Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   2   3   4   5   6   7   8   9   ...   59

 
17 
Hacı  Zeynalabdin  Tağı  oğlu  Tağıyev  1823-cü  ildə  Bakının 
Mərdəkan kəndində anadan olub. O, min bir zəhmətlə, əziyyətlə 
boya  –  başa  çatmışdı.  Əmək  fəaliyyətinə  palçıq  daşıyan  kimi 
başlamış,  sonra  daş  yonan,  daha  sonra  bənnalıq  sənətinə  yiyə-
lənmiş,  Yaxın  Şərqdə,  Avropada  tanınan  məşhur  milyonçu  - 
mesenat səviyyəsinədək yüksəlmişdir.  
Hələ  yetkinlik  yaşlarında  xırda  manufaktura  alveri  edən 
Hacı  Zeynalabdin,  az  sonralar  ağ  neft  istehsalı  ilə  məşğul  olan 
ilk azərbaycanlılardan birinə çevrilir. 
Sahibkarlıq fəaliyyətinə kiçik ticarətdən başlamış, iki qazan-
lı  ağ  neft  zavodunun  sahibi  olmuşdu.  Sonradan  neft  sahəsində 
çalışan tacirlər arasında məşhurlaşmışdı. 
1871-ci  ildə  yaratdığı  “H.Z.Tağıyev”  neft  sənaye    firması 
25  il  ərzində  nəhəng  neftçıxarma  müəssisəsinə  çevrilmiş,  fir-
manın istehsal etdiyi neftin miqdarı 7 mln. puda, kerosinin isteh-
salı isə 2 mln. puda çatmışdı. Bu  firmanın bütövlükdə Azərbay-
canın  neft  sənayesinin  inkişafına  böyük  təsiri  olmuşdu.  O,  neft 
bazarındakı konyukturaları dərindən araşdıra bilən neftxuda  idi. 
Hacı  Zeynalabdin  Tağıyev  “Fəxri  vətəndaş”  adına  və 
“Zadəgan rütbəsi”nə layiq görülmüşdür. 
Ömrü boyu xalqın xoşbəxtliyini düşünən Hacı Zeynalabdin, 
məmləkətində  yaşayan  hər  kəsi  savadlı,  mədəni,  azad,  varlı  və 
xoşbəxt görmək arzusunda idi. 
Hacı  Zeynalabdin  Tağıyev  millətin  bəxtinə,  taleyinə  do-
ğulmuş bir insan olub. Onu son yüzilliyin hadisəsi adlandırıblar.  
Son  nəfəsinədək  atasının  təmiz  və  pak  adı  uğrunda  cəmiy-
yətlə təkbətək döyüşə girişən Sara xanımın fədakarlığı çoxlarını 
heyrətə  salmşıdı.  Sara  xanım  haqqın,  ədalətin  təntənəsini,  xoş-
bəxt sonluğunu görürdü. Və bu yolu o, nə az, nə də çox, düz 90 
il keçdi.    
Neft  sənayesi  sahibkarı,  mesenat  və  maarifçi  Hacı  Zey-
nalabdin Tağıyev doğma xalqı qarĢısındakı xidmətləri ilə bu 
gün də yaddaĢlardadır!  
 


 
18 
Ağa Musa Nağıyev (1849- 4. 04. 1919)   
 
Azərbaycan milli burjuaziyasının nəhəng və görkəmli nüma-
yəndələrindən  olub.  1849-cu  ildə  Bakının  Biləcəri  kəndində 
saman  satmaqla  məşğul  olan    Hacı  Nağının  ailəsində  dünyaya 
göz  açmış,  yük  daşımaqdan  (hambalçılıq)  böyük  firmanın  sa-
hibliyinə  çatanadək  ağır  bir  həyat  yolu  keçmişdi.  Neftin  və  iş-
güzarlığının  istedadı hesabına milyonçu olmuşdu. 
Sonradan ona uğurlar gətirəcək kiçik torpaq sahəsi - əslində 
Allahın Ağa Musaya etdiyi hədiyyə idi. Çünki Ulu Yaradan bu 
yoxsul  ailənin  sədaqətini,  namusunu, dolğunluğunu, qardaşların 
bir-birinə, ata-anaya olan məhəbbətini görüb, bu halal ailəyə öz 
qismətini göndərmişdi. 
Onun əsil nəcabətini, kökünü, ailə fəxarətini binalarının üzə-
rindəki  Ağa  Musa  Nağıyev  firmasına  məxsus  emblema  – 
“Venzel” (daş kitabə) təsdiq  edir.  Bu venzellər  öz gözəlliyi və 
məna  etibarilə  diqqət  cəlb  edir.  Kənarlarında  saman  çələngi, 
ortada hambal şələsi və üzərində “MN” və ya “AM” təsvir olan 
yazının  önündən  həyəcansız  keçmək  mümkün  deyil.  Milyonçu 
bununla  keçmişini  unutmadığını  təsdiqləyirdi.  Onun  imzası  – 
venzeli xeyriyyəçilik modeli olaraq binaların üzərində qalmaqda 
davam edir.      
Sahibi  olduğu  “Neft  firması”  1908-ci  ildə  rekord  həcmdə 
neft çıxarır. 12. 328. 300 pud xam neft – bu rəqəm Azərbaycanın 
neft  firmaları  arasında  ən  yüksək  göstərici  olmuşdur.  Hər  il  25 
müsəlman qızının ibtidai sinifdə oxuması üçün iri məbləğdə ianə 
verir.  Tikililərinin    sırasında  Realnı  məktəb  və  dörd  xəstəxana 
xüsusi diqqət cəlb edir. 
Arxitektur  binaları  ilə  Azərbaycanı  dünyaya  tanıtdıran  Ağa 
Musa  olur.  28  may  küçəsini  bu  gün  də  onun  nəhəng  binaları 
bəzəyir. Bu tikililər şəhərimizin ən dəyərli memarlıq abidələrin-
dəndir. 
Oğlu İsmayılın xatirəsinə həsr etdiyi - qotik üslubda tikdir-
diyi  –  binaları  içərisində  şah  əsər  sayılan  “Ġsmailiyyə”  binası 
(1908-1913)  öz  harmoniyası  ilə  bir  simfonik  əsər    təsəvvürü 


 
19 
yaradır.  Bu  bina  Ağa  Musanın  ixtirasıdır.  Venesian  Qotikası 
Bakının  ümumi  mənzərəsinə  islam  dini  üslubunda  bədii  təsvir-
edici tarixi formada yerləşdirilmişdir.  
Bina  1913-1920  illərədək  ilk  “Müsəlman  Xeyriyyə  Cə-
miyyəti” missiyasını yerinə yetirmişdir.   
Tikdirdiyi  mədəni  məişət  obyektləri,  himayəyə  götürdüyü 
yüzlərlə  yoxsul ailə, 35 yoxsul ailə başçısının vəsiyyətinə əməl 
edib,  dəfnlərini  Kərbəlada  keçirən,  şəxsi  vəsaiti  hesabına  oxut-
duğu  soydaşlarımız  diqqətə  layiqdir.  Bakıya  və  eləcə  də  Qara 
şəhərə  həyat  rəmzi  sayılan  Şollar  suyunun  çəkilməsində  böyük 
məbləğ  sərf  etmişdir.  Bütün  bunlar  Ağa  Musanın  xeyirxah-
lığının sübutudur. 
Tikdirdiyi  98  bina  Bakının  möhürünə  çevrilib.  Ağa  Musa 
Nağıyev Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları 
arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı.  
Deyilənlərə görə mən də babamın fəaliyyətinin aşkarlanma-
sında,  itirilmiş  haqqının  qaytarılmasında,  yaddaşlardan  silin-
məyə  doğru  gedən  faktarı  işıqlandırmaqda  xeyli  iş  görmüşəm. 
Onu “Kərbəla” həsrətindən xilas etmişəm.  
Ən  əsası,  Ağa  Musa  Nağıyev  –  Bakı  su  kəmərinin  -  
ġollar  suyunun  çəkiliĢinə  küllü  miqdarda  vəsait  ayırmıĢdı. 
“Ġsmailiyyə” sarayı kimi milli memarlıq incisi tikdirmiĢdi! 
 
 
ġəmsi Əsədullayev (1840-1913)  
 
Bakının  Əmircan  (Xilə)  kəndində  kasıb  bir  ailədə  dünyaya 
göz  açıb.Araba  sürməklə  məşğul  olan  Şəmsi  Əsədullayev  tale-
yin  hökmü,  Bakı  neftinin  ecaskar  qüdrəti,  neft  sahəsində  can-
lanmanın  hesabına  milyonçuya  çevrilir.  İllər  ötdükcə  ağlı,  zə-
kası, bacarığı və işgüzarlığı ilə neft səltənəti olan Bakının varlı 
sərvətdarlarından biri kimi məşhurlaşır. 
Şəmsi Əsədullayev - Allah adamı, səxavətli, insanın fərasə-
tinə qiymət verən insan olub. Doğma şəhərində neçə-neçə yara-


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə