Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

 
47 
Dəniz limanında, müxtəlif sahələrdə artıq təcrübə qazanmış  
Ağa Musanın misin fontan vurması haqda mülahizəsi əlbəttə ki, 
inandırıcı deyildi. 
Neft  milyonçusu,  Neft  Kralı,  Birinci  dərəcəli  Tacir,  Me-
senat-xeyriyyəçi  Ağa Musa Nağıyev...    
Bu  ad  bir  də  yaddaşlarda  Bakının  memarlıq  simasına  bina-
ları ilə ən çox töhfə verməsi ilə qalıb. 
Elə  bu  sahədəki  fəaliyyəti  bəs  edər  ki,  onun  adı  ölkəmizin 
tarixinə qızıl hərflərlə yazılsın. 
Dövlətimiz müstəqillik əldə edəndən Ağa Musanın qaranlıq 
taleyini  araşdırmaqla  məşğulam.  Haqqında  rast  gəldiyim  tarixi 
faktlara  nəzər  saldıqca  elə  bil  o  illəri  yaşayıram.  Həyəcanlanı-
ram,  kövrəlirəm,  kədərlənirəm,  hərdən  ağlayıram...  Var  dövlət 
içində olsalar da, Ağa Musanın, Fərəcin çəkdikləri əzabları içim-
də hiss edirəm, sızlayıram. 
Azərbaycanda  kommunist  rejiminin  qurulması  neft  baron-
larına taleyin sərt üzünü göstərdi. Səfalət içində dünyasını dəyi-
şən, düşdüyü vəziyyətə dözməyib intihar edən və dərddən dün-
yasını dəyişənlər də  oldu. 
20-ci  illərdə  bolşeviklərin  Azərbaycanda  hakimiyyətə  gəl-
məsi  ilə  Bakı  milyonçularının  taleyinə  və  karyeralarına  bir 
dəfəlik  xitam  verildi,  onlara  vurulan  “xalq  düşməni”  damğası 
yalnız 70 ildən sonra üzərlərindən götürüldü. 
Bir  zamanlar  xalqın  mədəniyyətində  mühüm  yer  tutan  in-
sanlar haqqında danışmaq təhlükəli olsa da, onların adlarını xal-
qın  yaddaşından  silmək  qeyri-mümkün  oldu.  70  il  sürən  sovet 
rejiminin  təbliğat  maşını  tikililər  və  onun  sahibi  barədə  məlu-
matları xalqın yaddaşından silmək üçün əlindən gələni etdi.   
Lakin,  “haqq  incələr,  amma  üzülməz”  -  deyiblər.  Uzun 
müddət  fəaliyyəti  xalqdan  gizli  saxlanılan  Ağa  Musa  Nağıyev 
haqqında xatirələrin araşdırıcısı oldum. 


 
48 
İllər keçdikcə Ağa Musanın  xeyriyyəçiliyi  unudulmuş,  yal-
nız  təsadüfən  deyilən  bir  kəlmə,  “xəsis”  deyə  yad  edən  Azər-
baycan  xalqının  müasirləri  onun  etdiklərini,  qoyub  getdiklərini 
aramayıb, bununla  kifayətlənmişdir. 
Hər iki övladını – oğlu İsmayılı və qızı Ümmül Banunu er-
kən  itirən,  lakin  çətin  də  olsa  yaşamağa  davam  edən  Ağa  Mu-
sanın  yenidən  “həyata  qayıtmağa”  necə  güc  tapdığı  heç  kəsə 
bəlli deyildi. 
Azərbaycan milli burjuaziyasının nəhəng nümayəndəsi olan 
Ağa  Musa  Nağıyev,  özünün  işgüzarlığı  sayəsində  milyonçu 
pilləsinə ucalıb. 
Gələcəyi  təmin  etmək  məsuliyyətini  üzərinə  götürən  Ağa 
Musanı  çox  şey  düşündürürdü...  Ən  ağrılı  yerlərindən  biri  - 
səhiyyə  sahəsində  olan  problemlər  idi.  Məhz  bu  səbəbdən  oğlu 
İsmayılı  itirən  və  bu  itkinin  ağrısını  daima  qəlbində  gəzdirən 
milyonçu, başqalarının əlacsızlıq ucbatından ölməyinin qarşısını 
almaq  məqsədilə  xəstəxanalar  tikdirməyi  qərara  alır.  Şəxsi  im-
kanları  hesabına  Bakıda  o  dövr  üçün  müqayisə  olunmaz  dərə-
cədə  yüksək  səviyyədə  tibbi  avadanlıqlarla  təchiz  olunan  dörd 
nəhəng xəstəxana tikdirir ki, bu gün də insanlar bu səhiyyə oca-
ğında şəfa tapmaqla bərabər möcüzələrlə rastlaşır. 
1914-cü ildə adını daşıyacaq, lakin uzun müddət 1919-1992 
illərədək  Semaşkonun  adı  ilə  məşhurlaşacaq  xəstəxananın  ti-
kintisinə  başlayır.  Bu  məsuliyyətli  işi  uzun  müddət  xəstəxana 
tikintisi ilə məşğul olan memar Bayevə tapşırır.   
Ağa Musa Nağıyev xəstəxananın yerini seçməmişdən əvvəl 
şəhərin üç yerində: Qara şəhərdə (Çornıy qorod), Bayıl şəhərinin  
başlanğıcında  və  sonradan  uzun  müddət  adını  yasaq  edib,  Se-
maşko  adı  ilə  məşhur  olacaq  obyektin  bu  gün  yerləşdiyi  yerdə 
qoyun  kəsdirib,  cəmdəyin  neçə  günə  xarab  olacağı  xəbərini 
gözləyir.  Birinci  yerdə  cəmdək  2  günə,  ikinci  yerdə  3  günə, 


 
49 
üçüncü  yerdə  4  günə  xarab  olduğundan  xəbər  tutan  Ağa  Musa 
məhz bu yerdə ilk xəstəxana tikdirməyi qərara alır. Məqsəd kənd 
və  rayonlardan  gələn  xəstələrin  ağır  gününü  düşünüb,  meyidin 
yaşadıqları  məkana  çatdırılanadək  xarab  olmasının  qarşısını  al-
maq olub. 
Xəstəxananın  özülü  qoyulmamışdan  əvvəl  Ağa  Musa  ətraf 
sahələrdə  saysız-hesabsız  küknar  ağacları  əkdirir.  Bildiklərinə 
və öyrəndiklərinə əsasən bu ağac vərəm mikroblarına (Kox çöp-
ləri) qarşı silah olub, məhvedici xüsusiyyətə malik olub. 
Bu  haqda  düşünməyi  özünə  borc  bilən  Ağa  Musa  vərəmin 
qarşısını almaqla bərabər, başqalarının övlad dağı görməməsinə 
az da olsa kömək edir. 
Xəstəxananın  binövrəsini  qoymağa  maneçilik  törədənlər 
tapılsa  da,  Ağa  Musa  banka  300  min  rubl  keçirdikdən  sonra 
tikinti işləri yoluna düşür. 
Moskvada,  Peterburqda,  Hamburqda  və  Berlində  xəstəxana 
tikinti  layihəsini  həyata  keçirməklə  məşhurlaşan  memar  Bayev 
bu işə Bakıda da çox həvəslə başlayır. Layihə çox böyük sahəni 
əhatə etdiyindən, 10 il müddətində tikilib, başa çatır. 1000 çar-
payılıq nəzərdə tutulan xəstəxana xeyriyyəçi Ağa Musanın  soy-
adının baş hərifi “N” formasında inşa edilir.  
“N”  hərfinin  paralel  qanadlarında  xəstələr  üçün  palatalar 
yerləşdirilir. 
1914-cü  ildə  tikintisi  başa  çatdırılan  xəstəxanada:  250  çar-
payılıq cərrahi xəstələr; 400 – daxili xəstəliklər; 250 – infeksion; 
50  –  dəri-zöhrəvi;  50  –  yer  isə  əsəb  xəstəlikləri  üçün  nəzərdə 
tutulur.  
İnsanların xəstəliyə yoluxmasının qarşısını almaq məqsədilə 
tikdirdiyi  xəstəxana  çox  qısa  bir  müddət  Ağa  Musa  Nağıyevin 
adını daşıyır. 
Totalitar rejim  burada da özünü göstərir. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə