233
yaratsam, 1933-cü ildə yazdığım bu kiçik şerə aşıladığım motivləri bütün əsərlərimdə
oxuyacaq, duyacaqsınız». (135, 273)
Bu da təbiidir. Axı, Səməd Vurğun bu şeri «Azərbaycan» epopeyasının proloqu
kimi düşünmüşdü...
Şair bütün əsərlərində Azərbaycan xalqının oğludur, o, dünənə də, bu günə də,
sabaha da bir azərbaycanlı kimi baxır, doğma diyarı da məhz azərbaycanlı kimi
görürdü. Azərbaycanın özü də, sakinləri də, dağı da, aranı da, ən kiçik ağacı, daşı,
kolu da onun üçün əzizdir, doğmadır. Bu baxımdan «Çinarın şikayəti» (1936) şeri
xüsusi maraq doğurur.
Şerin yazılması konkret bir hadisə ilə bağlıdır. 1936-cı ildən Gəncədə işləmiş və
burada Səməd Vurğunla dəfələrlə görüşmüş curnalist Ənvər Qasımov öz xatirələrində
yazır: «Növbəti gəzintilərimizin birində şairə (S.Vurğuna – A.B.) Gəncə çinarlarının
qorunmamasından, hətta bu köhlənlərin baxımsız qaldığından şikayətləndim. Şair
sözümə dil yetirdi:
– ...Çinarlar qədim Gəncənin şöhrətidir. Hər ağacın dibində bir manqal
tüstülənir, ağacların əlçatmaz budaqları dəhrələnir.
Həmin bağdan bir küçə aralı, o zamankı sənaye texnikumunun qabağında bir cüt
çinarın kəsilmək qorxusu altında olduğunu dedikdə, Səməd Vurğun pərt oldu. Bir
neçə dəqiqədən sonra şair həmin qoşa çinarın görüşünə getdi... Gövdəsi əl-ələ vermiş
beş igidin qulac qollarına çatan həmin çinarları gördükdə Səməd lal-kar durub xeyli
baxdı. Onun çöhrəsində heyranlıqla qəzəb bir-birinə qarışdı. Mən hiss etdim ki, şairi
əsəbiləşdirmişəm, suçumu yüngüllətmək üçün gühahkar halda dedim:
- Bu küçədən düz vağzala qədər tramvay yolu çəkirlər, deyəsən çinarlar relslərin
düz salınmağına mane olaçaq...
Səməd Vurğun şəhər sovetinin sədri Həmid Sultanovun, şəhər partiya
komitəsinin birinci katibi İbrahim Tağıyevin yanına getdi, şəhərdə mədəniyyət
işlərinin inkişafı, təbiətin mühafizəsi barədə onlarla nə danışdı, nə məsləhətləşdisə,
həmin çinarları kəsmədilər... Ancaq şair Bakıya qayıdandan sonra «Çinarın şikay-
234
əti» şerini yazdı, həmin şer gərək ki, 1936-cı ilin axırlarında «Kommunist» qəzetinin
səhifələrində çap edildi». (114, 250-251)
Şer ilk dəfə müəllifin belə bir qeydi ilə çap olunmuşdur: «Bəzi şəhərlərimizdə
«ağıllı» mühəndislərin quruluş proyektinə görə çinarlar yıxılmalı imiş. Vətənimizin
gözəl təbiətinə qarşı bu kimi qaba rəftarın qarşısını almaq üçün şair öz səsini
ucaltmalıdır».
«Çinarın şikayəti» ağacın dilindən yazılmışdır. Bu qoca dünyanın şahidi olan
çinar dil açıb şairə şikayətlənir. O deyir ki, hər gəlib gedən onun kölgəsində dincəlir,
yaş torpağında bağçalar gül açır, hər yarpağında quşların adı var, budaqları isə hava
səngəridir. Bu çinarın başına karvanlar dolaşmış, çahangirlər bağrını doğramışdır.
Lakin qocaman çinar Vətən torpağı üzərində həmişə vüqarla dayanmış, öz əzəmətini
itirməmişdir:
Başımda oynamış yüz boranlı qış...
Sanma ki, qüdrətim, gücüm qalmamış.
Bax, ayrılmamışam öz kötüyümdən!..
Qəhrəman bir elin timsalıyam mən... (131, 247)
Göründüyü kimi, Səməd Vurğun çinarı həm təbiətin nadir neməti, təmiz havanın
və suyun, münbitliyin mənbəyi, həm də ulu tariximizin şahidi kimi qoruyur, gələcək
nəsillərə çatdırılmasını istəyir. Şairin təsvirində bu qocaman çinar yurdun rəmzidir.
Məhz buna görə də onu ana torpaqdan ayırmağa heç kəsin haqqı yoxdur.
Çinar şairin başqa bir şerində də Vətənin rəmzi kimi verilmişdir. Maraq doğuran
bir cəhət də vardır ki, Səməd Vurğun «Mənim arzum» adlandırdığı bu şeri həmin
dövrün kənc şairlərindən birinin şerindən ilhamlanaraq qələmə almışdır. Həmin gənc
şair – dövrünün ədəbi gəncliyinin istedadlı nümayəndəsi Adil Babayev sonradan öz
xatirələrində bu barədə belə yazmışdır: «1945-ci ilin payız günləri idi. Mən
Tbilisidən Bakıya yenicə gəlmişdim. Başqa gənc qələm yoldaşlarımla birlikdə şerlər
yazırdım...
235
Mən o zaman «Çinar» adlı bir şer yazmışdım. Uzun müşahidənin və coşqun gənclik
hisslərinin məhsulu olan həmin şerdə doğma vətənindən didərgin salınmış, ömrü
sürgünlərdə, zindanlarda keçmiş, nəhayət... Azərbaycana, öz doğma kəndinə qayıtmış
bir azərbaycanlının taleyi təsvir edilirdi. Şer «Qocanın söhbəti» adı ilə «Kommunist»
qəzetində dərc olundu. O, pis qarşılanmadı. Mən şerin dərc olunmasına və oxucuların
razılığına sevindim. Lakin bir neçə gündən sonra baş verən hadisə mənim fərəhimi,
sevincimi qat-qat artırdı. Noyabr ayının 10-da «Kommunist» qəzetində «Mənim
arzum» adlı bir şer oxudum. Unudulmaz Səməd Vurğunumuzun bu şeri mənə ithaf
olunmuş və şerin:
Daddımsa aləmin hər nemətini,
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini,
Bu boylu çinarın altında gördüm.
bəndi epiqraf qoyulmuşdu». (97, 87-88)
Şer gənc şairə xitabən yazılmışdır. Gənc şairin yüksək vətənpərvərliyi,
«dünyanın ən böyük səadətini» ana yurdun torpağında bitmiş çinarın kölgəsində
görməsi Vurğunu fərəhləndirirdi:
Şair, nə incədir rübabın sənin!
Uçurdu ruhumu çaldığın bu saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.
O səcdə qıldığın çinar kölgəsi
Mənim də şerimin qibləgahıdır. (132, 203)
Səməd Vurğun öz gənc həmkarını ana torpağı qarış-qarış gəzməyə, hər daşın
altında bir gövhər axtarmağa, yuvasından tərlanı səsləməyə, qartal qanadı ilə fəzaları
aşmağa çağırır. Onun gənc şairə tövsiyəsi budur: «Mən keçən yolları sən də keç,
qardaş!»
Dostları ilə paylaş: |