Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

41
ADDIM-ADDIM HAMİLƏLİK
ON YEDDИNCИ hяftя
T
əbriklər,  artıq  hamiləliyin  beşinci  ayına  qədəm  qoymusan.  Bu 
günlərdə yaxşıca dincəl, vaxtında yatmağa çalış, özünü yorma və 
beləcə hamiləliyin beşinci ayı sənin üçün çox gözəl başlayacaq.
On yeddinci  həftə  ərzində  uşaqlıq yanlara  deyil, yuxarıya  doğru 
böyüməyə başlayır. Bu proses özü ilə bəzi xoşagəlməz hisslər gətirə 
bilir. Mədədə hiss olunan yüngülvari yanma, təngənəfəslik və tez-tez 
sidiyə çıxmağa hazır ol. Belə olan halda düzgün və sağlam qidalanma-
nın əhəmiyyətini xatırlatmaq yerinə düşər.
17-ci həftədə qarnın kifayət qədər sürətlə böyüyür, artıq onu giz-
lətmək mümkün deyil. Bəzən Onun tərpənişlərini qarına toxunmadan 
da hiss etmək olar. Yalnız rahat paltarlar geyinməyə çalış, yoxsa boğul-
ma hissi səni əməlli-başlı narahat edə bilər.
Orqanizmin qan dövranının həcmi də artır. Bu, körpənin oksigenə 
və qida maddələrinə artan tələbatını ödəmək üçün vacibdir. Ürəyin də 
işi çətinləşib, bu günlərdə ürək döyüntülərinin sürətlənməsi çox nor-
maldır. Bu ona görə baş verir ki, cift damarlardan qida maddələrinin 
“daşınması” üçün istifadə edir.  Ürəyin normadan artıq aktivliyi diş əti 
qanamalarına səbəb ola bilər, stomatoloqa baş çəkməyə ehtiyac var. 
Bu həftə yəqin ki, tər ifrazı və uşaqlıq yolu sekresiyası, yəni cinsiyyət 
yollarından ifrazat güclənəcək. Narahatlığa əsas yoxdur, sadəcə şəxsi 


42
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
gigiyenaya ciddi riayət etməyə çalış; tez-tez duş qəbul et, kəskin qoxu-
su olmayan dezodorantlara üstünlük ver.
Bu həftə Onda heç bir yeni struktur formalaşmır, bunun əvəzinə 
körpə olanlardan istifadə etməyi öyrənir. Yaxınlığında olan bərk səslərə 
– qatarın və ya təyyarənin səsinə reaksiya verməyi öyrənir. İndi O sənə 
diqqətlə qulaq asır. Odur ki, pleylistini təzələ, ya da gitarada çalmaq 
vərdişini yadına salmağa çalış. Müşaiyətlə, ya da müşaiyətsiz oxu, xalq 
mahnıları, laylalar, sevdiyin populyar parçalar köməyinə çatacaq. Atanı 
da bu işə cəlb et, “səsim pisdir” desə eyb etməz, şeir oxusun, ya da 
sadəcə Onunla danışsın.
Hamiləlik zamanı qadının yalnız bədəni deyil, psixoloji durumu da 
tez-tez  dəyişir. Təəssüf  ki,  bu  dəyişikliklərin  heç  də  hamısı  ürəkaçan 
deyil. Bu mənada daha çox qarşılaşacağın problemlər - əsəbilik, tən-
halıq, anlaşılmazlıq, təəssüratlılıq və həyəcandır. Hamiləlik səni emo-
sional cəhətdən tez təsirlənən, narahatlığa meyilli və neqativ hallara 
qarşı daha həssas insana çevirir. 
Narahatlıq üçün heç bir səbəb yoxdur, varsa da çox kiçikdir, amma 
sənin “gözünün yaşı ovcundadır”. Çox vaxt sənə elə gəlir ki, bu ürəkbu-
lanma, mədədəki yanma hissi və ya yorğunluq heç vaxt bitməyəcək. 
Bütün bu təlatümlər orqanizmdə baş verən hormonal dəyişikliyin nəti-
cəsidir. Bu mənada hamiləlik həm də imtahandır, sənə təmkinli, səbrli 
və möhkəm olmağı öyrədən bir imtahan. Təmkinli olmaq sənə yalnız 
hamiləlik  ya  da  doğuş  zamanı  deyil,  bütün  həyatın  boyunca  kömək 
edəcək. Sakitləşməyin ən yaxşı yolu – sakit musiqi, rahat yerdə uzanıb 
tələsmədən nəfəs almaq. Dərindən və sakit nəfəs al, asta-asta nəfəsini 
burax, təsəvvür et ki, hər dəfə nəfəsini buraxanda rahatlıq və sakitlik 
səni öz ağuşuna alır. 


43
ADDIM-ADDIM HAMİLƏLİK
ON SЯKKИZИNCИ hяftя
B
eşinci  ay  davam  edir,  sən  artıq  hamiləliyin  18-ci  həftəsindəsən. 
Körpənin  tərpənişlərini  aydın  hiss  edirsən,  bu  günlərdə  bu  sə-
nin  ən  böyük  səadətindi.  On  səkkizinci  həftədə  qarnın  kifayət  qədər 
böyükdür,  onu  gizlətmək  olmaz,  heç  buna  ehtiyac  da yoxdur.  Qadın 
gözəlliyinin bu ən yüksək pilləsini, sənin analıq həyəcanını hamı gör-
məli, bu həyəcanı səninlə paylaşmalıdır.
Onun ilk tərpənişləri səni elə həyəcanlandırıb ki, onlarsız darıxır, 
hətta  yaşaya  bilmirsən.  Bu,  əhval-ruhiyyənə  də  öz  müsbət  təsirini 
göstərir, sən artıq öz statusuna alışmısan, lazımsız qorxular geridə qa-
lıb, analıq instikti işə düşüb. Buna görə də gözəlliklərlə təmasda olma-
ğa çalış, romantik komediyalar izlə, sakit musiqi dinlə və hobbilərindən 
zövq almağa çalış.
Bu müddət ərzində çəkin 4,5-6 kq-a qədər arta bilər, qarın balaca 
olsa da fiquranda əhəmiyyətli dəyişikliklər hiss olunur. Odur ki, bütün 
bu gözəlliyi rəngli paltarlar, gen ətəklər, parlaq köynəklər və ya zərif 
kostyumlarla vurğulamağa çalış.
Bu həftə uşaqlıq sürətlə böyüdüyü və daha çox yer tələb etdiyi 
üçün bir çox hamilələr qarındakı ağrıdan, daha doğrusu, təzyiqdən şi-
kayətlənirlər. Buna görə yuxu və istirahət zamanı arxası üstə uzanmaq 
da səni narahat edə bilir. Ayaqlarının, döş qəfəsinin, başının altına iri-


44
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
li-xırdalı yastıqlar qoymaqla istirahət üçün daha optimal variantlar tap-
mağa çalış. Tez-tez sidiyə getməyi unutma, indi qarnında yer azdır və 
dolu sidik kisəsi də narahatlıq hissini artıra bilər.
Bu  həftə  Onun  çəkisi  200  qrama  yaxınlaşır,  uzunluğu  təxminən 
20-22 sm-dir. Baş-beyin inkişaf edir. Gözlər bağlıdır, ancaq körpə artıq 
işığa reaksiya verə bilir. Səslərə qarşı həssasdır, odur ki, Ona xoş sözlər 
deməyə, laylalar oxumağa tələs.
Dölün sümüklərinin möhkəmlənməsi davam edir. Ayaq və əl bar-
maqlarının sümükləri formalaşıb, hətta barmaqlarda naxışlar da yara-
nıb. Bu naxışlar barmaq izlərinin təkrarolunmazlığını təmin edəcək.
18-22-ci həftələr arasında növbəti ultrasəs müayinəsinə baş çək-
məyi unutma. Bu müayinə sənə körpənin inkişafını izləməyə, ciftin və 
göbəkbağının  vəziyyətinə  nəzarət  etməyə  kömək  edəcək.  Bu  müa-
yinəyə  tək  yox,  həyat  yoldaşınla  getməyə  çalış.  Ultrasəs  cihazında 
böyüyən körpəni görəndən sonra o, bu gözəl və əlamətdar hadisəyə 
başqa cür, daha həssas yanaşmağa başlayacaq. Onunla tanış olduq-
dan sonra ata da səninlə birlikdə onun gəlişini gözləyəcək, tərpənişlə-
rini sayacaq.
Hamiləlik  dövründə  sənin  orqanizmində  bir  sıra  mühim  fiziolo-
ji  dəyişikliklər  müşahidə  olunur  və  bu  dəyişikliklər  düzgün  inkişafını 
təmin etməklə yanaşı orqanizmi gözlənilən doğuşa və körpəni qida-
landırmağa hazırlayır. Bu mürəkkəb dövrdə orqanizmin üzərinə düşən 
bu ağır yükdən bütün orqanlar və sistem – ürək, ağciyərlər, böyrəklər, 
həzm orqanları - kifayət qədər böyüyür və bu da öz növbəsində xroniki 
xəstəliklərə gətirib çıxara bilir. Buna görə də qadın məsləhətxanasında 
qeydiyyatdan,  bütün  lazımi  müayinələrdən  və  analizlərdən  keçmək, 
mütəxəssislə danışmaq vacibdir. Bu mütəmadi müayinələr və həkim 
nəzarəti profilaktik tədbirlər görməyə və səni doğuşa düzgün şəkildə 
hazırlamağa xidmət edir.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə