T əranə MİRZƏyeva amea m ərkəzi Elmi Kitabxananın doktorantı



Yüklə 75,41 Kb.

tarix25.06.2018
ölçüsü75,41 Kb.


188 

 

T



əranə MİRZƏYEVA 

Amea M

ərkəzi Elmi Kitabxananın doktorantı 

 

AZƏRBAYCANIN DÜNYA NEFT SƏNAYESİ  

TARİXİNDƏKİ  İLKLƏRİ 

 

 Açar sözl

ər: Azərbaycan  nefti;  Azərbaycan neft sənayesi; Azərbaycanın neft  

s

ənayesi tarixindəki ilklər; neft sənayesi tarixi; dünya neft sənayesi tarixində 



Az

ərbaycan nefti. 



Ключевые слова: Aазербайджанская нефть; Aазербайджанская нефтяная 

промышленность;  первые  в  истории  Aазербайджанской  нефтяной 

промышленности; 

история 


нефтяной 

промышленности; 

A

азербайджанская нефть в истории мировой промышленности





Key words:

  Azerbaijan oil; Azerbaijan oil industry; beginnings of Azerbaijan 

in the history oil industry; the history of oil industry; Azerbaijan oil in the 

history of the world oil industry 



 

 

Az

ərbaycan neftinin qədimlərə gedən tarixi bizim eradan əvvəl VII-VI əsrlərə  



t

əsadüf edir. Zəngin təbii sərvətləti ilə hər zaman seçilmiş Azərbaycan, öz neft 

il

ə də  şöhrət qazanmışdır.  



Bildiyimiz kimi, Az

ərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində 

böyük inkişaf yolu keçmişdir. Bütün dünyada qədim neft diyarı kimi tanınmış 

Az

ərbaycanda neftin sənaye üsulu ilə  hasilatı  hələ  XIX  əsrin  ortalarından 



başlanmışdır.  1848-ci ildə  Bakıda,  Bibiheybət  yatağında  qazılmış  quyudan 

vurmuş  neft  fontanı  Azərbaycanda  "qara  qızılın"  sənaye üsulu ilə 

çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı 

v

ə  emalı  üzrə  dünyada birinci yerə  çıxmış,  dünya  neft  hasilatının  yarısını 



vermişdir (3).  

Az

ərbaycanın  təbii  neft  qazını  isə  dünyada ilk dəfə  olaraq 1836-cı  ildə 



akademik  Q.İ.  Qessi  elmi  surətdə  təhlil  etmiş  və  onun tərkibini müəyyən 

etmişdir. Professor K.V. Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış 

v

ə təsərrüfat işləri üçün təbii qazdan ilk dəfə azərbaycanlılar istifadə etmişlər. 



Tarixi s

ənədlərə  istinadən mexaniki üsulla dünyada ilk neft quyusu 1847-ci 

ild

ə  Bibiheybətdə  qazılmışdır.  Sübut  olunmuşdur  ki,  dənizdə  də  ilk neft 



quyusu XVIII 

əsrdə  Abşeron  yarımadasında  –  dənizdən 19 metr  aralıda 

qazılmışdır.  Sonralar  Xəzər dənizinin  qalxması  nəticəsində  həmin neft 

k

əhrizləri  suyun  altında  qalmışdır.  Azərbaycan dünyada təkcə  ilk neft-qaz 



hasilatçısı  kimi  deyil,  həm də  ilk  neftayırma  müəssisələrinə  malik bir ölkə 

kimi d


ə tanınır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma 

zavodları  istifadəyə  verilir. Hasil və  emal olunan neft və  neft məhsullarının 




189 

 

dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft 



k

əməri  çəkilir (

2

). 


Az

ərbaycan  neftin  emalı,  tədqiqi və  nəqli sahəsində  də  dünya neft sənayesi 

tarixind

ə bir sıra mühüm ilklərə imza atmışdır.  

Bel

əliklə, dünya neft sənayesi tarixində  ilk dəfə  olaraq Azərbaycanda  baş 



vermiş tarixi hadisələri 2 qrupa ayıraraq aşagıdakı kimi xarakterizə etmək olar. 

1) Hasilat v

ə daşıma sahəsində: 

-  1803-cü ild

ə  dünyada ilk dəfə  bakılı  Hacı  Qasımbəy Mənsurbəyov 

d

ənizdə, Bibi –  Heybət  buxtasında  sahildən 18 və  30  m  aralıda  yerləşən iki 



quyudan neft çıxarmağa başlamışdır;  

İlk  dəniz mədəni 1825-ci ildə, Xəzər dənizində  güclü tufan 



n

əticəsində dağıdılmışdır;  

-  1846-

cı  ildə  Bakıda,  Bibi-Heybətdə  Zaqafqaziya  diyarı  idarəsinin 

şura üzvü Vasili Semyonovun təklifi ilə neft kəşfiyyatı məqsədi ilə dərinliyi 21 

olan dünyada ilk neft quyusu qazılmışdır, yəni dünyada ilk dəfə qazma işi 



müsb

ət nəticələnmişdir.  İş  Bakı  neft  mədənlərinin direktoru mayor 

Alekseyevin r

əhbərliyi altında aparılmışdır;  

-  1847-ci  ild

ə  8–14 iyul tarixlərində  Qafqaz  canişini  knyaz  Mixail 

Vorontsov öz s

ənədlərində Xəzər dənizinin sahilində (Bibi Heybət) dünyada 

ilk neft quyusunun qazılması faktını və müsbət nəticə verməsini rəsmi şəkildə 

t

əsdiq etmişdir;  



- 1877-ci ild

ə Lüdviq Nobelin sifarişi ilə dünyada ilk dəfə olaraq polad 

korpus Motala (

İsveç) şəhərində hazırlanmış “Zərdüşt” neftdaşıyan paroxodu 

inşa edilmişdir, paroxodun qızdırılmasında neft qalıqlarından istifadə edilirdi;  

- 1881-cü ild

ə dünyada ilk dəfə olaraq “Nobel qardaşları” firması neft 

v

ə  neft məhsullarının  dəmiryol sisternlərində  daşınmasını  həyata  keçirmişdir 



(h

ər sisternin üzərində “Nobel qardaşları Şirkəti” sözləri yazılmışdı);  

-1886-

cı ilin iyun ayında “İşıq” neftdaşıyan paroxodu dünyada ilk dəfə olaraq 



Bakının ağ neftini Batumdan Londona daşıdı (bu gəmi də Nobel qardaşlarına 

m

əxsus “Zərdüşt”ün hazırlandığı Motala şəhərinin zavodunda inşa edilmişdi);  



-  1897-ci ild

ə  dünyada ilk dəfə  olaraq Xəzər dənizində  “Assan 

Dadaşov” adlı iki pərli tanker peyda oldu; 

-  1897-1907-ci ill

ərdə dünyada ən böyük ağ neft xətti olan 829 verst 

uzun


luqda Bakı-Batum xətti inşa edildi. Bu xətt Zaqafqaziya dəmir yollarına 

m

əxsus idi və ümumi dəyəri təxminən 50 milyon rubl təşkil edirdi;  



-  1899-1901-ci ill

ərdə  hasil edilən neft əksər həcminə  görə Bakı  neft 

s

ənayesi ildə  11,5 milyon ton neft verməklə  dünyada birinci yeri tutur. Bu 



zaman Amerika Birl

əşmiş  Ştatlarında  (ABŞ)  ildə  9,1 milyon ton neft hasil 

edilirdi;  

-  1901-ci ild

ə  Alfred Nobelin təsis  etdiyi  ilk  Nobel  mükafatlarının 

verilmişdir.  İsveç  tarixçisi,  Nobel  ailələrinin arxivi ilə  işləmiş  Erik 




190 

 

Be



rqenqrenin  (1962)  şəhadətinə  görə, Alfredin ona məxsus  kapitalın  Bakı 

yataqlarından  çəkilməsi  (Nobel  mükafatının  12%-ni təşkil  edirdi)  haqqında 

q

ərarı tezliklə beynəlxalq mükafatın təsis edilməsi ilə nəticələndi;  



-  1903-1904-cü ill

ərdə  dünyada ilk böyük dizel tankerlərinin  – 

“Vandal” v

ə “Sarmat” teploxodları Emmanuel Nobelin rəhbərliyi altında inşa 

edildi. Dünyada ilk d

əfə “Vandal” teploxodunun (1903) dərinliyi 74,5 m.-yə 

çatırdı; onun yük götürmə qabiliyyəti – 750 ton, sürəti 7,4 dəniz milindən artıq 

deyildi (1 mil = saatda 1,852 km) idi; burada daimi c

ərəyan generatoru ilə işə 

düşən qeyri-reversiv üç silindirli dizellər quraşdırılmışdı;  

-  1909-cu ild

ə  ilk dəfə  dünya  praktikasında  Xəzərin təkindəki neft 

laylarının işlənməsi üçün Bibi-Heybət buxtasında tökmə işlərinə başlandı. İşlər 

1932-ci ild

ə mühəndis Pavel Potoskinin rəhbərliyi altında başa çatdırıldı;  

-  1910-cu ild

ə  İRTC  BŞ-nin  üzvü  İvan  Qluşkov  dünya  neft 

praktikasında  ilk  dəfə  olaraq  Bakıda  “Neft  yataqlarının  qazılmasına  aid 

t

əlimatları”  hazırladı,  bu  təlimatlar  əsasında  Bakı  məktəblərinin tələbələrinə 



qazmanın  ümumi  əsasları  tədris edilirdi. 3 ildən sonra  o,  “Neft  quyularının 

istismarı”  adlı  monoqrafiyasını  nəşr  etdirdi.  “Maye mədənlərin-  neftin və 

duzlu suların hasilatı”;  

- 1923-cu ild

ə Bakı mühəndisi Matvey Kapelyuşnikov dünyada ilk dəfə 

birpill


əli reduktorlu trubobur (qazma maşını) kəşf etdi;  

-  1924-cü ild

ə  dünyada ilk dəfə  olaraq  İliç  buxtasında  ada  tipli 

dir


əklərlə  təchiz  edilmiş  ilk  ada  tipli  dəniz sənaye  nefti  istehsal  etmişdir 

Matvey  Kapelyuşnikov  turboburla  (qazma  maşını)  Suraxanıda  dünyada  ilk 

neft quyusunu qazdı. Onun dərinliyi təxminən 600 m idi;  

-  1933-1934-cü ill

ərdə  dünyada ilk dəfə  olaraq,  Bakıda  Xubentsov 

qardaşları  batırılmış  ağac  ponton  formasında  üzən  özülün  konstruksiyasını 

t

əklif etdilər. Bu özüldən ilk dəfə olaraq dərinliyi 365 m olan neft kəşfiyyat 



quyusu  qazıldı.  İlk  üzən qazma  qurğusu  isə  Xəzər dənizində  1934-cü ilin 

sentyabr ayından etibarən fəaliyyətə başladı;  

-  1936-

cı  ildə  dünyada ilk dəfə  sovet mühəndisləri qrupu (Pyotr 

Şumilov,  Eyyub  Tağıyev  və  başqaları)

 

t



ərəfindən çox pilləli reduksiyonsuz 

qazma borusu hazırlandı; 

Dünya  geoloji  praktikasında  ilk  dəfə  olaraq dəniz  neft  yataqlarının 



işlənməsi üçün mühəndis  A.M.  Pobedin  struktur  qazmanı  həyata keçirmək 

üçün d


ənizdə, Mərdəkan qəsəbəsi və  Abşeron  boğazında  Xəzər dənizinin 

t

əkinin struktur xəritəsini hazırladı; 



-  1940-

cı  ildə  Qala  yatağında  dünyada  ilk  dəfə  olaraq Ostrovski, 

Aleksandrov v

ə  sair  konstruksiyaların  elektrik  qazma  üsulu  ilə  qazılması 

h

əyata keçirilmişdir; 



- 1941-ci ild

ə Bayılda dünyada ilk dəfə olaraq turbin üsulu ilə dərinliyi 

2000 m olan maili quyu qazıldı; 



191 

 

-  1948-ci ild



ə  Avropada və  SSRİ-də  ilk dəfə  olaraq  usta  Əliyulla 

t

ərəfindən oktyabr ayının 2-də Suraxanıda 3800 dərinlikdə olduqca dərin quyu 



qazıldı (№ 1308) və fontan vurdu;  

-  1949-cu ild

ə dünya neft sənayesinin tarixində ilk dəfə olaraq avqust 

ayının  24-də  Abşeron  şelfində  unikal dəniz  yataqlarının-Neft  Daşlarının 

k

əşfiyyatına başlandı və orada polad dəniz özülləri quruldu. Bir aydan sonra 



bu yataqda ilk quyu qazıldı, 1000 metr dərinliyə çatanda neft fontan vurdu;  

-  1958-ci ild

ə  Brüsseldə  keçirilən ümumdünya sərgisində  bütün 

avadanlıqları ilə birlikdə iki pərli qazma qurğusu nümayiş etdirildi. Professor 

Eyyub  Tağıyevin  rəhbərliyi  altında  bu  qurğunun  müəllif kollektivinə  Qızıl 

medal verildi;  

-  1971-ci il  m

art  ayının  28-də  Azərbaycanda  neftin  hasilatına 

başlandığı tarixdən 1 milyard ton neft hasil edildi

-  1976-


cı  il  dekabr  ayında  SSRİ  neft  yataqlarında  (“Başneft”, 

“Udmurtneft” v

ə “Permneft”) möhkəmliyi və etibarlılığına görə milli və dünya 

standartlarını ötüb keçən yeni polad markalarından yüksək dərəcədə davamlı, 

d

ərin sorucu qazma ştanqı uğurla sınaqdan keçirildi;  



-  1994-cü il 20 sentyabr tarixind

ə  Azərbaycan Prezidenti Heydər 

Əliyev respublika parlamentinin 2 dekabr tarixində ratifikasiya etdiyi “Azəri-

Çıraq-Günəşli”  yataqlarının  istismarı  üzrə  beynəlxalq  kontraktı  –  “Əsrin 

kontraktını”  imzaladı.  Bu kontrakt 12 dekabr tarixində  qüvvəyə  mindi. 

Kontraktın məbləği 13 milyard ABŞ dolları məbləğində dəyərləndirildi;  

-  2005-ci il m

ay  ayında  Bakıda,  Səngəçal  neft  terminalında 

Az

ərbaycan, Türkiyə, Gürcüstan və Qazaxstan prezidentləri dünya əhəmiyyətli 



Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin doldurulmasına start verdilər.  

2)

 

Emal sah

əsində:  

-  1837-ci ild

ə  dünyada ilk  dəfə  olaraq  Balaxanıda  Nikolay 

Voskoboynikovun neft ayırma zavodu fəaliyyətə başladı;

 

 

- 1875-ci ild



ə dünya neft sənayesinin tarixində ilk dəfə olaraq məşhur 

neft s


ənayeçisi Viktor Raqozin sürtgü yağlarının emalına başladı. 1878-ci ildə 

is

ə onun xaricə apardığı Bakı sürtgü yağı dünya bazarını əlbəəl fəth etdi; 



-  1883-cü ild

ə  dünyada ilk dəfə  olaraq  Bakıda  Nobel  qardaşlarının 

zavodunda neftin fasil

əsiz distillə  edilməsi məqsədi ilə  V.Q.Şuxov  və  İ.İ. 

Yelin t

ərəfindən layihələndirilmiş kub batareyası quraşdırıldı; 



-  1885-ci ild

ə mühəndis Q.V.Alekseyev neft tarixində ilk dəfə olaraq 

Bakıda yağ qudronunun krekinqi vasitəsi ilə (hissələrə ayırma) benzin və ağ 

neft almaq üçün kub s

ənaye  qurğusunu  layihələndirdi və  quraşdırdı 

(S.M.Şibayevin zavodunda); 

- 1891-ci ild

ə dünyada ilk dəfə olaraq V.Şuxov və S.Qavrilov fasiləsiz 

h

ərəkət edən termik boru krekinq qurğusunu ixtira etdilər (patent № 12926); 




192 

 

-  1900-cü ild



ə  Beynəlxalq  Neft  qurultayı  Vladimir  Markovnikovu 

Qafqaz v


ə  Abşeron  neftini  kompleks  şəkildə  tədqiq etdiyinə  görə  Qızıl 

medalla t

əltif etdi. Bu da yeni karbohidrogenlərin – naftenlərin kəşfinə gətirib 

çıxardı;


 

 

-  1901-ci ild



ə  Almaniyada, “Friedrich Viweg u Sohn” nəşriyyatında 

alman dilind

ə  Bakı  neft-kimyaçısı  R.A.Vişinin  “Neftenlər (neftin siklik 

polimetill

əri) və digər karbohidrogenlər sırasında onların mövqeyi” adlı kitabı 

n

əşr  edildi. Bu kitab dünyada neftenlərin ilk tam və  sistemli tədqiqi hesab 



edilir; 

-  1905-ci ild

ə  dünya  neft  praktikasında  ilk  dəfə  olaraq  Balaxanıda 

kompressor istismar üsulu il

ə tətbiq edildi; 

-  1912-ci ild

ə  Bakıda  mədən mühəndisi Semyon Kvitko neft 

qalıqlarının termik ayrılması üsulunu işlədi. Ona “təzyiq altında və təhyiqsiz 

mazutun yüks

ək  temperaturlu  ayrılmasından  benzinin  alınması”  tədqiqatına 

gör

ə 21963 saylı patent verildi; 



-  1914-cü ild

ə  dünya neft elmində  ilk dəfə  olaraq  Bakıda  professor 

M.M.Tixvinskiy neftin quyulardan s

ıxılmış  qaz–qazliftin köməyi ilə 

çıxarılması üsulunu kəşf etdi; 

-  1915-ci ild

ə  dünyada ilk dəfə  olaraq,  Bakıda  professor  Nikolay 

Zelinskiy  neftin  krekinqi  zamanı  oksid  mektallardan  əlavə  (titan, aluminium 

v

ə  sink) katalizator qismində  floridindən və  Baxçasaray gilindən də  istifadə 



etm

əyin mümkünlüyünü təsbit etdi; 

-  1920-ci il 14 noyabr tarixind

ə  M.Əzizbəyov  adına  Bakı  Politexnik 

İnstitutunun  əsası  qoyuldu.  Bu  ali  məktəb (sonradan –  Azərbaycan Neft və 

Kimya  institutu,  hazırda  Azərbaycan  Dövlət  Neft  Akademiyası)  Avropa  və 

Asiyada neft s

ənayesinin bütün sahələri üçün mühəndis kadrlarını hazırlayan 

ilk ali m

əktəbdir; 

-  1929-1934-cü ill

ərdə  Vladimir  Şuxov,  Matvey  Kalelyuşnikov  və 

F

ətullabəy Rüstəmbəyov  Bakıda  boru  krekinq  qurğusunu  kəşf  etdilər və 



quraşdırdılar.  Bu  qurğuda  həyata keçirilən proses dünya neft tarixinə  “sovet 

krekrinqi” adı ilə daxil oldu və neftin dərin ayrılması təcrübəsinin inkişafında 

n

əzərəçarpacaq rol oynadı; 



-  1934-cü ild

ə    “Azərbaycan neft təsərrüfatı”  jurnalında  Fətullabəy 

Rüst

əmbəyovun milli və xarici təcrübəni təhlil edən məqalələri çap edildi. O, 



dünyada ilk d

əfə  olaraq  sualtı  neft  yataqlarının  kəşfiyyatının  və  Xəzər 

d

ənizində neft quyularının inşa edilməsinin nəzəri və praktiki əsaslarını şərh 



etdi; 

-  1936-


cı  il  yanvar  ayında  Bakıda  neft  qazlarından  etil  spirtinin 

alınması  üzrə  sənaye  qurğusu  istismara  verildi.  Bakı  neft-kimyaçılarının 

yaratdığı  bu  qurğu  (Mark  Dalin  və  başqaları)  dünyada  bu  tipli  ilk  sənaye 

qurğusu idi; 




193 

 

- 1939-cu ild



ə dünya neft elmində ilk dəfə olaraq, Murtuza Nağıyevin 

termik krekinqin timsalında resurkulyasiyanın köməyi ilə kimyəvi proseslərin 

sür

ətləndirilməsinin nəzəri əsaslarının şərh edildiyi tədqiqatları nəşr edildi; 



- 1942-ci ild

ə akademik Yusif Məmmədəliyev aviasiya benzinləri üçün 

misilsiz yüks

ək  oktantlı  komponentlərin  alınması  üzrə  tam yeni metod kəşf 

etdi. Onun r

əhbərliyi  altında  neft  xammallarından  toluolun  sintezinin  yeni 

s

ənaye metodu işlənib-hazırlandı və tətbiq edildi. Bunun nəticəsində partladıcı 



madd

ələrin alınmasında istifadə edilən toluolun kefyiyyətini son dərəcə artırdı; 

-  1949-cu ild

ə  dünyada ilk dəfə  olaraq  Bakıda  açıq  dənizdə  hidro-

texniki  qurğuların  inşasına  başlayan  “Qiprodənizneftqaz” elmi-tədqiqat və 

layih


ə institutu təsis edildi; 

- 1977-ci ild

ə dünyada ilk dəfə olaraq professor Bahadur Zeynalov neft 

neften karbohidrogenl

ərinin  birbaşa  oksidləşdirilməsi yolu ilə  sintetik naften 

turşusununi alınması prosesini işləyib-hazırladı; 

-  2002-ci ild

ə  dünya neft təcrübəsində  ilk dəfə  olaraq professor 

Əliməmməd  Şabanov  neft  laylarının  su  tərkibini müəyyənləşdirmək üçün 

kimy


əvi sensorları və spin-nişanlanmış üzvi birləşmələri tətbiq etdi

- 2005-ci il akademik Y.Q.M

əmmədəliyevin yüz illik yubileyi şərəfinə 

YUENSKO-nun q

ərarı  ilə  2005-ci il Yusif Məmmədəliyev ili elan edildi. 

Görk


əmli  neft  kimyaçısı  –  Qələbə  yanacağının  ixtiraçısı  II  dünya 

müharib


əsində faşizm üzərində qələbənin çalınmasında misilsiz rol oynamışdır 

(1).  


Yuxarıda qeyd olunmuş, önəmli faktlar və arqumentlərdən aydın olaraq 

görünür ki, Az

ərbaycanda  neftə  dair elmi-tədqiqatların  aparılması,  neftin 

emalı,  istismarı, nəqli  və  s. dünya neft sənayesinə  əvəzsiz elmi və  təcrübi 

faydalar vermişdir. Belə ki, həm dünya neft sənayesi tarixində, həm də müasir 

dövr müxt

əlif neft sahələri  üzrə  milli və  beynəlxalq layihələrin, elmi-

ixtiraların  icad  edilməsində  Azərbaycan neftinin və  xüsusilə  də  Azərbaycan 

aliml

ərinin xidmətləri danılmaz faktlardandır. 



 

ƏDƏBİYYAT 

 

1.

 

http://www.azerbaijans.com/content_781_az.html



 

2.

 

http://www.azerbaijan.az/portal/StatePower/Committee/committeeConcern 01 a.html#1

 

3.

 

http://www.azerbaijan.az/portal/Economy/OilStrategy/oilStrategy_01_a.html

 

 

 

 

 

 



 

 

 




194 

 

   



Т. МИРЗОЕВА  

 

ЗАЧИНАТЕЛИ В ИСТОРИИ МИРОВОЙ  

 

ПРОМЫШЛЕННОСТИ АЗЕРБАЙДЖАНА 

 

РЕЗЮМЕ 

 

В  статье  рассказывается  о  положении  Aзербайджана  в  истории  мировой 

нефтяной  промышленности.  Здесь  впервые  в  истории  мировой  нефтяной 

промышленности имели место исторические события, характеризующие  производство, 

исследование и транспортировку азербайджанской нефти. А также даётся информации 

о зачинателях в области производства транспортировки и обработки. 

 

T.MIRZAYEVA 

 

 

BEGINNINGS OF AZERBAIJAN IN THE HISTORY  

OF THE WORLD OIL INDUSTRY  

 

SUMMARY 

 

The article deals with the position of Azerbaijan in the history of  world oil industry. 

Here the Azerbaijani oil refining, studying and transportation for the first time in the history of 

the global oil industry that took place in Azerbaijan are characterized. Also information about 

beginnings of oil production and transportation and its processing is given in the article. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə