Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.

səhifə1/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   59


DĠLARƏ  AĞAMUSA  NAĞIYEVA 
 
 
 
 
 
 
 
 
 
 
ZAMANIN  SORAĞINDA 
 
(Milyonçu Ağa Musa Nağıyevin  
 fəaliyyəti və xeyriyyəçiliyi haqda) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – «Elm» – 2011 


 

Elmi
 
redaktor:          Arif HƏġĠMOV, 
                                     Akademik 
 
Redaktor:                  Könül Muxtarqızı 
 
Dizayner:                   Nərmin Samirqızı 
 
 
 
Dilarə Ağamusa Nağıyeva. Zamanın sorağında. 
Bakı, «Elm», 2011;  264 səh.  
 
 
 
“Zamanın  sorağında”  Dilarə  Ağamusanın  üçüncü  kitabıdır. 
Kitab  güclü və tərəqqipərvər bir şəxsiyyətin – Ağa Musa Nağıyevin 
uzun  müddət  kölgədə  qalmış  fəaliyyətinə  və  xalqına  göstərdiyi 
xidmətə  həsr  edilib.  Ötən  əsrin  əvvəllərində  varidatına  və  çoxsaylı 
tikililərinin  sayına  görə  11  Bakı  milyonçuları  arasında  birincilik 
qazanmış  Ağa  Musa  Nağıyevə  Sovet  hakimiyyəti  illərində  “İstis-
marçı  kapitalist”  damğası vurulmuşdu. Halbuki,  o, xeyirxahlığı,  zi-
yalı  təfəkkürü  ilə  zəmanəsinin  mesenatları  arasında  özünəməxsus 
yer tutanlardan olub. O, xalq üçün yaşanan ömrün davamçısı olaraq 
məsuliyyət və qətiyyəti gündəmə gətirib. 
 
 
ISBN  978 – 9952 – 35 – 5 
 
 
        0503020907 
655(07) - 2011 
 
 
 
 
 

 «Elm» - 2011 
N
 


 

            
 
 
 
 
 
 
 
 
 
 
             
 
 
 
 
                                              
Çoxlu pul qazanmaq - igidlik,  
onu əldə saxlamaq - müdriklik, 
ondan düzgün istifadə etməyi  
bacarmaq – istedaddır. 
 
Bütün  bu  xüsusiyyətlər  Ağa  Musa  Nağıyevin 
varlığında cəmlənmiĢdi. 
Sayı  hesaba  gəlməyən  möhtəĢəm  binalar  tik-
dirən,  ġollar  suyunu  çəkdirən,  yarımçıq  qalmıĢ 
Realnı məktəbin tikintisini baĢa çatdıran, xəstəxa-
na və mehmanxana tikintisinə vəsait ayıran bu in-
sanın yalnız bir düĢüncəsi olub – tarixdə iz burax-
maq. 
 


 

 
 
 
 



 
Ağa  Musa  Nağıyevin  fəaliyyətini  araşdırmaqla  əlaqədar tanındığıma  və  
dəyərləndirildiyimə görə adlarını çəkdiyim insanlara:   
     Şəmsəddin Hacıyevə - ADİU-nun Rektoru,  Əli  Abbasova  - RİT naziri, 
Rövnəq Abdullayevə - Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, Nazim 
İbrahimova - DAK Sədri; Ataxan Paşayevə - Dövlət Arxivinin  Baş Direk-
toru;  AMEA-nın  Prezidenti  Mahmud  Kərimova  və  I  Vitse  prezidenti  Arif 
Həşimova, Elmira xanım Süleymanovaya - Ambudsman; Nailə xanım Vəli-
xanlıya  -  Tarix  Muzeyinin  Direktoru;  Arif  Mehdiyevə  -  Attestasiya  Ko-
misiyasının  Sədri;  AMEA-nın  Tarix  İnstitutunun  Direktoru  Yaqub  Mah-
mudova  və  müavini  Cəbi  Bəhrəmova,  Hacı  Həsənova  -  Elmi  rəhbərimə; 
Şahin  Əliyevə  -  “LUKOYL”-un  Baş  direktoru,  Fuad  Məmmədova  -  “Si-
murq”  Assosiasiyasının  Prezidenti;  Yazıçılar:  Oqtay  Rzaya,  Teyyub  Qur-
bana,  İlyas  Tapdığa;  Maarif  Teymura  –  Dövlət  Arxivinin  şöbə  müdiri; 
Millət vəkilləri: Jalə xanım Əlyevaya, Qənirə xanım Paşayevaya; Qulamrza 
Təbriziyə – DAK “Fəxri Sədri”, Eliza xanım İsmayılovaya  – DAƏ - İcraçı 
direktoru,  AQU  Problemləri  Üzrə  Dövlət  Komitəsinin  Sədri  Hicran  xanım 
Hüseynovaya  və  Komitənin  şöbə  müdiri  Yeganə  xanım  Musazadəyə  min-
nətdaram. 
         Kitabın  ərsəyə  gəlməsində  arxiv  materiallarından  istifadə  etməkdə 
köməyini əsirgəməyən və mənə dəstək olan Dövlət Arxivinin Direktoru Sər-
darov Emin Məmmədağa oğluna xüsusi minnətdarlığımı bildirirəm. 
 
 





 
 
 


 

M Ц Я L L İ F D Я N 
 
 
D
əyərli oxucularım! 
Sizi  düşünüb,  qələm  aldım  əlimə.  Ürəyimin  döyüntülərini, 
keçirdiyim  həyəcanları  sizlərin  ixtiyarına  buraxıram.  Əminəm 
ki, gözləriniz tərəzi, ürəyiniz vicdanlı olmaqla, düzə-düz, əyriyə-
əyri deyəcəksiniz. 
Düşündüm  ki,  etdiklərimi  -  az  bilib,  çox  gördüyüm  işləri, 
babam Ağa Musa və atam Fərəc Nağıyevlərin talelərini araşdır-
maqla zərif çiyinlərimdə daşıdığım yükün ağırlığından deyil, bu 
ağırlığın  altında  əzilmədiyimi  və  əməllərimdən  həzz  aldığımı 
sizlərə çatdırmasam, böyük səhvə yol vermiş olaram. 
Bunları qarşıma məqsəd qoyub, yazdım.  
Etdiklərimə rəğmən şöhrət qazanmışam. Artıq sadəcə Dilarə 
deyiləm. Dilarə Ağamusa deyərək, mənə müraciət edirlər.  
Qeyrətli  -  cəfakeş  nəvə,  dəyərli  övlad,  zəhmətkeş  -  aslan 
ürəkli qadın, əjdaha - aslan bibi... titullarını qazandım bu illərdə.  
Bakının 11 milyonçusunun izlərinə  bu gün də rast gəlmək 
danılmaz bir faktdır. Onlar çəkdikləri su kəməri, ucaltdıqları bi-
naları, gördükləri xeyirxah əməllərilə hər zaman  yada düşürlər.  
Bu  gün ruhların  izi,  söz  və  əməllərin  yaddan çıxan anlarını 
arxiv sənədlərinin işığında yorulmadan axtarıb, araşdırıram.  
Çalışdığım  Ağa Musa adına layiq nəvə olmaqdır.  
100 bina tikəcəyinə qərar verən Ağa Musanın - İstiqlaliyyət 
kücəsində ucalan binalardan ən  yüksəkdə duran  və vaxtı ilə ilk 
Müsəlman  Xeyriyyə  Cəmiyyəti  xüsusiyyəti  daşıyan  “İsmailiy-
yə”  binası,  həmin  küçədə  ucalan  “Realnı  məktəb”  -  özünəməx-
sus gözəlliyini bu günədək qoruyub saxlaya bilmişdir. 
Bakı milyonçuları arasında 98  bina tikmək ideyasının  yal-
nız  Ağa  Musa  Nağıyevə  mənsub  olduğunu  xüsusi  qeyd  etməyi 
vacib sayıram.  
Etdiklərimin bəhrəsini -  Ağa Musanı “Nurlu əməllərin sön-
məyən işığı” adlandırmaqda gördüm. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə