Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   2   3   4   5   6   7   8   9   ...   22

13
ADDIM-ADDIM HAMİLƏLİK
ЦЧЦNCЦ hяftя
Ü
çüncü həftə yetişdi, deməli, “iş”in nəticəsi ilə tanış ola bilərik. Ən 
əsas məsələ məhz bu həftə həll olunacaq: hamiləlik olsun, ya ol-
masın?  Sən  artıq  ovulyasiya  ağrılarını  hiss  edə  bilərsən,  çünki  o  baş 
verib. Yetkin toxumalar toxumcuqdan çıxıb və analıq borusundakı yu-
murtalıq mayalanmaya və spermatozoidlə görüşə tam hazırdır. Əgər 
görüş uğurla başa çatsa, səni hamiləlik münasibətilə təbrik etmək olar. 
Üçüncü  həftənin  sonunda  yumurta  hüceyrəsi  uşaqlıq  divarına  daxil 
olacaq və implantasiya baş verəcək. Yumurtanın uşaqlıq divarına daxil 
olması bəzi qadınlarda azacıq qanaxma ilə müşayiət oluna bilər, bura-
da qorxulu heç nə yoxdur.
İlkin hamiləlik faktoru adlanan maddə də məhz bu həftə meydana 
çıxacaq və döllük yumurtaya orqanizmini aldatmağa kömək edəcək. 
Axı  körpənin  genlərinin yarısı  atasındandır,  buna  görə  dölün  zülalları 
sənin  orqanizmin  üçün  yaddır.  Bu  maddə  sayəsində  immun  hücey-
rələrinlə döldəki hüceyrələr arasında “sülh” imzalanacaq.
Yumurta hüceyrələri ilə spermatozoidlərin uşaqlıq borusunda gö-
rüşüblərsə, birləşmə baş verib. Birləşmə zamanı alınan hüceyrə gələ-
cək körpənin birinci və ən əsas hüceyrəsidir, sonrakı bütün hüceyrələr 
birincinin  –  ziqotanın  bölünməsi  sayəsində  yaranır.  Mayalanma  baş 
verdikdən  üç  gün  sonra  rüşeym  artıq  32  hüceyrədən  ibarət  olur  ki, 
formasına  görə  ipəkqurdu  baramasına  oxşayır.  Bu  həftənin  sonunda 
hüceyrələrin sayı 250-ə çatır və artıq döl 0,1-0,2 mm-lik yarımkürəyə 


14
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
bənzəyir. Buna görə də üçüncü həftə bətnindəki dölün ilk həftəsi, hə-
yatla tanışlıq anıdır. 
İndi parçalanmış toxum uşaqlığın selikli qişasını və başqa toxum-
larını dağıdaraq özünə kiçik bir yuva qurur və bu yuvada yerləşir. Yer-
ləşmə  prossesinin  özü  implantasiya  adlanır  və  implantasiya  uğurlu 
keçibsə, rüşeymin inkişafı yeni mərhələyə yüksəlir. Belə ki, indi onun 
tələbatını yumurta hüceyrələrindən aldığı maddələr deyil, sənin orqan 
və  sistemlərin  ödəyəcək.  Deməli,  bu  günlər  ərzində  sən yanlız  özü-
nü deyil, dölün inkişafını və “qidalanması”nı da düşünməlisən. Yağ tur-
şusuyla zəngin qidalar dölün görmə analizatorunun və kəllə beyninin 
formalaşmasına müsbət təsir göstərir. Gündəlik rasionuna yağ turşusu 
ilə zəngin qidalar – təzə balıq, quru meyvələr, küncüt, kətan toxumu və 
s. əlavə etmək məsləhətdir.
Hоrmonal  balansın  dəyişməsi  nəticəsində  hamiləliyin  üçüncü 
həftəsində  orqanizmin  maddələr  mübadiləsi  dəyişir,  bütün  orqan və 
sistemlərin yenidən  qurulur.  Hələ  çox  tez  olsa  da,  həssas  analar  bu 
dəyişikliyi  və  yenidərqurmanı  çox  dəqiq  hiss  edə  bilir.  İlkin  həftələr-
də  iştahın  dəyişməyə  başlayır, ya  dayanmadan yemək  istəyirsən, ya 
da  yeməyi  görməyə  gözün  olmur.  Bu  zaman  müəyyən  qidaların  iyi, 
hətta sevimli ətirinin qoxusu da səni qıcıqlandırmağa başlayır. Üçüncü 
həftədə yuxusuzluq və daimi halsızlıq hiss etməyin də normaldır.


15
ADDIM-ADDIM HAMİLƏLİK
DЮRDЦNCЦ 
hяftя
Ə
gər izahı olmayan qıcıqlanmalar, yorğunluq, süd vəzilərinin şişməsi 
ya da əmcəklərində alışmadığın, adət etmədiyin hissiyat başlayıb-
sa, deməli, yumurtalıqdakı sarı kütlə dayanmadan işləyir, deməli, SƏN 
HAMİLƏSƏN. Əhval-ruhiyyənin bu cür dəyişməsi və yorğunluq ayba-
şının iki həftə gecikməsiylə də bağlı ola bilər. Odur ki, hamilə olub-ol-
madığını  yoxlamağın  tam  vaxtıdır.  İndi  sənin  orqanizmində  yeni  hor-
mon – XGC yaranır və onu sidikdə aşkarlamaqçün xüsusi test-sistemlər 
köməyinə çatacaq. Apteklərdə reseptsiz satılan bu testləri ev şəraitində 
aparmaq heç də çətin deyil, üstündəki təlimatı oxumaq və əməl etmək 
kifayətdir. Əgər test cavabı müsbətdirsə, deməli sən 95% hamiləsən. 
Dördüncü həftə bətnindəki körpə bir neçə qatdan ibarət nazik dis-
kə bənzəyir. Tezliklə bu qatlar hər biri müxtəlif orqan və toxumaların 
yaradıcısına  çevriləcək. Yaxın  gələcəkdə  xarici  qat  (ektoderma)    sinir 
sistemi, dəri, saçlar, diş minası və göz kristalı üçün başlanğıc olacaq. 
Orta qat (mezoderma) skelet, əzələlər, toxumalar, cinsi orqanlar, ifrazat 
və ürək-damar sistemlərinin əsasını təşkil edəcək. Daxili qat (endoder-
ma) isə daxili sekresiya vəzləri və həzm sisteminə çevriləcək. Maraq-
lıdır ki, bu orqanların yaranmasında atanın genləri ananın genlərindən 
daha aktiv fəaliyyət göstərəcək.


16
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
Bədənində  YENİ  HƏYAT  yaranıb.  Buna 
görə də qida rasionuna B-9 (folat) vitamini ilə 
zəngin məhsullar əlavə etməlisən. Bu, uşağın 
onurğasında qüsurların yaranmasının qarşısı-
nı  alır,  psixikasının  və  intellektinin  formalaş-
masının qayğısına qalır. B-9 vitamini həm də 
ona görə əvəzolunmazdır ki, ağrı hissini azal-
dır  və  doğuşdan  sonra  südün  yaranmasına 
kömək  edir.  Onu  tünd yaşıl yarpaqlı  tərəvəz 
bitkilərində,  məsələn,  ispanaq  və  kələm-
də,  həmçinin  avokado, yerkökü, yemiş,  ərik, 
balqabaq və cuğundurda tapmaq olar.
İlk  həftələr  baş  qaldıran  ürəkbulanma-
lar, gecə spazmaları, əzələ dartınmaları və 
əsəbiliklə  mübarizədə  B-6  vitamini  (pri-
doksin) sənin köməyinə gələcək. Körpə-
nin  mərkəzi  sinir  sisteminin  inkişafına 
təkan verən bu vitamini üyüdülməmiş 
düyü, vələmir, lobya, qarabaşaq, qoz 
və  balıq  kimi  qida  məhsullarında 
tapa bilərsən.
Hamiləliyin 
ikinci 
rü-
bündən  etibarən  əhvalın 
yaxşılaşacaq,  ürəkbulanma 
keçəcək və  bu  dövrdə  körpə 
demək  olar  ki,  tam  for-
malaşacaq.  İndi  o  çox  kiçikdir, 
amma İNSANDIR. Bundan 
belə raxit əleyhinə geniş yayılmış 
D  vitamininə  (kalsife-
rol)  daha  çox  diqqət  ayırmalısan. 
Günəş  şüalarının  təsiri 
altında  dəridə  yaranan  bu  vitamini 
ilk növbədə balıqlarda tap-
maq olar. Kalsiferol yumurta sarısının, 
südün və süd məhsullarının tərkibində də var. 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə