Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

 
86 
Sonralar  proletar  dünyasında  nəinki  Ağa  Musanın  sərvət-
lərinin  “qırmızılaşdırılmasına”,  talan  edilməsinə,  hətta  ruhuna 
rahatlıq  verilməmişdi.  Azərbaycan  müstəqillik  əldə  etdiyi  za-
mandan bütün sahələrdə özünü dərk, özünə qayıdış hissləri güc-
ləndiyi  kimi,  bu  böyük  insanın  adına  münasibətdə  də  diqqət  və 
ehtiram  hiss  olunur.  Ona  hüsn  rəğbət  artır.  Əminəm  ki,  zaman 
keçdikcə  xeyriyyəçi  Bakı  milyonçularının  xatirəsi  daha  əziz 
tutulacaq.                     
Azərbaycan  hələ  qədim  zamandan  zəngin    tarixi  ilə  və    bu 
tarixi bu günə kimi yaşadan şəxsiyyətləri ilə seçilib. Onlar vətən 
üçün yaşamış, yaratmışlar. Çalışmışlar ki, özlərindən sonra qala-
caq izlər millətin yaddaşında vətənin abidəsi kimi qalsın.  
Tariximizi  yaşatmaq  baxımından  belə  şəxsiyyətlərin  əməl-
lərini yaddaşlara köçürüb qorumağı bacarmaq və milli sahibkar-
larımızın adlarını uca tutmaq borcumuzdur.  
Tarix unutqanlığı heç vaxt bağışlamır. 
Ağa Musa kimi millətin yolunda var-dövlətini xərcləməkdən 
çəkinməyən  sahibkarların itirilən haqlarını qaytarmasaq da, heç 
olmasa onların adlarını uca tutmaqla ruhlarını şad etməyi bacar-
malıyıq. 
“Unutmadığımız keçmiş tarixə dönür” – deyiblər. Tarix isə 
şəxsiyyətlər yetişdirir.  
Amma bizlər bir qədər unutqanlığa qapılaraq bunu dəyərlən-
dirməyi bacarmamışıq.  Əksinə əlimizdə olana təbii məqam kimi 
baxıb, hətta olduğu dəyəri də verməkdə xəsislik etmişik. Sadəcə 
düşünmək  lazımdır  ki,  neftxudalar  varidatlarını  xalqın  yolunda 
məsrəf  ediblər.  
Keçmişimizi  qurub-yaradanın  kimlər  olduğunu  düşünməyi 
bacarmalıyıq.  


 
87 
Milyonçularımız  barədə  şərh  etməyə  hər  zaman  ehtiyac 
duyulur:       
Ağa  Musanın  adı  ötən  əsrlərin  Hacı  Zeynalabdin  Tağıyev 
timsalında  olan  milyonçuları  arasında  birinci  olaraq  çəkilir. 
Əməllərilə bunu doğrultduğuna görə. 
Söhbət kimliyini hələ sağlığında ikən təsdiqləyən, amma nə 
qədər  qəribə  olsa  da,  müasir  zəmanənin  tanındığı  qədər  dəyər 
verilməyən Ağa Musa Nağıyev haqqındadır.   
Ağa Musa Nağıyevi  o dövrdə fərqləndirən əsas  cəhət  onun 
elmə,  təhsilə  yönəltdiyi  maraq,  eyni  zamanda  qız  uşaqlarının 
mövhumatdan uzaqlaşdırılmasına qarşı çıxmaq olub. 
İnkar  olunması  mümkün  olmayan  bir  həyat  qanunu  var. 
İnsan  yarandığı  gündən  ölümünə  doğru  uzun,  ya  da  qısa    bir 
məsafə  qət  edir.  Tanrı  tərəfindən  ona  bəxş  olunan  bu  zaman 
kəsiyində həyatda necə iz buraxacağı isə yalnız onun özünə hə-
valə olunur.  
Bəlkə  də  dünyanın  yükünü  çiyinlərində  daşımaq  da  Tanrı 
tərəfindən “Seçilmiş” insanlara tapşırılır. O dövrdə H.Z.Tağıyev 
deyirdi: “Tanrı mənə var-dövlət verib və bu biçarələri  tapşırıb. 
Məni onlar üçün yaradıb”.  
İnsanlar    bu  “seçilənlər”i  “xeyriyyəçi”  adlandırıblar.  Hacı 
Zeynalabdin  Tağıyev,  Ağa  Musa  Nağıyev,  Şəmsi  Əsədullayev 
kimi xeyriyyəçilər. 
Son illər respublikamızda sabitliyin möhkəmlənməsi, iqtisa-
diyyatın güclənməsi, sahibkarlığın genişləndirilməsi nəticəsində 
Bakıda geniş abadlıq işləri həyata keçirilir. Yeni tikilən binaların 
sayı artdıqca, bu büsatı gördükcə Ağa Musa Nağıyev ehtiramla 
yad  edilir.  Çünki  bu  müdrik  insanın  Bakının  gözəlləşməsində, 
möhtəşəmlənməsində əvəzsiz rolu olub.  


 
88 
Azərbaycan müstəqillik əldə etdiyi zamandan milli qayıdışa 
nail olan xalqımız öz keçmişinə daha ehtiramla yanaşır. Bu ehti-
ramdan Ağa Musa Nağıyevə də bir pay düşür.  
Nağıyev irsinə və varislərinə hörmətlə yanaşan ölkə rəhbər-
liyinə, bir çox vəzifəli şəxslərə, qədirbilən xalqımıza minnətdar-
lığımı bildirib, Allahdan arzu edirəm ki, əski milyonçularımızın 
adları və xeyriyyəçi əməlləri ləyaqətlə yad edilsin. 
Ağa Musa Nağıyev kimi tiksinlər ki, özlərindən sonra izləri 
qalsın. Oxutsunlar ki, dövlətimizə xeyir gətirən, savadlı və ağıllı 
insanların sayı artsın. 
Ağa Musa Nağıyevin millət qarşısında xidmətləri təkcə tik-
dirdiyi binalarla məhdudlaşmır... 
 
 
 
 


 
89 
AЬA MUSA   
ONUNLA QUDA OLUB 
 
H
əmin  dövrdə  yaşayıb,  yaradan  neft  xudalardan  biri  olan 
Şəmsi  Əsədullayev  böyük  hörmət  və  nüfuz  sahibi  olub.  Təbiət 
etibarilə qeyri-adi insan olan Şəmsi Əsədullayev, eyni zamanda 
bir  neçə  ixtiraların  müəllifi  idi.  Kasıb  ailələrdən  olan  azərbay-
canlı gənclər onun hesabına Fransa, Almaniya, Polşa kimi döv-
lətlərdə təhsil almış, ixtisasa yiyələnmişlər.  
Var-dövləti  və  xeyriyyəçiliyi  ilə  sayılıb-seçilənlərdən  olan 
nüfuzlu  Şəmsi  Əsədullayev  “maliyyə  fırıldağı”nın  qurbanına 
çevrilir. 
Belə  ki,  onun  tərəfindən  sifarişçiyə  göndərilən  böyük  miq-
darda  kerosin  vaxtında  ünvanına  çatdırılmadığından  geri  qayta-
rılır. Nəticədə  bütün müəssisələri iflasa uğrayır.  Şəmsi Əsədul-
layevin  bütün  əmlakı  girov  qoyulur.  Banklar  ona  mənsub  vek-
sellərin qəbulundan imtina edir. 
Ticarətin öz qanunları var. 
Şəmsi  Əsədullayevin  ümidi  hər  yerdən  üzülür.  Məhz  belə 
çətin bir anda Ağa Musa Nağıyevin  atdığı  addım hamının hey-
rətinə səbəb olur. Ona yardım əlini uzadır. Borclarını  ödəyir. 
Ağa Musa Nağıyev inanırdı ki, yüksək ağıl sahibi olan Şəm-
si Əsədullayev qısa müddət zamanında ayağa qalxacaq. Həqiqə-
tən tez bir zamanda belə də olur. 
Tarixdən  bəllidir  ki,  bu  iki  milyonçunun  dostluğunun  qo-
humluq telləri ilə övladları daha da bərkitmişdi. 
 
P.S. 
Şəmsi  Əsədullayevin  oğlu  Mirzə,  Ağa  Musa  Nağıyevin 
qızı Ümmül Banu ilə ailə hayatı qurmuşdu. Qızı Xədicə xanım isə Ağa 
Musanın  qardaşı  Yusifin  həyat  yoldaşı  olub.  Yusif  həyatını  erkən 
dəyişdiyindən,  Xədicəni  Ağa  Musanın  qardaşı  Ağa  Əlinin  oğlu  Ağa 
Tağıya  ərə  veriblər.  Xədicə  xanımın  birinci  nikahdan  iki  övladı  – 
Sadıx və Ruqiyə; ikinci nikahdan isə bir övladı – Murad olub. 
Muradın və həyat yoldaşı Dursun xanımın yadigarı Ofelya xanım 
hal-hazırda Akademiyanın Ədəbiyyat İnstitutunun elmi işçisidir. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə