Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə15/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

 
54 
1899-cu  ildə  Ağa  Musa  Nağıyev  Merkuryev  küçəsində  – 
indiki Akademik Zərifə Əliyeva prospekti 36-da memar Kazimir 
Şkuryeviçin  inşasında “Poçt-Teleqraf Kontoru” binasını tikdirir. 
Binanı tikdirməkdə xeyriyyəçinin  əsas məqsədi  rayonlar ilə şə-
hər  arasında  əlaqə  yaratmaq  olub.  Nəqliyyat  vasitələrinin  məh-
dud  olduğu  bir  dövrdə  belə  bir  töhfəni  Bakıya  Ağa  Musa  bəxş 
edib. 
“Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyi”  adlanan 
binanın bu il 112 yaşı tamam olur. 
28  may  küçəsindəki  binaların  hər  biri  bu  gün  də  öz  təra-
vətini itirməyib, xarici bəzəyi ilə təzə gəlinə bənzəyir. 
Memarlıq  üslubu  ilə  şəhərə  xüsusi  gözəllik  verən  –  Rabitə 
və  İnformasiya Texnologiyaları Nazirliyinin binasını – rabitəçi-
lərə, Akademiyanın binasını – elmə, Zabitlər evini – zabit heyə-
tinə,  xəstəxanaları  –  insan  sağlamlığının  keşiyinə,  İqtisad  Uni-
versitetini – təhsilə  ünvanladığı mesajıdır Ağa Musa Nağıyevin. 
Çox ev tikdirənin ömrünü Allah yarımçıq qoymaz deyiblər. 
Lakin  bu  kəlam  varidatının  ümumi  miqdarı  milyonlarla  dəyər-
ləndirilən Ağa Musa Nağıyevə qismət olmadı. 
Kapitalını  o  dövrdə  cəhalət  girdabında  boğulan  xalqın  ma-
ariflənməsinə, onun dünya görüşünün ümumi mədəni səviyyəsi-
nin yüksəlişi istiqamətinə sərf etməklə bərabər Ağa Musa əsasən 
bina tikintisinə də yönəltmişdi. 
Ağa  Musanın  tikdirdiyi  hər  binanın  arxasında  onun  surəti, 
ardınca isə dövrün həsrəti təsvir olunub. Qəribədir ki, tikdirdiyi  
binalar  gözəlliyi,  möhtəşəmliyi,  nadir  üslubu  xatırlatmaqla  ya-
naşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular sanki sa-
hibinin acınacaqlı taleyidir. 
  
 
 
 
 


 
55 
NUR İЧİNDЯ ЯBЯDİYYЯTЯ   
QOVUШDU 
 
O
nun taleyi başqa milyonçulardan çox fərqli idi. Qızı Üm-
mül Banu doğuş zamanı, oğlu İsmayıl isə çarəsi tapılmayan xəs-
təlikdən dünyasını dəyişmişdi. 
Neft milyonçusu, xeyriyyəçi dünyaya sadə bir ailədə göz 
açmasına,  heç  bir  təhsil  almadığına  baxmayaraq,  həyatda 
zəhmətilə özünə yol açmıĢdı. 
1901-ci  ildə  Bakıya  həyat  və  məhsuldarlığın  rəmzi  olan 
ġollar  suyunun  çəkiliĢində  vəsaitin  75  faizini  ödəyən  Ağa 
Musa olmuĢdur. Bütövlükdə suyun çəkiliĢinə 33 mln. xərclən-
miĢdi. 
Avropa  ölkələrində  ilk və  nəhəng  inĢaat  qurğusu ġollar 
suyunun çəkiliĢi sayılırdı. 
Bu  gün  də  onun  hər  bir  tikilisi  Bakını  möhkəmləĢdirir, 
gözəlləĢdirir,  insanda  qürur  hissi  yaradır.  Bəzəkli  Ġsmailiy-
yə, rokkoko və borokko üslubunda tikdirdiyi “n” qədər  mə-
bədlər! Bakının qarĢısında dünya üzünə açılan ən gözəl pey-
zajdır, nəqĢidir Azərbaycanın. 
Gənc  olmasına  baxmayaraq,  həyatın  nəbzini  psixoloq 
dəqiqliyi ilə tuta bilən Ağa Musa Nağıyev əzab-əziyyətlə top-
ladığı vəsaiti  hara, niyə və nəyə xərcləməyi bacarırdı. 
O, xeyir əməlləri, ziyalı təfəkkürü ilə zəmanəsinin mese-
natları arasında özünəməxsus Ģərəfli yer tutub. 
Lakin nədənsə dövrünün qara kölgələri – bədxahları, sö-
zün  məcazi  mənasında  həyat  Universitetinin  Ġqtisad  fakül-
təsini “Qırmızı Diplom”la baĢa vurmuĢ Ağa Musa Nağıyevin 
iĢıqlı fəaliyyətinə qara don geydirmiĢlər. 


 
56 
Allahın  özünə  belə  xoĢ  gələn  qənaətcilliyi,  zərrə  qədər 
israfa  varmadığını  ifrat  dərəcədə  qabardaraq  üzərinə  “xə-
sis” damğası vurmuĢlar. 
Onu  hər  zaman  insan  taleyi  düşündürürdü.  Ocağın  yanında 
papirosunu  (siqaretini)  kibritlə  yandıran  işçisini  işdən  kənarlaş-
dırdığını bir neçə ədəbiyyatda işıqlandırılmasının şahidi oluruq. 
Lakin  bu  əhvalat  başa  düşdüyümüz  qədər  də  adi  deyil.  Hər  bir 
zəkalı insan burada böyük bir məna görə bilər. 
Məhz onun vəsaiti hesabına Bakıda qısa müddətdə bütöv bir 
ziyalı nəsli təşəkkül tapıb. 
Deyirlər    insan  o  zaman  ölür  ki,  onu  xatırlayan  sonuncu 
Ģəxs həyatdan köçür. Ağa Musa ölməyib. DüĢünürəm ki, mən 
sonuncu deyiləm. Övladlarım və nəvələrim onu yaĢadacaq. 
Ağa  Musa  Nağıyev  1919-cu  il  martın  4-də  dünyasını  də-
yişir. 
 O  zaman  Cümhuriyyət  Parlamentinin  orqanı  olan  “Azər-
baycan”  qəzetində  haqqında  dərc  edilən  nekroloqda  bu  sözlər 
qeyd edilmişdi: 
“Ağa Musa Nağıyev – ən orijinal adamlardan biri, təbiətən 
intəhasız enerjili, qabiliyyətli, mükəmməl  formalaşmış bir insan 
həyatdan  getmişdir.  İri  kapital  sahibi  olan  Ağa  Musa  xalqının 
bütün  tələblərinə  rəğbətlə  yanaşıb.  Elə  bir  əhəmiyyətli  ictimai 
məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın... 
Rəhmətliyin  xidmətləri  onun  xalq  arasında  xatirəsini  əbədi 
yaşatmağa qadirdir”. 
Vəfatından sonra qəzetlər bir ay onun haqqında dəyərli söz-
lər dərc etmiş,  vəfatından təəssüfləndiklərini bildirmişlər. 
Neft milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyev kasıb bir 
ailədə  dünyaya  göz  açmasına,  təhsil  almadığına  baxmayaraq, 
fərasəti  və  ağlı  ilə  həyatda  özünə  yol  açdı.  Xalqın  ehtiyacların-
dan  irəli  gələn  hər  bir  çağrışa  vaxtında  cavab  verməsi,  doğma 


 
57 
şəhəri ilə bağlı bütün xeyriyyə işlərində yaxından iştirak etməsi, 
nəhayət Bakı üçün etdikləri ona əbədilik qazandırdı. 
Atasının  –  “Oğul,  bacardığın  qədər  bina  tikdir,  ömrün  uza-
nar”  vəsiyyətinə  əməl  edib,  100  bina  tikdirməyi  qarşısına  məq-
səd qoyan və 100  yaşayacağına, hətta ölümsüzlüyə qovuşacağı-
na  inanan  Ağa  Musa  Nağıyev  70  yaşında  dünyasını  dəyişdi. 
Ölüm atasının vəsiyyətinə tam şəkildə əməl etməyə imkan ver-
məsə  də,  Bakı  milyonçuları  arasında  doxsan  səkkiz  (98)  bina 
tikdirmək yalnız ona nəsib oldu. 
Əlbəttə ki, həyat  fiziki mənada ölümsüz ola bilməzdi. Am-
ma  xərclədiyi  vəsait  hesabına  ucalan  gözəl  tikililər  ona  mənəvi 
ölümsüzlük qazandırdı. 
Adı, əməlləri nur içində əbədiyyətə qovuşdu. 
 
          


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə