224
İNTİZAR...
2011
-ci ilin payızında Ağa Musa Nağıyevin məzarından bir
ovuc torpaq, varisi Dilarə xanımın səyi ilə Kərbəla torpağına
göndərildi.
İntizar...
Qəlbi göynədən, ruhu narahat edən intizar.
Qovuşmağa can atanların qarşısına sipər çəkən intizar.
Son qoyuldu bu intizara. Təslim oldu intizar. Ətəklərini yı-
ğıb əridi, yox oldu, gözdən itdi bu intizar.
İki həsrətli bir-birinə qovuşur.Yaman uzun çəkdi bu həsrətin
müddəti. Düz 93 il.
Oğul həsrətli:
Ata - Ağa Musa, Ata həsrətli: oğul - İsmayıl!
Torpaq həsrətini,
Kərbəla həsrətini çəkdi, Ağa Musa.
Uyuduğu məzardan bir ovuc torpaq uzaq səfərə yola düşdü.
Biləcəri adlı qədim məkandan Kərbəla adlı müqəddəs bir
məkana bir ovuc torpaq.
Bəlkə İmam Hüseynin qanı axan torpağa məlhəm olmaq
üçün gedir bu əmanət.
Çünki bir ovuc torpağın sahibinin sinəsində çalın-çarpaz öv-
lad dağı var.
Əmanət torpaq məkana çatanda Ağa Musanın ruhu rahatlıq
tapacağına inanmamaq qeyri mümkündür.
Torpaq götürən an ətrafı azan səsi bürüdü. Bu Allahın mər-
həməti və lütfü idi.
Hamı heyrət içində idi. Kərbəlaya gedən bir ovuc torpaq bu
sədaların altında canamaza büküldü.
Varisin bu arzusunu həyata keçirmək, artıq bunu yuxularında
görən Hacı xanım Azadəyə tapşırıldı.
225
Bir ovuc torpaq son qoyacaq 93
illik həsrətə, intizara.
Bu torpağın hər bir zərrəsi həmd-surə deyib, Allahu-Əkbər
söyləyir. Hər qum dənəsi ixlas deyib, Allaha şükr edirdi.
Yol gedir bir ovuc torpaq...
Göydəki ulduzlar, yerdəki 98 bina:
“İndi Sənə rəhmət deyir, Ağa Musa!”
“Dövlət və qanun” qəzetinin
mətbuat xidməti
15 noyabr 2011