Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

 
61 
BİSAVAD OLSA DA,   
YAXШI İQTİSADЧI OLUB 
 
T
əbii  ki,  tarixi  bilib,  ona  hörmət  bəsləyən  hər  kəs  bu  gün  
Ağa  Musa  Nağıyev  deyəndə,  öncə  məşhur  “İsmailiyyə”  binası 
haqqında  düşünür.  Binanın  2013-cü  ildə  100  yaşı  olacaq.  Ba-
kının taxt-tacı sayılan bu bina şəhərin arxitekturasına qadın boy-
nuna  xüsusi  yaraşıq  verən  bir  zinət  incisi  kimi  daxil  olub,  me-
marlıq tariximizdə xüsusi yer tutub. 
Bir  zaman  hamballıq  edib,  sonralar  fərasəti  sayəsində  məş-
hur  neftxudaya  çevrilən  Ağa  Musa  Nağıyevin  inşa  etdirdiyi 
binalar  bu  gün  də  onun  ömrünü  sonsuzluğa  calayan  qırılmaz, 
sarsılmaz daş tellərdir. 
Təəssüf ki,  Ağa Musa Nağıyevin  neft sahəsində,  memarlıq, 
maarifçilik  və  ələlxüsus tibb sahəsindəki  xidmətlərinin kölgədə 
qalması bu gün  narahatlıq yaradır.  
Deyirlər ki, zamanın meyarı yaddaşdır. 
Dövlətimiz  müstəqillik  əldə  etdiyi  zamandan  Ağa  Musa 
Nağıyevin adı ilə bağlı haqq-ədalətin bərpası uğrunda çalışıram.  
Varidatının ümumi miqdarı 413 mln. (bəzi sənədlərə əsasən 
690 mln.) dəyərləndirilən Ağa Musa Nağıyev kapitalının çoxunu  
cəhalət  girdabında  boğulan  xalqının  dünyagörüşünün,  mədəni 
səviyyəsinin yüksəlişinə sərf edib. 
Neçə-neçə neft firmalarının sahibi olan Ağa Musa Nağıyev, 
artıq  1890-1895-ci  illərdə  tanınmış,  dövrünün  say-seçilənlərin-
dən olmuşdu. 
O, Vətənin “Qara qızılı”nın  ölçüsünü  yüksəklərə  qaldırmış, 
sənətinin ustası sayılmışdı. 
Onun neft sahəsindəki fəaliyyətinə qədər Abşeronun neft sə-
nayesi  bir  şəxsin  Hüseynqulu  ağanın  xüsusi  mülkiyyətində  idi. 
Yalnız xanlığın  müdaxiləsindən sonra müsadirə edilmiş quyular 
çar xəzinəsinin mülkiyyəti elan olunur. Həmin neft quyuları mü-
qavilə ilə iltizamçılara 65 il müddətinə istismara verilir. 


 
62 
Ağa Musa əldə etdiyi quyulardan çıxan neftin istehsalını tez 
bir  zamanda  gözlənilməz  dərəcədə  artıra  bilir  və  nəticədə  döv-
rünün neft milyonçuları sırasında ən varlısına çevrilir. Bacarıqlı 
iş  adamı  olmasına  baxmayaraq,  qənaətcilliyinə  görə  Ağa  Musa 
Nağıyev müasirləri tərəfindən “xəsis” kimi qələmə verirdi. 
Zaman keçir, dövran dəyişir... Heç kəsə qalmayan dünya mil-
yonlar sahibi Ağa Musaya da qalmır. 
“Tikmədim,  özüm  qalam,  tikdim  ki,  izim  qala”  prinsipini 
özünün  həyat  amalına  çevirmiş  unudulmaz  şəxsiyyətin  –  Ağa 
Musa  Nağıyevin  xatirəsinə  layiqincə  ehtiram  göstərməyin,  çox 
sevdiyi şəhərdə – tikdirdiyi binalarla xüsusi yaraşıq verdiyi Ba-
kıda adının yüksək səviyyədə əbədiləşdirilməsinin vaxtı çoxdan 
yetişib. 
Bakının  memarlıq  salnaməsinə  silinməz  98  rəqəmi  yazan, 
35  imkansızın  vəsiyyətinə  əməl  edib  dəfnlərini  Kərbəlada  keçi-
rən,  maariflənməyə  xüsusi  diqqət  yetirən,  səhiyyədə  himayəçi 
kimi tanınan Ağa Musanın qənaətçilliyi də xalqına xidmətə  yö-
nəlmişdi. 
O, sərvətini eyş-işrətə deyil, işıqlı əməllərə sərf etmişdi. Pu-
lun  qədrini  bilməklə  yanaşı,  ondan  səmərəli  istifadə  etməyi  də 
ustalıqla bacarmışdı.  
Düşünürəm ki, bu “Qənaətlə yaşa, padşah olarsan!” – atalar 
misalını  unudaraq,  Ağa  Musanı  “xəsis”  adlandıranların,  “bəzi 
tədqiqatçılar”ın  qeyri-obyektiv mülahizələridir. Çünki  Ağa Mu-
sa  iqtisadiyyatı  yaxşı  bilir,  puldan  səmərəli  istifadə  etməyi  ba-
carırdı. İsrafçılığa  mənfi münasibət bəsləmişdi. 
Ağa  Musanı  təcrübəli  təsərrüfatçı  kimi  dəyərləndirən  mü-
həndis-texnoloq Fətulla bəy Rüstəmbəyov olmuşdur. 
Ehtiyac içində  yaşadığını heç vaxt unutmayan Ağa Musa 3 
manat,  oğlu  İsmayıl isə 100 manat ianə verəndə, o, sual edənlə-
rə belə cavab verir: “Atam-atam, o, milyonçu Ağa Musanın oğ-
ludur. Mən isə  Biləcərili saman satan Hacı Nağının”. Başqa bir 
məclisdə  Qubernator  ona  sual  edəndə  ki,  Ağa  Musa,  mən  100 


 
63 
manat,  sən  isə  3  manat  –  nədən  belə?  Ağa  Musa  belə  cavab 
verir: – “Sən “Hökumətsən”, verərsən də”... 
Xəstəxanalar, zavodlar, mehmanxanalar, məktəblər tikdirən-
lər siyahısında birinci olan Ağa Musa, bir çox başqa siyahılarda 
da birinci olmuşdur. 
Azərbaycanlı  qızlarını  savadlı  görmək  arzusu  ilə  Realnı 
məktəbə  himayədarlıq etməklə  yanaşı,  qızlar üçün  “məktəbəqə-
dər  siniflər”  açan  və  onların  hər  il  təhsil  haqqını  ödəyən  Ağa 
Musa Nağıyevin etdikləri danılmazdır. 
 
“VENZEL”ləri  (Emblema)  –  binalarının  üzərində  həkk 
olunmuĢ daĢ kitabələr  - onun möhürü olub, bu gün “Xatirə 
lövhəsini” əvəz edir. 
 
Uzat əllərini, tut əllərimdən
Əllərin əlimə toxunsun, bir an. 
Danış babamızın əməllərindən,  
Bizi qovuşdurdu yenidən zaman. 
                                                 


 
64 
NAHAQQA MESAJ 
         
Ə
srin  əvvəllərində  Azərbaycanda  neft  sənayesinin  coşqun 
yüksəlişi tez bir zamanda milli burjuaziyanın da formalaşmasına 
səbəb  oldu.  Uzun  müddət  sadə  xalqın  düşməni  kimi  təqdim 
edilən burjuaziya haqqında  formalaşmış təsəvvürlər məhz Sovet 
epoxasından  sonra  bu  sinfin  bir  çox  nümayəndələrinin  xidmət-
ləri,  xalqın  mənafeyi  üçün  gördüyü  işlər,  həm  xatirələrdə  yaşa-
yan, həm arxiv sənədlərində qeyd olunan fəaliyyətləri aşkarlan-
dığı  halda,  nədənsə  H.Z.Tağıyev,  A.M.Nağıyev  kimi  sələflərin 
yolunu davam etdirənlər tapılmır? 
Milyonçu  sahibkarlarımız  arasında  ən  çox  məşhur  olanı 
H.Z.Tağıyev idi. 
Lakin nədənsə Hacı Zeynalabdindən sonra Azərbaycan milli 
burjuaziyasının görkəmli nümayəndəsi olan Ağa Musa Nağıyev 
“xəsis” ləqəbi ilə damğalanmışdır. Yazıçı Manaf Süleymanovun 
80-cı  illərin  axırlarında  çapdan  çıxmış  “Eşitdiklərim,  oxuduq-
larım, gördüklərim” kitabı inqilabdan əvvəl neft maqnatları haq-
qında oxuculara ilk tanışlıq verən mənbələrdən olmuşdur. 
Ağa Musa  haqqında yazmağa məni məcbur edən amillərdən 
ən əsası da bu oldu. 
Hər dəfə eşidəndə ki, Ağa Musanın ünvanına “xəsis” deyilir, 
ürəyim yanır. 
Çoxları onun pulunun qədrini bilən olduğu fikri yaxına bu-
raxmırdı. Görünür xeyriyyəçiliyilə öndə  gedən Ağa Musanı gö-
zü götürməyənlər dostundan çox olub. 
Hacı  Zeynalabdin  Tağıyevin  qızı  Sara  xanımın  xatirələrin-
dən  birində  belə  bir  epizoda  rast  gəldim:  “Qardaşım  ilə  mərc 
qoşdum  və  gəminin  ilminatorunun  qalın  şüşəsini  dəmir  parçası 
ilə  vurub,  sındırdım.  Bundan  xəbər  tutan  atam,  məni  bir  aylıq 
xərcimdən  məhrum  edib,  şüşənin  bərpasına  verdi”.  Bu  insan 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə