Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   2   3   4   5   6   7   8   9   10   ...   59

 
23 
bəyov 5 böyük neft mədəninin sahibi olub. Onun hər bir mədə-
nində  ildə 1 mln. pud neft istehsal olunurdu. 
İcarəyə  verdiyi  quyulardan  çıxarılan  neftin  dörddə  bir  his-
səsi ona çatırdı ki, bu da 1 mln. pud neft təşkil edirdi.  
Kommersiya və sahibkarlıq iĢlərində Əjdər bəy AĢurbə-
yovun firması hədsiz inam qazanmıĢdı! 
 
 
Ġsabəy Hacınski (1861-1919)  
 
Azərbaycan kapitalının mühüm təmsilçilərindən biri idi.  
Zadəgan  nəslindən  olan  İsabəy  Hacınski  Bakıda  anadan 
olub.  
XIX əsrin sonu XX əsrin əvvəllərində o, Qara şəhərdə “Ke-
rosin  zavodu”nun, Abşeronda neft quyularının  və  torpaq sahə-
lərinin  sahibi  olmuş,  Bakının  abadlaşdırılması  sahəsində  böyük 
işlər görmüşdür.      
İsabəy  Hacınskinin  Qız  Qalasının  yanında  tikdirdiyi  
“Qartal  yuvası”  (Orlinoye  qnezdo)  kimi  bakılılara  tanış  olan 
bina  şəhərin yaraşığına çevrilmişdi. 
O, bir çox illər  “Hacınski-Bakı” neft sənayesi və “Ticarət 
Cəmiyyəti” nin idarə heyətinin sədriĢəhər Dumasının qlasnısı 
olmuşdu. 
Ġsabəy  Hacınski  –  Bakı  qradonaçalniki  yanında  neft 
iĢləri üzrə kompaniyanın üzvü olub! 
 
 
Hacı Əhədulla Eldarov (1873-1920) 
 
1873-cü  ildə  Bakının  Balaxanı  kəndində  kasıb  ailədə  dün-
yaya göz açıb. 
XIX  əsrin  əvvəllərində  Bakıda  neft  sənayesi  sahiblərindən 
idi.                                        
Hacı  Əhədulla  XIX  əsrin  əvvəllərində  qardaşı  ilə  birlikdə 
“Eldarov  QardaĢları  Kompaniyası” adlı neft firmasını  yarat-


 
24 
mışdı. Firmanın kontoru Balaxanıda, qardaşlara məxsus neft bu-
ruqlarının yanında yerləşib.  
“Eldarov  QardaĢları  Kompaniyası”  firması  neft  işinin 
mühüm  hərəkətverici  qüvvələrindən  olmuş,  sahiblərinə  böyük 
gəlir gətirmişdi. 
Hacı  Əhədulla  Eldarov,  Kompaniyanın  qazancından 
xeyriyyə iĢlərinə sərf etmiĢdi! 
 
 
Kərbəlayi Abdulla Zərbəliyev (1853 - )     
 
XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Bakıda  tanınmış 
neft sənayesi  sahibi idi. Kərbəlayi  Abdulla hələ  uşaqlıqdan ata-
sının  kiçik  “Kerosin  zavodu”nda  sahibkarlıq  işinə  qoşulur. 
Sonradan  ona  miras  qalan  bu  zavodu  genişləndirir.  O,  Sabun-
çuda  neftlə  zəngin  olan  torpaq  sahələrini  alır.  Kompanyonu  ilə 
payçı kimi yataqların fəaliyyətinə başlayır.  
 “K.A.Zərbəliyev”  firması  kommersiya  dairələrində  böyük 
etibar  qazanır.  O,  Bakı  şəhər  dumasının  və  “ġəfa  Müsəlman 
Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin üzvü idi.      
Kərbəlayi Abdulla Zərbəliyev  xatirələrdə məğrur, cəsur 
və sözündən dönməyən insan kimi qalmıĢdır! 
 
 
Alfons RotĢild ( - ) 
 
Bakıda  neft  sənayesinin  güclü  inkişafı  xarici  kapitalistlərin 
diqqətini  özünə  cəlb  edir.  Qısa müddətdə “Xəzər  -Qara  Dəniz 
Neft Sənayesi Cəmiyyəti” yaradılır. Cəmiyyəti idarə edən  fran-
sız  bankiri    Alfons  Rotşild  özü  idi.  Yeni  yaranmış  Cəmiyyətin 
imkanları geniş olduğundan, neftin istehsalı, emalı və ixrac edil-
məsinə  xüsusi  diqqət  yetirilirdi.  Cəmiyyətə  aid  olan  quyulardan 
alınan  küllü miqdarda neft, bu işgüzar  insanın  fikrini   yeni satış 
bazarları axtarmağa yönəldir. 


 
25 
Alfons  Rotşildin  kontoru  vaxtı  ilə  Bakının  mərkəzində  - 
M.Muxtarov  küçəsində  Respublika  Prokurorluğunun  binasında  
yerləşirdi.  
Alfons  RotĢild  kapital  dünyasında  samballı  və  nüfuzlu 
Ģəxsiyyət olub!  
 
 
Teymurbəy  Qulubəyov  (1869 -) 
 
O, Bakıda 1909-cu ildə neft buruqlarını və bir neçə kerosin 
–  benzin  zavodunu  özündə  birləşdirən  “Ticarət  evi”nin  yara-
dıcılarından  biri  idi.  Kompanyonu  Məmmədov  Nəcəfqulu  bəy 
ilə iş birliyi qurmuşdur. Kompanyonlar emal olunan nefti Bakı-
dan  Teymurbəyə    məxsus  olan  gəmi  və  vaqon  -  sistemləri  ilə 
daşıtdırıblar.  
Teymurbəy  Qulubəyovun  geniş  kontorlar  və  anbarlar  şəbə-
kəsi  olub.  Sahibkarlıq  fəaliyyətində  ən  çox  H.Z.Tağıyev  və 
A.M.Nağıyev  ilə  yaxınlıq  edirdi.  O,  həmçinin  Rusiya  və  xarici 
ölkə  kompaniyaları  ilə  geniş  əlaqələr  yaratmış  və  sonradan 
onların etibarlı tərəf müqabili olmuşdur. 
Teymurbəy Qulubəyov sahibkarlıq fəaliyyətinə görə neft 
maqnatları arasında nüfüz qazanmıĢdı! 
       
 
                   


 
26 
ONLARIN RUHU QARШISINDA  
HЯR BİRİMİZ BORCLUYUQ 
 
 
B
u böyük şəxsiyyətlərin böyüklüyünü tam varlığımızla dərk 
etmək, xalq üçün etdiklərinin əvəzini zərrə qədər də olsa qaytar-
maq mümkün olmayıb. Amma bu olmalı idi.  
Bu insanların etdiklərinin və onların ruhu qarşısında hər bi-
rimiz borcluyuq.  
Bakının nefti hesabına milyonlar qazanan 11şəxs - neftxuda 
olub. Onların hər  biri kasıb ailədə dünyaya göz açıb. Sonradan 
milyonçuya çevrilən bu insanların talelərində qəribə bir oxşarlıq 
olub. Ən əsası - eyni nəslin nümayəndələri idilər.  
Azərbaycan  milyonçularından  ən  məşhuru,  əməllərinə  görə 
“Millət atası” adına layiq görülən Hacı Zeynalabdin  Tağıyev 
kasıb çəkməçi ailəsində dünyaya göz açmışdı.   
ġəmsi  Əsədullayev  gəncliyində  kənd  təsərrüfatı  mallarını 
araba ilə şəhərə satmağa apararmış.  
Kasıb bir ailədə dünyaya göz açan Ağa Musa Nağıyev ata-
sının  saman  satmaqla  ailəni  dolandırmaqda  çətinlik  çəkdiyini 
görüb, limanda  hamballıq etmişdi.  
Murtuza  Muxtarov  gəncliyində  araba  ilə  Bakıdan  Tiflisə 
mal aparıb satarmış.  
Kasıb  ailədə  tərbiyə  görmələri,  əməlləri,  arzuları  onların 
taleyinin ümumi cəhəti idi. 
Savad  ala  bilmədiklərindən  çəkinmədilər.  Ancaq  təmiz 
əməlləri ilə tarix yaratdılar. 
Kasıbçılığın  ağrı-acısını  dadan  bu  çəxslər  milyonlara  sahib 
olduqdan sonra fəqir-füqarəyə əl tutmuş, gənclərin  təhsil alma-
larına vəsait sərf etmişlər. 
Bu  insanlar  demək  olar  ki,  dünyadan  da  eyni  vaxtda  köç-
müşlər.  
Yalnız Hacı Zeynalabdin Tağıyev uzun ömür yaşamışdır.  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə