Addim-addim



Yüklə 24,48 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix26.03.2018
ölçüsü24,48 Kb.
#33393
1   2   3   4   5   6   7   8   9   ...   22

17
ADDIM-ADDIM HAMİLƏLİK
BEШИNCИ hяftя
Ö
tən  həftədən  etibarən  əhvalında  başlayan  dəyişikliklərə yeniləri 
əlavə  oluna  bilər,  bunlar  baş  ağrıları, yuxululuq,  iştahsızlıq,  tez-
tez  sidiyəgetmə,  ürəkbulanma və  bəzən  də  qusmadır.  Qəfildən  turş 
və duzlu şeylərə güclü maraq və həvəs yarandığını hiss edəcəksən. 
Qorxma,  bütün  bunlar  hamiləliyin  erkən  toksikozunun  əlamətləridir. 
Bu qəribə yeniliklərin səbəbi də orqanizmində davam edən hormonal 
dəyişikliklərdir.  Bəzi  hamilələr yuxarıda  sadalanan  dəyişikliklərin  heç 
birini hiss etməyə bilər və bu normaldır. Amma yeniliklər başlayıbsa, 
onda möhkəm ol, çünki rahatlıq ancaq on ikinci həftədən sonra baş-
layacaq. Bir çox qadınlar toksikozu adi hal hesab edir və ona fikir ver-
mirlər, sən də bu cür olmağa çalış. Yox əgər toksikoz səni həddən artıq 
narahat  etməyə  başlasa,  mütləq  mütəxəssisə  müraciət  et,  qətiyyən 
özünümüalicə ilə vaxt itirmə.
Bu həftə əhəmiyyətli dəyişikliklərə məruz qalan dölün ölçüsü ar-
tıq  6  mm-dir.  Körpənin  bu  inkişaf  mərhələsini  biz  həkimlər  embrion 
adlandırırıq. Bu günlər ərzində qaraciyər və mədəaltı vəzinin mayalan-
ması baş verəcək, yuxarı nəfəs yollarının və ürəyin bünövrəsinin qo-
yuluşu baş tutacaq. Ən önəmlisi bu həftə embrionda spermatozoidlə 


18
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
yumurta hüceyrəsinin əcdadı olan qonoblast meydana gələcək. Sadə 
dillə desəm, artıq körpən özündə sənin və gələcək nəvələrinin genlə-
rini daşımağa başlayacaq.
Bu həftə ultrasəs müayinəsinə (USM) baş çəkmək yerinə düşərdi. 
Embrionun və yumurta hüceyrəsinin ölçüsünə görə hamiləliyin dəqiq 
müddəti müəyyən olunur, embrionun ürək döyüntülərinin və embri-
onlarının sayı qeydə alınır.
Hamiləliyin ikinci ayında ortaya çıxan və erkən toksikozun əlamət-
ləri  olan  ürəkbulanma və yorğunluğu  hiss  etdikdə yeməkdən  imtina 
etmə.  Erkən  toksikozla  təbii yollarla,  dərman  qəbul  etmədən  müba-
rizə apar. Az-az, ancaq tez-tez ye, asan və tez həzm olan qida məhsul-
larına üstünlük ver. Səhərlər süd və ağartı məhsullarıyla edilən səhər 
yeməyi  səni  günboyu  gümrah  saxlayacaq.  Meyvə-tərəvəzlə  dost  ol, 
yemək məsələsinə yaradıcı yanaş. Ət və balığı suda bişmiş şəkildə ye, 
körpənə və  sənə  getdikcə  daha  çox  kalsi  lazımdır.  Odur  ki,  turş  süd 
məhsulları – pendir və şoru bol-bol ye. Hansısa tərəvəz və ya yemək 
səni diksindirirsə, onu çox yeməməyə çalış.
Təzəcə  sıxılmış  meyvə  şirəsi,  kompot,  evdə  hazırlanmış  meyvə 
şərbətindən imtina etmə, indi mayeyə olan tələbatı məhdudlaşdırmaq 
olmaz. Doyunca yeyib-içməlisən ki, qəbizlik problemindən uzaq ola-
san. Çuğundur, gavalı qurusu, gecələr bir stəkan təzə qatıq və səhərlər 
ac qarına içdiyin bir stəkan su bağırsaqların işini səhmana salacaq. 


19
ADDIM-ADDIM HAMİLƏLİK
ALTINCI hяftя
H
ər yeni gün sənin üçün çox mühim və qeyri-adi görünür. Əziz dost, 
biz həkimlər hamiləliyi həftələrə bölsək, həftələrlə saysaq da, sən 
artıq onu günlər, hətta saatlarla hesablamağa başlamısan. Hamilə ol-
duğunu  öyrənən  gündən  sən  xoşbəxtsən,  yeni  hiss  və  həyəcanların 
sorağındasan.  Hormonal  dəyişikliklər  sənin  əhvalına  bəzən  müsbət, 
bəzən mənfi təsir göstərir, O isə demək olar ki, hər saat böyüyür, dəyişir.
Sən artıq erkən toksikozun bəzi “gözəllikləri” ilə tanış olmaq şan-
sını qazanmısan, o zaman ürəkbulanmalara hazır ol. Bu həftə müxtəlif 
qoxuları götürməmək və ağız şirəsinin normadan artıq ifrazı müşahi-
də  olunacaq.  Süd  vəzilərindəki  ağrılar  da  öz  növbəsində  qeyd  etdi-
yim hormonal dəyişikliklərin nəticəsidir. Onu da bil ki, bu dəyişikliklər 
körpənin inkişafı üçün münbit şəraitin təmin olunmasına xidmət edir. 
Necə deyərlər, erkən toksikoz xəstəlik əlaməti və ya xəstəliyə meyllilik 
deyil, sadəcə orqanizminin xüsusiyyətidir.
Toksikoz  problemi  ilə  özbaşına  mübarizə  aparma,  mütəxəssisə 
müraciət et. Peşəkar həkim körpənin inkişaf xüsusiyyətlərini nəzərə al-
maqla sənə toksikozun həlli üçün ən optimal üsulu tapmağa kömək 
edəcək.
Artıq altıncı həftədə Onun ürəyi döyünməyə başlayır. Ultrasəs ska-
nerində uzunluğu cəmi 4-6 mm olan bu balaca bədəndəki balaca ürə-


20
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
yin sıxılıb-açılmasını qeydə almaq olar. Onun ürəyi dəqiqədə 150 dəfə 
döyünür, bu biz böyüklərinkindən iki dəfə çoxdur. Sənə bir şad xəbər 
də verim – artıq körpənin əl və ayaqlarının mayalanması başlayıb, daxili 
qırtlaq və qulaqlarının formalaşması da başlamaq üzrədir. Körpənin qi-
dalanması, tənəffüsü, müdafiəsi və hormonların yaranmasına cavabdeh 
olan xüsusi orqan plasenta da sürətlə inkişaf edir.
Ürəkbulanmalar çoxaldığı üçün yeməkdən imtina etmə. Dediyim 
kimi, az-az, lakin tez-tez yeməyə çalış. Gündə 6-7 dəfəlik qida qəbulu-
na elə yatağındaca, hələ yerindən qalxmamış başla, sonuncusunu isə 
yuxuya bir az qalmış təşkil etməyə çalış. Yeni dadları sınaqdan keçir, nə 
bilmək olar, bəlkə də suxarilər və krekerlər, ya da kişmiş və alma şirəsi 
ürəkbulanmanı azaldacaq. 
Mayeni yaddan  çıxarma,  onu  şirə  və ya  mineral  su  şəklində, ya 
da qarpız, yemiş və ya armud kimi meyvələrdən, xiyar, pomidor kimi 
tərəvəzlərdən ala bilərsən. Unutma ki, ürəkbulanma zamanı bu daha 
vacibdir,  çünki  bu  zaman  sən  daha  çox  maye və  duz  itirirsən,  onları 
bərpa etmək lazımdır. Daha çox istirahət et, əziz dost. Tez yatıb, gec 
durmağa çalış. Stresdən qaç və streslə yüklənməni azalt. Səni qıcıq-
landıran iylərdən və dadlardan uzaq olmağa çalış.
Dezodorantları, tualet sularını və digər parfümeriya məhsullarını 
müvəqqəti də olsa yığışdır. 


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə