213
Amma gələnlər elə bil bu qarı nə görür, nə də soyuq hiss
edirdilər. Ağaclar ağ libaslı mələklər kimi sanki məzarlıqda uyu-
yanlara layla çalırdı. Həmişə görkəmilə insanlarda vahimə yara-
dan bu məkan indi ağ örpəyə bürünüb, məsum bir görkəm al-
mışdı.
Qar yağırdı məzarlığa...
Haqsızlıqdan alışıb yanan ürəklərə bir sərinlik gətirirdi bu
qar. Məzarda yatanların qaranlıq otağını nura boyamaq üçün ya-
ğırdı bu qar.
Ziyarətə gələnlər Ağa Musanın
etdiklərini dinlədikcə duyğu-
lanır, göz yaşlarını saxlaya bilmirdilər.
Qara mərmərdən boylanan Ağa Musanın üzündə bir məm-
nunluq, baxışlarında bir fərəh hiss olunurdu.
İlahi, cansız mərmərdə olan insan surəti də dəyişərmiş...
Bayaqkı məsum, nigaran baxışlar hara, indiki sevinc dolu
baxışlar hara...
Adama elə gəlirdi ki, bütün məzarlıqda uyuyanlar bu mə-
qamda Ağa Musa ağaya göz aydınlığı verirdilər.
O, nəvəsiniun səyi nəticəsində sanki yenidən dünyaya gəlib.
Elə o səbəbdəndir ki, bu sözlər Hacı Dilarə xanımın dilinin əz-
bəri olub: “Qollarım beşik olsun, yatasan qollarımda!”
Belə fədakarlığı yalnız ana edə bilər. Özü də Dilarə xanım
kimi bir ANA!
Bakı şəhərində yaşayan hər bir vətəndaşın boynunda Ağa
Musa Nağıyevin haqqı var. Çünki tikdirdiyi xəstəxanalarda
müalicə olunub, binalarında yaşayır, çəkdirdiyi Şollar suyundan
istifadə edir.
Hər birimizin borcudur ki, Ağa Musa Nağıyevin tikdirdiyi
98 binadan birini göstərib: “Bunlar Azərbaycanın mərd oğlu
Ağa Musa Nağıyevin tikdirdiyi yadigarlardır”! – desin.
Bu da bizlərdən xeyriyyəçinin ruhuna ehsan payı olar!
Ağa Musa! Sən bir nəslin, bir şəcərənin deyil, bir elin baba-
sı oldun! Rahat uyu, Vətən oğlu! Allah rəhmət eləsin! Tikdir-
214
diyin əzəmətli binalar əsrlər boyu mətin dayanacaq və səni xalqa
tanıtdıracaq.
Təzədən dünyaya
xoĢ gəldin, baba!
Abidən önündə dayandım bu gün,
Qaşların çatılıb, baxışın süzgün.
Mərmərə çevrilib, qayıtdın özün,
Təzədən dünyaya xoş gəldin, baba!
Əmanət qoymusan nə qədər bina,
Hər biri bəzəkli bir gəlin, sona,
Bakımız büründü gözəl bir dona,
Təzədən dünyaya xoş gəldin, baba!
Qabarların qalıb ayaqlarında,
Təbəssümün donub dodaqlarında,
Əsanın izi var barmaqlarında,
Təzədən dünyaya xoş gəldin, baba!
Gələn, məzarına fərəhlə baxır,
Günəş məzarına şəfəqlər taxır,
Munisin göz yaşı yanağa axır,
Təzədən dünyaya xoş gəldin, baba!
Gülarə Munis,
şairə-publisist