Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   2   3   4   5   6   7   8   9   ...   59

 
20 
şıqlı  binalar  tikdirmişdir.  Onun  tikdirdiyi  mülklərindən  birində 
hazırda  Rusiya  Federasiyası  Xarici  İşlər  Nazirliyinin  kolleci 
yerləşir.     
Əhali onu Bakının “Qara qızıl”ını dünya bazarına ixrac edən 
Nobel  qardaşlarının qənimi kimi tanıyırdı.  
Şəmsi Əsədullayev Rusiyada, Türküstanda, İranda, Polşada 
Nobellərin  kontorları  ilə  yanaşı  ticarət  müəssisələri  açır,  nefti 
onlardan ucuz qiymətə sataraq, yadelli milyonçuların alış-verişinə 
mane olurdu. 
Qızıldan  qiymətli  Bakı  neftinin  ixracı  ilə  əlaqədar  Şəmsi  
Əsədullayev ömrünün 20 ildən çoxunu doğma yurddan kənarda 
keçirir.  Peterburq  və  Moskva  azərbaycanlı  neft  milyonçusunun 
çox sevdiyi şəhərlər idi.  
O, çar sarayının  bir sıra yüksək rütbəli əyanları ilə sıx əlaqə 
saxlayırdı.     
Bakıda  və  ondan  çox-çox  uzaqlarda  məşhurlaşan  nüfuzlu 
neft  sahibkarı  Şəmsi  Əsədullayevin  qazılan  buruqlarından  biri-
nin  vurduğu  güclü  fontan  nəticəsində  ətraf  ərazi  nəhəng  “Qara 
qızıl” dənizinə çevrilir. O quyu ki, hər gün 10 min ton neft ver-
miş,  Bakının  neftçıxarma  sənayesinin  tarixi  salnaməsinə  düş-
müşdür.  Sonradan  bu  yerdə  “xatirə”  daşı  qoymuşlar.  Onun  xü-
susi “NeftdaĢıma donanma”sı olmuşdu. 
ġəmsi Əsədullayevin dəniz və çay gəmiləri bütün Xəzəri 
və eləcə də Volqanı dolaĢardı. 
 
 
Murtuza Muxtarov  (1855-1920)     
 
Ən  aşağı  sosial  təbəqədən  çıxmış,  fəhləlikdən  – ustayadək, 
sonra  isə  şəxsi  firma  sahibinə  çatanadək  həyatda  çətin  bir  yol 
keçmişdir. 
Murtuza Muxtar oğlu Muxtarov 1855-ci ildə Bakının Əmir-
can  (Xilə)  kəndində  dünyaya  göz  açıb.  Kiçik  yaşlarından  neft 


 
21 
mədənlərində  fəhləlik  edər,  hər  gün  Əmircandan  Zabrata  qədər 
pay-piyada gedərdi. 
İşə  həvəslə  yanaşdığını  görən  neft  mədənlərinin  sahibkarı 
Martov ona mexaniki alət və cihazların sirrini öyrədir. Sonradan 
Murtuza  Muxtarov  əldə  etdiyi  qazanc  hesabına  hətta  həmin 
sahibkarın  mədən emalatxanasını da alır. 
Belə  bir  ömür  yolu  keçmiş  Murtuza  Muxtarov,  adi  fəh-
ləlikdən  neft  milyonçusu  səviyyəsinə  qədər  ucalır.  Neft  sahib-
karlığı  tarixində  onun  adı  neftayırma  texnologiyasının  inkişafı 
ilə  bağlıdır.  O,  1895-ci  ildə  təkmilləşmiş  zərb  ştanq  üsulu  ilə 
qazma dəzgahı  yaradır.  Yaratdığı  “Podrat  qazma” kontorunun 
Bakının  Balaxanı,  Suraxanı  və  Sabunçu  rayonlarında  neft  qu-
yularının  qazılmasında böyük  rolu  olub. Bir neçə  il sonra  Mur-
tuza  Muxtarov  Bibi  Heybətdə  “Qazma  avadanlığı  zavodu”nu 
tikdirir  və  bu  zavodda  istehsal  olunan  avadanlıqlar  xaricə  ixrac 
olunur. Bu zavod Azərbaycanda və bütövlükdə Çar Rusiyasında 
neft avadanlıqları istehsal edən ilk müəssisə idi. 
Neft mühəndisi kimi tanınmış  Murtuza Muxtarovun texniki 
təhsili  olmasa  da,  o,  neft  maqnatlarının  içərisində  neft  yataq-
larını və qazma işlərini dərindən bilən mütəxəssis sayılırdı. 
O,  1911-12-ci  illərdə  Venesiyadakı  binaların  arxitekturası 
üslubunda  Bakıda  möhtəşəm  “Səadət  Sarayı”  binasını  tikdir-
mişdir.   
Elektrik enerjisinin qıtlığı olan dövrdə Şüvəlan və Mərdəkan 
kəndlərini  enerji  ilə  təmin  edib.  Mərdəkanda  “Pirhəsən”  ziya-
rətgahında  Axund  Əbu  Turabın  qəbri  üzərindəki  günbəzi  də  o 
inşa etdirmişdi.  
Onun  min  bir  əziyyətlə  Mərdəkanda  yaratdığı  bağ  evi  bu 
gün  dünyanın  tanınmış  “Dendrologiya  parkı”  kimi  fəaliyyət 
göstərərək, nadir bitki örtüyü və ağacları ilə məşhurdur. 
1908-ci  ildə  Əmircan  kəndində  o  illərdə  analoqu  olmayan, 
47 metr hündürlüyündə “QoĢa minarəli məscid” tikdirir. İstan-
buldan  gətirdiyi  -  çəkisi  25  kiloqramdan  artıq  olan  qiymətli 


 
22 
kitabı - qızıl suyundan hazırlanan “Quran”ı da məscidə hədiyyə 
edir. 
Yerli əhalinin təşəbbüsü ilə etdiklərinə rəğmən, 1991-ci ildə 
Murtuza Muxtarovun nəşi Əmircan qəbiristanlığından  məscidin 
həyətində torpağa tapşırılmışdı. 
Murtuza Muxtarov  - “Neft avadanlığı” istehsal edən ilk 
zavod yaratmıĢdı!  
     
 
Alfred Nobel (1833-1896)   
 
Tarixdən bəllidir ki,  Nobellərin sahibkarlıq fəaliyyəti Azər-
baycanın neft sənayesi ilə bağlıdır. Onların 1879-cu ildə əsasını 
qoyduqları  “Nobel  QardaĢları  Cəmiyyəti”  tez  bir  zamanda  
neft sənayesini öz monopoliyasına çevirir. Bu Cəmiyyət ölkənin 
ən  gəlirli  müəssisələrindən  sayılır  və  onların  nəhəng  neft  maq-
natına çevrilmələrinə təkan verir.  
1916-cı  ildə  bu  Cəmiyyət  -  Abşeronda  və  başqa  yerlərdə 
olan  150  desyatin  neftlə  zəngin  torpaq  sahələrini  bir  yerə  top-
layır. Həmin vaxtda bu güclü korporasiyanın təmiz gəliri - 42,3 
mln. rubl təşkil edirdi.  
Cəmiyyətin təsisçisi Alfred Nobelin kapitalı, məsləhətləri və 
fəaliyyəti işlərin uğurla getməsinə köməklik edirdi.  Ölümündən 
sonra onun var-dövləti  50 mln. franka yaxın idi. 
Alfred  Nobel  –  Ġsveç  sahibkarı,  kapitalının  müəyyən 
faizini “Nobel mükafatı” təsis etmək üçün vəsiyyət etmiĢdir! 
 
 
 Əjdər bəy AĢurbəyov (1855-1921)  
 
Qədim  zadəgan  nəslin  –  Aşurbəyovların  nümayəndəsi  idi. 
Bakının Mərdəkan kəndində anadan olub.   
Əjdər  bəy  Aşurbəyov  “Neft  sahəsindəki  canlanma”  döv-
ründə  tanınmış  neft  sənayeçisinə  çevrilmişdir.  Əjdər  bəy  Aşur-


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə