Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

 
43 
QЯNAЯT   
VARLANMAЬIN YOLUDUR
 
 
 
S
aman satan oğlu olub, bir vaxt hamballıq edən  Musanı bir 
fikir  heç  vaxt  rahat  buraxmırdı:  “Qənaət  etmək  varlanmağın 
yoludur”.  
Bu  gün onun imzası sayılan-venzeli  (embleması)  xeyriyyə-
çilik modeli olaraq binalarını bəzəyib, “daş kitabə”lərin üzərində 
qalmaqdadır.  Tikililərinin  üzərindəki  bu  venzellər  öz  gözəlliyi 
və məna etibarilə diqqəti cəlb edir. Kənarlarında saman çələngi, 
ortada  hambal  palanının  üzərində  adının  və  soyadının  baş  hə-
rifləri - “MN”  (Musa Nağıyev) və  ya “AM”  (Ağa Musa) təsvir 
olunan  venzelin  yanından  həyəcansız  keçmək  mümkün  deyil. 
Ağa  Musa  Nağıyev  bununla  keçmişini  –  atasının  saman  satan, 
özünün hambal olduğunu unutmadığını vurğulayıb. 
Bəlkə  də  11  yaşlı  Musa  kiçik  vücudu  ilə  ağır  işə  başlayıb 
ailəsini  dolandırmaqla,  gələcəyini  təmin  etmək  məsuliyyətini 
daşımaqla  andı  insanlığı?  Bəlkə  də  istənilən  halda,  həyatı 
mütaliə edərək yaxşı insan olmağı bacardı? 
O, hər şey haqda düşünürdü. Azərbaycanlı balalarının savad 
alması,  Bakının  susuzluğu,  insanların  küçə  həyatı  və  bir  çox 
başqa – başqa  problemlər  onu narahat edirdi. 
Sovet  hakimiyyəti  dövründə  onun  qəbri  üzərində  ərəb  əlif-
bası ilə adı və soyadı yazılan kiçik bir daş parçasından ibarət idi. 
Müxtəlif  səbəblərdən  Ağa  Musa  Nağıyevin  nəşi  üç  dəfə  müx-
təlif  yerlərdə  yenidən  torpağa  tapşırılıb.  Üç  dəfə  də  bu  kiçik 
üçbucaqlı baş daşı onun yeni qəbrinin üzərinə qoyulub...  
 
 
 
 
 


 
44 
 
HALAL HAQQININ 
QAYTARILMASINA ЧALIШIRAM 
 
N
eçə  illərdir  ki,  Nağıyevlərin  nəsil  şəcərəsinin  yorulmaz 
yolçusuyam. Söz və əməllərinin yaddan çıxan anlarını arxiv sə-
nədlərinin siyahısında yorulmadan axtarıb, araşdırmaqla məşğu-
lam.  Musa  Nağıyevin  tikdirdiyi  binasında  –  İsmailiyyədə  onu 
təntənə  ilə  yad  edir,  vəsiyyətinə  əməl  edərək  binalarından  biri 
olan  İqtisad  Universitetində  Ağa  Musa  və  oğlu  İsmayılın  por-
tretlərinin  asılmasına nail olub, haqqında kitab yazdım. İndi  bir 
arzum var:  Musa Nağıyevin halal haqqını özünə  qaytarmaq.  
Əslində  tariximizi  yaşatmaq  baxımından  belə  şəxsiyyətləri 
daha  yaxından  öyrənib  yaddaşlara  köçürməyi  günümüzün  real-
lığı sayıram. 
Gördüyüm işlər məni qane etməsə də, deyilənlərə görə diq-
qət cəlb edir: 
-  Ağa  Musa  Nağıyevin  ölümündən  80  il  keçdikdən  sonra 
(1919-1998) “əmanət” qalmış məzarının abadlaşdırılıb, əbədiləş-
dirilməsində;  
- Şah  binası sayılan – “İsmailiyyə”də keçirdiyim  yığıncaq-
larda Ağa Musa  və Fərəc Nağıyevlərin  yad edilməsində;  
- 100 il öncə etdiyi  (1907-2007) vəsiyyətinə əsasən: Dövlət 
İqtisad Universitetinin və Diasporanın  salonunda Ağa Musa və 
oğlu İsmayıl bəyin portretlərinin asılmasında; 
-  Ağa Musa Nağıyevin  həyatından məqamlara həsr etdiyim 
kitab  yazıb,  M.F.Axundov  adına  kitabxanada  kitabın  elektron 
saytının yaranmasında; 
-    Ağa  Musa  Nağıyev  adına  “Milli  Dəyərlərin  Qorunması”  
Təşkilatının  yaranmasında; 
-  Həyat və fəaliyyətini əhatə edən “musanagiyev.az” inter-
net saytının açılmasını həyata keçirməkdə və bir çox arzularımın 
reallaşmasında  var qüvvəmi əsirgəməmişəm. 


 
45 
Baba adına – layiqli nəvə, ata adına – layiqli övlad olduğu-
mu  təsdiqləyənədək  bu  yolun  mübarizi  olmaq  qarşımda  duran 
əsas məqsədimdir. 
Kitabı  vərəqlədikcə  Ağa  Musa  Nağıyevin  saya  gələ  bilmə-
yən  möhtəşəm  tikililərinin,  maarifin,  səhiyyənin  inkişafına  yö-
nəldiyi  işlərinin,  bolşeviklər  tərəfindən  oğurlanarkən  pullarını 
göyə sovurmayan anların, imkansızlara əl tutmasının şahidi ola-
caq, vəfatının 40 gününün tamamında əmlakının qohumları ara-
sında bölüşdürmələri ilə tanış olduqca – onun insani keyfiyyət-
lərini qiymətləndirib, ürəyinizdə Ağa Musa Nağıyevə yer ayıra-
cağınıza əminəm.   
Neçə  illərdir  araşdırdığım  arxiv  sənədləri  qarşımda  möcü-
zələr  adasına  çevrildikcə,  nələr  çəkdiyimi  sizinlə  bölüşdürsəm 
də, o anları yaşamağı sizlərə rəva bilmirəm. 
 
          
 
  
                        


 
46 
AЬA  MUSA  NAЬIYEV   
İDEALIMDIR! 
 
B
u yazı bir kasıb biləcərili saman satanın ailəsində dünyaya 
göz  açıb,  sonradan  Azərbaycanın  ən  məşhur  milyonçularından 
olan Ağa Musa Nağıyev haqqındadır.  
Təbiət  etibarı  ilə  Musa  çox  dəqiq  və  hər  şeyi  ölçüb-biçən 
insan olub. İllərlə hər çətinliyə sinə gərərək pul toplayan Musa-
nın, qazdığı quyudan su əvəzinə neft fontan vurur. Gecə-gündüz 
quyunun önündən çəkilməyən Musa fəhlələrlə bərabər ağır işlər 
görür. Qısa müddət ərzində fəhlə Musa varlanır. Əldə etdiyi gə-
lir çoxaldıqca, Ağa Musa Bakı kəndlərindəki neftlə zəngin olan 
yataqları  satın  alır  və  yeni  quyular  qazıtdırır.  Varlandıqca  Qara 
şəhərdə (Çornıy qorod) “Neft emalı” zavodu tikdirir, Xəzər də-
nizində ilk bərəsi görünür. 
49  yaşlı  Ağa  Musa  Nağıyev  igidlik,  müdriklik  səltənətinin 
məşhur milyonçusuna çevrilir. Amma qənaətçilliyindən heç vaxt 
əl  çəkmir...  Hətta  qoçular  sifarişlə  onu  oğurlayarkən,  tələb  et-
dikləri  məbləği  ondan  ala  bilmirlər.  Ölümlə  hədələyəndə,  “Öl-
dürsəz, heç onu da almayacaqsız” - deyən Ağa Musa, sözün əsl 
mənasında  onlarla  “alver”  edir,  istənilən  pulun  10  faizini  verir, 
qoçulardan canını qurtarır. 
Görünür  belə  hərəkətlərinə  görə  onun  xəsisliyi  el  arasında 
zərb-məsəlinə çevrilir. 
Mis  mədənlərinin  xeyli  gəlir  gətirdiyindən  xəbər  tutan  Ağa 
Musa,  bu  mədənlərin  neft  vura  bilməsi  ilə  maraqlanır.  Bunun 
mümkün  olmadığını  biləndə  Ağa  Musa:  -  “fontan  vurmayan 
şeyə maya qoymaram” - deyir. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə