Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə18/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

 
65 
haqqında xəsisdir – demək nə dərəcədə düzgün olar sualını oxu-
cuların ixtiyarına buraxıram. 
Vaxtının  çoxunu  qumarxanalarda  keçirən  pullu  adamların 
içərisində Ağa Musaya rast  gəlmək olmazdı. Çünki o belə  yer-
lərə  pul  xərcləməzdi.  Bunun  tam  əksinə  olaraq  o,  qumara  başı 
qızışanlardan təcili satdığa qoyduğu evləri ucuz qiymətə alardı.                                                      
Ağa  Musa  təmtəraq  sevməzdi.  Həyatını  kasıbçılıqdan  baş-
layıb,  çətinliklə  varlanmasını  heç  vaxt  yaddan  çıxartmazdı.  Elə 
bu məqsədlə israfçılıqdan və artıq xərcdən çəkinərdi. 
Xeyriyyə məclislərində oğlu  İsmayıl 100 manat, o isə kiçik 
məbləğdə  ianə  verərkən,  bunun  sirrini  ondan  soruşanlara  belə 
cavab  verirdi:  –  Atam-atam,  o  verər  də.  Görün  o  kimdir?  Mil-
yonçu  Ağa  Musanın  oğlu,  mən  isə  saman  satan  Hacı  Nağının. 
Bu sözlər indi zərb-məsəlinə çevrilib. 
Köhnə Bakının küçələrilə addımlayarkən, 19-cu əsrin sonla-
rında, 20-ci əsrin əvvəllərində tikilmiş binaların, biri-birinə bən-
zəməyən arxitektura üslubunda, müxtəlif daş oymalarla, barelyef 
və  qorelyeflərlə  bəzədilmiş  fasadları  seyr  etməyi  çox  xoşlayı-
ram. 
Azərbaycan  memarlığının  qızıl  fonduna  daxil  olmuş  əzə-
mətli  binalar!  Bakının  yaxın  keçmişində  tanınmış  neftxuda  – 
Ağa Musanın binaları! Neft və milyonlar səltənəti Bakıda ən çox 
mülk tikdirən milyonçu Ağa Musa Nağıyevin  yada düşməməyi 
nə ilə bağlıdır? 
Tarix təkrar olunur. O vaxtlarda olduğu kimi bu gün də neft 
sənayesi yüksəlişdədir. 
XX  əsrin  əvvəllərində  milyonçuların  quyuları  gecə-gündüz 
fontan vuranda, Bakıda olmuş bir əcnəbi jurnalist heyrətini belə 
ifadə etmişdi: “Neft kraldırsa, Bakı onun taxt-tacıdır”.  
1905-ci ildə deyilmiş bu sözlər, əslində, ən çox H.Z.Tağıyev 
və A.M.Nağıyevə  verilən qiymətdir. 


 
66 
Uşaqlıqdan  ağır  zəhmətə  qatlaşmış,  hər  qəpiyi  saymalı  ol-
muş  bu şəxs milyonçuya çevriləndə də pulunun  qədrini bilmiş, 
ondan yerində istifadə etmişdir. 
Ağa Musa Nağıyev istehsal etdiyi neftin və özünün  işgüzar-
lığı  sayəsində  milli  burjuaziyanın  nəhəng  nümayəndələrindən 
birinə çevrilir. O, hələ uşaqlıqdan – zəhmət sayəsində qələbə ça-
lacağına inanırdı. 
Onun  neft  istehsal  edən  buruqları  yüksək  təchizatına  görə 
çox fərqlənirdi.  
1892-ci  ildə  Ağa  Musa  artıq  Bakıda  ən  varlı  adam  hesab 
edilirdi. 
1910-cu  ildə  Sabunçu,  Ramana  və  Balaxanıdakı  neft  çən-
lərinin sayı 48-ə çatır. 
1908-ci ildə sahibkarlıq etdiyi firmanın  istehsal etdiyi  neft  
77.050.000  kq  təşkil  edərək,  başqa  neft  firmaları  arasında  ən 
yüksək göstərici hesab olunurdu. 
 
        
 
 
 
 
 
               


 
67 
BİNALARININ ARXİTEKTORLARI 
ЯCNЯBİ OLUB 
 
XIX
 əsrdə polyaklar Sibirə olduğu kimi, Qafqaza da sürgün 
olunmuşdu. 1813-cü ildə Napoleonun ordu iştirakçıları arasında 
nın əsirlərin sayı əgər 10.000  təşkil edirdisə, Qafqazın qalasında 
və  kazarmasında  olan  polşalı  əsgər  və  zabitlərin  siyahısı  da  bu 
rəqəmdən  ibarət  idi.  XIX  əsrin  ikinci  yarısında  –  XX  əsrin  əv-
vəllərində  neftin  istehsalı  ilə  əlaqədar  polyakların  Azərbaycana 
axını  əsasən  Azərbaycanın  Quba,  Qusar,  Şamaxı,  Gəncə,  Nuxa 
və Zaqatala rayonlarına hərbi xidmətə göndərilirdi. 
Onların əməyi hər bir sahədə – memarlıqda, səhiyyədə, təh-
sildə, musiqidə, hərb və texnikada hiss olunurdu. 
Məhz  1878-1894  illərdə  polyakların  başçısı  Stanislav  Des-
pot-Zinoviçin  Bakının  gözəlləşməsində  əməyi  danılmazdır.  XX 
əsrin 90-cı illərində Polşanın azadlığı uğrunda üsyanın iştirakçısı  
Ferdinand Budzişevski Bakı şəhərinin Başçı müavini icraçısı və-
zifəsində olmuşdur. O dövrdə Azərbaycanın iqtisadi inkişafında 
mühəndis Vitold Zqlenitski və Pavel Potoskinin adlarını da çək-
məmək mümkün deyil. 
Polyakların  geoloji  işlərdə,  Şollar  suyunun  çəkilişində, 
Dərbənd-Bakı  dəmir  yolunun  salınmasında,  bir  sözlə,  Azərbay-
canın  mədəniyyət  və  iqtisadiyyatının  inkişafında  əməyi  danıl-
mazdır. 
XX əsrin əvvəllərində Bakıda onların təşkilatları da olub. 
Çar ordusunda xidmət edən hərbçiləri çıxmaq şərtilə, 1917-
ci  ildə  Bakıda  polyakların  sayı  2500-ə  çatmışdı.  1918-ci  ildə 


 
68 
Azərbaycanda  Demokratik  Respublika  qurulduğu  vaxtdan  yük-
sək vəzifə tutanlar sırasında polyaklar da az deyildi. 
1919-cu ildə Bakıda açılmış Universitetdə çalışan professor 
heyətində də bu millətin sayı çoxluq təşkil edirdi. Politexnik İns-
titutunun  ilk  rektoru  da  milliyyətcə  polyak  olan  pofessor  Niko-
lay Dombrovskiy olmuşdur. 
Teodor Şumovski Şamaxıda boya-başa çatdığından, ərəb di-
lini  mükəmməl  bildiyindən,  Qurani-Kərimi  rus  dilinə  tərcümə 
etmişdi. 
1926-cı ildə Azərbaycanda keçirilən “əhalinin siyahıya alın-
ması”  kompaniyası  zamanı  polyakların  sayı  2460  nəfər  təşkil 
edirdi. 
Milliyyətcə polyak olanlar içərisində arxitektorlar öz iş üslu-
bu  ilə  fərqləndiklərinə  görədir  ki,  Bakı  milyonçuları  bina  tikdi-
rərkən onları dəvət ediblər. 
Ağa  Musa  Nağıyev  “İsmailiyyə”  kimi  nəhəng  tikintini  də 
milliyyətcə polyak olan İ.Ploşkoya etibar etmişdir. 
 
 


 
69 
FЯTULLA FЯCRİYЯ  
MİNNЯTDARLIQ 
 
A
ğa  Musa  mənalı  bir  ömür  yaşayaraq,  yüksək  əxlaqi  key-
fiyyətlərilə həyatda öz yerini tutmuş, başqaları üçün nümunə ol-
maqla, yaddaşlarda özünə əbədi iz qoymuşdur.   
Uzun  müddət  Ağa  Musanın  gördüyü  xeyriyyə  işləri  unu-
dulmuş, yalnız bir kəlmə “xəsis” deyə onu yad edən Azərbaycan 
xalqının müasirləri bununla kifayətlənmiş, onun etdiklərini, qo-
yub getdiklərini araşdırmayıblar. 
Belə bir deyim var: Min yeyənin olsun, bir deyənin olmasın!  
Bu  misal  bütövlükdə  Ağa  Musaya  aiddir.  O,  mininə  çörək 
versə də, min də deyəni olub. Onun belə yadlaşmasına səbəb də 
mühit olub. 
Müstəqillik  və  söz  azadlığı  mənə  təkan  verdi,  qəflət  yuxu-
sundan ayıltdı. Faktları yazmağa cəsarət etdim. 
Ağa Musa Nağıyev zəhməti hesabına milyonçu olmaqla bə-
rabər, neft firmalarının sahibkarı olmuş, 1890-1895-ci ilərdə tək-
cə  Azərbaycanda  və  Rusiyada  deyil,  xarici  ölkələrdə  də  tanın-
mışdır.   
O  illərdə  istehsal  etdiyi  neftin  miqdarı  13  mln.  puda  çat-
mışdı.  
Ağa  Musa  Nağıyev  imperiyanın  sərt  qanunları  qarşısında 
aciz  qalmamış,  hüquqlarını  müdafiə  edə  bilmiş  və  vətənpərvər-
liyin təcəssümü olaraq Bakıda binaların dövrün standartları üzrə 
tikilməsində böyük rolu olmuşdur. 
Yüz  bina  tikəcəyəm,  deyən  Ağa  Musanın  –  baba  arzusunu 
həyata  keçirmək  ən  ümdə  istəyimə  çevrilib:  İki  bina  tikdirib, 
onu tarixdə 100 bina tikdirən siyahısında görmək! 
Publisist-yazıçı  Fətulla  Fəcri,  Ağa  Musa  Nağıyevin  ekono-
misti  Fətulla  Rüstəmbəyov  haqqında  kitab  yazacağını  bildirən-
də, təəccüb məni bürüsə də, yazıçı ilə ilk görüşüm onun planla-
rını alt-üst etdi. 


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə