Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

 
74 
Q Ə Z Ə L 
 
(Vəfatının 91 ilinə həsr edilib) 
 
Səni qoy tanrı nəzərdən qorusun
Hər gələn dərdi-xətərdən qorusun. 
Çin ola arzu – kamın dünyadə, 
Tap xeyir, Tanrı zərərdən qorusun. 
 
Axmasın bircə gilə yaş gözdən, 
Kövrələn dəmdə, qəhərdən qorusun. 
Qəlbi saf kəslər ola mehmanın, 
Dinsə yad, dildə zəhərdən qorusun. 
 
 Olmasın əskik üzündən şuxluq, 
 Üzünü Tanrı kədərdən qorusun. 
Munisin iltiması var Haqdan
Səni qoy, böhtanü-şərdən qorusun! 
                  
Gülarə Munis 
şair 
 
 
 
 
 
 
 
 


 
75 
BAШQALARINDAN FЯRQLİ 
 OLARAQ... 
 
A
ğa  Musanı  yaxından  tanıyanlar,  ondan  pul  almağın  çox 
müşkül məsələ olduğunu söyləsələr də, onun xoş xasiyyətli, mə-
zəli, çox baməzə insan olduğunu demişər. 
Ağa  Musa  Nağıyev  dilənçiləri  sevməzdi.  O,  demişdi:  Əli-
ayağı  olan  sağlam  adama  sədəqə  verməzlər,  qoy  gedib  mənim 
kimi hamballıq etsin. 
Adətən milyonçular qurban, orucluq və novruz bayramların-
da nəzir paylayardılar. Belə günlərdə Ağa Musa Nağıyev hər sə-
dəqə  istəyənə  pul  verməzdi.  Harada  kor,  şikəst  və  yaxud  xəstə 
görərdisə, onlara əl tutardı. 
Ağa Musa  Nağıyev keçmişini unutmamış, qənaətçil olmuş, 
vəsaitini  ölkənin  inkişafına,  milli  kadrların  yetişməsinə  xərclə-
məkdən çəkinməmişdi.  Bilirdi  ki,  xalqı qədirbiləndir.  Onun xe-
yirxah əməlləri unudulmayacaq. 
O  zaman  ictimai  və  xeyriyyə  işlərilə  məşğul  olan  Cəmiy-
yətlərin fəaliyyəti gün-gündən genişlənirdi. Artıq bütün bu işləri 
özündə  cəmləşdirəcək  vahid  müsəlman  xeyriyyə  –  mədəniyyət 
mərkəzinin yaradılması bir zərurətə çevrilmişdi.   
Ağa Musa Nağıyev yeni inşa olunmuş “İsmailiyyə” sarayını  
məhz belə bir mərkəz elan edir. 
Binada  “Nəşr-Maarif”  Cəmiyyəti  tərəfindən  müxtəlif  xey-
riyyə tədbirləri də keçirilirdi. 
Bina 1918-ci ilin mart ayında ermənilərin Bakıda törətdiklə-
ri qırğınlar zamanı  qarət edilmiş və yandırılmışdı. 
1918-ci  ilin  sentyabr  ayında  Bakı  düşmənlərdən  azad  edil-
dikdən  sonra,  Milli  Hökumətin  qərarı  ilə  bina  yenidən  bərpa 
olunur. 
                                                           
                                            Südabə Sərvi
“El” jurnalının Baş redaktoru  
 


 
76 
Q I S A  B İ O Q R A F İ K   
Ш Я R H 
 
A
zərbaycan  xalqı  tarixi  siyasi  və  ictimai  şəraitinə  görə, 
XIX-XX  əsrlərdə  yerli  sahibkarların  neftdən  əldə  etdikləri  gəlir 
hesabına  bu  gün  müstəqil  Azərbaycanın  bütün  sahələrində  fəa-
liyyət  göstərən alimlərin, iqtisadçıların və  digər  mütəxəssislərin 
ərsəyə gəlməsində milli burjua nümayəndələrinin böyük xidmət-
ləri olmuşdur. 
Təəssüflə qeyd etmək olar ki, Azərbaycan Demokratik Cüm-
huriyyətinin devrildikdən sonra, yaranmış sosialist inqilabı döv-
rünün  böyük  və  milli  burjua  nümayəndələri  sayılan  A.M.Nağı-
yev,  H.Z.Tağıyev.  M.Muxtarov,  Ş.Əsədullayev,  Aşurbəyov  və 
bir çoxlarını səhv və yanlış təhlillər nəticəsində itirdi. XIX əsrin 
əvvəllərində sonradan adı Azərbaycanın məşhur “11 milyonçu” 
sırasındakı siyahıda öncül  yerlərdən birini tutan Ağa Musa Na-
ğıyev 1849-cu ildə Bakının Biləcəri kəndində dünyaya göz açıb. 
Doğumla ölüm arasındakı ömür adlı məsafədə hərə öz həyat 
trayektoriyasını cızır. İnsan dünyaya göz açdığı kimi bir gün də 
gözlərini  yumub,  ona  əlvida  deyir.  Ancaq  hər  şey  bununla  bit-
mir. Axirət evinin qapısına hərə bir cürə üz tutur. 
Elə insan var ki, dünyadan köçəndə fərqli xüsusiyyətinə gö-
rə  yadda  qalır.  Belə  insana  illər  boyu  rəhmət  diləyib,  gördüyü 
işləri minnətdarlıqla xatırlayırlar. 
Azərbaycan  xalqının  qürur  duyduğu,  Bakı  milyonçusu  Ağa 
Musa Nağıyev belələrindən idi. 
Varidatının  ümumi  miqdarı  413  mln.  məbləğində  dəyərlən-
dirilən Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil
o  dövrdə  cəhalət  girdabında  boğulan  xalqının  maariflənməsinə, 


 
77 
dünyagörüşünün və ən əsası ümumi mədəni səviyyəsinin inkişa-
fı istiqamətinə sərf etmişdir. 
Məhz  onun  və  başqa  milyonçuların  əməyi  və  vəsaiti  nəti-
cəsində Bakıda qısa müddət ərzində bütöv bir ziyalı nəsli təşək-
kül tapmışdı. 
Həyatının  ən  çətin  anlarında  atası  Hacı  Nağının  nəsihətləri 
ona  bir  növ  güc  verir,  təsəllisini  tikdirdiyi  çoxsaylı  binalarında 
tapırdı. 
Sevimli  övladlarını  erkən  yaşlarında  itirməsi,  istəkli  həyat 
yoldaşı  Ümma  Səlmənin  cismən  ondan  ayrılıb,  başqa  evdə  ya-
şaması və bir sıra hadisələr baş verir Ağa Musanın həyatında.  
Yüksək təbəqəli yığıncaqlarda iştirak edərkən, həyat yoldaşı 
Ümma Səlmə Kərbəlayi Cəfər qızı və məşuqəsi Yelizaveta Qri-
qoryevnanın üzərindəki ləl-cəvahiratın çəkisi 700 qr. olardı.  
Belə  bir xüsusiyyət də yalnız Ağa Musaya xas idi. 
Ömür-gün  yoldaşı,  övladlarının  anası  Ümma  Səlmə  ömrü-
nün sonunadək Qasım İsmayılov 16-da (Tolstoy küçəsinin kəsiş-
diyi  bina)  bacısı  oğlunun  himayəsində  yaşamışdı.  Onun  bacısı 
oğlu  sonradan  kosmonavtika  aləmində  böyük  nailiyyətlər  əldə 
edən  və  Rusiyada  bu  sahədə  sayılıb  seçilən  Kərim  Kərimovun 
atası olub.  
Ağa Musanın gözləmədiyi  anda, üzünə tale bir də gülür. 
...Peterburqda Romanovun iştirakı ilə keçirilən ziyafətdə iş-
tirak  edən  Hacı  Zeynalabdindən  ayrılıb,  xəyallara  dalan  Ağa 
Musanı indi tamamilə başqa bir fikir düşündürürdü. Bu, qardaşı 
Ağa  Əlinin  dünyaya  gələcək  övladı  haqda  düşüncələr  idi.  Bir 
müddət  öncə  Ağa  Əli  dünyaya  gəlişi  gözlənilən  övladını  Ağa 
Musaya hədiyyə edəcəyinə söz  vermişdi. 
“Birdən qız olsa, götürərsənmi?” sualına Ağa Musa: “Bunun 
heç bir fərqi yoxdur” – cavabını vermişdi. Ziyafət zamanı onun 
narahatçılığına  səbəb də elə bu idi. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə