
Səslərə  qarşı  həssas  olan  balaca  sənin və  atasının  səsini  digər-
lərindən fərqləndirə bilir. Buna görə də son həftələr Ona xüsusi qayğı 
göstərmək, uşaq mahnıları oxuyub, maraqlı nağıllar danışmaq lazım-
dır. Ona hamıdan gözəl və ağıllı olduğunu, Onu səbirsizliklə gözlədi-
yinizi tez-tez xatırlat. Yeni doğulmuş körpə hələ ana bətnində eşitdiyi 
valideynlərinin səsini dərhal tanıyacaq.
Hamiləliyin  sonuna  yaxın  qadının  emossional  və  fiziki  hisslə-
rini  həkimlər  doğuşun  xəbərçisi  hesab  edirlər.  Hər  qadında  bunun 
özünəməxsus olması doğrudur. Hamiləliyin son həftələrində qadının 
psixoloji durumunu sakit adlandırmaq olmaz və bu təbiidir. Bu həyə-
canların öhdəsindən gələ bilməyən qadınlar yalançı sancılarla doğum 
evinə gələ bilərlər. Bu sancılar “həqiqi” sancılardan onunla fərqlənir ki, 
onlar davamlı deyillər və zəifdirlər. Bu sancılar hər gün və ya hər həftə 
baş verə bilər. Vaxtından əvvəl doğuşlara tibbi səbəblərdən başqa bir 
sıra faktorlar da – streslər; sosial səviyyənin aşağı olması; ağır fiziki iş; 
pis qidalanma; yaşın normadan artıq və ya az olması – səbəb ola bilər.


74
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ ЦЧЦNCЦ hяftя
H
ər  şey  qaydasındadır,  artıq  otuz  üçüncü  həftəyə  çatmışıq.  İndi 
körpənin səni dizləri, ya dirsəkləri ilə itələdiyini ayırd edə bilirsən. 
Əlbəttə,  o  indi  əvvəlkindən  az  hərəkət  edir.  Sən  hərdən  uşaqlıq  na-
hiyəsində  o  qədər  də  güclü  olmayan  ritmik  itələmələr  hiss  edirsən. 
Hər şeydən əvvəl bu, uşağın hıçqırması ilə əlaqədardır və narahatlığa 
heç bir əsas yoxdur. Sadəcə bətnindəki adam böyüyür və inkişaf edir. 
Doğuş prosesi, doğuşdan sonrakı dövr və təzə doğulmuş uşaq haqda 
məlumatları öyrənməkdə davam et, indi nə qədər oxusan sonra daha 
çox rahat olacaqsan. Həkim bu günlərdə göbəkbağının və ciftin vəziy-
yətinə ciddi nəzarət edəcək, doğuşa sayılı günlər qalıb.
Uşaqlıq yuxarıya doğru qalxmağa davam edir, bu həftə o, göbək-
dən 13 sm yuxarıda yerləşib. Qırmızı qan cisimciklərinin sayı artaraq qan 
zərdabı  ilə  uyğunlaşır  və  beləliklə,  qanazlığı  “geri  çəkilməyə”  məcbur 
olur. Bu günlərdə sənin orqanizmindəki qanın miqdarı normadan bir litr 
çoxdur. İndi ürək-damar sistemin gün ərzində 5-5.5 litr qan “çatdırmalıdır”.
Son həftələrin ən aktual problemi – tez-tez sidiyə getmə - yenidən 
gündəmdədir. Böyüyən uşaqlıq qonşuluğundakı digər daxili orqanlar 
kimi sidik kisəsini sıxır və sən gecə boyunca 5-6 dəfə ayaqyoluna baş 
çəkməli olursan. Otuz üçüncü həftədə dölətrafı sular artır və doğuşa 
qədərki həcmini saxlayır.
Bu həftənin mümkün simptomları qəbizlik, həzm sisteminin po-
zulması, diş əti qanaması, qulaq tıxanması, baş və bel ağrıları, varikoz, 


75
ADDIM-ADDIM HAMİLƏLİK
aşağı ətrafların tutulması və süd vəzindəki ağırlıq hissidir. 
Körpə indi xüsusi maddə - surfaktantla təmin olunub. Bu maddə 
uşağa doğuşdan sonra sərbəst nəfəs almağa kömək edəcək, ağciyər-
ləri sıxılmağa qoymayacaq. Bu həftə doğulmuş uşaqlar nəfəs proble-
mi ilə az üzləşirlər. İndi balacanın çəkisi iki kiloqrama yaxınlaşır, təqri-
bən 1 kq 900 qramdır.
Hamiləliyin sonuncu rübünün ən lazımlı maddələri haqda danış-
saq,  kalsium  və  D  vitaminini  xüsusi  qeyd  etməliyik.  Sümük  toxuma-
ları üçün bunlar çox önəmlidir. Toxumalar oksigen azlığı çəkməsin və 
gələcək ana doğuş zamanı qanitirməni yüngül keçirsin deyə dəmir də 
əvvəlki kimi vacibdir.
K vitamini faktiki olaraq uşağın həyatını xilas etməklə qanın lax-
talanmasını nizamlayır və qanaxmanın qarşısını alır. C vitamini qanda-
şıyıcı  damarların  divarlarını  möhkəmləndirir  və  körpəyə  yeni  mühitə 
uyğunlaşmağa  kömək  edir.  Ancaq  həkimin  məsləhət  bildiyi  dozanı 
keçməməyə çalış, C vitamininin artıq olması hestozu gücləndirir.
E vitamini erkən doğuş təhlükəsinin qarşısını alır, balacanın ciyər-
lərini nəfəs almağa hazırlayır. Lakin burada da ölçü lazımdır, çünki istə-
nilən halda vitamin artıqlığı qanaxma riskini çoxaldır. 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə