Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə5/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   2   3   4   5   6   7   8   9   ...   22

21
ADDIM-ADDIM HAMİLƏLİK
YEDDИNCИ hяftя
H
ər bir qadın unikaldır, buna görə də hamiləlik əlamətləri də indi-
vidualdır.  Bəzi  ana  namizədləri  hormonal  dəyişikliklərdən  şikayət 
etmir,  bəziləri  elə  ilk  həftədən  toksikozla  tanış  olmaq  imkanı  qazanır. 
Yeddinci həftədə qarnın aşağı hissəsində və döşdəki ağrılar şiddətlənir. 
Əgər süd vəzilərində, əmcəklərin ətrafındakı piqmentli sahənin tünd-
ləşdiyini görsən, təəccüblənmə, bu adi hamiləlik hadisəsidir. Süd və-
ziləri artıq indidən əmizdirmə işinə hazırlaşır. Qarındakı ağrılar uşaqlığın 
yerdəyişməsi ilə bağlıdır. Bu həftənin əsas əlaməti orqanizmdə hiss olu-
nan ümumi yorğunluqdu. Hormonal yüklənmə ucbatından sən özünü 
daim süst və yorğun hiss edirsən. Saatlarla yatmaq istəyin də normaldır.
Əhval-ruhiyyən heç bir səbəb olmadan və çox tez-tez dəyişir. Sən 
körpənin gəlişinə sevinirsən, eyni zamanda doğuş stresi indidən səni 
narahat edir, bir yandan da 
hormonal yüklənmə – hər 
şey  üst-üstdə  gəlir  və  bu 
dəyişiklik normaldır. 
Ürəkbulanma və qus-
ma  da  yeddinci  həftənin 
əsas  əlamətlərindən  biri-
dir.  Dad  reseptorlarındakı 
dəyişikliyə  görə  çox  vaxt 


22
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
səhərlər yüngül ürəkbulanma və qusma səni qorxutmasın.
Körpə  böyüyüb,  indi  onun  uzunluğu  7-9  mm-dir.  Qida  borusu 
və  traxeyanın,  qarının  ön  divarının  inkişafında  irəliləyiş var.  Nazik  ba-
ğırsaq  və  sinə  indi-indi  formalaşmağa  başlayır.  Kəllə  beyni  intensiv 
şəkildə  inkişaf  edir. Artıq  embrionda  kəllə və  çanaq  sonluqlarını  çox 
aydın fərqləndirmək olar. Sağ göbək damarı yoxa çıxacaq, buna ha-
zır  ol,  təkcə  sol  göbək  damarı  qalacaq  və  bu  tamamilə  normal,  an-
caq  müvəqqəti  haldır.  İndi  o  adamdan  çox  yadplanetlilərə  bənzəyir. 
Gülməli səslənir, hə? Ultrasəs müayinəsi zamanı görünən embrionun 
“quyruğu” səni qorxutmasın, bu hamıda belə olur və onuncu həftədə 
yoxa çıxır.
Hamiləliyin ilk üç ayı boyunca körpənin ən vacib orqanları – baş 
və onurğa beyni,  əzələləri, onurğası formalaşır. Buna görə də dəmir, 
fol  turşusu və  mis  kimi  mikroelementlərlə  zəngin  qidaların  gündəlik 
rasionda yer alması vacibdir. 
İkinci ayda körpənin daxili orqanları inkişaf etməyə başlayır, ona 
görə də C vitamini əvəzolunmazdır. Hər şeydən öncə C vitamini orqa-
nizmindəki toksinlərin Ona hər hansı mənfi təsir göstərməsinə imkan 
vermir. Onu da deyim ki, indi plasenta orqanizmindəki vitaminləri sürət-
lə “yeyir”, buna görə vitaminlərin miqdarını iki dəfə artırmalısan.
Fol  turşusu  və  A  vitamini  ilə  zəngin  qidalar  körpənin  boyunun, 
görmə  qabiliyyətinin və  dərisinin  inkişafına  müsbət  təsir  göstərəcək. 
Orqanizmin bu ağırlığı qaldıra bilsin deyə lazimi miqdarda kalsium və 
fosfor, C və D vitamin kompleksi qəbul etməlisən.
Hamiləliyin  üçüncü  rübündə  oksigen  körpə  üçün  əvəzolunmaz 
faktordur, odur ki, dəmir və orqanizmi dəmirlə təmin edən vitaminlər-
dən bolluca istifadə etməlisən. Əgər orqanizmdə kifayət qədər dəmir 
varsa,  oksigen  də  kifayət  edir və  doğuşdan  sonra  itirilən  qan  tez və 
asan bərpa olur.


23
ADDIM-ADDIM HAMİLƏLİK
SЯKKИZИNCИ hяftя
V
ə beləliklə sən artıq bir aydır ki, diqqətlə növbəti aybaşının başla-
masını gözləyirsən. Əgər hələ də həkimə müraciət etməmisənsə, 
indi əsl vaxtıdır. Hamiləliyin həkim müayinəsilə təsdiq olunarsa o, sənin 
fərqli müşahidə planını tərtib edəcək. Bu müşahidə planına aşağıdakı 
müayinələr daxildir:
•  TSH, progesteron hormon analizi
•  Ümumi sidik analizi
•  Arterial təzyiqin ölçülməsi
•  Çəkinin yoxlanması
•  Çanağın ölçülməsi
•  Qanın ümumi analizi
•  Qanın RH və VİÇ resus faktoru və biokimyəvi analizi
•  Ailəvi və akuşer anemnezi
Ehtiyac  olarsa,  əlavə  müayinə  təyin  olunacaq. Aylıq  müayinələr 
sağlam və rahat hamiləliyin başlıca şərtidir. Doğuş üçün psixoprofilak-
tik hazırlıq kurslarına da qatılmaq səninçün faydalı ola bilər.
Müayinədən keçdin, yəqin ki, Onun ölçüsü, forması, inkişafı səni 
indi  əvvəlkindən  çox  düşündürür.  Səkkizinci  həftədə  8-11  mm  uzun-


24
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
luğunda olan körpənin inkişafı sürətlənir, indi o günbəgün yox, saat-
basaat  dəyişir.  Ürəyin  formalaşması  davam  edir,  şöbələr  arasındakı 
arakəsmələr  də  yaranmağa  başlayır.  Mədə  qarın  nahiyəsindəki  ye-
rini  alır.  Sümüklər  və  oynaqlar  da  aktiv  inkişafdadır.  Əgər  sən  oğlan 
gözləyirsənsə,  bu  həftə  onda  yumurtacıqlar  formalaşmağa  başlayır. 
Bu  həftəki  ultrasəs  skanerləşməsi  nəinki  baş  və  çanaq  sonluqlarını 
fərqləndirməyə,  hətta  “qarın” və  “kürəy”in  harada  olduğunu  təyin  et-
məyə qabildir. Körpənin onurğasını və gözlərini də görə biləcəksən.
Hamiləliyin 8-10-cu həftələrində körpənin sümükləri intensiv in-
kişaf  etdiyindən  maqnezium  xüsusilə  aktuallaşır.  Maqnezium  sümük 
toxumaları  üçün  əsl  inşaat  materialıdır.  Onun  boyu,  çəkisi və  ölçüsü 
indi sənin nə qədər maqnezium istifadə etməyindən asılıdır. Qarpız əsl 
maqnezium mənbəyidir. Təəssüf ki, qarpızın bolluğu mövsümlə əlaqə-
dardır. Məyus olma, diri yarmalar və diri dənli çörək, əncir, püstə, tum-
lar, tünd yaşıl tərəvəz bitkiləri və banan da maqneziumla zəngindir.
Kalsiumun  nə  qədər  önəmli  olduğunu  xatırlatmaqda  fayda  var. 
Hər mövsüm tapa biləcəyin süd, pendir və yoqurt kalsium mənbəyidir 
və bu qida növlərində kalsium birləşmələri yaxşı mənimsənir. İspanaq, 
ərik, kələm, lobya, badam, küncüt və günəbaxan halvasında da kalsi-
um az deyil.
Qəbizliyin onsuz da toksikozla çətinləşən həyatını daha da mürək-
kəbləşdirməməsi üçün sellüoz çox vacibdir. Qanın tərkibindəki şəkəri 
stabil  saxlamağa  və  maddələr  mübadiləsini  yaxşılaşdırmağa  kömək 
edən sellüozu iri dənli məhsullarda, buğda, düyü və çovdar qırıntıla-
rında, çiy və suda bişmiş tərəvəzlərdə tapmaq olar. Qəbizliklə müba-
rizədə qurudulmuş əncir, gavalı, ərik də köməyə gəlir.
Səkkizinci həftə idmandan imtina etmək üçün bəhanə deyil. Bu 
mənada üzgüçülük və yoqa sənin üçün ideal çıxış yoludur. Xırda şey-
lərə  görə  əhvalını  pozmağa  dəyməz,  unutma  ki,  davamlı  stress  təh-
lükəlidir  və  körpəni  itirmək  riskinə  qədər  gətirib  çıxara  bilər.  Heç  nə 
sənin və körpənin əhvalını poza bilməz, gülümsə, əziz dost, O da bunu 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə