Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   51   52   53   54   55   56   57   58   59

 
209 
Uzun müddət  fəaliyyəti  xalqdan gizli saxlanılan Ağa Musa 
Nağıyev haqqında xoş xatirələr nəvəsi Dilarə xanımın səyi nəti-
cəsində üzə çıxarıldı. 
Özünü  “Qeyrətli  nəvə”  adlandıran  Dilarə  xanımla  söhbət 
edərkən onun gözlərindəki nigarançılığı sezməmək mümkün de-
yil. 
“Qənayət milyonçu olmağın yoludur” 
Samançı  oğlu  olub,  hamballıq  edən  “Qənaət  milyonçu  ol-
mağın  yoludur”  -  deyirdi.  Onun  imzası  -  venzeli  xeyriyyəçilik 
modeli olaraq binaların üzərində qalmaqdadır. Tikililərinin üzə-
rindəki venzel öz gözəlliyi və məna etibarı ilə diqqəti cəlb edir. 
Kənarlarında  saman  çələngi  və  ortada hambal  şələsı,  üzərində 
adı və soyadı təsvir olunan yazının yanından həyəcansız keçmək 
mümkün deyil. Milyonçu bununla keçmişini unutmadığını vur-
ğulayıb.  Bu  yerdə  onu  da  vurğulayaq  ki,  Ağa  Musa  Nağıyevin 
var-dövləti heç də Hacı Zeynalabdin Tağıyevdən geri qalmayıb. 
Təsadüfi  deyil  ki,  Çar  II  Nikolay  Ağa  Musa  Nağıyevi  11  mil-
yonçudan  birincisi  adlandırmış,  ona  “Neft  Kralı”  titulunu  ver-
mişdi.  
Ağa  Musanın  fəaliyyəti  təkcə  binaların  tikilməsi  ilə  məh-
dudlaşmırdı. 
Bakıya  çəkilən  su  kəmərinə  xeyli  vəsait  sərf  edən,  Realnı 
məktəbin  və  dörd  xəstəxananın  tikintisini  maliyyələşdirən  Ağa 
Musa, hər zaman xalqın taleyini düşünürdü.  O,  doğma xalqının 
tarixi və mədəniyyətilə bağlı görkəmli şəxsiyyət olub. 
Dilarə  xanımın  dediklərindən:  “Bilmirəm,  bəlkə  Musa  11 
yaşında  ailəsini  dolandırmaq,  gələcəyini  təmin  etmək  məsuliy-
yətini  daşımaqla  andı  insanlığı.  İstənilən  halda  həyatı  mütaliə 
edərək bacardı yaxşı insan olmağı. Müsəlman balalarının savad-
sız  olması,  Bakının  susuzluğu,  insanlarının  küçə  həyatı  onu 
daima düşündürür...” 
Ağa  Musa  Nağıyevin  vəfatından  sonra  pulundan  istifadə 
olunmayıb.  Sovet  hakimiyyəti  dövründə  onun  qəbri  -  üzərində 
ərəb əlifbası ilə adı yazilan kiçik bir daş parçasından ibarət olub. 


 
210 
Üç dəfə bu kiçik dördbucaqlı qəbir daşı onun  yeni məzarı üzə-
rinə qoyulub.  
Neçə illərdir ki, nəsil şəcərərəsinin yorulmaz yolçusu Dilarə 
xanım  bu  gün  də  babasının  ruhunun  izi  ilə  söz  və  əməllərinin 
yaddan  çıxan  anlarını  arxiv  sənədlərinin  işığında  yorulmadan 
axtarır, araşdırır. Ağa Musa Nağıyevi məhz İsmailiyyədə keçirt-
diyi  tədbirlərlə  bir  daha  yaddaşlara  həkk  etdirir.  Vəsiyyətinə 
əməl  edərək  binalarından  biri  olan  İqtisad  Universitetində  Ağa 
Musa  ilə  oğlu  İsmayılın  portretlərinin  asılmasına  nail  olub,  ba-
bası haqqında kitablar yazır... 
Ġndi  nəvəsi  Dilarə  xanımın  bir  arzusu  var:  Ağa  Musa 
Nağıyevin halal haqqını özünə qaytarmaq.  
Əslində  tariximizi  yaşatmaq  baxımından  belə  şəxsiyyətləri 
daha  yaxından  öyrənib,  yaddaşlara  köçürmək  günümüzün  real-
lığıdır. 
 
 
                                                                                                
                                              Mehbarə,                       
 “Mədəniyyət” qəzetinin müxbiri 
 
  
 
  
                                          
 
 
 
 


 
211 
 
 
 
 
VĠDA  KƏLMƏSĠ   
“KƏRBƏLA” 
 
 
Vərəqlənir yenə tarix kitabı, 
Xatirə təqvimi belə canlanır. 
Həyat məcməyində bir yerə yığır, 
Həm sonsuz  kədəri, həm də sevinci. 
 
Bax, bu kitab da bir etirafdır, 
Bir ömrün sevinci, həm iztirabı. 
Nəvənin arzusu, ürək ağrısı, 
Kədərlə yazılan hər sətirləri. 
 
Açıqdır kitabım, açıqdır hələ, 
Zaman- zaman yazır  öz hekayəsin. 
Yada salacağam baba deyərək
Məni tərk edənin vida kəlməsin. 
 


 
212 
QAR YAЬIRDI MЯZARLIЬA... 
 
2011
-ci il martın 4-də Ağa Musa Nağıyevin vəfatının 92-ci 
il dönümü idi.  
Alaçarpanın əvvəli olsa da, hava kiçik çilləni xatırladırdı. El  
arası deyildiyi kimi  “quşbaşı” qar yağırdı. Ağ kəpənəklər kimi 
uçan qar hüznlə dayanan şam ağaclarının budaqlarına qonurdu.  
Qara mərmərlərin üstünə yağan qar tez əriyib suya dönürdü. 
Elə  bil  mərmərin  üzərində  olan  insan  surətlərinin  gözlərində  
hərarət olduğundan qar əriyirdi.  
Məzarlığın  girəcəyində  məşhur  neft  milyonçusu  Ağa  Musa 
Nağıyevin  möhtəşəm  abidə–məzarı  dayanır.  Xeyriyyəçiliyilə  
sağlığında özünə rəhmət qazanan Ağa Musanın qara mərmərdən 
boylanan intizar dolu baxışları sanki qapıya dikilmişdi.  
Qar  get-gedə  güclənirdi.  Ağa  Musanın  əksi  həkk  olunan 
mərmərin  üstünə  qar  dənələri  düşdükcə  əriyib  üzü  aşağı  süzü-
lürdü. Adama elə gəlirdi ki, bu süzülən onun göz yaşlarıdır.  
O,  mərmərin  üzərindəki  baxışları  ilə  sanki  nigarançılığını 
bildirirdi:  Mənə  ikinci  həyat  verən,  məni  yenidən  dünyaya 
gətirən  nəvəm,  həm  də  mənəvi  anam  necə  ola  bilər  ki,  qardan 
qorxub  məni  ziyarət  etməyə  gəlməsin.  Ola  bilməz  ki,  gəlməsin. 
Onun üçün havanın əhəmiyyəti yoxdur.  
Bu  fikirlər  Ağa  Musanın  ruhunu  düşündürürdü  ki,  böyük 
avtobus  dəmir  darvazanın  qarşısında  dayandı.  Qara  mərmərin 
üzərinə xoş bir təbəssüm qondu. Qabaqda varisin yadigarı Hacı 
Dilarə xanım, onun arxasınca isə bir dəstə insan məzarlığa salam 
və  salavat  verdilər.  Bütün  Biləcəri  məzarlığında  yatanlar  sala-
vatın xoş nurundan pay aldılar. 
Ziyarətə gələnlər Ağa Musanın məzarını dövrəyə aldı. Kimi 
gətirdiyi  tər  çiçəkləri  məzarın  üstünə  düzür,  kimi  onun  qoyub 
getdiyi gözəl əməllərdən danışır, kimi də sakitcə ağlayırdı. Nə-
vəsi  Solmaz  xanım  ürək  dolusu  ağı  deyib  babasını  əzizləyirdi. 
Onun dediyi kəlmələri eşidib kövrəlməmək qeyri-mümkün idi.  
Qar yağırdı məzarlığa. Güclü bir qar... 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə