110
sə lap fağırlayıb süst düşən atın boynunu qucaqlayıb üzündən öpdü. Onun gözlərinə
baxdı: «Sənə nə olub, Qəmər?» – deyə pıçıldadı... O, atın ətrafına dolandı, dal tərəfə
keçdi və daş kimi donub yerində qaldı. Kişinin başına elə bil ağır zərbə endirdilər.
Gözlərini qırpmadan təəccüb, heyrət və dəhşətlə ata baxdı. Əlini onun belində,
boynunda gəzdirdi. Elə bil onun əlinin altında soyuq bir ilan tərpəndi. Kişi diksinib
geri çəkildi. Bədənini üşütmə götürdü. Bir xeyli gözlərinə inanmadı. Sərxoş kimi iki-
üç dəfə atın dövrəsinə fırlandı... Hər şey aydın idi. Atın yalını, quyruğunu
qırxmışdılar. Ona bir daha sataşmışdılar, onu təhqir etmişdilər, onun qüruruna
toxunmuşdular. Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Bunlara toxunmaq,
onun namusunu ayaq altında tapdalamaq demək idi. Onu diri gözlü qəbrə soxmaq,
sinəsinə çal-çarpaz dağ çəkmək demək idi». (85, 340-341)
Gəray bəy kimi, həm Cahandar ağa, həm də Kərbəlayi İsmayıl var-dövlətlərinin
alınmasını onların kişiliyinə, hətta namusuna toxunulması hesab edirlər. Onlar öz
sərbəstliklərini, azadlıqlarını əldən vermək istəmirlər. Rus çarizminin Azərbaycanı
istila edib onun var-dövlətinə yiyələndiyi ilk illərdə Cahandar ağa belə düşünürdü:
«Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də
əlimizdən alalar. Bir balaca tərpənən kimi başının üstünü kəsdirirlər ki, qanun buna
yol vermir, elə oturmayın, elə durmayın. Axı, deyən gərəkdir ki, sizə nə var?». (85,
435)
Cahandar ağalar, Gəray bəylər və Kərbəlayı İsmayıllar öz qanunları – mərdlik,
kişilik, qoçaqlıq, düzlük qanunları ilə yaşamışlar. Bu adamlar istilanı,
müstəmləkəçiliyi, hər hansı bir şəxsin var-dövlətinin başqası tərəfindən talanmasını,
saxta hökmranlığı təsdiq edən «qanunları» tanımaq, onlara kor-koranə baş əymək
istəməmişlər.
Tarixin müəyyən mərhələlərində uydurma qanunların fəaliyyət göstərdiyi və
bunların xalqımızı çox bəlalara düçar etdiyi Səməd Vurğunun bir şerində də öz əksini
tapmışdır:
111
Bir qanun uydurdu hər gəlib-gedən,
Min pərdə tutuldu al səhərlərə.
Yazıq babaları düşündükcə mən
Ağrımış ürəyim, bəlkə, min kərə.
Ədalət adına, qanun adına
Durdu cərgə-cərgə dar ağacları.
Paslı qılınc kimi salındı qına
Bəşərin mənəvi ehtiyacları.
(«Böyük bir kitab var bizim həyatda». 132, 29)
«Komsomol poeması»ndakı obrazlarda xalqımıza məxsus spesifik xüsusiyyətlər
də öz əksini tapmışdır. Poemanın ricətlərində aşağıdakı misraların işlədilməsi heç də
təsadüfi deyil, milli ruha, soy-kökə bağlılığın ifadəsidir:
Nədən şerlərim ağıza düşüb,
Dağların çobanı məni anmasın?
Nədən karvanıyla quşlar ötüşüb
Başımın üstündə havalanmasın?
Dağların çobanı məni anmasın?
Nədən bu torpağın şirin ləhcəsi
Şairəm deyənə biganə qalsın?
Nədən şerimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!.. (133, 18)
Səməd Vurğun obraz yaradıcılığında milliliyə xüsusi diqqət yetirilməsini vacib
saymış və özü buna riayət etmişdir. Şair 1934-cü ildə qələmə aldığı «Mən necə
yazıram?» adlı məqaləsində bu barədə belə demişdir: «Komsomol poeması»ndakı
Gəray bəy tipinin türk mülkədarı olduğunu bildirmək üçün:
112
Belə getsə bu güzəran,
Əllərimdə donmasa qan,
Papaq mənə haram olsun.
∗
– dili ilə danışdırıram. Yaxud, onun dərdlərinə, qayğılarına şərik olan mürtəce
bir aşığın da türk aşığı olmasını bildirmək üçün:
Ay ağalar, ay paşalar,
Dərd başımdan aşdı yenə.
Açıldı tanrının gözü,
Sellər, sular daşdı yenə.
Heç gülmədi aşıq Vəli,
Haqqa müsafir gələli,
İmamların kömək əli
Bizdən uzaqlaşdı yenə –
deyir. Məncə, bu sözləri yalnız türk aşıqları (əlbəttə, burada gətirdiyim parçanı ancaq
bu aşıqların mürtəce qismi) deyə bilər, başqaları üçün xarakterik ola bilməz». (146,
90) Şair «aşıqların mürtəce qismi» deyərkən yeni quruluşun əleyhdarlarını nəzərdə
tutmuşdur.
Gəray bəyin dediyi sözlər onu bir azərbaycanlı, həm də Azərbaycan mülkədarı
kimi düzgün səciyyələndirir.
Əsərdə ayrı-ayrı obrazların hərəkətlərində, bir-birinə münasibətində də milli
çalarlar bariz şəkildə özünü göstərir. Bu baxımdan Cəlalla Humayın görüşü
səhnəsinin təsviri xalqımızın adət-ənənələrinə, həya-ismətlə bağlı əxlaq normalarına
sadiqliyin nümunəsi hesab oluna bilər:
- Yox, babam çox sevir, bil, xatirimi,
Bilmərrə andırsan ona sevgimi
∗
Бу парча «Комсомол поемасы»нын няшрляриня дахил едилмямишдир. Эюрцнцр, о вахтлар дярж олунмамыш вя сонралар да
ялдя едилмямишдир.
113
O səni əfv edər, bağışlar bilsən,
Babamı bir belə qatil bilmə sən...
Dedikcə Humayın gözləri gülür,
Cəlalın ayağı yerdən üzülür
Toyda nağıl deyən bir aşıq kimi.
Sonra sevgililər sarmaşıq kimi
Birdən quçaqlaşır...
Ay uzaqlaşır. (133, 40)
Adətən azərbaycanlı gənclər öz məhəbbətini gizlin saxlayır, bu barədə heç kəsin
bilməsini istəmirlər. Bu işdə aşkarlıq qəbahət sayılır. «Komsomol poeması»nda bu
məsələ ilə bağlı incə bir yer vardır. Cəlal biləndə ki, Bəxtiyar onun Humaya olan
məhəbbətindən xəbərdardır, bu zaman utancaqlıq hissi keçirir. Şair bunu bircə sözlə –
«qızarmaq» sözü ilə göstərmişdir. Məlumdur ki, üzün qızarması utancaqlığın
əlamətidir:
Sonra Bəxtiyar
Cəlalda rəng verən halı duyaraq:
– Aşna, bəri bax!
Nə var? Qaşqabağın tökülmüş yenə
Aç söylə dərdini, nə olmuş sənə?
– Qoy qalsın hələlik, sonra bilərsən.
– Yox aşna, nə qədər gizlətsən də sən
Özüm xəbərdaram...
Cəlal qızardı.
Onun gözlərində iztirab vardı. (133, 41)
Cəlal dağlara – Gəray bəyin yanına getdikdən sonra Humayın həyəcanlı, iztirablı
günləri başlayır. Bəxtiyarın gəldiyini gördükdə özündən asılı olmayaraq bir xəbər
bilmək məqsədilə onun qabağına qaçır.
Əlbəttə, onun bu hərəkəti azərbaycanlı qız üçün yolverilməz
Dostları ilə paylaş: |