Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

 
82 
EHTİRAM  BORCU 
 
Fəlakətdən güc alıram, 
Mətanəti güc sayıram. 
Alçaldırlar, ucalıram, 
Kiçildirlər, böyüyürəm. 
 
D
oğru deyiblər ki,  dünyaya  göz açmaq özü bir xoşbəxtlik-
dir. Hər  birimiz beşik  başından axirət  dünyasının astanasınadək 
bir ömür hekayəti yaşayırıq. Dünya isə yarandığı gündən təzad-
lar üstündə qərar tutub. Bir tərəfdə sevinci, toy-nişanı, o biri tə-
rəfdə qəm yükünü, dərdləri yaşayırıq. 
Bütün bunlar yaradanın xəlq etdiyi insanın dünyaya göz aç-
dığı  gün  qismətinə  yazılan  tale  payıdır.  Bəzən  Allahın  yazdığı 
qisməti  pozan  da,  onu  əksinə  çevirib,  məhvə  doğru  sürükləyən 
də  özümüz oluruq.  Yaradana qarşı çıxıb,  yer üzündə  müharibə-
lər,  münasibətlər,  qətllər  törətməkdən,  tarixdə  əməllərilə  iz  qo-
yan  şəxsiyyətləri,  dahi  insanları  unutdurmaqdan,  üstünə  qara 
kölgə salmaqdan belə çəkinmirik. 
Bu dünyanın xeyirxahları da bizik, qəsbkarları da. 
Söhbət açacağımız bu dahi, xeyirxah insanın ömür hekayəti 
hər bir azərbaycanlıya, insanlığa nümunə və örnəkdir. Onun heç 
də  asan  olmayan,  yalnız  öz  xalqına,  millətinə  həsr  etdiyi  ömür 
yolundan hər kəs pay götürə bilər. 
İnsanlar bu dünyada adı  ilə deyil, əməllərilə  yaşayır. Yaşa-
maqla da  adları  tarixə  əbədi  yazılır. Ağa Musa  Nağıyev belələ-
rindən idi. 
Elə insanlar var ki, gördükləri xeyirxah işlərə və yaxşılıqlara 
görə ölməzliyə vəsiqə alır. Ağa Musa Nağıyev belələrindən idi. 
O,  millətinin  və  xalqının  inkişafı  naminə  varlığından  keçən  in-
san olub. Sözübütöv olan Ağa Musa Nağıyevi xalqına olan mə-
həbbəti ağlasığmaz hərəkətlərə belə əl atmağa vadar edib. Onun 
keçdiyi həyat yolu, bu gün yetişməkdə olan gənc nəsil üçün ör-
nək olmalıdır. 


 
83 
Ağa Musa Nağıyev əfsanəvi insan idi. Əfsanə isə laylay ki-
mi heç vaxt unudulmur, əksinə nəsildən-nəslə keçir və  yaşayır. 
Ağa Musa tarixi də buna bənzəyir. 
Tarixi  faktlara  əsaslanaraq  Ağa  Musanın  hansı  xüsusiy-
yətlərə malik olmasının şahidi oluruq: Uzaq Qərbə yönəldiləcək 
yolun  təmirinə,  Tiflisdə  tikiləcək  Mədrəsə  və  Bakı  Politexni-
kumunun  tikintisinə  vəsait  ayıran,  Bakı  neft  istehlakçılarının 
iştirakı ilə keçirilən tacirlərin müşavirəsində əl üsulunun domna 
ilə  əvəz  olunması  fikrini  irəli  sürən;  tamaşaların  premyerasında 
qiymətli  hədiyyələr  paylayan,  fəhlələrinə  öz  hesabına  toy  edən, 
fərqli işçilərin təhsil haqlarını ödəyən olub Ağa Musa Nağıyev. 
Bu  xüsusiyyətlərinə  görə,  Ağa  Musa  koloriti  ilə  XIX-XX 
əsrlərdəki milyonçulardan fərqli fiqura bənzədilib. 
Bunlara baxmayaraq, onun başı çox bəlalı olub. 
Bu yolda çalışdığım illərdə ətrafımdakı Musasevərlərdən və 
bir az da Dilarəsevərlərdən olan çəpərim günbəgün sıxlaşır. 
Bundan  əvvəl  babam  haqqında  yazdığım  kitaba  fikir söylə-
yənlərin hər biri qəlbimdə birinci yer tuturdu. Çünki babam haq-
qında deyilən hər kəlmə mənə hava, su kimi vacib idi. Vəfatın-
dan neçə-neçə on illiklər keçsə də, o bu kəlmələrin “ac”ı olub. 
Kitaba  ad  axtarırdım.  “Geopolitika  XXI  əsr”  qəzetinin  baş 
redaktoru  Xanoğlan  Əhmədovun  Ağa  Musa  Nağıyev  haqqında 
yazısı diqqətimi cəlb etdi. 
“...Halbuki, Ağa Musa Nağıyevin xeyriyyəçilik sahəsindəki 
fəaliyyəti bəs edər ki, adı şanlı tariximizə qızıl hərflərlə yazılsın. 
O, Azərbaycanın ən iri neft sahibkarı sayılıb. Günümüzə yüksək 
zövq ilə inşa etdirib tikdirdiyi 98 bina çatıb. Sovetlər dövründə 
xeyriyyəçinin fəaliyyətinin üzərinə kölgə salmağa çalışanlar çox 
olub  və  xalq  üçün  əvəzsiz  işlər  görmüş  milyonçunu  gələcək 
nəsillərin gözündə mənfi obraz kimi göstərməyə çalışıblar. 
Mənsəb  sahibləri  ötür-ötür  oyunlarında  Nağıyevə  həqiqi 
qiymət  verməkdən  çəkiniblər.  Ancaq  belə  şəxsiyyətin  –  xalq 
üçün  ömrünü  şam  kimi  əridən  şəxsiyyətin  gerçək  mahiyyətini 
Azərbaycana tanıtdırmaq vacibdir...” 


 
84 
Beləcə kitab ərsəyə gəlməmişdən adını müəyyənləşdirdim:  
“Xalq üçün ömrünü şam kimi əridən...”. 
Şair-publisist  Mədəd  Coşğun  ilə  də  babam  haqqında  olan 
fikirlərimiz bir-birini tamamlayırdı. 
Bədii,  elmi  publisistik  kitabların,  yüzlərlə  yazının  müəllifi 
kitaba ön söz yazmaqda çətinlik çəkdiyini belə izah etdi:  
“Yazıya başlarkən özümü uca bir zirvəni fəth etmək istəyən 
və  bu  işin  məsuliyyətini  düzgün  anlayan,  anladıqca  da  nara-
hatlığı artan bir alpinistə bənzətdim. Qarşımda həqiqətən uca bir 
zirvə,  Ağa  Musa  zirvəsi  dururdu.  Bu  ənginlik  qarşısında  əsas 
güvənc yerimə – Ağa Musa şəxsiyyətinin böyüklüyünə, bənzər-
sizliyinə,  ölməzliyinə  arxalandım.  Bu  məqamda  çələng  bağla-
maq istəyən, lakin gözləri oxşayan min ətirli, min çətirli güllərlə 
dolu olan çəməndən, bağçadan hansı  gülü, hansı çiçəyi seçəcə-
yini bilməyən aşiqə oxşayırdım.” 
Ağa Musanın həyatı və fəaliyyəti belə bir gülşəndir. 
Beləcə  Mədəd  müəllim  Ağa  Musanın  mesenatlığından,  98 
incisindən,  ən  əsası  28  may  küçəsində  yol  boyu  düzülən  bina-
larından çələng bağlaya bildi. 
 
 
 
                           


 
85 
―DЮZ,  GЮZLЯ,  VAXTI ЧATACAQ!‖ 
    
Ü
mumiyyətlə belə qənaətə gəlirəm ki, Ağa Musa Nağıyevin 
alın yazısı belə olub: “Döz, gözlə, vaxtı çatacaq!” 
Ağa  Musa  Nağıyev  və  Şəmsi  Əsədullayev  Şamaxıda  tiki-
ləcək  “Realnı  peşə  məktəbi”nin  inşası  üçün  vəsait  toplanma-
sında fəal eştirak ediblər. 
Ağa  Musa  XIX  əsrdən  Azərbaycanda  fəaliyyət  göstərən, 
şikəst  uşaqlara  yardım  edən  “Uşaq  bağçası  Xeyriyyə  Cəmiy-
yəti”nin  Həqiqi  üzvü  olub.  Uşaq  ölümü  ilə  mübarizə  aparan 
“Bakı Cəmiyyəti”nə küllü miqdarda  pul köçürürdü. 
Bakıda  körpələr  evinin  inşasına  1898-ci  ilin  yanvar  ayında 
başlanıb. Vəsaitin çatışmaması üzündən yarımçıq qalan tikintiyə 
A.M.Nağıyev və Ş.Əsədullayev külli miqdarda pul ayırır.  
Ağa  Musa  Nağıyev  vərəmlə  mübarizə  aparan  “Qafqaz 
Cəmiyyəti”nin də fəal üzvlərindən olub. Deyilənlərə görə bu Cə-
miyyətin  hər  toplantısından  sonra,  Ağa  Musa  vərəm  xəstəliyi 
nəticəsində  dünyasını  dəyişən  oğlu  İsmayılı  xatırlayaraq  acı  iz-
tirablar keçirirmiş.  
Ağa Musa Nağıyev qüdrətli xalqımızın Ģöhrətli, səxavətli 
övladı olub. O, keçmiĢin, bu günün və gələcəyin mizan tərə-
zisidir.  Millətə,  vətənə  xidmət  nümunəsidir.  ĠĢlədiyi  bölgədə 
dövlət  vəsaiti  hesabına  nə  isə  tikdirib,  sonra  özünü  bu  böl-
gənin  qurucusu  adlandıran  müasir  insanlardan  fərqli  ola-
raq, Ağa Musa Nağıyev bütün cəh-cəlalı halal əməyi, haqdan 
gələn gəliri hesabına yaratmıĢdı. 
Təkcə  “İsmailiyyə”, “Zabitlər evi”, “Yeni  Avropa” və “As-
toriya”  binalarını  tikdirməklə  o,  artıq  ürəklərdə  heykəlini  ucalt-
mışdır. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə