Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   51   52   53   54   55   56   57   58   59

 
213 
Amma  gələnlər  elə  bil  bu  qarı  nə  görür,  nə  də  soyuq  hiss 
edirdilər. Ağaclar ağ libaslı mələklər kimi sanki məzarlıqda uyu-
yanlara layla çalırdı. Həmişə görkəmilə insanlarda vahimə yara-
dan  bu  məkan  indi  ağ  örpəyə  bürünüb,  məsum  bir  görkəm  al-
mışdı.  
Qar yağırdı məzarlığa... 
Haqsızlıqdan  alışıb  yanan  ürəklərə  bir  sərinlik  gətirirdi  bu 
qar. Məzarda yatanların qaranlıq otağını nura boyamaq üçün ya-
ğırdı bu qar.  
Ziyarətə gələnlər Ağa Musanın etdiklərini dinlədikcə duyğu-
lanır, göz yaşlarını saxlaya bilmirdilər.  
Qara  mərmərdən  boylanan  Ağa  Musanın  üzündə  bir  məm-
nunluq, baxışlarında bir fərəh hiss olunurdu.  
İlahi, cansız mərmərdə olan insan surəti də dəyişərmiş... 
Bayaqkı  məsum,  nigaran  baxışlar  hara,  indiki  sevinc  dolu 
baxışlar hara... 
Adama  elə  gəlirdi  ki,  bütün  məzarlıqda  uyuyanlar  bu  mə-
qamda Ağa Musa ağaya göz aydınlığı verirdilər.  
O, nəvəsiniun səyi nəticəsində sanki yenidən dünyaya gəlib. 
Elə  o səbəbdəndir ki,  bu sözlər Hacı  Dilarə xanımın  dilinin  əz-
bəri olub: “Qollarım beşik olsun, yatasan qollarımda!” 
Belə  fədakarlığı  yalnız  ana  edə  bilər.  Özü  də  Dilarə  xanım 
kimi bir ANA! 
Bakı  şəhərində  yaşayan  hər  bir  vətəndaşın  boynunda  Ağa 
Musa  Nağıyevin  haqqı  var.  Çünki  tikdirdiyi  xəstəxanalarda 
müalicə olunub, binalarında yaşayır, çəkdirdiyi Şollar suyundan 
istifadə edir.  
Hər  birimizin  borcudur  ki,  Ağa  Musa  Nağıyevin  tikdirdiyi 
98  binadan  birini  göstərib:  “Bunlar  Azərbaycanın  mərd  oğlu 
Ağa Musa Nağıyevin tikdirdiyi yadigarlardır”! – desin.  
Bu da bizlərdən xeyriyyəçinin ruhuna ehsan payı olar!  
Ağa Musa! Sən bir nəslin, bir şəcərənin  deyil, bir elin baba-
sı  oldun!  Rahat  uyu,  Vətən  oğlu!  Allah  rəhmət  eləsin!  Tikdir-


 
214 
diyin əzəmətli binalar əsrlər boyu mətin dayanacaq və səni xalqa 
tanıtdıracaq.  
                                           
 
Təzədən dünyaya  
xoĢ gəldin, baba! 
 
Abidən önündə dayandım bu gün, 
Qaşların çatılıb, baxışın süzgün. 
Mərmərə çevrilib, qayıtdın özün, 
Təzədən dünyaya xoş gəldin, baba! 
 
Əmanət qoymusan nə qədər bina, 
Hər biri bəzəkli bir gəlin, sona, 
Bakımız büründü gözəl bir  dona, 
Təzədən dünyaya xoş gəldin, baba! 
 
Qabarların qalıb ayaqlarında, 
Təbəssümün donub dodaqlarında, 
Əsanın izi var barmaqlarında, 
Təzədən dünyaya xoş gəldin, baba! 
 
Gələn, məzarına fərəhlə baxır, 
Günəş məzarına şəfəqlər taxır, 
Munisin göz yaşı yanağa axır, 
Təzədən dünyaya xoş gəldin, baba! 
          
 
        Gülarə Munis,  
şairə-publisist  
 
 


 
215 
UNUTQANLIЬI SEVMİRЯM 
 
 
Q
orxduğum bir şey varsa, o da unutqanlıqdır. Ağa Mu-
sanın və Fərəc Nağıyevlərin etdikləri az qala unudulan kimi.  
Ağa Musanın həyatını nağıla bənzədirəm:  
“Yoxsulluqdan  –  zənginliyə,  zənginlikdən  –  unutqan-
lığa...”  
Hərdən öz həyatımı da nağıla bənzədirəm. 
Ağa  Musa  Nağiyev  nəslindən  olub,  əsrin  yarısını  sus-
malı oldum. Dövlətimiz müstəqillik əldə edəndən bu adı la-
yiqli pilləyə qaldırmaqla məşğulam.  
Onu tanıtdım - tanındım. Adını yüksəklərə qaldırdım – 
hörmət qazandım.   
İndi hər  yerdə  məni Ağa  Musanın nəvəsi, Fərəcin qızı 
kimi tanıyırlar.   
Bu  yolda  qüvvəmin  artdığını  hiss  etdikcə,  imkanlarım 
genişləndikcə,  arzularım  şaxələndikcə,  “Musasevər”lər  və 
azacıq məni sevərlər ətrafımda artdıqca, nağıllarda təsəvvür 
edirəm özümü.   
Beləcə,  adi  bir  nəvə  –  Ağamusa  tədqiqatçısına  çevril-
dim, cürət edib – haqqında kitab yazdım, vəsiyyətinin kiçik 
bir hissəsini həyata keçirdim. Hətta haqqında işləməyə elmi 
mövzu da götürdüm. 
Daima  gündəmdə  olacaq  adını  daşıdığı  “Milli  Dəyər-
lərin Qorunması” təşkilatını yaratdım. 
İnternet səhifələrində  “musanagiyev.az” saytını açdım. 


 
216 
Şöhrətə yüksəldim, desəm yanılmaram. Amma bəzi na-
ğıllardakı  kimi  unudulmaqdan  qorxuram.  Bu  məqsədlə  bu 
yolda  təməlin  bərkiməsi  üçün  var  qüvvəmi  heç  vaxt  əsir-
gəməyəcəyəm. 
 
P.S. Təəssüf ki, tikdirdiyi binalarını yeni küçə adları 
ilə  araşdırarkən,  hər  hansı  binanı  kəşf  edərkən,  kənardan 
məni izləyənlərin ürəyindəkiləri hiss etmirəm. 
Ona həsr etdiyim verilişlərlə radio və televiziya vasitə-
silə ardıcıl olaraq çıxışlar edirəm. Onun həyat və fəaliyyə-
tinə  həsr  etdiyim  videoçarxların  müəllifiyəm.  Rusiyanın 
Ren-TV, İnter AZ və İnter Nyus, Güney Azərbaycan və Qa-
zaxstan telekanallarında çıxışlarımdan xüsusi zövq alıram. 


 
217 
VЯSİYYЯT 
 
Vəsiyyət insanın sonuncu sözü, 
Vəsiyyətlə onun qaranlıq gözü. 
Vəsiyyət eylədi xeyirxah insan, 
Vəsiyyətlə oldu ölümü asan. 
Dedi: “Kərbəlaya aparın məni!” 
Dilədi Kərbəla olsun məskəni. 
Oğlu İsmayıla qovuşmaq üçün
Tədarük  görüldü səfərə bir gün. 
Yığıldı doğmalar məzaristana, 
Salavat verildi bir xanimana. 
Məzarın önündə verildi ehsan, 
Varis göz yaşını axıtdı pünhan. 
Titrədi ürəyi sanki bir yarpaq, 
Götürdü məzardan sanki bir ovuc torpaq. 
Öpdü o torpağı, sürtdü gözünə
İsti göz yaşları axdı üzünə. 
Dedi: “Kərbəlaya gedirsən, baba! 
Səni yola salır bu el, bu oba. 
Bu gün son qoyulyr bir intizara
Yollanır torpağın uzaq diyara. 
Oğlun İsmayılın yoldadır gözü, 
Ürəyində qalıb söhbəti-sözü. 
Bu gecə qovuşar sevən-sevənə, 
Bu gecə söyləyər sözünü sənə!” 
Titrədi Varisin dili-dodağı, 
Bükdü canamaza qara torpağı. 
Möcüzə göstərdi Ulu Yaradan
Azan səsləri ucaldı bu an. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə