Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə18/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   14   15   16   17   18   19   20   21   22

76
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ DЮRDЦNCЦ hяftя
B
ədənin doğuşa hazırlaşmaqda davam edir. Uşaqlıq yığılmalarının 
əvvəlkilərdən fərqli olduğunu hiss edirsən. Uşaqlığın yuxarı hissə-
sindən başlayan ağrı bütün qarın boyunca yayılır və tədricən sovuşur. 
Uşaqlığın ölçüsü 30-32 sm-ə çatıb, ilkin mərhələylə müqayisədə onun 
ağırlığı indi on dəfə çoxdur. Hamiləliyin ikinci ayında cəmi 20 ml olan 
dölətrafı suların həcmi indi artıq bir litrə yaxınlaşıb.
Bu həftə sən bütün ağırlığı bel və qurşaq nahiyələrində hiss edir-
sən. Bu ağırlıq hissindən az da olsa qurtulmaq üçün yatmazdan əvvəl 
çanaq  hissəni  ehtiyatla  saga-sola  fırlatmaq  faydalıdır.  Plasentar  hor-
monlar süd hazırlamaq üçün aktivləşməyə başlayıb. Süd vəziləri bö-
yüməkdə, hələ bir neçə həftə öncə vəzilərdən gələn sarı maye də  ax-
maqda davam edir.
Səkkizinci  ayın  sonu  –  doqquzuncu  ayın  əvvəlində  uşaqlıq  yo-
luna baxış keçirilir. Bu baxış həm uşaqlıq boynunun yetkinləşməsinin 
dərəcəsini qiymətləndirmək, həm də dölün və onun başının çanaq sü-
müyünə nisbətdə necə yerləşməsini öyrənmək baxımından lazımlıdır. 
Tərkibi müəyyən edilmək üçün yaxmalar toplanır və əgər minimal də-
yişiklik nəzərə çarparsa həkim profilaktik müayinə təyin edir. Bu, çox 
vacibdir çünki sağlam uşaqlıq yolu belə doğuş zamanı çox genişlənir. 
İndi soyuqlama olarsa o, asanlıqla zədələnə bilər.


77
ADDIM-ADDIM HAMİLƏLİK
Körpə  indi  günlərlə  deyil,  sözün  əsl  mənasında  saatlarla  böyü-
yür. İndi onun çəkisi iki kiloqramdan bir az çox, boyu isə təxminən 42 
sm-dir. Bu həftə onun ana bətnindəki hərəkətləri nisbətən azalıb. Ana-
lıq  divarı  böyüyən  körpənin  hərəkət  imkanlarını  məhdudlaşdırıb,  indi 
sənin üçün “rahat günlər” başlayıb. Uşaqlıq darısqallaşır və körpə ola 
bilsin ki, doğuşa hazırlaşmaq üçün başı aşağı çevrilib. 
Otuz  dördüncü  həftədə  də  təmiz  havada  gəzinti  çox  önəmlidir. 
Sakit həyat tərzi sürməyə, istənilən stress və fiziki yükdən uzaq olma-
ğa, özünü yormamağa çalışmalısan. 
Məzuniyyətdəsən,  
fürsətdən istifadə edib  
bolluca yat, dincəl,  
sevdiyin sakit musiqiyə  
qulaq as.


78
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ BEШИNCИ hяftя
T
ezliklə balaca çanaq bölgəsinə enəcək və sən nəhayət, rahat nəfəs 
ala biləcəksən. Ancaq hələ ki gələcək ana tam döyüş hazırlığı vəziy-
yətindədir. Hamiləlik öz axarında davam edir, ancaq yuxu ilə müəyyən 
problemlər yarana bilər. Bu da təəccüblü deyil, hər 40-50 dəqiqədən bir 
ayaqyoluna getmək sənə rahat yatmaq imkanı vermir. Kürəyindəki da-
imi ağrılar da yuxu düşməninə çevrilib. Uşaqla bağlı həyəcan hissi, do-
ğuşu gözləməyin və ürəkbulanması da yuxusuzluğa səbəb olur. Bütün 
bunların öhdəsindən gəlmək üçün mayeni az içməli, yatağa girməzdən 
əvvəl çanağını fırlatma hərəkətlərilə canlandırmalı, gündüzlər isə başını 
hansısa yüngül bir işlə qatmalısan ki, gecələr sakit keçsin.
Otuz beş və ya otuz altıncı həftədə körpə özünə ən rahat mövqe-
yi seçir və doğuşa qədər bu “postu” tərk etmir. Balacaların əksəriyyəti 
düzgün – başı aşağı, üzü ananın belinə sarı – mövqeyi seçir. Əgər O yer-
dəyişmə etməyibsə, narahat olmağa dəyməz, doğuş normal keçəcək. 
Təcrübəli həkim və mamaça bunun üçün əllərindən gələni edəcəklər.
Bu həftə dölün çəkisi təqribən 2 kq 200 və 2 kq 400 qram ara-
sında  dəyişir,  uzunluğu  45  sm-dir.  Bu  müddətdə  körpənin  çəkisində 
müəyyən dəyişiklik olması mümkündür, ancaq hər şey norma çərçivə-
sindədir. Bu andan döl həftədə təxminən 220 qram artacaq. Balacanın 
dırnaqları uzanıb, bu həftələrdə o hətta ana bətnindəykən istəmədən 
üzünü cırmaqlaya bilər. Onun bütün orqan və sistemləri formalaşıb və 
artıq öz funksiyalarını yerinə yetirir. Lakin ayrı-ayrı sistemlərin - əsəb, 
sidik-cinsiyyət, nəfəs - təkmilləşməsi davam edir.


79
ADDIM-ADDIM HAMİLƏLİK
Qarnında nələr baş verdiyini və balacanın orada rahat olub olma-
dığını bilmək üçün mütləq mütəmadi analiz verməli, həkimin göstəriş-
lərinə əməl etməlisən. Bu günlərdə çox mühim olan dölətrafı suların 
vəziyyətinə nəzarət üçün sənə aşağıdakı müayinələr yardımçı ola bilər:
•  Dölün UZİ-si və doplerometriya;
•  Dölün KTQ-sı (kardiotonoqrafiyası);
•  Ana bətnində infeksiyanın olub-olmadığını yoxlamaq üçün qa-
nın analizi;
•  Əgər qanın mənfidirsə, qanın rezus anticismər üzrə analizi;
•  TORCH-infeksiyalara görə qanın və yaxmanın analizi.


80
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
OTUZ ALTINCI hяftя
V
axt sənin və körpənin xeyrinə işləyir. Otuz altıncı həftədə gələcək 
ananın aldığı optimal çəki təqribən 12 kq olmalıdır, əgər daha çox-
dursa panikaya düşməyə dəyməz, doğuşdan sonra sən bunun da öh-
dəsindən  gələcəksən.  Uşaqlıq  öz  pikinə  çatıb,  göbəkbağından  14-15 
sm yuxarıda qərarlaşıb. Buna görə də bəzən sən körpənin düz ürəyinin 
altında tərpəndiyini hiss edəcəksən, ancaq bu, çox çəkməyəcək.
Bu günlərdə körpənin başı çanaq hissəsində yerləşib, indi nəfəs 
almaq daha rahatdır. Əgər bu sənin ilk hamiləliyindirsə, körpə dünyaya 
gələnə qədər nəfəs almaqda çətinlik çəkə bilərsən. Sümüklər aralan-
dığı üçün bu günlərdə çanaq hissəsindəki ağrılar möhkəmlənib. Uşaq-
lığın  orqanları  sıxışdırmasının  nəticəsidir  ki,  sidik və  defekasiya  üçün 
hər saatdan bir ayaqyoluna getməli olursan. Səhərlər yataqdan qalx-
maq xeyli çətinləşib. Belə olan halda kəskin hərəkətlər etməməyə ça-
lış, əvvəlcə yana çevril, sonra ayaqlarını salla və qalxmağa çalış.
Körpə  böyüyür,  onun  çəkisi  təxminən  2  kq  500  qram,  uzunluğu 
isə 45 sm-dir. Ancaq əvvəldə də qeyd etdiyimiz kimi, bu günlərdə ba-
lacanın çəkisi irsi və xarici faktorlardan asılı olaraq əhəmiyyətli dərə-
cədə dəyişkən ola bilər. Körpənin çəkisi ilə bağlı daha dəqiq məlumatı 
ultrasəs müayinələri verir. Körpənin yanaqları kifayət qədər toppuşdur, 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə